Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1160/2024 10.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı, üçüncü şəxslər Həsənova (Məmmədova) Fatma Mətiş qızı, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, eləcə də miras əmlakda payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı və üçüncü şəxs Həsənova (Məmmədova) Fatma Mətiş qızının iştirakları ilə, İddiaçı cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı, üçüncü şəxslər Həsənova (Məmmədova) Fatma Mətiş qızı, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, eləcə də miras əmlakda payların müəyyən olunması tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(021)-356/2023 nömrəli qətnaməsindən İddiaçı qız tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayonu Zaqs Bürosu (Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş 14 dekabr 1960-cı il tarixli İ-İE295240 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 14 oktyabr 1960-cı il tarixdə nikah bağlamışlar. Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 114 nömrə ilə qeyd edilmişdir;
2. Bərdə rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, İNE837657 nömrəli arayışdan görünür ki, X12 07 yanvar 1957-ci il tarixdə anadan olmuş, atası X10, anası X7 olmaqla bubarədə doğum akt qeydləri kitabında 26 fevral 1960-cı il tarixli 53 nömrə ilə qeydiyyat aparılmışdır;
3. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, İNE910762 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1960-cı il tarixdə anadan olmuş, atası X10, anası X7 olmaqla bu barədə doğum akt qeydləri kitabında 14 oktyabr 1960-cı il tarixli, 477 nömrə ilə qeydiyyat aparılmışdır;
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X4 mülkiyyətində olmuş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyat aparılmışdır;
5. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, AZİ556711 nömrəli arayışdan görünür ki, X7 20 oktyabr 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 12 noyabr 2012-ci il tarixli, 281 nömrə ilə qeydiyyat aparılmışdır;
6. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 20 oktyabr 2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Bərdə şəhəri Nüşabə küçəsi ev 7 döngə 10-da yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 29 iyun 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli **********68- 10301 reyestr nömrəsindən çıxarışa əsasən ünvan 1 ünvanda mülkiyyətində olan 0,4 ha torpaq sahəsində yerləşən 1987-ci ildə tikilmiş 2 otaqlı, 111,3 kv.metr ümumi, 44,4 kv.metr yaşayış, 69.9 kv.metr yardımçı sahədən ibarət olan yaşayış evindən ibarətdir;
7. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş 05 dekabr 2012-ci il tarixli, 4-Ə2257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 20 oktyabr 2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Bərdə şəhəri Nüşabə küçəsi ev 7 döngə 10-da yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC Bərdə rayon 013 filialında ******* nömrəli hesabda olan əmanət pulu və onun faizindən ibarətdir;
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 21 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyat aparılmışdır;
9. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 3622 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X5 adına 29 fevral 1988-ci il tarixli, 429 nömrəli qeydiyyat vəsiqəsi ilə DTİ və MHQ idarəsində qeydə alınmışdır. 06 may 2011-ci il tarixli, 2 V-147 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bərdə şəhəri, Nüşabə küçəsində mülkiyyətində 0,04 ha torpaq sahəsində yerləşən 1987ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 111,8 kv.metr, yaşayış sahəsi 44,2 kv.metr olan fərdi yaşayış evi X6 vərəsəlik edilmişdir. xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsilə X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. Fərdi yaşayış evi hal-hazırda MahmudovaNəcibə Mətiş qızının adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır;
10. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, 5675 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 evdə yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı, üçüncü şəxslər Həsənova (Məmmədova) Fatma Mətiş qızı, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddiа ərizəsi ilə ünvan 3 ünvanındakı fərdi yaşayış evi üzrə xx.xx.2012-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı və üçüncü şəxs Həsənova (Məmmədova) Fatma Mətiş qızı onun bacılarıdır. X1 18 dekabr 2003-cü il tarixdə, anaları X7 isə 20 oktyabr 2012-ci il tarixdə vəfat etmişlər. Həyat yoldaşı vəfat etdikdən sonra 3 övladı ilə birlikdə anasının xüsusi mülkiyyətində olan Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında 1987-ci ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 111,8 kv.m, yaşayış sahəsi 44.2 kv.m olan fərdi yaşayış evində yaşamışdır. Övladları və o həmin evdə qeydiyyatda olmuş və 1 saylı orta məktəbə getmişlər. 2006-cı ildə qızı ailə quran zaman maddi imkansızlıqdan həmin evdə olan bütün cehiz əşyalarını qızına cehiz vermişdir. Onun cehiz əmlaklarından yalnız bir ədəd sandıq qalmışdır. Anası vəfat edən günə kimi anası ilə birlikdə yaşamış, anasının bütün qayğılarını o çəkmiş, hətta anasının dəfn və yas mərasimini də o keçirtmişdir. Anası vəfat edəndən sonra övladları Bakı şəhərindən ev almış, buna baxmayaraq o anasının evində yaşamağa davam etmişdir. Son illər səhhətində yaranmış problemlərlə əlaqədar olaraq tez-tez Bakı şəhərinə gedib gəlsə də, anasının evində yaşamaqda davam etmişdir. Bir ay bundan qabaq Bakı şəhərindən qayıdan zaman cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı ona həmin evdə yaşamağa maneəçilik törədərək həmin evin ona məxsus olduğunu bildirmişdir. Bu zaman ona məlum olmuşdur ki, bacısı anası vəfat etdikdən 2 ay sonra həmin evə qanunsuz olaraq 13 dekabr 2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış almışdır. Anası xəstə olduğu vaxt bacısı anasına baxmaq bəhanəsi ilə həmin evə gəlmiş, anası vəfat etdikdən sonra isə vaxt itirmədən həmin evi öz adına sənədləşdirmişdir. Halbu ki, həmin evdə o yaşamış və evdən istifadə etmişdir. Xəbəri olmadan bacısının evi öz adına sənədləşdirməsi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
13. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək, 13 dekabr 2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə, miras qalmış əmlakın vərəsələr arasında bölünməsi və Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(021)-356/2023 nömrəli (hakim F.Babaşov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, üçüncü şəxslər X14, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “xx.xx.2012-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dаir iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1255, 1262, 1272, 1273 və 1273-1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən 1 ay qabaq Bakı şəhərindən həkimdən qayıdıb həmin evdə yaşamağa başladığı zaman cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı evdə yaşamağına maneəçilik törətmişdir. Məhz həmin zaman öyrənmişdir ki, anası vəfat etdikdən iki ay sonra bacısı qanunsuz olaraq evə dair adına çıxarış almışdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2023-cü il tarixli 2(104)-1321/2023 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(021)-356/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134, 1145, 1146, 1159.1,1243.2,1243.3,1246 maddələrinə istinad etmişdir
Kassasiya instansiyası məhkəməsində icraat
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(102)-78/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1321/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi; İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə verilən şərhə zidd olduğu üçün qanunsuzdur.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, anası öləndən sonra mirası onun tərəfindən qəbul edilmişdir. Bacısı Gültəkinin qızı ərə gedən zaman onun cehizini almışdır. Ona görədə hər iki bacısi mirasın onun adına keçməsinə etiraz etməmişlər. Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Həsənova (Məmmədova) Fatma Mətiş qızı izahatında bildirmişdir ki, anasının ölümündən sonra miars əmlakla maraqlanmasada, lakin mirasını qəbulundan imtina barədə ərizədə verməmişdir. Məhkəmədə iddia qaldırılandan sonra bilmişəm ki, Nəcibə evi adına keçirib. Həsənova (Məmmədova) Fatma Mətiş qızı sonda iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və üçüncü şəxslər Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı teleqram ünvanlayaraq iştirakı olamadan işə baxılmasını xahiş etmişdir. X15 “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi də iştirakı olmadan işə baxılması barədə məktub ünvanlamışdır. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
29. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
33. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
34. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
43. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
44. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
45. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
51. Hazırkı işin hallarından müəyyən olunur ki, X4 mülkiyyətində Bərdə şəhəri Nüşabə küçəsi 10/7 ünvanında yerləşən fərdi yaşayış evi və "xxxx" ASC-nin Bərdə rayon filialında ******* nömrəli hesabda olan əmanət pulu və onun faizi olmuşdur. X4 20 oktyabr 2012-ci il tarixdə ölümündən sonra qeyd olunan əmlaklara miras açılmışdır. Sonuncunun uşaqları - birinci növbəli vərəsələri qızı İddiaçı, Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı və Həsənova (Məmmədova) Fatma Mətiş qızı olmuşlar. Miras qoyanın qızı Cavabdeh notariat kontoruna müraciət edərək, mərhum anasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və onun adına Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 nömrəli reyestr nömrəli və 05 dekabr 2012-ci il tarixli, 4- Ə2257 nömrəli reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak vərəsə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonuncunun adına müvafiq çıxarış verilmişdir. Miras qoyanın birinci növbə vərəsəsi İddiaçı da miras əmlakın onun tərəfindən qəbul edilməsin əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
52. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
53. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. X9 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qeyd olunan qərarla Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
54. Hazırkı iş üzrə iddia ərizəsi 18 oktyabr 2023-cü il tarixdə yəni, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də kollegiyası hesab edir ki, X3 qalmış mirasın vərəsələr tərəfindən qəbul edib-etməmələri məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
55. Yuxarıda da qeyd olunduğu kimi Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızının adına Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli və 05 dekabr 2012-ci il tarixli, 4-Ə2257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Miras qoyan Şamama Məmmədovanın ölümündən sonra birinci növbə vərəsələrindən heç biri, yəni İddiaçı, Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı və Həsənova (Məmmədova) Fatma Mətiş qızı mirasın qəbulundan (paylarından) imtina etməmişlər.
56. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyi nəzərə alan kollegiya hesab edir ki, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızının adına verilmiş 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13 dekabr 2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X3 miras qalmış ünvan 6 ünvanında yerləşən və ümumi sahəsi 111,3 kv.m olan fərdi yaşayış evinə, eləcə də onun yerləşdiyi 0,04 ha torpaq sahəsinə İddiaçı, Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı və Həsənova (Məmmədova) Fatma Mətiş qızının hər birinin 1/3 hissədə payları müəyyən olunmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 384, 385, 392,-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(021)-356/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı, üçüncü şəxslər Həsənova (Məmmədova) Fatma Mətiş qızı, Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, eləcə də miras əmlakda payların müəyyən olunması tələbinə dаir iddiası təmin edilsin. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızının adına verilmiş 01 dekabr 2012-ci il tarixli 4Ə-2209 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızının adına verilmiş 13 dekabr 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. X4 20 oktyabr 2012-ci il tarixdə ölümündən sonra ünvan 6 ünvanında miras qalmış və ümumi sahəsi 111,3 kv.m olan fərdi yaşayış evinə, eləcə də onun yerləşdiyi 0,04 ha torpaq sahəsinə miras qoyanın birinci növbbə vərəsələri İddiaçı, Mahmudova (Məmmədova) Nəcibə Mətiş qızı və Həsənova (Məmmədova) Fatma Mətiş qızının hər birinin 1/3 hissədə payları müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.