Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1112/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: doğumun qeyd edilmə faktının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı əri X2 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(040)-128/2023 nömrəli qətnaməsindən Ərizəçi nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ərizəçi adına Xanlar RPŞ tərəfindən 04 fevral 2005-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, 1936-cı ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuşdur, Kəlbəcər rayonunun Bağlıpəyə kəndində qeydiyyatdadır.
2. Azərbaycan SSR Kəlbəcər rayon Ağdaban kənd soveti tərəfindən 16 aprel 1990-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 mart 1990-cı ildə (ermənilər tərəfindən) 56 yaşında bel fəqərəsindən dəlib keçən güllə yarası səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 mart 1990-cı ildə 6 nömrə ilə qeyd edilmişdir.
3. Kəlbəcər Rayon VVAQ Şöbəsi tərəfindən 16 may 2006-cı ildə (təkrar) verilmiş AZ-İ 218518 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1936-cı ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X7 ilə 1938-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X3 arasında nikah 03 dekabr 1965-ci il tarixdə 26 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Xıdırov”, arvada “Xıdırova” soyadları verilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 29 sentyabr 2022-ci il tarixli 531 nömrəli məktubdan görünür ki, X2 doğumu haqqında akt qeydi Maraqlı şəxsndə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X1 Reyestr Xidməti”nin avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş X2 26 mart 1990-cı il tarixli ölümü haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, 1934-cü ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X7 26 mart 1990-cı ildə bel fəqərəsindən güllə yarası səbəbindən ölmüşdür.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş “X7 ilə Ərizəçi 03 dekabr 1965-ci il tarixli nikah akt qeydi”nin təsdiq olunmuş surətindən görünür ki, 1936-cı ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X7 ilə 1938-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X3 03 dekabr 1965-ci ildə nikaha daxil olmuşlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, əri X2 25 mart 1936-cı ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğumunun qeydə alınması, doğum şəhadətnaməsinin valideynlər qrafasında atanın “X8”, ananın “X4” yazılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X7 onun əri olmuşdur. Onlar 03 dekabr 1965-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və 26 mart 1990-cı il tarixədək birgə yaşamışlar. X7 26 mart 1990-cı ildə ermənilərin atdığı güllə nəticəsində şəhid olmuşdur. 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşəndə bütün sənədləri, o cümlədən X5 məxsus sənədlər də işğal zonasında qalmışdır. X7 25 mart 1936-cı ildə doğulmuşdur. O, doğum akt qeydinin bərpası barədə qeydiyyat orqanına müraciət etmişdir. Oradan bildirmişlər ki, 1960-1986-cı illərə dair bərpa haqqında akt qeydləri Maraqlı şəxsndə və VVAQ informasiya sistemində aşkar edilməmişdir. Ona görə də doğum akt qeydinin bərpasından imtina edilmişdir.
9. Kəlbəcər Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(040)-128/2023 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) ərizənin təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1, 162.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 311-ci maddələrinə maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(040)-128/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim etdiyi sübutları qiymətləndirməmişdir. Məhkəmə onun vərəsəlik və mülkiyyət hüququnu pozmuşdur. Ərizənin təmin edilməsi “Yaşat” Fonduna sənəd təqdim etmək üçün onlara lazımdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.
16. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
23. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
24. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
25. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(040)- 128/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsaslandırılması ilə eyni olmaqla ərizənin təmin olunacağı təqdirdə hüquqi nəticə doğuracağı göstərilsə də bu nəticənin nədən ibarət olması, həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alına bilinməməsi əsaslandırılmamışdır.
32. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Ərizəçi ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, əri X2 25 mart 1936-cı ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğumunun qeydə alınması, doğum şəhadətnaməsinin valideynlər qrafasında atanın “X8”, ananın “X4” yazılması faktının müəyyən edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 mart 1990-cı ildə 56 yaşında bel fəqərəsindən dəlib keçən güllə yarası səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 mart 1990-cı ildə 6 nömrə ilə qeyd edilmişdir. İşdə olan 16 may 2006-cı ildə (təkrar) verilmiş AZ-İ 218518 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1936-cı ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X7 ilə 1938-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X3 arasında nikah 03 dekabr 1965-ci il tarixdə 26 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Xıdırov”, arvada “Xıdırova” soyadları verilmişdir. Bundan başqa, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş X2 26 mart 1990-cı il tarixli ölümü haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, 1934-cü ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuş X7 26 mart 1990-cı ildə bel fəqərəsindən güllə yarası səbəbindən ölmüşdür. Göründüyü kimi, qeyd olunan sənədlərdə X2 anadan olma tarixi həm 1934 və həmdə 1936 illərdə doğulduğu göstərilmişdir. Həmin sənədlər əsasında ərizədə yazılan qaydada yəni Aslan Xıdırovun 25 mart 1936-cı ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinə əsas vermir. Başqa sözlə desək Məhkəmə Kollegiyası hesab edir ki, doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair işdə heç bir subut yoxdur.
33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
34. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(040)-128/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.