Məhkəmə qərarları › İş №2(104)-1115/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1115/2024

25.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1115/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5424/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı idida ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-1349 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli, 3M-705 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, onun əsasında ünvan 1 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evinə dair Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və mərhum X3 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə hər birinin 1/6 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5424/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-il tarixli,2(125)-5424/2023 saylı qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayətini “Elektron Sistemi” vasitəsi ilə vermiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5424/2023 saylı qərardadı ilə (hakim Xədicə Səfərli) Gəncə Şəhər Məhkəməsinin 2(125)-5424/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Cavabdeh1 təfindən verilmiş ərizə təmin edilməmiş və apellyasiya şikayətinin geri qaytarılması qət edilmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-5424/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, prosessual müddəti üzürlü səbəblərdən buraxmışdır. Belə ki, apellyasiya şikayətinin müddətinin üzürlü hesab edilməsi barədə ərizədə şikayətin göndərilməsində texniki nasazlığın olması və buna dair sənədlərə əlavə etmişdir. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış və qiymətləndirilməmişdir.Hesab edir ki, şikayət üzrə prosessual müddət bərpa olunmalıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5424/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5424/2023 saylı nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qətnaməni aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməyərək, qanunla müəyyən olunmuş apellyasiya şikayətini vermə müddətini üzürlü səbəb olmadan ötürmüş və müddətin bərpasına dair ərizəsinə müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı bir mötəbər sübüt əlavə etməmişdir. Cavabdeh tərəf buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və bu xahişini xx.xx.2024 cü il tarixdən elektron kabinetə texniki nasazlıq ucbatından girişinin qeyri-mümkün olması ilə əsaslandırmışdır. Məhkəmə bu dəlili əsassız hesab edir, belə ki, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, tərəfin bildirdiyi üzrə 23 yanvar tarixindən baş verən nasazlığın şikayətvermə müddətinin sonu olan 11 fevral tarixinədək həll olmaması, habelə həmin şikayət vermə müddəti başa çatdıqdan 5 gün sonra nasazlığın aradan qalxması ağlabatan və inandırıcı deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 5424/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti Cavabdeh1 tərəfindən xəbərnaməyə imza etdirilməklə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qətnamədən bir ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək apellyasiya şikayəti verməli olduğu halda, apellyasiya şikayətini sonradan xx.xx.2024-il tarixində “Elektron Sistemi” vasitəsi ilə vermiş, bununla da, qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5424/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti Cavabdeh1 tərəfindən xəbərnaməyə imza etdirilməklə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə qəbul edilmiş, onun həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5424/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5424/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar