Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1181/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın onun yanında saxlanılması və aliment» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(062)-219/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «uşağın onun yanmda saxlanılması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 onun yanında saxlanılmasına və Fərid adlı uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün sabit pul məbləğində 193 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2000-ci ildə ailə qurmuş, xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2001-ci ildə Fatimə, 06.04. 2006-cı ildə Fərid və xx.xx.2007-ci ildə Fəridə adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında yaranmış narazılığa görə məhkəmə qaydasında xx.xx.2010-cu il tarixdə nikahları pozulmuşdur. Nikahları pozulduğu vaxtdan uşaqların kimin himayəsində qalması qeyd olunmamışdır. Hal-hazırda onların birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı ildə Fərid adlı uşaq onun himayəsindədir, uşağa o, baxır, özü də heç yerdə işləmir. 1-ci qrup Qarabağ müharibəsi veteranıdır, qazidir, iş qabiliyyəti yoxdur. Maddi durumu aşağıdır. Cavabdeh maddi vəziyyəti isə kifayət qədər yaxşıdır. Bakı şəhərində yaşayır. Qarşı tərəf onun himayəsində olan qızı Fəridəyə görə ondan 150 manat aliment tələb etmişdir. O, həmin pulu ödəməyə maddi imkanı çatmır. Onların birgə nikalarından anadan olmuş Fərid adlı uşaq onun yanındadır. Ona görə istəyir ki, məhkəmə qətnaməsinə əsasən Fərid adlı uşağı onun himayəsində saxlanılsın və həmin uşağın saxlanılması üçün sabit pul məbləğində 193 manat aliment Cavabdeh alınıb ona verilsin. Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(062)-219/2023 saylı qətnaməsi (Z.Hünmətov) ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı ildə anadan olmuş X2 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(062)-219/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qərarı qanunsuz və əsassız hesab edir. Çünki onun heç bir iş fəaliyyəti yoxdur, rəsmi olaraq heç bir dövlət idarəsində işləmir, İİ qrup Qarabağ veteranıdır və cəmi 80 manat pensiya alır. Həmin məbləğlə övladının tələbatlarını qarşılamaq mümkün deyildir. Buna görə də onun himayəsində olan Fərid adlı uşağının saxlanılması üçün sabit pul məbləğində 193 manat aliment Cavabdeh alınıb ona verilməlidir. Məhkəmə qətnamə qəbul edərkən, onun iş fəaliyyəti olmamasını, yalnız İİ qrup Qarabağ Əlilliyinə görə verilən 80 manatla dolandığını və bu məbləğlə də uşağın tələbatının qarşılanmasını qeyri-mümkün olduğunu və həmin uşağın hazırda tələbə olmasını nəzərə almamışdır. Birinci instansiya məlıkəməsinə subutlar təqdim etmək imkanı tamamilə məhdudlaşdırılmışdır. Bu hal iş materiallarındada öz əksini tapır. Onun iştriakı və xəbəri olmadan məhkəmə iclası keçirilmiş və qətnamə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, cavabdehlə 2010-cu il tarixli qətnamə əasında nikahları pozulsa da 2020-ci ilədək birlikdə yaşamışlar. Daha sonra yenidən ayrılmışlar. Sonuncu dəfə cavabdehlə ayrılandan sonra Fərid adlı uşaq onunla yaşayır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, aliment tələbinə dair iddiası rədd olunsa da, uşağın onun yanında saxlanılmasına dair qətnamə olmamışdr. Buna görə də hazırda uşağın onun yanında qalmasının müəyyən edilməsi tələbinə dair iddia qaldırdığından təkrarən aliment tələbini də irəli sürmüşdür. Hazırda əsas məqsədi ya ondan tutulan alimentin dayandırılması, ya da cavadbehdən onun yanında qalan uşağa görə alimentin tutulmasıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(104)-2270/2022 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə, qarşılıqlı iddia üzrə İddiaçı isə Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(062)-792/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, 02 iyun 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 fevral 2022-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair qarşılıqlı iddiasının isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(104)-2270/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(062)-792/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(062)- 219/2023 saylı qətnaməsi cavabdehdən tələb edilən aliment məbləğinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının tələblərindən biri Cavabdeh tərəflərin birgə nikahından doğumuş xx.xx.2006-cı il təvəllüdlü Fərid adlı uşağının yetkinlik yaşına çatanandək saxlanması üçün aliment tələb etməsi olmuşdur ki, yuxarıda istinad olunan Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(104)-2270/2022 saylı qətnaməsindən göründüyü kimi İddiaçı daha əvvəl Cavabdeh qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(062)-792/2022 nömrəli qətnaməsi ilə İddiaçı qarşılıqlı iddiası təmin edilməmiş, həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə Gəncə Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(104)-2270/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(062)-792/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan təxminən 24 gün sonra, yəni 04 noyabr 2022-ci il tarixdə İddiaçı yenidən Tovuz Rayon Məhkəməsində eyni tələblə və eyni əsasla Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırmışdır. İddiaçının məhkəmə kollegiyasında verdiyi izahatdan isə müəyyən olunmuşdur ki, onun niyyəti əslində Cavabdeh aliment ödəməkdən azad olunması olmuşdur. Birinci instansiya məhkəməsi isə iddia tələbinə həmin hissədə xitam verməli olduğu halda, işin qeyd edilən halına düzgün qiymət vermədən həmin tələbə mahiyyəti üzrə baxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261,384 və 402-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı «uşağın onun yanında saxlanılması və aliment» tələbinə dair mülki iş üzrə aliment tələbinə dair hissədə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1181/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1181/2023
28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver