Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1130/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə xitam verilməsi barədə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsinə, ona məxsus torpağa tökdüyü mişar daşın və torpağın şəxsi hesabına götürülərək həmin yerin əvvəlki vəziyyətə salınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-1803/2025 saylı qərardadı ilə iddia tələbinə dair mülki işə MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbində o, Cavabdeh qarşı “mənə məxsus torpağa tökdüyü mişar daşın və torpağın şəxsi hesabına götürülərək həmin yerin əvvəlki vəziyyətə salınmasına” dair iddia qadlrımışdır. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, mülkiyyətimdə olan torpaq sahəmin koordinatlarının müəyyən edilməsi tələbi təmin edilmişdir. Cavabdeh onun mülkiyyətində olan və ona tanıdılan torpaq sahəsinə daş və torpaq tökərək mülkiyyət hüquqlarını pozur. Bu isə onun deməyə əsas verir ki, hazırki mübahisə ilə əvvəlki mübahisələri eynilik təşkil etmir. Ona verilmiş 0.28 ha torpaq sahəsi ********** və 0.70 ha torpaq sahəsi ********** qeydiyat nömrəli çıxarışlar onun mülkiyətindədir. Lakin cavabdeh onun mülkiyətində olan yerə qeyri qanuni torpaq və mişar daş töküb. Kanalizasiyanı doldurub. Dəfələrlə daşların və torpağın ordan götürməsini desə də, əhəmiyət verməmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı və Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 saylı qərardadından şikayət vermiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun şikayətinə baxılmamış və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı, baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 133, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1803/2025 saylı qərardadından verdiyi şikayətə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1130/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1130/2025
19.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver