Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1148/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddiası, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: “evdən çıxarılma” və “çıxarışın ləğv edilməsi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və ilk iddia üzrə Cavabdeh3 iştirakı ilə, İlk İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddiası, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 saylı mülki iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 16 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1940-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 27 iyun 2013-cü il tarixli, ********** nömrəli, **********72-10301 reyestr nömrəli çıxarışın surətindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********72-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 ünvanlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi Dairəsinin 21 sentyabr 2022-ci il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri, Stalin adına kolxozun 10 mart 1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən İddiaçı Məhəmmədəli oğluna fərdi yaşayış evinin tikintisi üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2013-cü il tarixli, 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eskiz-layihəsinə əsasən hal-hazırda ünvanı ünvan 3i olmadan inşa edilmiş ümumi sahə 305,0 kv.m, o cümlədən yaşayış sahəsi 150,6 kv.m, zirzəmi 39,0 kv.m, həyət tikilisi 37,4 kv.m, talvar 128,5 kv.m tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. İddiaçı Məhəmmədəli oğluna Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0,07 torpaq sahəsində yerləşən tikili “A”-da 113,6 kv.m altı yaşayış otaqları, 88,5 kv.m köməkçi sahə, 39,0 kv.m y/zirzəmi, tikili “B”-də 33,4 kv.m iki yaşayış otaqları, 60,8 kv.m köməkçi sahə, tikili “C”-də 16,7 kv.m hamam, tikili “Ç”-də 20,7 kv.m hamam, tikili “İ”-də 128,5 kv.m talvar) 27 iyun 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir
4. AZ-İ seriyalı, 137437 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 29 aprel 2005-ci il tarixdərəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə - “Vəliyev”, arvada “Vəliyeva” soyadı verilmişdir.
5. AZ-İİ seriyalı, 280629 nömrəli, 05 avqust 2022-ci il tarixli, Azərbaycan Respublikası 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 27 iyul 2022ci il tarixdə ölmüşdür.
6. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx xxxx 1967-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin 08 avqust 2011-ci il tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 5 ünvanında üçotaqlı 2 nömrəli mənzillə təmin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İlk iddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh onun qardaşı oğludur və o, dəfələrlə cavabdehlə birgə yaşayışları mümkün olmadığından onun tərəfindən başqa-başqa şəxsləri gətirərək evdə qanuna zidd hərəkətlər edir. Həmin ev onun adına rəsmiləşdirildikdən sonra cavabdehlərə onun mülkiyyətində olan evdən çıxmalarını tələb etsə də, cavabdehlər həmin evdən çıxmaqdan imtina etdiklərindən məcbur olmuş məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehə Qarabağ əlili olduğu üçün Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 2021-ci ilin yanvar ayında ev vermişlər və cavabdehlərin yaşaması üçün evləri vardır və mənzillə təmin edilməsi üçün hüquqları tam təmin edilmişdir. Cavabdehlərin dövlət tərəfindən təmin edilməsinin əsasında da onların yaşayış yerlərinin olmaması baxımından həll edilmişdir. Cavabdehlə artıq münasibətləri və birgə yaşayışları mümkün deyil, buna əsasən hazırda cavabdehlərə qarşı məhkəməyə müraciət etmişdir. 10.Bundan sonra ilk iddia üzrə İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə ilə mərhum Cavabdeh1 cavabdehlər sırasından çıxarılmışdır.
11. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh4 cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində ünvan 8 fərdi yaşayış evinə dair İddiaçı adına qeydiyyata alınmış 27 iyun 2013-cü il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 8 fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh1 ilk İddiaçı qardaşı oğludur. O, 2005-ci ildə Cavabdeh1 Məmməd oğlu ilə ailə qurduqdan sonra həmin mübahisəli mülkə gəlin gəlmiş və hal hazırda həmin mübahisəli mülkdə uşaqları ilə birlikdə yaşayır. Lakin qaynatası sağlığında həmin mübahisəli mülkün onların yaşadığı hissəsində bir sıra tikini işləri apararaq evi böyütmüşdür. Eyni zamanda cavabdeh İddiaçı yaşadığı evdə qaynatasının qardaşı Məmməd Vəliyev də 1974-cü ilədək yaşadığı dövrdə bir sıra tikinti işləri apararaq evi böyütmüşdür. Onunla cavabdeh İddiaçı yaşadığı ev iki hissəyə hələ 1960-cı ildən bölünərək giriş-çıxış yolları ayrılmışdır. O, gəlin gələn zaman onunla cavabdehin işıq, qaz, su xətti ayrı olaraq hərə öz kommunal xərclərini ödəyir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinin 21 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eskizlayihəsinə əsasən halhazırda ünvanı ünvan 3i olmadan inşa edilmiş ümumi sahə 305.0 kv.m, o cümlədən yaşayış sahəsi 150.6 kv.m, zirzəmi 39.0 kv.m, həyət tikilisi 37.4 kv.m, talvar 128,5 kv.m tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. İddiaçı Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0.07 ha torpaq sahəsində yerləşən tikili "A"-da 113,6 kv.m altı yaşayış otaqları, 88,5 kv.m köməkçi sahə,39.0 kv.m y/zirzəmi, tikili "B"-də 33.4 kv.m iki yaşayış otaqları, 60.8 kv.m köməkçi sahə, tikili "C"-də 16,7 kv.m hamam, tikili "Ç"-də 20.7 kv.m hamam, tikili "İ”-də 128.5 talvar) xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Vəkil sorğusu əsasında alınmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin 26 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli, 2 nömrəli ümumi iclas protokoluna baxıldığını və İddiaçı adı həmin protokolda aşkar edilmədiyi bildirilmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, İddiaçı onların öz yaşadığı ünvan 8 fərdi yaşayış evinə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən saxta sənədlə çıxarış almışdır. Halbuki, Vəliyev X1 şəhəri, Stalin adına kolxozda işləmədiyi bir vaxtda, hətta 1959-cu ildə 19 yaşı olmaqla hərbi xidmətdə olduğu bir dövrdə həmin mübahisəli evə mülkiyyət hüququnu saxta sənədlə əldə etməsi bir daha təsdiq olunur. Onun ərizəsində göstərilən faktları təsdiq edəcək bir neçə şahidləri də vardır. Hazırda İddiaçı tərəfindən həmin şahidlərə təsir ediləcəyindən ehtiyatlanaraq həmin şahidlərin adlarını qeyd edə bilmir. Çünki həmin şahidlər həm onun, həm də İddiaçı qonşuluğunda yaşayan şahidlərdir. O, İddiaçı saxta sənədlə ünvan 8 fərdi yaşayış evinə dair çıxarış alaraq mülkiyyət hüququnu qanunsuz əldə etməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi göndərmişdir. Həmin şikayət ərizəsini də qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. 13.Məhkəmədə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. 14.Məhkəmədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (digər cavabdehlər-yetkinlik yaşına çatmayan Cavabdeh2 və Cavabdeh3 qıznin qanuni nümayəndəsi) Cavabdeh4 qarşılıqlı iddianı müdafiə edib ilk iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, hal-hazırda uşaqları ilə birlikdə mübahisəli ünvanda yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş həyat yoldaşı Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 5 ünvanında 2 nömrəli 3 otaqlı mənzil verilmişdir. Hal-hazırda orada yaşayış yoxdur, mənzil kirayəyə də verilməmişdir. Lakin, arabir həmin mənzilinə baş çəkir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 saylı mülki iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim: Z.İmanov) ilk iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 saylı mülki iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 və Cavabdeh4 birlikdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Apellyasiya şikayətində qarşılıqlı iddia ərizəsində qeyd olunanlar təkrar olaraq qeyd edilmiş və apellyatorlar məhkəmənin iş ürzə tam araşdırma aparmadığını iddia etmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş ilk iddia üzrə İddiaçı məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Kostitusiyası 22.Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
24. Maddə 30 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 26.Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32.“İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında”Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 40 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
43.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olduğundan, Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 saylı mülki iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməmlidir.
46. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi istifadə etmək hüquqları yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli evin qanuni sahibinin digər ailə üzvləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin cavabdehlər iddiaçının ailə üzvü hesab olunmadığından onların mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli evin qanuni sahibi olan iddiaçının ailə üzvü olmadığına görə, onların mübahisəli evdə yaşayış sahəsindən mülkiyyətçinin razılığı olmadan istifadə etmək hüququ yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma da mövcud deyildir. Xüsusilə qeyd olunmalıdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qardaşı oğlu Cavabdeh1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 5 ünvanında üçotaqlı 2 nömrəli mənzil verilmişdir. Başqa sözlə, mərhum Cavabdeh1 ailə üzvləri olan cavabdehlər yaşayış sahəsi ilə də təmin olunmuşlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış sahəsi ilə təmin olunması məsələsi də həll edildiyindən iddiaçının qanuni sahibliyində olan fərdi yaşayış evindən cavabdehlərin çıxmaması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. 47 Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh4 “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı adına mülk kimi qeydə alınmış mübahisəli evə dair ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair verilmiş Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eksiz-layihəsindən törənmişdir. Buna görə də mübahisəli evə dair verilmiş Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eksiz-layihəsi mübahisələndirilmədiyi üçün törəmə hüquq münasibəti olan mübahisəli evə dair iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir.
48. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin həlli zamanı birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə istina etsə də, daha sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
49. İşin hallarından göründüyü kimi, Cavabdeh4 2005-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 5-döndə, 3 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin, sonradan həmin ev və torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 27 iyun 2013-cü il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alındığından yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı ilə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişildiyindən və evin mülkiyyətçisi ilə cavabdehlər arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.”
52. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, ilk iddia üzrə cavabdehlər mübahisəli evin mülkiyyətçisi İddiaçı Məmmədli oğlunun ailə üzvü dairəsinə daxil deyildir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 2005-ci ildə mübahisəli evə gəlin kimi köçüb yaşasa da, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir.
53. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, ilk iddia üzrə cavabdehlərin yeganə yaşayış yerinin hazırkı mübahisəli ev olmadığı müəyyən edilmişdir. Belə ki, Gəncə şəhər İcra Hakimiyyətinin 08 avqust 2011-ci il tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 5 ünvanında üçotaqlı 2 nömrəli mənzil verilmişdir. Bu hal isə, ilk iddia üzrə cavabdehlərin yaşayış sahəsi ilə dövlət tərəfindən təmin edildiyini təsdiq edir. Başqa sözlə, hazırki vəziyyətdə mübahisəli evin mülkiyyətçisi İddiaçı Məmmədli oğlunun Cavabdeh4 və onun yetkinlik yaşına çatmayan övladlarını yaşayış sahəsi ilə təmin etmək öhdəliyinin olmadığı müəyyən olunur.
54. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
55. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Cavabdeh4 həmin tələbi irəli sürmək üçün ya özünün, yaxud da ki, mərhum əri Cavabdeh1 hüquqlarından əmələ gələn subyektiv hüquqa malik olması iş materiallarından müəyyən olunmur. Digər tərəfdən, Qarşılıqlı iddia tələbinin mahiyyətindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ləğv edilməsini tələb etdiyi Çıxarış Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 943 saylı sərəncamı əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin sənəddə isə qarşılıqlı iddia üzrə iddiaçıların və ya mərhum Cavabdeh1 mübahisələndirilən fərdi yaşayış evinə hər hansı hüququ müəyyən olunmamışdır. Həmçinin, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 943 saylı sərəncamının verildiyi tarixədək Cavabdeh4 ailəsi artıq Dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edilmişdilər. Odur ki, qarşılıqlı idda üzrə iddiaçıların hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ olmamışdır.
56. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 saylı mülki iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və Cavabdeh2 tərəfindən birlikdəverilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 saylı mülki iş üzrə 27 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.