Məhkəmə qərarları › İş №2(104)-1124/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1124/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1124/2024 04.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-377/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun xeyrinə qəza zamanı dəymiş ziyan olan 25665 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-377/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 14.497 (on dörd min dörd yüz doxsan yeddi) manat alınaraq İddiaçı verilməsi; Cavabdeh ekspert rəyinə görə 50 (əlli) manat tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ) **********0********) hesabına ödənilməsi; İş üzrə iddia tələbi qismən təmin edildiyindən 133.49 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə notariat qaydada təsdiqlənmiş ərizə göndərərək bildirmişdir ki, Cavabdeh ilə barışmışdır və ona qarşı iddia tələbi yoxdur. İddiaçı məhkəməyə ünvanladığı digər ərizəsində də iddia tələbindən imtinasının məhkəmə tərəfindən qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı dəymiş ziyanı tam ödədiyindən onunla barışmışlar. İddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclası zamanı iclas katibi vasitəsilə İddiaçı istifadəsində olan mobil nömrə ilə əlaqə yaradılmış və sonuncu bildirmişdir ki, avtomobil qəzası nəticəsində ona dəymiş maddi ziyanın əvəzi Cavabdeh tərəfindən ödənildiyindən onunla barışmışıq əldə etmişlər. Ona görə də məhkəməyə ünvanladığı iddia tələbindən imtina barədə ərizənin qəbul olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda iddiadan imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, həmin iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı tərəf iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçı tərəfin iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçı tərəfin iddia tələbindən imtina etməsi məhkəmə kollegiyası tərəfindən qəbul edilməlidir. Həmçinin MPM-nin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə mülki iş üzrə icraata xitam verilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Tərəflərə izah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. MPM-nin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 52, 191, 261.0.4, 263-264, 370, 402 və 405.0.2 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-377/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 0**********000003944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar