Məhkəmə qərarları › İş №2(104)-1114/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1114/2025

24.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1114/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı intizam tənbeh tətbiqi barədə əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli imtina aktının surətindən görünür ki, qeyd edilən tarixdə Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbində yoxlama aparılarkən yazılan akta məktəbin direktoru İddiaçı, təlim tərbiyə işləri üzrə direktor müavini X8, uşaqlarla məktəbdənkənar və sinidənxaric tərbiyə işi üzrə təşkilatçı X2 və təsərüffat işləri üzrə direktor müavini X3 imza çəkməkdən imtina etmişlər.

2. xx.xx.2024-cü il tarixində Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbində aparılmış monitorinqə dair xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbində aparılmış monitorinq zamanı nöqsanlar aşkar edilmişdir.

3. Cavabdeh müdirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində aparılan monitorinqin nəticəsində aşkarlanan nöqsanları nəzərə alaraq, «Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin Nümunəvi Əsasnaməsi»nin 5.5.4-cü və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin «b» bəndlərini əsas tutaraq, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3410/2024 nömrəli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3- 1-521K/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilmiş, İddiaçı Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə məktəb direktoru vəzifəsinə işə bərpa edilmiş və ona xx.xx.2024-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinə direktoru vəzifəsində işləmişdir. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı «işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-521k/2024 nömrəli əmrin ləğv edilməsi» barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı onun barəsində xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 425K/2024 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr tərtib olunduğu məlum olmuşdur. Buna görə də, o, «xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsi» tələbinə dair iddia həcminin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinə ilə onun barəsində olan xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1- 521k/2024 nömrəli əmr ləğv edilmiş və işə bərpa olunmuşdur. Lakin həmin qətnamədə iddia tələbinin «xx.xx.2024-cü il tarixli, 3- 29-31/3-1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsi» hissəsi əsl cavabdeh olan X11 Təhsil İdarəsinə qarşı qaldırılmadığından iddia həmin hissədə təmin edilməmiş, iddianın həmin hissədə əsl cavabdeh olan Cavabdehnə qarşı qaldırmaq hüququ ona izah edilmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmr əsassız və qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib olunmuşdur. Həmin əmrin xx.xx.2024-cü il tarixli monitorinq araşdırması zamanı yol verilmiş nöqsanlarla bağlı verildiyi qeyd edilsə də, həmin əmr xx.xx.2024-cü il tarixdə verilmişdir. Bundan başqa, onun həmin əmrdən daha sonradan məlumatı olmuşdur. Belə ki, əmrin tərtib olunması zaman ondan hər hansı izahat alınmamış və həmin əmr qəbul edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, onun hüquqi savadı olmadığından, faktiki olaraq əmrin qanuniliyini bildiyi andan mübahisələndirdiyindən, lakin ərazi aidiyyəti üzrə yanlış müraciət etdiyindən o, üzrlü olaraq, iddia müddətini ötürmüşdür. Halbuki, iddianın əsl olmayan cavabdehə qarşı yönəldiyi məhkəmə tərəfindən ona izah edilsə idi, o, həmin vaxt hazırki cavabdehi cavabdehlər siyahısına əlavə edə və bununla da, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün həm vaxt, həm də maliyyə itkisinə məruz qalmazdı.

7. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh tərəfindən Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinin direktoru İddiaçı «vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi» barədə xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, intizam tənbehinin verilməsi zamanı qanunvericiliyin digər tələblərinə əməl edilsə də, intizam tənbehi əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi xx.xx.2024-cü il tarixdən bir ay sonra xx.xx.2024cü il tarixdə tətbiq edilmiş, bununla da, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur.

9. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 və 187 -ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 14.2 və 217.4-cü maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı intizam tənbehi ilə tanış olduqdan təxminin 2 aydan artıq müddət keçəndən sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmişdir. Hesab etmişlər ki, məhkəmə sözügedən qətnaməni çıxaran zaman maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də qətnamə ləğv edilməli, iş yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. İddiaçının özünün də, ərizəsində qeyd edildiyi kimi, cavabdeh təşkilat xx.xx.2024-cü il tarixdə intizam tənbehinin tədbiqi adı ilə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmri elektron kabinetə yerləşdirmişdir. Yəni iddiaçı intizam tənbehindən məlumatlı olmuş və 1 ay ərzində məhkəmə müraciət etməmişdir. Lakin birinci instansiya məhkəməsi buna məhəl qoymamış, ərizə ilə müraciətimizə baxmayaraq müddətin ötürülməsini nəzərə almamışdır. Məhkəmə məhkəməyə təqdim edilən sənədlərə hərtərəfli baxmamış, bu apellyasiya şikayətinin işin halları qrafasında göstərilən hallardan heç birini araşdırmamışdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən halların nəzərə alınmaması birinci instansiyası məhkəməsi tərəfindən işə tam və hərtərəfli baxılmadığı anlamına gəlir. Bununla da iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq nomalarına müfaviq olaraq qiymət verilməmişdir. İş üzrə qeyd edilmiş hallardan aydın olunur ki, məhkəməyə müraciət olunarkən prosessual normaların tələbləri gözlənilməmiş, məhkəmə də, bu normaların pozulub-pozulmamasına əhəmiyyət verməmiş, ona görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəmə iddiaçının pozulmuş hüquqları barədə niyə vaxtında, yəni 1 ay ərzində məhkəməyə müraciət etmədiyini aydınlaşdırmamış, təqdim etdiyi ərizədə qeyd olunan 1 ay müddətin ötürülməsini nəzərə almamışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir sübut olmadan məhkəmə tərəfindən iddia müddətinin üzrlü olaraq ötürüldüyünü hesab etmişdir.

12. Apellyasiya şikayətinə dair etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iddiaçı hüququnun pozulduğunun aşkar etdiyi gündən 1 ay ərzində məhkəməyə müraciət etməmişdir. Belə ki, Cavabdeh tərəfindən Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinin direktoru İddiaçı barəsində «vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi» barədə xx.xx.2024-cü il tarixli, 3-29-31/3- 1-425K/2024 nömrəli əmrin bir nüsxəsi Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbin elektron ünvanına göndərilmiş, bununla yanaşı xx.xx.2024-cü il tarixdə də, İddiaçı şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, «vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi» barədə xx.xx.2024-cü il tarixli əmrin olmasından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdikdən sonra məhkəmə prosesi zamanı məlumatı olmuşdur. Buna görə də, o, «xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsi» tələbinə dair iddia həcminin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.

16. Maddə 35. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

17. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

18. Maddə 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10- cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

19. Maddə 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

20. Maddə 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

21. 296-cı maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

22. 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinə direktoru vəzifəsində işləmişdir. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı «işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3- 29-69/3-1-521k/2024 nömrəli əmrin ləğv edilməsi» barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı onun barəsində xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr tərtib olunduğu məlum olmuşdur. Buna görə də o, «xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsi» tələbinə dair iddia həcminin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə ilə onun barəsində olan xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-521k/2024 nömrəli əmr ləğv edilmiş və işə bərpa olunmuşdur. Lakin həmin qətnamədə iddia tələbinin «xx.xx.2024-cü il tarixli, 3- 29-31/3-1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsi» hissəsi əsl cavabdeh olan GəncəDaşkəsən Regional Təhsil İdarəsinə qarşı qaldırılmadığından iddia həmin hissədə təmin edilməmiş, iddianın həmin hissədə əsl cavabdeh olan Cavabdehnə qarşı qaldırmaq hüququ ona izah edilmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının intizam tənbehi ilə tanış olduqdan 2 aydan artıq müddət keçəndən sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməsi, yəni iddiaçının intizam tənbehindən məlumatlı olması və 1 ay ərzində məhkəmə müraciət etməməsi və bu halın birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması dəlillərini əsassız hesab edərək qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin tərtib olunması zaman ondan hər hansı izahat alınmamış və həmin əmr qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Odur ki, iddiaçının hüquqlarının pozulmasını xx.xx.2024-cü il tarixdə aşkar etdiyini göstərməsi inandırıcı haldır. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və müddətin üzrlü səbəblərdən buraxılmış hesab olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə müvafiq araşdırma aparmış və müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbinin həcmini artırmış, xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsini xahiş etmişdir. Lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-3410/2024 nömrəli qətnaməsi ilə iddia xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair hissədə iddianın əsl olmayan cavabdehə qarşı verilməsinə görə təmin olunmamışdır. Bundan 11 gün sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə haqlı olaraq, həmin müddəti üzrlü hesab edərək, bərpa etmiş və mübahisəyə mahiyyəti üzrə baxmışdır.

37. Kollegiya apellyasiya şikayətinin hüquq normalarının pozulmasına dair dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh tərəfindən Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinin direktoru İddiaçı barəsində «vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi» barədə xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmri xx.xx.2024-cü il tarixdə də İddiaçı şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Əmrin tərtib olunması zaman iddiaçıdan hər hansı izahatın alınması və onun əmrin surəti ilə tanış edilməsi iş materialları ilə təsdiq olunmamışdır. Halbuki, həmin əmrin xx.xx.2024-cü il tarixli monitorinq araşdırması zamanı yol verilmiş nöqsanlarla bağlı verildiyi qeyd edilsə də, həmin əmr xx.xx.2024-cü il tarixdə verilmişdir. İntizam tənbehinin verilməsi zamanı qanunvericiliyin digər tələblərinə əməl edilsə də, intizam tənbehi əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi xx.xx.2024-cü il tarixdən bir ay sonra xx.xx.2024- cü il tarixdə tətbiq edilmiş, bununla da Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur.

38. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

39. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin e-2(125)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar