Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1119/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia qismən təmin edilmiş, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin 0,0064 (64.0 kv.m) hissəsindən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə bir neçə dəfə ekspertiza təyin edilmiş və hər dəfə ayrı-ayrı rəylər təqdim edilmiş, sonuncu dəfə isə rəyin verilməsindən imtina edilmişdir. 05 iyun 2020-ci il tarixli mütəxəssis rəyində onun iddiaçıya məxsus 0.048 ha (480 kv.m) torpaq sahəsini zəbt etdiyi göstərilir. 16 mart 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə halı aşkarlanmır. İşdə olan sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1673 nömrəli məktubu ilə ekspert rəyinin verilməsindən imtina edilmişdir, imtinanın səbəbi kimi mütəxəssis rəyindəki məlumatların bir-birini tamamlamaması göstərilmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, əldə edilmiş ekspertiza rəyi ilə razı deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,01752 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Cəlil oğlunun xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 iyun 2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində yerləşən RX seriyalı ******* nömrəli torpağın mülkiyyətinə verilməsinə dair çıxarışın planı və ölçüsü sənədinə əsasən 0.1752 ha torpaq sahəsinin yerləşmə mövqeyi rəyə əlavə edilmiş cizgi planda öz əksini tapmışdır. Göygöl rayonu Üçtəpə kəndində yerləşən Cavabdeh faktiki istifadəsində olan 1513 kv.m torpaq sahəsinin, 980,0 kv.m hissəsi digər şəxslərə məxsus xüsusi mülkiyyətə 53.3 kv.m hissəsi bələdiyyə mülkiyyətinə, 480.0 kv.m hissəsi isə iddiaçının xüsusi mülkiyyətinə aiddir. Seriya RX ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair çıxarışa əsasən Göygöl rayon Üçtəpə kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.1752 ha torpaq sahəsinin müəyyən hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Seriya RX ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair çıxarışa əsasən Göygöl rayon Üçtəpə kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0.1752 ha torpaq sahəsinin 0,048 ha (480 kv.m) qızının mülkiyyətində olan 0.1752 ha torpaq sahəsinin 0.048 ha (480 kv.m) hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində yerləşən 0.1752 ha torpaq sahəsinin ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemə köçürülmüşdür. Cavabdeh Göygöl rayon Üçtəpə kəndində yerləşən faktiki istifadə etdiyi torpaq sahəsi digər şəxslərə məxsus xüsusi mülkiyyətə aid torpaq sahəsidir. Həmin torpaq sahəsinin yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemə köçürülmüşdür. Araşdırma zamanı Göygöl rayon Üçtəpə kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.1752 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə halı aşkarlanmadı. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətinfə cavabdeh tərəfindən müdaxilə halı aşkarlanmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5631 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2 (066)-39/2021 nömrəli mülki iş üzrə xx.xx.2020ci il tarixdə tərəflərindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəb görə mümkün olmamışdır. Qərardadda qoyulmuş sualların həll edilməsi məqsədilə tədqiqat obyektinə baxış keçirilməsi və əlavə sənədlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli vəsatət göndərilmişdir. xx.xx.2021-ci il tarixdə tədqiqat obyektinə baxış keçirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq mütəxəssis rəyi təqdim edilməmişdir. Bu səbəbdən də qərardadla ekspert qarşısında qoyulmuş sualların həll edilməsi mümkün olmamış və iş üzrə materiallar icrasız geri qaytarılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1673 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspertiza qarşısında İddiaçı mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində yerləşən 0.1752 ha torpaq sahəsinin ölçüləri və koordinat döngə nöqtələri müəyyən edilərək sxemə köçürülsün, Cavabdeh Göygöl rayon Üçtəpə kəndində yerləşən faktiki istifadə etdiyi torpaq sahəsinin hansı mülkiyyətə aid olduğu müəyyən edilərək ölçüsü və koordinat döngə nöqtələri sxemə köçürülsün və Göygöl rayon Üçtəpə kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.1752 hektar torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilməsi barədə suallar qoyulmuş və tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisləri tərəfindən xx.xx.2020-ci il tarixli **********82 və xx.xx.2021-ci il tarixli **********03 saylı mütəxəssis rəylərinin məlumatları bir-birinə zidd olduğundan qərardadda göstərilən sualların dəqiqliklə cavablandırılması mümkün olmaması qeyd olunmuşdur. 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən və Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3773 nömrəli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin ölçüləri və koordinat nöqtələri mütəxəssislər tərəfindən rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı tərəfin mübahisələndirdiyi torpaq sahəsi faktiki olaraq 0,15 ha təşkil edir və iddiaçı iddia edir ki, həmin 0,15 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Həmin 0,15 ha torpaq sahəsinin 0,10 ha hissəsi digər şəxslərin mülkiyyətində, 0,05 ha hissəsi isə **********36 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı tərəfin iddia edərək mübahisələndirdiyi torpaq sahəsi faktiki olaraq 0,15 ha təşkil edir və iddiaçı iddia edir ki, həmin 0,15 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Həmin 0,15 torpaq sahəsinin 0,05 ha hissəsi isə **********36 reyesstr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin mübahisələndirdiyi 0,10 ha torpaq sahəsini bütövlükdə deyil, mübahisəli 0,15 ha torpaq sahəsinin yalnız 0,10 hissəsindən istifadə etdiyini bildirdi. Belə olan təqdirdə cavabdehin təqdim etdiyi faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinin 0,0064 ha (64,0 kv.m) hissəsi **********36 reyesstr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 19 sentyabr 2022-ci il tarixli rəyinə istinad etməklə, iddianı qismən təmin etmiş, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin 0,0064 (64.0 kv.m) hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə qaytarılmasını qət etmişdir. Lakin Cavabdeh apellyasiya dəlillərində həmin rəylə razılaşmayaraq, iş üzrə bir neçə dəfə ekspertiza təyin edildiyini və hər dəfə ayrı-ayrı rəylər təqdim edildiyini, sonuncu dəfə isə ekspertin rəyin verilməsindən imtina etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisləri tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli mütəxəssis rəylərinin məlumatları bir-birinə zidd olduqlarından, qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Bundan sonra, Göygöl Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki kompleks ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertlərinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə tapşırılmışdır. Həmin qərardada əsaəsn, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi daxil olsa da, müvafiq ekspertiza rəyi əldə edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 10/3773 nömrəli rəyi əldə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli çıxarış və 073175 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0064 ha (64,0 kv.m) hissəsi Cavabdeh tərəfindən tutularaq istifadə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilməsi ilə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza xərci cavabdehə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393, 402, 403-404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-19/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1119/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1119/2023
23.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver