Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1216/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağdam rayon Notariat Ofisinə və "xxxx" KB ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(013)-323/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Ağdam rayon Notariat Ofisinə və "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Ağdam rayon Notariat Ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli, icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(013)-323/2023 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(013)-323/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, hazırda cavabdeh "xxxx" KB ASC ilə razılıq əldə etmişlər. Buna görə də 7514 manat kredit borcunu ödəmiş və qalan borcla bağlı isə hissə-hissə ödəniş etməsi üçün bankla razılaşaraq yenidən müqavilə bağlamışlar. Hazırda isə heç bir tələbi yoxdur. Ona görə də iddia tələbindən imtina edir və iş üzrə icrata xitam verilməsini xahiş edir. Əlavə olaraq bu barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılması barədə məhkəmə kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının izahatını dinləyərək, hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Ağdam Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(013)-323/2023 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddələrinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi... məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini... təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 370-ci maddəsinə əsasən, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 261.0, 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. İddiaçı Məhkəmə Kollegiyasına ərizə təqdim edərək, iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, bu tərəflərin qanunla qorunan mənafelərini pozmur və iddiadan imtina prosessual qanunvericiliyin tələbinə uyğun verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Ağdam Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(013)-323/2023 nömrəli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261, 263-264, 372.1, 382, 384.0.5, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, Qəraraaldi: İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(013)-323/2023 nömrəli qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1216/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1216/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver