Məhkəmə qərarları › İş №2(104)-1158/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1158/2025

11.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1158/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-105/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X4 1-ci arvadı X1 ona miras qalmış əmlaklardan X4 payının müəyyən edilməsini və X3 muras qalmış Göygöl rayonu Balçılı kəndində yerləşən 311.2 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsinin ½ hissəsi və Göygöl rayonu, Balcılı kəndində yerləşən kənd təsərrufatı təyinatlı olan 0.68 ha torpaq sahəsində X5 məxsus hissəsindən miras əmlak payının müəyyən edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-105/2025 nömrəli qətnaməsi (hakim Rəşad Mustafayev) ilə, iddianın tələbinin qismən təmin edilməsi, X3 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********64-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Balçılı kəndində yerləşən 311.2 kvm fərdi yaşayış evindən, həmin evin yerləşdiyi torpaq sahəsinin mirasa daxil olan 10 ha hisəsi üzərində və Torpağın Mülkiyyətə Verilməsinə dair JN 950, KOD 50804018 saylı Dövlət aktı ilə Göygöl rayonu Balçılı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.34 ha hissəsindən ibarət miras əmlaklar üzərində birinci növbə vərəsələr Cavabdeh1 4/6 (altıda dörd) hissədə, Cavabdeh2 1/6 (altıda bir) hissədə və İddiaçı 1/6 (altıda bir) hissədə payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərci ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-105/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hazırda şikayəti yoxdur. Odur ki, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini, imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. İş üzrə İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçısının izahatını, məruzəçi hakimi dinləyərək, Cavabdeh1 imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-105/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş ərizəni şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-105/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar