Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1157/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan Şəhər Şöbəsinə qarşı “torpaq sahəsinin istifadəsində və sahibliyində olması faktının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması və həmin torpaq sahəsinin adına qeydə alınması” tələbinə dair Naftalan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(052)-125/2013 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Zeynalabdi qızı məhkəməyə ərizə ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək Naftalan şəhəri, Muğan bağçılığı adlanan sahənin 08 saylı küçənin 19-cu sırasında Quliyev Səmədin adına verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin istifadəsində və sahibliyində olması faktının müəyyən edilməsi, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və həmin torpaq sahəsinin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Zeynalabdi qızı ərizəsini onunla əsalandırmışdır ki, Naftalan şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 64 saylı sərəncamına əsasən qardaşı X2 adına Naftalan şəhəri “Muğan” bağçılığı adlanan sahənin 8 saylı küçənin 19 saylı sırasında 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin vaxt Naftalan şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 64 saylı sərəncamına əsasən öz adına başqa ünvanda torpaq aldığına görə həmin torpaq sahəsini qardaşı X2 adına almışdır. Torpaq sahəsi aldığı vaxtdan onun istifadəsindədir. X4 31 iyul 1995-ci ildə vəfat etmişdir. Torpaq sahəsinin planı və olçüsü (kadastr planı) sənədi işlənməmiş və torpaq sahəsi müvafiq qaydada qeydə alınmamışdır. Torpaqdan istifadəyə görə torpaq vergisini ödəyir. X2 ölümündən sonra onun vərəsələri 3 övladı və arvadı uzun müddətdir ki, Naftalan şəhərindən qeydiyyatdan çıxıblar. Onlar hal-hazırda Şivetsariyada qeydiyyatda olmaqla orada yaşayırlar. Torpaq sahəsi faktiki olaraq onun istifadəsində və sahibliyində olmasına baxmayaraq torpaq üzərində mülkiyyət hüquqlarından tam istifadə edə bilmir. Həmin sənədin əldə edilməsi ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından istifadə etmək üçün lazım olmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(052)-125/2013 nömrəli qətnaməsi ilə (hakim V.Nəsirov) iddianın təmin edilməsi, Naftalan şəhəri, “Muğan” bağçılığı adlanan sahənin 08 saylı küçənin 19-cu sırasında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin iddiaçı Ərizəçi Zeynalabdi qızının sahibliyində və istifadəsində olması faktının müəyyən edilərək təsdiq edilməsi, Ərizəçi Zeynalabdi qızının hazırda istifadəsində və sahibliyində olan Naftalan şəhəri, “Muğan” bağçılığı adlanan sahənin 08 saylı küçənin 19-cu sırasında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) sənədinin işlənib hazırlanmasının və həmin sənədin Ərizəçi Zeynalabdi qızının adına işlənməsinin DT və XK-nin Naftalan şəhər şöbəsinə və həmin torpaq sahəsinin müvafiq qaydada iddiaçının adına qeydə alınmasının DƏDRX-nin Bərdə Ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və tələbin rədd edilıməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun hüquqlarını pozduğu üçün qanunsuz və əsassızdır. Belə ki, X4 onun doğma atasıdır. Atası xx.xx.1995-ci ildə vəfat etmişdir. Onun qanun üzrə tək vərəsəsi odur və bu qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə tam təsdiq olunur. İddiaçı isə onun doğma bibisidir. Naftalan şəhəri “Muğan” bağçılığı adlanan sahənin 8 saylı küçənin 19 saylı sırasında 0,06 ha həyatyanı torpaq sahəsi Naftalan şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 64 saylı sərəncamına əsasən mərhum atasına verilmişdir. Müəyyən səbəblərdən torpaq sahəsi ilə maraqlana bilməmişdir. Bu yaxınlarda həmin torpaq sahəsi ilə bağlı bəzi sənədləşdirmə işləri aparılarkan məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi onun xəbəri olmadan məhkəmə qətnaməsi ilə bibisinin sahibliyinə və istifadəsinə verilmişdir. Qətnamə ilə tanış olarkan məlum olmuşdur ki, bibisi atasının adına olan torpaq sahəsinin aldığı vaxtdan onun istifadəsində olmasını, torpaqdan istifadəyə görə torpaq vergisini ödəməsini, atasının ölümündən sonra onun vərəsələrinin uzun müddətdir ki, Naftalan şəhərindən qeydiyyatdan çıxmaqlarını, onların hal-hazırda orada qeydiyyatda olmamaqla Şivetsariyada yaşamaqlarını qeyd etmişdir. Məhkəmə işə baxarkən onu məhkəməyə dəvət etməmiş, iddiaçının verdiyi yanlış izahatlarla, təqdim etdiyi heç bir qanuni əsası olmayan sübutlarla hüquqlarını pozan qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmənin gəlmiş olduğu nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, atasının tək vərəsəsi kimi mübahisə ilə bağlı araşdırma aparılarkən onun həmin torpaq sahəsinin bibisinin istifadəsinə verilməsinə razı olub-olmamağı ilə bağlı fikri belə nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, qətnamə ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məhkəmə iclasında iştirak edən üçüncü şəxsin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(052)-125/2013 nömrəli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan Naftalan şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 64 sərəncamdan görünür ki, Quliyev Səmədin adına 0, 06 ha həyatyanı torpaq sahəsi verilmişdir. Bundan əlavə işdə olan Naftalan şəhər 01 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, X3 vərəsələri Maraqlı şəxs, X10 və X1 şəhərindən qeydiyyatdan çıxıblar, Naftalan şəhərində yaşamırlar. İşə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X5 31 iyul 1995-ci ildə ölmüşdür. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə və digər işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, qeyd olunan ünvandakı əmlak üzrə məhkəmə tərəfindən çıxarılıcaq qətnamə üçüncü şəxsin əmlak mənafelərinə toxunur. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəni icraaata qəbul edərək mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həmin xüsusatları nəzərə almadığına görə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, Ərizəçi maraqlı şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan Şəhər Şöbəsinə qarşı “torpaq sahəsinin istifadəsində və sahibliyində olması faktının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması və həmin torpaq sahəsinin adına qeydə alınması” tələbinə dair ərizəsi isə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olduğu izah edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(052)-125/2013 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan Şəhər Şöbəsinə qarşı “torpaq sahəsinin istifadəsində və sahibliyində olması faktının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması və həmin torpaq sahəsinin adına qeydə alınması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, məhkəməyə ümumi əsaslarla iddia vermək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1157/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1157/2025
04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver