Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1168/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibаrət tərkibdə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 0* may 2025-ci il tarixli 2(045)-**43/20*9 nömrəli qərardadından Ərizəçi tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə məhkəməyə müraciət edərək, X4 adına olan Torpağın Mülkiyyətə verilməsinə dair JN- 572A saylı KOD 50806028 şəhadətnamənin anası X6 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9-cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) iddia təmin edilərək, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN572A KOD 50806028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 məxsus olması faktının təsdiq edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Dövlət Arxivinin arayışından, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi İdarəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, X3 rayonunun Üçtəpə kəndində pasport qeydiyyatında olmadığından, həmin kənddə yaşamadığından, kolxozun daimi işçisi olmadığından, həmin kolxozdan pensiyaya çıxmadığından, oradan hərbi xidmətə çağrılmadığından kolxozun əmlakından pay almaq hüququna malik olmamışdır. Məhkəmə ərizəçi X* araşdırmadan onun adına verilmiş Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-572 Kod 50806028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin saxtalığını araşdırmamışdır. Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-572 kod 50860028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv arayışlarında öz təsdiqini tapmaması və həmin torpaq sahəsinin digər şəxslərə məxsus olması sənədin saxtalığına dəlalət edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbisənədlər, pasport və müfaviq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktında istisna təşkil edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələri göstərmişdir. Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin X5 mülkiyyətinə verilməsi barədə JN-572A kod 50806028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin də bu istisnaya aid edilməsini məhkəmənin nəzərə almaması MPMnin 307.2.5-ci maddəsinin tələblərinin pozulmasıdır. X2 araşdırılmadan onun adına verilmiş Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-572 Kod 50806028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin saxtalığı apellyasiya şikayətinə əlavə edilən Göygöl rayon Dövlət Arxivinin arayışı Göygöl rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə tam təsdiqini tapır. Məhkəmə qətnaməsi ona *0.06.2024-cü il tarixdə təqdim edilmişdir. Qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti *2.06.2024-cü il tarixdə, qanunvericiliklə müəyyən olunmuş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin 0* may 2025-ci il tarixli 2(045)-**43/20*9 nömrəli qərardadı ilə (hakim Taleh Mustafayev) Goranboy Rayon Məhkəməsinin 2(045)-**43/20*9 saylı, 03.09.20*9-cu il tarixli qətnaməsi üzrə Maraqlı şəxs2 maraqlarına toxunulan şəxs kimi tanınması, tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi və şikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, anası X5 adına verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin şəhadətnaməsində soyadının “Rzayeva” deyil “Babayeva”, adının isə ”Temur” deyil “Teymur” olaraq qeyd edilməsi zamanı yol verilmiş səhvin aradan qaldırılması həmin şəhadətnamənin anası X6 aid olması müəyyən edilmişdir. Bu qətnamədən, bu qətnamənin hüquqi mahiyyətindən yaranan münasibətlərin 0,08 ha torpaq sahəsinə dair şəhadətnamənin heç bir aidiyyəti olmayan şəxs tərəfindən mübahisələndirilməsi və məhkəmənin bu mübahisələndirməni əsaslı sayaraq maraqlı şəxs kimiapelliator FizuluHüseynovun “maraqlarına toxunan şəxs” olaraq işə cəlb edilməsi əsassız, qanunsuz və məntiqsizdir. Goranboy Rayon Məhkəməsinin 0* may 2025-ci il tarixli 2(045)-**43/20*9 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.*-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-*.*-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.*-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. MPM-də fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bununla belə, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Bu növ məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Məlumdur ki, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin, qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə 29.07.20*6-cı il tarixli qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətləri dedikdə - onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması nəzərdə tutulur. Doğrudur ki, işdə iştirak etməyə cəlb olunmayan (iştirakı təmin edilməyən) şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən (iştirakı təmin edilməyən) şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Lakin, hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Baxılan işdə ərizəçi X4 adına olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-572A saylı KOD 50806028 şəhadətnamənin mərhum anası X6 aid olması faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən də ərizə təmin edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı, Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9-cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsi ilə Maraqlı şəxs2 hər hansı hüquqlarının, habelə qanunla qorunan mənafelərinin pozması halı müəyyən olunmur. Halbuki, MPM-nin 357.2-ci maddəsində bəhs olunan “işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs” dedikdə elə hal başa düşülür ki, həmin şəxslərin üzərinə hər hansı vəzifə və ya öhdəlik qoyulmuş olsun, yaxud məhkəmə baxılmış mübahisəni, işə cəlb olunmamış həmin şəxslərin hüquqlarının pozulması və ya əsassız məhdudlaşdırılmasına səbəb olan şəkildə həll etmiş olsun. Əgər qəbul edilmiş qətnamə şəxsin hüquq və vəzifələrinə toxunmursa, bu halda qətnamədən apellyasiya şikayəti vermə hüququ yoxdur. Buna görə də, MPM-nin 357.2-ci maddəsində nəzərdə tutulmuş əsasla apellyasiya şikayətinin mümkünlüyü həll edilərkən məhkəmədən, hər bir işin konkret hallarından asılı olaraq, çıxarılmış qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquq və vəzifələrinə toxunmasını əsaslandırmaq tələb olunur. «Ərizəçi tərəf mübahisəli torpaq sahəsi ilə bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, buna görə də hazırkı qətnamənin doğurduğu hüquqi nəticə Gəncə İnzibati Məhkəməsinin icraatında olan iş üzrə onun mənafeyinə toxunmuşdur» barədə apellyasiya şikayətinin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN-572A saylı KOD 50806028 şəhadətnamənin ərizəçinin mərhum anası X6 aid olması faktı müəyyən edilmişdir. Başqa sözlə, mübahisələndirilən qətnamə əriçəçinin Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair iddia irəli sürməsi üçün subyektiv hüquq qazanmasına zəmin yarada bilər. Lakin, qətnamə əsasında JN-572A saylı KOD 50806028 şəhadətnamənin ərizəçinin mərhum anası X6 aid olması faktının müəyyən edilməsi birbaşa və ya dolayı yolla apellyatorun hər hansı maraqlarına toxunmur. Çünki, istinad olunan Gəncə İnzibati Məhkəməsinin icraatında olan işin aqibəti ərizəçinin xahiş etdiyi faktın təsdiq olunmasından asılı deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaətini bundan ibarətdir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi üçün prosessual hüquqi əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə bu hallara düzgün hüquqi qiymət vermədən apellyasiya şikayətini mümkün saymışdır. Ona görə də şikayət təmin edilməli, qərardad ləğv edilməli və apellyasiya şikayəti qeyri mümkün hesab edilməlidir. MPM-nin 398.0.3.-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.3 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 0* may 2025-ci il tarixli 2(045)-**43/20*9 nömrəli qərardadı ləğv edilsin. Goranboy Rayon Məhkəməsinin 03 sentyabr 20*9-cu il tarixli 2(045)-**43/20*9 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1168/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1168/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver