Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1112/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-3119/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ Tovuz Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(062)-3119/2024 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-3119/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmış, nöqsanların aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmiş, göstərilmiş nöqsanlar qeyd edilən müddət ərzində aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxsin yenidən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 3119/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə apellyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. Qətnamədən xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən yenidən apellyasiya şikayəti verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-3119/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin 11 mart 2025ci il tarixli qərardadı ilə yenidən geri qaytarılmış, göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxsin ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan şikayət verilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə elektron formada şikayət edilmədiyi üçün şikayət geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş və şikayət belə əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-3119/2024 saylı qərardadı elektron məhkəmə sisteminə xx.xx.2025-ci il tarixdə vurulsa da, ona yazılı formada göndərilməmiş, yalnız o, xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə daxil olan zaman həmin qərardaddan məlumatlı olmuşdur. Belə olan halda mübahisəli qərardaddan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulan 10 günlük müddət xx.xx.2025-ci ildən hesablanmağa başlamış və o, həmin müddətə əməl edərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-3119/2024 saylı qərardadından şikayəti xx.xx.2025-ci il tarixdə elektron məhkəmə vasitəsilə məhkəməyə təqdim etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-3119/2024 nömrəli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269.3-cü maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin heç bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)- 3119/2024 saylı qərardadı ləğv edilməli və Tovuz Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(062)-3119/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş şikayət qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmuş, qanunvericilik ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayət əl ilə imzalansa da, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə elektron kabinetə yerləşdirilmişdir. Şikayətin geri qaytarılması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-3119/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-3119/2024 saylı qərardadı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(062)-3119/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1112/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1112/2025
27.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver