Məhkəmə qərarları › İş №2(104)-1114/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1114/2024

23.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1114/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-711/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-711/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim X.Səfərli) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-711/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi keçirilən məhkəmə prosesi ilə bağlı xəstə olması barədə prosesin başqa vaxta təxirə salınması ilə bağlı məhkəməyə ünvanlanmış teleqramı nəzərə alınmamış, onun iştirakı olmadan baxılmış və bu səbəbdən də hüquqlarını müdafiə edə bilməmişdir. Həmçinin, onun həmin mənzilə dair mülkiyyət hüququ olmasa da, həmin mənzilə dair onun servitit hüquqları, yəni istifadə hüququ vardır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi kimi anası X2 məhkəmə iclasına gəlsə də, lakin etibarnaməsi olmadığından izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, dayısı X1 şəhəri, Cavadxan küçəsi, ev 77, mənzil 13-ü hərrac qaydasında əldə edərək, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi ilə ona bağışlamışdır. Həmin mənzildə yaşayan Cavabdeh evdən çıxarılması və evin boşaldılması ilə bağlı dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh imtina etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Onun cavabdehlə heç bir qohumluğu yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 711/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-711/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışdan görünür ki, ünvan 1, mənzil 13 yerləşən 35.50 ha torpaq sahəsində yerləşən mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinin sürətindən görünür ki, İddiaçı dayısı X1 şəhəri,Cavadxan küçəsi, binə 77 mənzil 13 ünvanında yerləşən, ümumi 35.5 kv/m, yaşayış sahəsi 20.7 kv/m, yardımçı sahəsi 14.8 kv/m 1 otaqlı mənzili iddiaçıya bağışlamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı dayısı X1 şəhəri,Cavadxan küçəsi, b.77 m.13 ünvanında yerləşən, ümumi 35.5 kv/m, yaşayış sahəsi 20.7 kv/m, yardımçı sahəsi 14.8 kv/m 1 otaqlı mənzilin xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi ilə iddiaçıya bağışlamış və həmin evə dair İddiaçı adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında Cavabdeh yaşaması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan mülkiyyət hüququndan məhrum olunmasına səbəb olmuşdur. Cavabdeh sözügedən mənzilidən istifadə hüququnun olmasını göstərsə də, həmin hal öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdehin birinci instansiya məhkəməsi keçirilən məhkəmə prosesi ilə bağlı xəstə olması barədə prosesin başqa vaxta təxirə salınması ilə bağlı məhkəməyə ünvanlanmış teleqramının nəzərə alınmaması, işə onun iştirakı olmadan baxılması ilə hüquqlarını müdafiə edə bilməməsi barədə dəlilləri əsassızdır. Belə ki, cavabdeh hazırkı işin məhkəmə hazırlıq iclası barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, iştirak etməmiş, sonra təyin edilmiş məhkəmə iclasları barədə məlumatı olmuş və Cavabdeh nümayəndəsi kimi anası X2 2 dəfə teleqram göndərərək, məhkəmə iclasının təxirə alınmasını xahiş etmiş, ancaq etibarnaməsi olmamış, hazırkı məhkəmə iclasına da gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-711/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-711/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar