Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1159/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “etibarnamələrin etibarsız hesab edilməsi, həmin etibarnamələrdən yaranan nəticələrin ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması” tələbinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və vəkalətli nümayəndəsi Nümayəndə Həsən qızı məhkəməyə iddia həcmini genişləndirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh2 tərəfindən xx.xx.2024-cü ildə onun mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 Fordovsi oğluna verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reyestr nömrəli baş etibarnamə, həmçinin Cavabdeh1 Cavabdeh2 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməli və həmin etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Nissan Note” markalı, 77-ER609 qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Tərtər rayon Hüsənli kəndində anadan olmuş və hazırda həmin kənddə qeydiyyatda olmaqla həbs olunana qədər orada yaşamışdır. 22 fevral 2024-cü il tarixdə saat 22 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tərtər rayon Polis Şöbəsinə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə tərəfindən inzibati tənbeh kimi 8 gün inzibati həbs cəzası təyin edilmişdir. 01 mart 2024-cü il tarixdə Tərtər rayon X2 Qrupu tərəfindən Azərbaycan Respublikası CM-in 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. 02 mart 2024-cü il tarixdə Tərtər rayon X2 Qrupu tərəfindən o, Azərbaycan respublikası CM-in 151 cə 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. Tərtər Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli, 4(061)-4/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Xüsusi mülkiyyətində olan bir sıra əmlakların, o cümlədən “Nissan Note” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həyat yoldaşı Cavabdeh2 Tərtər rayon Notariat Ofisində xx.xx.2019-cu il tarixdə 7E 1681 saylı reyestrlə təsdiq edilmiş bütün əmlaka dair ümumi etibarnamə vermişdir. Lakin həmin etibarnaməni Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə 8İ3130 saylı reyestrlə təsdiq edilmiş ərizəsi ilə ləğv edilmişdir. Ancaq Cavabdeh2 həbs olunmasından istifadə edərək 25 fevral 2024-cü il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan “Nissan Note” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 baş etibarnamə vermişdir. Cavabdeh1 isə mülkiyyəti olan “Nissan Note” markalı **-ER-*** qeydiyyat nişanlı avtomobili idarə etməklə avtomobildən istifadə edir və avtomobili satmaq istəyir. Lakin o, Cavabdeh2 verdiyi etibarnaməyə xitam verdiyinə görə sonuncu tərəfindən Cavabdeh1 verilmiş etibarnamə də qüvvədən düşmüşdür. Ancaq Cavabdeh1 avtomobili istifadə etməkdə davam edir. Bununla da o, hər an yol hərəkəti qaydalarılı poza bilər, yaxud yol nəqliyyat hadisəsi törədə bilər, yaxud mülkiyyətini məhv edə bilər. Odur ki, cavabdehin gələcəkdə də yol hərəkəti qaydalarını pozmaqda davam edəcəyindən, avtomobili satacağından, yaxud mülkiyyətini məhv edəcəyindən ehtiyat etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mülkiyyətində olan “Nissan Note” minik markalı **-ER-*** qeydiyyat nişanlı avtomobili – nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Lakin o, 28 mart 2024-cü il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisində həmin etibarnaməni ləğv etdirmişdir və etibarnaməyə xitam verilmişdir. Ona görə də cavabdehin həmin avtomobili idarə etmək hüququ yoxdur. Beləlikllə qeyd olunanlardan göründüyü kimi Cavabdeh1 tərəfindən mülkiyyət hüququnu və qanunla qorunan mənafeləri pozulmuşdur. Ona görə də mülkiyyəti olan “Nissan Note” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtimobilinin Cavabdeh1 tərəfindən istifadə hüququna xitam verilmişdir. Göstərdiklərinə əsasən Cavabdeh1 tərəfindən mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddianın təmin edilməsi, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü ildə İddiaçı mülkiyyəti olan “Nissan Note” markalı, 77-ER609 qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reystr nömrəli baş etibarnamə, həmçinin Cavabdeh1 Cavabdeh2 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınıb İddiaçı qaytarılması qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli , 2(061)-764/2024 saylı qətnaməsinin apelyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin düzgün həlli üçün işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verilməmişdir. Bununla da prosessual hüquq norması pozulmuşdur. Məhkəmə hər hansımübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanıməhkkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə isə təqdim edilən sübutlara obyektiv , qərəzsiz , hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. ddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənim qanunla qorunan hüquqlarımı pozmuşdur. Belə ki iddiaçının vermiş olduğu ərizə əsasında qəbul edilmiş qətnamədə göstərilmişdir ki, Firdovi Məmmədovun həyat yoldaşı Cavabdeh2 Tərtər rayon Notariat Ofisində xx.xx.2019-cu il tarixdə 7E-1681 saylı reyestrlə təsdiq edilmiş bütün əmlaka dair verdiyi ümumi etibarnamədə həmin etibarnaməyə əsasən bu etibarnamə yalnız təsdiq edilməsi anına qədər əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edildiyi qeyd edilməsi ayrıca bənd şəklində göstərilmişdir. Onun isə bundan xəbəri olmayıbdır . O, savadız qadındır, elə bilmişdir ki, bütün əmlaka hüququ çatır. O, oğluna etibarnamə vermək üçün Notariat Ofisinə gedəndə ona Notariatda heç kim bildirmədi ki, bu etibarnamə sonradan əldə olunmuş əmlaka aid edilə bilməz. Bunlardan başqa onsuz da qeyd olunan ,“Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak olduğu üçün maşının yarı dəyəri ona məxsusdur. Hazırda Tərtər Rayon Məhkəməsinin qətnaməsindən narazıdır və qətnamənin ləğv olunaraq yeni qərar qəbul olunmasını istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasınınxx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətli qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 764/2024 nömrəli qətnaməsi qismən “həmin etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsi” hissəsində ləğv edilməli və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı iddia qaldıraraq Cavabdeh2 tərəfindən xx.xx.2024-cü ildə onun mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 Fordovsi oğluna verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reyestr nömrəli baş etibarnamə, həmçinin Cavabdeh1 Cavabdeh2 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməli və həmin etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Nissan Note” markalı, 77-ER609 qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, mübahisələndirilən etibarnamələrin hüquqi nəticəsini konkret olaraq iddia tələbində qeyd etməmişdir ki, bununla da iddiaçının tələbi həmin hissədə qeyri-müəyyən olmuşdur. Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə əsasən isə iddia ərizəsində iddiaçının tələbi göstərilməlidir. İddiaçının iddia ərizəsində göstərilən etibarnamələrin doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi tələbi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə cavab verməməkdədir. Belə ki, iddiaçının qeyd olunan tələbləri konkret olaraq icra edilməli olan hər hansı bir hərəkəti nəzərdə tutmamaqdadır. Nəzərə alınmalıdır ki, iddiaçının irəli sürdüyü tələblərin təmin edilməsi halında həmin qətnamənin icrası da, qeyri-müəyyən olmaqla, mümkünsüz olacaqdır. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinin tələbinə riayət etmədən iddia ərizəsini məhkəməyə təqdim etməsini nəzərə almayaraq, Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmalı olduğu, iddia ərizəsini icraata götürdüyü təqdirdə isə iddiaçıdan qeyd olunan nöqsanları aradan qaldırmaqla iddia tələbini dəqiqləşdirməsini təklif etməli olduğu, nöqsanlar aradan qaldırıldıqdan sonra işə baxmalı olduğu halda, faktiki olaraq mövcud olmayan tələb üzrə işə mahiyyəti üzrə baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən nöqsaların apellyasiya icraatı qaydasında aradan qaldırılması mümkün deyildir. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 764/2024 nömrəli qətnaməsi qismən yəni “Cavabdeh2 tərəfindən xx.xx.2024-cü ildə onun mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 Fordovsi oğluna verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reyestr nömrəli baş etibarnamədən və Cavabdeh1 Cavabdeh2 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.12 və 384.0.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 nömrəli qətnaməsi qismən yəni “Cavabdeh2 tərəfindən xx.xx.2024-cü ildə onun mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 Fordovsi oğluna verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reyestr nömrəli baş etibarnamədən və Cavabdeh1 Cavabdeh2 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1159/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1159/2025
02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver