Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1159/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(013)-209/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1116-K saylı əmrinin surətindən görünür ki, həmin xəstəxananın Aptek bölməsinin əczaçısı İddiaçı ilə bağlanmış 1XCGCRY000105 nömrəli Əmək müqaviləsinə xx.xx.2022ci il tarixdən xitam verilmiş eyni zamanda İddiaçı son haqq-hesabı, əmək kitabçası və əmrin surəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmiş və qeyd olunan əmrin əsas İddiaçı ərizəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə “a” yarımbəndi ilə (öz xahişinə əsasən) işdən azad edilmişdir.
2. xx.xx.2022-ci il tarixli 2008 saylı ərizənin surətindən görünür ki, Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru Rövşən Əhmədova, həmin xəstəxananın Aptek bölməsinin əczaçısı İddiaçı tərəfindən ünvanlanmış ərizədə yaşayış yerini dəyişməsi səbəbindən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və öz imzası ilə təsdiq etmişdir.
3. Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərmək məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi iştirak etmişdir.
4. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-5695 nömrəli arayışından görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin aptek bölməsinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 1116-K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinin aptek şöbəsində əczaçı işləmişdir. Özü Ağdam rayonu Evoğlu kəndində yaşayır, yaşadığı ərazi cəbhə xəttinə yaxın olduğundan 44 günlük müharibə zamanı xəstəxananın yerləşdiyi Quzanlı qəsəbəsində zirzəmidə qalmışdır. Yaşayış yerini dəyişməmişdir, lakin buna baxmayaraq xəstəxananın rəhbərliyi onun guya yaşayış yeriini dəyişmək arzusundan öz xahişi ilə işindən azad olması barədə əmr vermişdir. xx.xx.2022-ci il tarixdə Rövşən Əhmədovun qanunsuz hərəkətlərindən Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etmişdir. Ondan qeyd edilən şikayətlə bağlı inkaredici izahat yazmasını, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyi bildirilmişdir. Beləliklə, öz ərizəsi ilə işdən çıxarılmasına nail olunmuşdur.
7. Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(013)-209/2023 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 69-cu maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023cü il tarixli 2(013)-209/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması ilə qətnamə qəbul etmiş, işin hallarını araşdırmamışdır. Belə ki, o, baş həkim barəsində yazdığı şikayətə görə təzyiq altında işdən çıxmaq barədə ərizə yazmışdır. Əgər ərizə yazmazsa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinin aptek şöbəsində əczaçı işləmişdir. Özü Ağdam rayonu Evoğlu kəndində yaşayır, yaşadığı ərazi cəbhə xəttinə yaxın olduğundan 44 günlük müharibə zamanı xəstəxananın yerləşdiyi Quzanlı qəsəbəsində zirzəmidə qalmışdır. Yaşayış yerini heç vaxtı dəyişməmişdir. İndi də orada yaşayır. Buna baxmayaraq xəstəxananın rəhbərliyi onun guya yaşayış yerini dəyişmək arzusundan öz xahişi ilə işindən azad olması barədə əmr vermişdir. Əslində isə o, xx.xx.2022-ci il tarixdə baş həkim Rövşən Əhmədovun qanunsuz hərəkətlərindən Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi qaydada şikayət etmişdir. Ondan qeyd edilən şikayətlə bağlı işçiləri tərəfindən inkaredici izahat yazilması tələb olunmuş, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyi bildirilmişdir. Beləliklə, ondan öz ərizəsi ilə işdən çıxarılmasına nail olunmuşdur. O, ərizəsində işdən çıxarılma gününü göstərməmişdir. O, iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsızlığını qeyd etcədə əslində həmin əmrin ləgv edilməsini istəyir. Ona görə də Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(013)-209/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, onun xəstəxananın Aptek bölməsinin əczaçısı vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə sədrlik edənin sualına cavab olaraq hazırda iddiaçının vəzifəsində başqa şəxsin çalışmadığını, onun yerinə başqa şəxsin işə qəbul olunmadığını bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
14. Maddə 68. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
15. Maddə 69. 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
16. Maddə 294.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
17. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
18. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
25. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması tətbiq edilməmişdir.
31. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı X3 əczaçı işlədiyi Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək yaşayış yerini dəyişməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra iddiaçı həmin əmrin etibarsız hesab edilməsi işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməməsinə istinad etmişdir. Halbuki məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh olan publik hüquqi şəxs tərəfindən hal-hazıradək iddiaçının tutduğu vəzifəyə başqa şəxsi işə götürməmiş, bununla bağlı iddiaçıya hər hansı yazılı xəbərdarlıq edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən isə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.
32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırmamış, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, baxılan işdə yaşayış yerinin dəyişməsi ilə əlaqədar İddiaçı ərizəsində hansı gün işdən azad olunmasını göstərməmişdir. Əmək qanunvericiliyinin tələbinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi işəgötürən bu imperativ normanı pozaraq İddiaçı ilə əmək müqaviləsinə ərizə verilən gün yəni xx.xx.2023-cü il tarixdə xəbərdarlıq müddətini gözləmədən xitam vermişdir. İddiaçı izahatında göstərmişdir ki, o, iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsızlığını qeyd etcədə əslində həmin əmrin ləğv edilməsini istəyir. Ona görə də Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(013)- 209/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, onun xəstəxananın Aptek bölməsinin əczaçısı vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(013)-209/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1116-K nömrəli əmri ləğv edilməli, İddiaçı xəstəxananın Aptek bölməsinin əczaçısı vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməli, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci 50 manat cavabdeh tərəfindən ona ödənilməlidir.
33. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsaslıdır və təmin edilməlidar.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(013)-209/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1116- K nömrəli əmri ləğv edilsin. İddiaçı xəstəxananın Aptek bölməsinin əczaçısı vəzifəsinə bərpa edilsin, məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilsin. İddiaçı tərəfindən çəkilmiş mediasiya xərci 50 (əlli) manat cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsitərəfindən İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.