Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1122/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə illik 5 % tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı barışıq sazişi üzrə borc və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)- 1109/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2019-cu il tarixili Barışıq Sazişindən görünür olunur ki, bir tərəfdən Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X1 digər tərəfdən Bərdə rayonu, Gərənə kəndində qeydiyyatda olan Cavabdeh Vaqif oğlu aşağıdakı şərtlərlə razılaşmanı imzalamışdırlar:
1. Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(103) 2430/2018 saylı mülki iş üzrə qətnaməsinə əsasən "xxxx" MMC “SHACMAN” markalı dövlət qeydiyyat nişanı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və “FAW” markalı dövlət qeydiyyat nişanı ** JN *** olan 17 (on yeddi) ədəd yük avtomaşınlarını Cavabdeh Vaqif oğlunun mülkiyyətinə rəsmiləşdirməyi və öz növbəsində Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798.00 (bir yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat ödəməlidir.
2. Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798.00 (bir yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat pulu birdəfəlik ödəmə imkanının olmadığını nəzərə alaraq tərəflər həmin ödənişi aşağıdakı şəkildə razılaşdırırlar.
3. Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat əvəzində 150000 (bir yüz əlli min ) manat pul məbləğinin 3 (üç) il müddətinə hissə hissə ödəməlidir.
4. "xxxx" MMC isə “SHACMAN” markalı dövlət qeydiyyat nişanı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və “FAW” markalı markalı dövlat qeydiyyat nişani ** JN *** olan 17 (on yeddi) ədəd yuk avtomaşınlarından dövlət qeydiyyat nişanı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, 90 JN 210, ** JN ***, ** JN ***, ** JM ***, ** JN *** olan “SHACMAN” markalı və dövlət qeydiyyat nişanı ** JN *** olan “FAW” markalı avtomaşını cəmi 13 ədəd avtomaşın) Cavabdeh oğlunun mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürür.
5. “SHACMAN” markalı dövlət qeydiyyat nişanı ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** olan avtomaşınlar (cəmi 4 ədəd avtomaşın) "xxxx" MMC-nin mülkiyyətində qalu Cavabdeh Vaqif oğlunun həmin avtomaşınlara dair hər hansı bir talab gələcəkdə də olmayacaqdır.
6. Cavabdeh Vaqif oğlunun apardığı hissə hissə ödənişlərə dair müvafiq kassa qəbzi verilir və tam mabləğ bağlandığı gün bu razılaşmada gostərilən öhdəliklər yerinə yetirilmiş hesab edilir.
7. Bu razılaşmadan irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilir bu mümkün olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasen həll edilir.
2. Maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu 113000 (bir yüz on üç min) manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat (əsas borcun 5%-i 5650 AZN:12ay=470 AZN; 470 AZN x4 ay=1883 AZN), ümumilikdə 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat təşkil edir.
3. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından görünür ki, nəqliyyat vasitələri özgəninkilləşdirildiyindən icra sənədi geri qaytarılmışdır.
4. Xəbərdarlıqdan görünür ki, İddiaçı MMC borcun ödənilməsi üzrə bağlı cavabdehə xəbərdarlıq etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(103)-2430/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2017 saylı iş üzrə 13 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh İddiaçı MMC-nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunmas, avtomobillərin təhvil verilməsi, dəyəri ödənilmiş avtomobillərə mülkiyyət hüququnun tanınması, müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı MMC-nin arasında “SHACMAN” markalı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və “FAW” markalı ** JN *** dövlət qeydiyyat nişanlı 17 ədəd yük avtomaşınlarına dair bağlanmış 24 aprel 2015-ci il tarixli 13 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, “SHACMAN” markalı ** JN *** və ** JN *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri İddiaçı MMC-dən alınaraq Cavabdeh verilmiş, 22 oktyabr 2010-cu il tarixli 171 saylı, 08 noyabr 2010-cu il tarixli 182 saylı və 12 noyabr 2011-ci il tarixli 276 saylı alqı-satqı müqavilələrinin şərtlərinə uyğun olaraq “SHACMAN” markalı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və “FAW” markalı ** JN *** dövlət qeydiyyat nişanlı 17 (on yeddi) ədəd yük avtomaşınlarını Cavabdeh mülkiyyətinə verməsi vəzifəsi İddiaçı MMC-nə həvalə edilmiş, qarşılıqlı iddia tələbləri qismə təmin edilərək, 24 aprel 2015-ci il tarixli 13 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar restitusiya qaydasında İddiaçı MMC-də Cavabdeh xeyrinə tutulmalıolan 20000 (iyirmi min) manat Cavabdeh həmin MMC-nin xeyrinə tutulmalı olan pul məbləğin müvafiq hissəsində əvəzləşdirilsin və Cavabdeh 107 798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat alınaraq İddiaçı MMC-yə ödənilməsi, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
6. Azərbaycan Respulikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4804/2018 nömrəli qərarından görünür ki, kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(103)-2430/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli Barışıq Sazişi üzrə əsas borcu 113000 (bir yüz on üç min) manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çixmiş fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat (əsas borcun 5%-i 5650 AZN:12ay=470 AZN; 470 AZN x4 ay=1883 AZN), ümumilikdə 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat məbləğidə borcun və ödənilmiş 404 mant dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində Barışıq Sazişi bağlanmışdır. Sazişin 3-cü bəndinə əsasən, Cavabdeh "A-Trans-Motors” MMC-nin 107798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz manat əvəzində 150000 (bir yüz əlli min) manat pul məbləğini 3 (üç) il müddətinə hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, İddiaçı MMC dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, 90 JN-208, **- JN-***, **-JN-***, 90-JN212, **-JM-***, **-JN-*** olan "SHACMAN” markalı özüboşaldan və dövlət qeydiyyat nişanı 90 JN-213 olan “FAW” markalı Çən yanacaq məqliyyat vasitəsini (cəmi 13 ədəd) Cavabdeh mülkiyyətinə rəsmiləşdiməyi öhdəsinə götürmüşdür. Sazişin 6-ci bəndinə əsasən, Cavabdeh apardığı hissə-hissə ödənişlərə dair müvafiq kassa mədaxil qəbzi verilir və tam məbləğ bağlandığı gün bu razılaşmada göstərilən öhdəliklər yerinə yetirilmiş hesab ediləcəkdir. Lakin, Cavabdeh tərəfindən Barışıq Sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi müəyyən olunmuş müddətdə yerinə yetirməmiş, bununla əlaqədar 113000 (bir yüz on üç min) manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X4mun barışıq sazişi üzrə xx.xx.2022-ci il tarixinə “A-Trans-Motors" MMC-yə ümumilikdə borcu 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat (əsas borcu 113000 (bir yüz on üç min) manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat (əsas borcun 5%-1 5650 AZN:12ay=470AZN; 470 AZN x 4ay=1883 AZN)) təşkil edir.
9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1109/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 113000 (bir yüz on üç min) manat və əldən çıxmış fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat, ümumilikdə 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 404 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 21, 385.1, 386.1, 442, 445, 448-ci maddələrinə istinad etmiş, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1109/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh öhdəlikləri yerinə yetirməyə başlasa da qarşı tərəfdən öhdəlik tam yerinə yetirilməmişdir. Buna baxmayaraq İddiaçı MMC cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və yalnız pul tələbinin təmin edilməsini xahiş etmişdir. Qətnamədən də göründüyü kimi cavabdeh müvafiq olaraq ödənişləri həyata keçirmişdir. Yəni, onun 107798 min manat borcu olmasına baxmayaraq onun vəziyyətini daha da ağırlaşdıraraq, 150000 min manatlıq pulun ödənillməsi öhdəliyi üzərinə qoyulmuşdur. Bundan başqa saziş üzrə geri qaytarılmalı olan avtomobillərdə Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən özgəninkiləşdirildiyindən icra edilməsi mümkün olmamışdır. Bərdə Rayon Məhkəməsi iş üzrə müvafiq qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır. Eyni zamanda iddiaçının hazırki məhkəmə iclası barədə məlumatı olmamışdır. Onun vəkili Vəkil2 covid xəstəliyinə tutumuş və daha sonra isə məhkəməyə getmədiyindən tərəflər arasında olan müqavilə ləğv olunmuşdur. Buna baxmayarq məhkəmə qəbul olunmuş qətnaməni Vəkil2 göndərmişdir. Göründüyü kimi, məhkəmə işə birtərəfli qaydada baxmış, qərəzli olaraq barışıq sazişi üzrə sazişi tam şəkildə araşdırmamış, sazişdə qeyd olunan avtmobilin özgəninkiləşdirilməsinə əhəmiyyət vermədən cavabdehin hüququnu pozan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, ümumiyyətlə Bərdə Rayon Məhkəməsi iş üzrə araşdırma aparakən səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-2430/2018 saylı qətnaməsi mövcud olsa da, həmin qətnamənin qanuni qüvvəsini alıb-almamasınl da araşdırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə ilə bağlı iddiaçının xeyrinə cavabdehdən 107798 manat ödənilməsinə dair məhkəmə qətnaməsi mövcuddur. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçının tələb etdiyi məbləğə dair hissədə işin xitam verilməsində o zaman düzgün nəticəyə gəlmiş olardı kı, öz mövqeyini eyni tərəflər arasında olan məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinə deyil, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən əsaslandırmış olsun. Göründüyü kimi, qeyd olunan qətnamənin də qüvvəsini alıb-almaması da araşdırılmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı isə özündə mübahisələndirilən maddi hüququn belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir. Bununla da məhkəmə faktiki olaraq Bərdə Rayon Məhkəməsinə qətnamənin qanuni qüvvədə olubolmamasının aydınlaşdırılmasını və əgər qətnamə varsa bir məsələyə iki dəfə yanaşmanın mövcud olmasını yenidən baxma üçün əsas ola bilməməsini izah edərək, həmin halın araşdırmasını öz qərardadında birbaşa qeyd etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya)
25. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
26. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarı
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
42. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı iddianın barış sazişi üzrə borcun tutulması hissəsində iş üzrə icraata xitam verilmişdir.
47. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddianın barış sazişi üzrə borcun tutulması hissəsində iş üzrə icraata xitam verildiyindən, iddianın yalnız pul məbləğinin gecikdirilməsinə görə illik 5 % və əldən çıxmış fayda verilməsi hissəsi yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
49. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
50. Hazırda iddia tələbi 2 hissədən ibarətdir: 1) Əsas borcun gecikdirilməsinə dörə illik 5 % məbləğin ödənilməsi; 2) Əldən çıxmış faydanın ödənilməsi.
51. Belə ki, hazırkı iddia tələbinin birinci hissəsinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
52. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
54. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).
55. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
56. İddiaçı Cavabdeh tərəfindən götürülmüş öhdəliyi yerinə yetirməyi gecikdirdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən gecikdirilmiş hər il üçün 5 % olmaqla, 5650 manat ödəməli olduğunu göstərmişdir.
57. Məhkəmə kollegiyası iddiaçının həmin tələbi ilə bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(103)-2430/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 107.798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixili barışıq sazişinə əsasən, Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat əvəzində 150000 (bir yüz əlli min) manat pul məbləğinin 3 (üç) il müddətinə hissə-hissə edilməsi barədə razılıq əldə etmişlər. Lakin, cavabdeh sonrakı dövrdə borcun qaytarılması ilə bağlı heç bir real hərəkət etməmiş və ya bu cür hərəkətlərin edilməsinə cəhd göstərməmişdir.
58. Göründüyü kimi, tərəflər razılıq əldə verildiyi vaxtdan (xx.xx.2019-cu il tarixdən) təxmini olaraq 3 il keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə iddiaçı əsas borcun 1 illik gecikdirilməsi üçün pulun verilməsini tələb etmişdir. Ona görə də, cavabdeh Qalib Təhmazovdan borc aldğı 107.798 manat borcun ödənilməsinin gecikdirildiyi 1 il üçün illik 5 % ödəməyə borcludur. Lakin, iddia həmin hissədə qismən təmin edilməlidir. Çünki, 107.798 manat borcun illik 5% hissəsi 5650 manat deyil, 5.389,9 manat təşkil edir (107.798 x 5% = 5.389,9 manat).
59. İddianın ikinci hissəsi isə iddiaçıya vurulan əldən çıxmış fayda şəklində zərərin ödənilməsi barədədir. İddiaçı bu tələbini, aralarında bağlanmış barışıq sazişi haqqında müqavilə üzrə cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsi, bu səbədən pulun gec qaytarılması nəticəsində ona zərər dəyməsi ilə əsaslandırır.
60. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi hüquqi əsaslarını Mülki Məcəllənin 21 və 443-cü maddələri təşkil edir.
61. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir.
62. Hazırkı mülki mübahisəyə münasibətdə isə, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin əsasını adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) təşkil edir.
63. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
64. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yaranır.
65. Birinci instansiya məhkəməsi iddianı əldən çıxmış faydanın ödənilməsi hissəsində təmin etmiş və gəldiyi nəticəni isə əsaslandırmamışdır.
66. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
67. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
68. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
69. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
70. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
71. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
72. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
73. MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
74. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
75. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının əldən çıxmış fayda ilə bağlı heç bir sübut təqdim etməməsinə baxmayaraq iddia tələbi təmin etmiş və işin faktiki hallarına ümumiyyətlə qiymət verməmişdir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsinin tələbləri baxımından, iddiaçıya iddia olunan miqdarda əldən çıxmış fayda şəklində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəfindən məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir.
77. Buna görə də iddiaçının əldən çıxmış faydaya görə zərərin ödənilməsi üçün MMin 443.4-cü maddəsinin dispozisiya şərtləri baxımından zəruri sübutlar təqdim olunmadığından iddia tələbi qeyd olunan hissədə rədd olunmalıdır.
78. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
81. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
82. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
83. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın əldən çıxmış faydanın tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən həmin hissədən kassasiya şikayəti verilə bilməz.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1109/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh pul məbləğinin gecikdirilməsinə görə illik 5 % qismində 5.389,9 (beş min üç yüz səksən doqquzmanat doxsan qəpik) manat və 73,89 (yetmiş üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu alınaraq, İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamədən iddianın əldən çıxmış faydanın tutulması hissəsindən kassasiya şikayəti verilə bilməz və qətnamə həmin hissədə çıxarıldığı andan qanuni qüvvəyə minir Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.