Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1197/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahələri arasında ara sərhədlərinin müəyyən olunması və tiklinin özbaşına sökülməsinin qadağan olunması tələbinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2(062)-1845/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahələri arasında ara sərhədlərinin müəyyən olunması və tiklinin özbaşına sökülməsinin qadağan olunması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişlər. Tovuz Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2(062)-1845/2025 nömrəli (hakim Z.Hünbətov) qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı1 qərardaddan şikayət verərək ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd olunmuşdur ki, hər bir iddiaçı ayrı-ayrılqda tələbinin nədən ibarət olmasını göstərməmiş, öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları ərizəyə əlavə etməmişlər. Həmin hissə tam əssasızdır. Onlar iddiaçı kimi tələb etimişlər ki, torpaq sahələri arasında ara sərhəddi müəyyən edilsin və bu barədə torpaq sahəsinə aid müvafiq sənəd əldə etmişlər. Hesab edir ki, hakim həmin sənədi sübut kimi qəbul etmək istəmir. Bundan başqa iddia ərizəsinə akt, icraata xitam qərarı əlavə etmişlər. Tovuz Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(062)-1845/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.2. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, hər bir iddiaçı ayrı-ayrılıqda tələbinin nədən ibarət olmasını göstərməmiş, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları ərizəyə əlavə etməmişlər. İddia ərizəsində cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi göstərilsə də, iddiaçı bunu təsdiq edən sübutu ərizəyə əlavə etməmişdir. Digər tərəfdən iddia ərizəsində torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin sökülməsinin qadağan olunması göstərilsədə, lakin fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsinin sübutu kimi də iddia ərizəsinə hər hansı sənəd əlavə olunmamışdır. İddia ərizəsindən isə aydın olunur ki, məhkəmə qətnaməsi əsasında hazırkı iş üzrə cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşaa olunmuş tikiılinin 55 kv.m hissəsinin sökülməsinə dair tərəflər arasında mübahisə olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri icraat götürmədən geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2(062)- 1845/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2(062)-1845/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1197/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1197/2025
10.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver