Məhkəmə qərarları › İş №2(104)-1157/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1157/2024

02.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1157/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölümüş elan edilməsi” faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli 2(062)-3418/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X1 Abşeron rayonu, Məmmədli kəndi, Həzi Aslanov küçəsində yerləşən sənədsiz evdə xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(062)-3418/2023 nömrəli qərardadı ilə (hakim F.Əliyev) ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 20 fevral 2024-ci il tarixli 2(062)-3418/2023 nömrəli qərardadı ilə (hakim F.Əliyev) həmin məhkəmənin 30 noyabr 2023-cü il tarixli 2(062)-3418/2023 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin 21 fevral 2024-ci il tarixli 2(062)-3418/2023 nömrəli qərardadı ilə (hakim F.Əliyev) ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli 2(062)- 3418/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Qərardadin qəbul edilməsinə səbəb ərazi aidiyyatı qaydalarına riayət edilməməsi ilə bağlı olmuşdur. Ərizəçi Abşeron rayonu Məmmədəli kəndində yaşasada, Tovuz rayonu, Koxa kəndində qeydiyyatdadır. xx.xx.1968-ci il təvəllüdlü X3 həyat yoldaşıdır. Həyat yoldaşı vəfat etdikdən sonra Abşeron rayon Mərkəzi Xəstaxanası ölümün baş vermə səbəbi məlum olmadığına görə, ölüm haqqında şəhadətnaməni qeydiyyatı üzrə rayon məhkəməsinə müraciət edərək ala biləcəyini ona bildirmişdir. Ona görə də lazımı sənədlər toplayaraq Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə sənədləri geri qaytarmışdır. Bundan sonra Abşeron rayon Məhkəməsinə müraciət etmiş, lakin məsləhətçi tərəfindən sənədləri qəbul edilməmiş və qeydiyyat yeri üzrə Tovuz Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Tovuz Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(062)-3418/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdən müəyyən olunur ki, Ərizəçi Tovuz rayonu Koxa kəndində qeydiyyatda olsada, faktiki olaraq Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 309.1. maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli 2(062)- 3418/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 309, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli 2(062)-3418/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar