Məhkəmə qərarları › İş №2(104)-1169/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1169/2024

30.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1169/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMCyə qarşı qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl rayon Qızılca kəndi ərazisində yerləşən və mülkiyyətində olan 0.02 ha torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl rayon Qızılca kəndi ərazisində mülkiyyətində 0.02 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi var. Qeyd olunan torpaq sahəsi qanuni və əsaslı olaraq onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən qanunsuz və əsassız olaraq mülkiyyətindən istifadəyə maneçilik törədilir. Belə ki, o, torpaq sahəsində tikinti işləri aparmaqla mülkiyyət hüququndan istifadə etmək istəyir, lakin cavabdeh orqanın əməkdaşları gələrək maneçilik törədir. Səbəb kimi isə guya torpaq sahəsinin Respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağına düşməsi qeyd olunur. Halbu ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə aid yol Respublika əhəmiyyətli yox, yerli əhəmiyyətli avtomobil yoludur ki, bununla da iddiaçıya məxsus torpaq sahəsi ilə yolun mühafizə zolağı arasındakı məsafə 15 metrdən çoxdur. Yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Göründüyü kimi hazırda iddiaçıya məxsus torpaq sahəsi Gəncə-Daşkəsən rayonunu birləşdirən yerli əhəmiyyətli yolun ətrafında yerləşir ki, həmin yolun mühafizə zolağı 12,5 metr təşkil edir. Odur ki, cavabdehin iddiaçının qanuni mülkiyyətində olan mülkdən istifadə etməyə maneçilik törətməsi onu mülkiyyət hüququndan mərhum edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-ti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, çıxarışın ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi və yaradılan maneənin qadağan edilməsi tələbinə dair cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "X2 Xidməti" MMC-yə qarşı Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı R-20 Gəncə-Daşkəsən respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolağında yerləşən 0,02 ha torpaq sahəsinə dair verilmiş ********** nömrəli, 26.09 2017-ci il tarixli çıxarış qanunvericiliyin tələblərinə ziddir. Hesab edirlər ki, mübahisələndirilən çıxarış verilərkən qanunvericiliyin aşağıda qeyd olunan tələbləri pozulmuşdur. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından mövcud qanunvericiliyə əsasən "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı mülkiyyətinə verilmiş ********** nömrəli 26.09 2017-ci il tarixli çıxarışa əsasən R-20 indeksli Respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunda 0.02 ha torpaq sahəsinin avtomobil yolunun qorunma və mühafizə zolağına düşməsi müəyyən edilmişdir.Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı mülkiyyətinə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Qələmdar Abbasov) İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-yə qarşı qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qələmdar Abbasov) qarşılıqlı iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 215 (iki yüz on beş) manat ekpertiza xərcinin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq DƏDKR PHŞ-nin 3 saylı Gəncə Əİ, VÖEN **********, H/H AZ73AİİB******************** hesaba ödənilməsi, işə baxılması ilə əlaqədar tərəflərin ödədikləri dövlət rüsumlarının onların özlərinə aid edilməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qətnamənin tamamilə ləğv olunmasına və qarşılıqlı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışı ləğv etməklə, onun mülkiyyət hüququnu pozmuşdur. Hansı ki, həmin mülkiyyəti o qanuni və əsaslı olaraq alqı-satqı etmiş və vicdanlı olaraq almışdır. Torpaq sahəsi ilk olaraq X5 almış və onun adına çıxarış verilmiş, o da X1 və sonuncu da alqı-satqı edərək torpaq sahəsini ona satmışdır. Hər üçünün adına reyestrdən çıxarış verilmişdir. İşdə iştirak edən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-yə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı özünə məxsus olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinə əsasən, qanuni əsaslarla çıxarış almışdır. Alqı-satqı müqaviləsi qüvvədə olduğu halda, çıxarışın ləğv edilməsi qanunsuzdur. Məhkəmənin bu iş üzrə qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Əİ-nin xx.xx.2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin müraciəti əsasında göndərdiyi məktubla İddiaçı adına verilmiş Göygöl rayonu Qızılca kəndində yerləşən 0.02 ha yaşayış məntəqələri torpaq sahəsinə dair Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının verilməsinə əsas olmuş aşağıdakı sənədlərdən görünür ki, xx.xx.2011–ci il tarixdə Göygöl rayon notariat kontorunda AN-İ ******* nömrəli reyestrdə qeydə alınmış alğı–satqı müqaviləsinin surətindən görünür ki, X5 özünə məxsus olan, Göygöl rayonu, Sarıtəpə kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsini X4 5400 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2014-cü il tarixli, ******* qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.02 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətidir. xx.xx.2017–ci il tarixdə Gəncə Asan Xidmət Mərkəzində AN-İ ******* nömrəli reyestrdə qeydə alınmış alğı–satqı müqaviləsinin surətindən görünür ki, X6 özünə məxsus olan, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsini İddiaçı 5000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. İş materialları ilə müəyyən edilir ki, X6 özünə məxsus olan 0,02 ha olan torpaq sahəsini Gəncə Asan Xidmət Mərkəzində bağlanılmış xx.xx.2017–ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə İddiaçı satmışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı adına verilmiş Göygöl rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə gödərilmiş və müəyyən edilmişdir ki, xx.xx.2011–ci il tarixli alqı-satqı müqaviləsi ilə, X5 mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini X1, sonuncu isə həmin torpaq sahəsi adına qeydə alındıqdan sonra, xx.xx.2017–ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı satmış, hazırda adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, hazırki iş üzrə qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas xx.xx.2017–ci il tarixdə Gəncə Asan Xidmət Mərkəzində AN-İ ******* nömrəli reyestrdə qeydə alınmış alğı–satqı müqaviləsi olmuşdur ki, həmin alğı–satqı müqaviləsi ləğv edilmədən və ya etibarsız sayılmadan, hazırki xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi qanuni sayıla bilməz. Birinci instansiya məhkəməsi isə, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair xx.xx.2017–ci il tarixdə Gəncə Asan Xidmət Mərkəzində AN-İ ******* nömrəli reyestrdə qeydə alınmış alğı–satqı müqaviləsi qüvvədə olduğu halda, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışı ləğv etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarınını 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkmənin nəticlərini əsaslandırdığı sübutlar, bu və ya digər sübutlar rədd və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutuğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu iş üzrə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş üzrə iddia tələbi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün tələb edilən 215 manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-ti tərəfindən ödənilmiş, iddiaçının ərizəsi üzrə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan ekspertiza xərcinə dair xx.xx.2023-cü il tarixli 113 nömrəli Hesab Fakturadan görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 215 manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də, həmin məbləğdə pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq, DƏDKR PHŞ-nin 3 saylı Gəncə Əİ, VÖEN **********, H/H AZ73AİİB******************** hesaba köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-11/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi «X2 Xidməti» MMC-nin cavabdeh İddiaçı qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan 215 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq, DƏDKR PHŞ-nin 3 saylı Gəncə Əİ, VÖEN **********, H/H AZ73AİİB******************** hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar