Məhkəmə qərarları › İş №2(104)-1119/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1119/2024

23.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1119/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin direktorunun onun barəsində qəbul etdiyi 18 sentyabr 2023-cii il tarixli, 95 saylı əmrin etibarsız hesab edilməsi, onun Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə, əvvəlki işinə bərpa olunmağı və bununla əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə görə çatası əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın təmin edilməsi, Goranboy rayonu Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 95 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə bərpa edilməsı qət edilmişdir. Cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 1119/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayətə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi, Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1119/2024 saylı qərardadı ləğv edilməli, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi, Vəkil2 Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbi tərəfindən yox, onu imzalamağa hüququ olmayan Cavabdeh nümayəndəsi, Vəkil2 tərəfindən verilmişdir. Belə ki, işin 263-cü vərəqəsində olan etibarnamədən görünür ki, Cavabdeh öz adından Vəkil2 notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş və hazırki apellyasiya şikayəti həmin etibarnamə əsasında vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in: 384.0 və 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5-ci maddəsinə əsasən, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)- 1119/2024 saylı qərardadı ləğv edilməli, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi, Vəkil2 Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2138/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılmalıdır. Cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbi Azərbaycan Respublikası MPM-in 363.4-cü maddəsinə əsasən, qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra, ümumi əsaslarla apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası ilə Goranboy Rayon Məhkəməsinə müraciət edə bilər. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1119/2024 saylı qərardadı ləğv edilsin. Cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi, Vəkil2 Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)- 2138/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar