Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1200/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi hüquq varisi X13 (həmçinin digər hüquq varisləri X19 və X4 etibarnamə üzrə nümayəndəsi), işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəmkir rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilmiş hesab edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(076)-3669/2018 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Şəmkir rayon notariat ofisinə qarşı qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X6ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,075 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1940-cı ildə doğulmuşdur. X6, anası isə X14r. Anası 14 fevral 1983-cü il tarixdə, atası isə 27 dekabr 1985-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra ünvan 1 ünvanında yerləşən 0,075 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Həmin evdə əri ilə birlikdə o yaşamışdır. Bununla da miras əmlakı faktiki olaraq qəbul etmişdir. Valideynlərinin başqa uşaqları olmamışdır, onların yeganə vərəsələri odur. Miras əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs Şəmkir rayon notariat ofisinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətdə ərizə verilmədiyi üçün notariat ofisi şəhadətnamə verilməsindən imtina etmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(076)-3669/2018 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) ərizə qismən təmin edilərək, Ərizəçi mərhum X6ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi; Ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Ərizəçi onun bibisidir, X20 isə onun babasıdır. Mərhum babası X8 üç övladı olmuşdur. Bibisi Ərizəçi, atası X9 və əmisi X17. Mərhum babasının bütün övladları vəfat etmişlər. Ərizəçi Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, yalandan qeyd etmişdir ki, valideynlərinin başqa övladları yoxdur. Məhkəmə də buna göz yumaraq başqa vərəsələrin olub-olmamasını araşdırmamışdır. Mərhum babası X1 ona Şəmkir rayonu Çinarlı qəsəbəsində 0.075 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində mərhum babası, nənəsi, bibisi və əmisi ilə birlikdə yaşamışlar. Mərhum babası X20 xx.xx.1985-ci il tarixdə, mərhum nənəsi X21 xx.xx.1983-cü il tarixdə, mərhum əmisi X17 xx.xx.2011-ci il tarixdə və mərhum atası X9 xx.xx.2009-cu il tarixdə vəfat etmişlər. Babası və nənəsi rəhmətə getdikdən sonra da onlar hamılıqla miras qalmış evə sahib çıxmışlar. Bibisindən başqa mərhum atası və əmisi də babasının vəfatından sonra həmin evdə yaşamışlar. Evin açarları bütün ailə üzvlərində olmuşdur. O, bacı və qardaşları, əmisi və bibisi uşaqları istənilən vaxt maneəsiz şəkildə o evdə yaşamış və istifadə etmişlər. Atası və əmisinin vəfatından sonra bütün digər vərəsələr başqa şəhər və rayonlarda yaşadığı üçün həmin ev yalnız tətillərdə və bayramlarda ümumi istifadədə olmuşdur. Ərizəçinin bibisi Ərizəçi evin sənədləşdirilməsi ilə bağlı öz adına keçirtmək üçün məhkəməyə müraciət etməsini və şikayət etdiyi bu qərarın qəbul olunmasını vərəsələrdən heç biri bilməmişdir. Bibisi onlardan xəbərsiz özünü məhkəmə yolu ilə mərhum babası X8 yeganə vərəsəsi kimi tanıtdırmış və babasından miras qalmış 0.075 ha həyətyanı torpaq sahəsini öz adına keçirtmiş və bu barədə çıxarış əldə etmişdir. Bibisi Ərizəçi xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bibisi vəfat etməmişdən qabaq torpaq sahəsini öz oğlu X15 bağışlamış və onun adına keçirtmişdir. Belə ki, X10 adına xx.xx.2019-cu il tarixli RX ******* seriyalı çıxarış verilmişdir. X22 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Yalnız onun vəfatı ilə əlaqədar Bakı şəhərində baş tutan yas məclisində ona məlum olmuşdur ki, bibisi Ərizəçi Şəmkir rayon məhkəməsinə müraciət edərək, miras mülkü adına rəsmiləşdirmişdir. Hesab edir ki, sözügedən qətnamə onun və digər vərəsələrin hüquqlarını pozur. Çünki, məhkəmə digər vərəsələri araşdırmamış və mirasın onlar tərəfindən qəbulu məsələsinə hüquqi qiymət verməmişdir. Az-İİ seriyalı 178535 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir Ərizəçi 07 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Apellyasiya instansiyasında icraat zamanı X13, X19 və X11 mərhum Ərizəçi hüquq varisi qismində işə cəlb edilmişlər. Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum babası Həsən Həsənovun üç övladı olmuşdur. Bibisi Ərizəçi, atası X9 və əmisi X17. Mərhum babasının vəfatından sonra evin açarı onun mərhum atasında olmuşdur. Miras qalmış evdə heç kəs yaşamır. Yaydan yaya onlar, bibisi qızları ilə birlikdə həmin evə gedib orada qalmışlar. İki ildir ki, miras mülkə getmirlər. Mülkdə bütün vərəsələrin payı vardır. Çünki, həmin mülk ata-baba yurdlarıdır. Mərhum babasının vəfatından sonra onlar, eləcə də əmisi və bibisinin övladları maneəsiz olaraq miras mülkə gedib gəlmiş, həmçinin orada qalmışlar. Maraqlı şəxs2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (vəkil) X12 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə tərəfindən miras qoyanın vərəsələrinin dairəsi tam müəyyən edilməmişdir. Çünki, miras qoyanın Ərizəçi da başqa iki nəfər övladı vardır. Həmin şəxslər vəfat etdiyindən miras mülkdə miras qoyanın nəvələrinin payları müəyyən edilməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi hüquq varisi X13 (həmçinin digər hüquq varisləri X19 və X4 etibarnamə üzrə nümayəndəsi) izahatında bildirmişdir ki, miras mülk mərhum babasının mirasıdır. Mülkdə bir tək onun valideyinləri yaşamışdır. Miras mülkün saxlanma xərclərinidə anası ödəmişdir. Onlarda yaydan-yaya miras mülkə getmişlər. X3 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X6, anası X14r; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş 27 oktyabr 2011-ci il tarixli 203 nömrəli arxiv arayışından görünür ki, filialda mühafizə olunan və “H.Aslanov” adına sovxozun qaytanlanmış torpaq kitabında 25-ci sıra nömrəsində X8 adına 0,075 ha həyatyanı torpaq sahəsi qeyd edilmişdir; Şəmkir rayonu Çinarlı qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 04 iyun 2018-ci il tarixli 486 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır, X6 vəfat etdikdən sonra mərhuma məxsus ünvan 1 ünvanda yerləşən evə və torpaq sahəsinə Ərizəçi rəhbərlik etmiş, saxlanma xərcləri ödənilmişdir. Ölüm haqqında şəhadətnamələrdən müəyyən olunur ki. X21 14 fevral 1983-cü il tarixdə, X20 isə 27 dekabr 1985-ci il tarixdə vəfat etmişlər. Keçmiş DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2018-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanındakı 0,0768 ha torpaq sahəsində yerləşən 2 yaşayış otağından və ümumi sahəsi 62 kv.m olan fərdi yaşayış evinə dair X8 adına yanvar 1987-ci il tarixli 282 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı təqdim edilmiş Şəmkir rayon qeydiyyat şöbəsinin 22 fevral 2024-cü il tarixli arayışından görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində arayış verilən tarixədək X16 aid əlavə edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı X21 (xx.xx.1904-cü il təvəllüdlü, xx.xx.1983-cü il tarixdə vəfat etmişdir), oğlu X17 (xx.xx.1936-cı il təvəllüdlü, xx.xx.2011-ci il tarxdə vəfat etmişdir), oğlu X9 (xx.xx.1937-ci il təvəllüdlü, xx.xx.2009-cu il tarixdə vəfat etmişdir), qızı Ərizəçi (xx.xx.1940-cı il təvəllüdlü). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. MPM-nin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı işə baxılan, ayrıayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yeri faktının müəyyən barədə işlərə baxır. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, mərhum X2 X21 ilə ailə qurmuş və onların ailə münasibətlərindən üç uşaqları olmuşdur – Ərizəçi, X9 və X17. Bununla yanaşı, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətindən də müəyyən olunur ki, sonuncu mərhum babası Həsən Həsənovdan miras qalmış əmlakın sonuncunun oğlu (apellyatorun atası) Məhərrəm Kazımov tərəfindən qəbul edildiyini bildirir və mirasdan atasına çatası payın ona verilməsi iddiasındadır. Qeyd olunmalıdır ki, hüquq haqqında mübahisə digər şəxsin eyni predmetə hüquqlarının olmasını iddia etməsi anlamına gəlir. Göründüyü kimi, müəyyən olunması tələb edilən fakt, məhkəmə qaydasında müəyyən oluna bilər. Lakin, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Analoji qayda Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsində də müəyyən edilməklə göstərilmişdir ki, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırkı işdən isə görünür ki, ərizəçinin tələb etdiyi faktın müəyyən olunması məsələsində hüquq haqqında mübahisə vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mərhum (miras qoyan) X8 bütün vərəsələrinin dairəsi müəyyən edilməmiş, onlar işə baxılmasına cəlb edilərək miras əmlakın hansı vərəsələr tərəfindən qəbul edilib-edilməməsi araşdırılmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.5-ci bəndində qeyd olunmuşdur ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsində göstərilir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il il tarixli 3 saylı qərarının 18-ci bəndində göstərilmişdir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə qəbul etdiyi qərardadda tərəflərin bu və ya digər maddi və yaxud prosessual hüquqlara malik olubolmaması barədə fikir bildirməyə haqlı deyildir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması əsaslandırılmalıdır. Bu nöqteyi-nəzərdən ərizənin baxılmamış saxlanılması barədə məhkəmənin qərardadı istisnalıq mənasında deyil, təkzibedilməzlik mənasında hüquqi nəticələrə səbəb olur. MPM-nin iddia ərizəsinin baxılmamış saxlanması qaydası və nəticələrini tənzimləyən 260.2ci maddəsinin tələbinə görə, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də ərizə baxılmamış saxlanmaqla yanaşı ərizəçinin hüquq varislərinə izah olunmalıdır ki, ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 261.0.1, 263-264, 384.0.5 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(076)-3669/2018 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Ərizəçi maraqlı şəxs Şəmkir rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilmiş hesab edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçinin hüquq varislərinə izah edilsin ki, həmin tələblə ümumi əsaslarla iddia vermək hüquqları vardır. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1200/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1200/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver