Məhkəmə qərarları › İş №2(104)-122/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-122/2024

14.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-122/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1878/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1878/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh1 xx.xx.1986cı ildə vəfat etmiş mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etmələri faktının müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən miras əmlaka (evə və torpaq sahəsinə) İddiaçı və Cavabdeh1 hər birinin ½ hissədə olmaqla miras paylarının müəyyən olunması, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1878/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, onun həmin mülklə bağlı vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nın 1986-cı ildə ölümündən sonra vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 mülkün ½ hissəsində vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Təbriz küçəsi 38 saylı mülk mərhum X2na məxsus olmuşdur. X2 1986-cı ildə vəfat etmiş, onun vəfatından sonra miras mülkdə o, qardaşı Vidadi, Teyyub, Həmid yaşamışdır. Sonradan qardaşları Teyyub və Vidadi başqa yerdən ev alaraq çıxıb getmişlər. Miras mülkdə Həmid və o, yaşamışdır. Onların hər birinin miras mülkdə ayrıca otaqları, hamamları, mətbəxləri vardır. Qardaşı Cavabdeh1 mülkün vərəsəlik qaydasında rəsmiləşdirilməsinə maneəçilik törədir. Halbuki, anası 1986-cı ildə öləndə onlar miras mülkdə yaşamaqla vərəsəliyi faktiki qəbul etmişdir. Hazırda Həmid və ailəsi onu yola vermədiklərindən məcbur olmuş və evdən çıxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, anası X18 1986-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdə bacısı Urqiyyə, qardaşları Vidadi, Teyyub, Həmid yaşamışdır. O, həmin evdə yaşamasa da, lakin vərəsəliyi evi idarə etməklə qəbul etmişdir. Belə ki, anasının vəfatından sonra miras mülkdə təsərrüfat işləri həyata keçirmiş, evdə aynabənd, pilləkan, hamam tikdirmişdir. Evin mətbəxi onun tərəfindən inşa edilmişdir. Həmin vaxt o, yenicə ərə getmişdir. Ərə gedəndə ər evi şərikli məhlə idi, yaşamaq üçün şəraiti yox idi. Ona fikirləşmişdir ki, uşağı olanda ata mülkündə yaşayacaqdır. Ona görə də ayrıca tikililər tikmişdir ki, Urqiyyə ilə birlikdə tikdirdiyi evdə yaşamasın. O, iki qardaşının toyunu etmiş, anası öləndən sonra evi tək idarə etməklə evdə əlavə tikintilər həyata keçirməklə vərəsəliyi faktiki qəbul etmişdir. O, evin dəyərini artıran hərəkətlər etməklə vərəsəliyi qəbul etmişdir. Həmin evdə tikinti işləri həyata keçirməklə, evdə əsaslı təmir işləri etdirməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən İddiaçı və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, qətnamənin ləğv edilərək mirasda onun da payının müəyyən edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, anasının ölümündən sonra mirası o da faktiki qəbul etmişdir. Belə ki, həmin evdə bəzi təmir işləri aparmış, mirasın qorunub saxlanmasında digər bacı-qardaşlarına dəstək olmuş, maddi yardım göstərmişdir. Qardaşının həyat yoldaşı onu yola vermədiyinə görə həmin evdə yaşaması mümkünsüz olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Əyyub oğlu apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədi. Həmçinin izah etdi ki, digər bacısı, yəni iddiaçının özü də hazırda istifadəsində olan evin otağının qapısını bağlayaraq Cavabdeh2 yanında qalır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Əyyub oğlu apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti tam təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu X19 19 aprel 2021-ci il tarixli, 66 nömrəli məktubunda ünvan 2 ünvanında qeydiyyat olan Cavabdeh2 bildirilmişdir ki, miras qoyan mərhum X12 məxsus ünvan 3-də yerləşən miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş 1-ci dərəcəli vərəsələrin Gəncə şəhəri 3 saylı notariat ofisinə gəlmədikləri və aralarında ziddiyyət yarandığı səbəbindən vərəsəlik işi təsdiq edilə bilməz. Odur ki, həmin vərəsəlik işin rəsmiləşdirilməsi hüquqlarının müdafiəsi üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi 38 saylı ev bütünlükdə X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AZ-İİ seriyalı, 142421 nömrəli, 14 aprel 2021-ci il tarixli, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.1986-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 sentyabr 1986-cı ildə 589 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qəfləti koronar ölüm qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 309488 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 xx xxxx 1957ci ildə doğulmuşdur. X3, X2dır. İş materiallarında olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx xxxxxxxx 1950-ci ildə doğulmuşdur. X3, X2dır İş materiallarında olan ИЕ seriyalı, 871725 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1953-cü ildə doğulmuşdur. X3, X2dır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X30 xx.xx.1955-ci ildə doğulmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixində akt qeydləri kitabında 1816 nömrə ilə qeyd edilmişdir. X17 oğlu, X2dır İş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1962-ci ildə doğulmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixində akt qeydləri kitabında 1395 nömrə ilə qeyd edilmişdir. X17 oğlu, X2dır İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli, 2316 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Küçə üçlüyü tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan 27 may 2021-ci il tarixli aktdan görünür ki, həmin akt tərtib edilmişdir ondan ötrü ki, ünvan 1 mülk mərhum X12 məxsusdur. X2 1986-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdə qızı İddiaçı, oğlanları Cavabdeh3, X30 və Cavabdeh1 yaşamışdır. Sonradan Teyyub və Cavabdeh3lar başqa yerdən ev alaraq çıxıb getmişlər. Miras mülkdə Həmid və Urqiyyə yaşamışdır. Hazırda da mülkdə Həmid və Urqiyyə yaşayır. Urqiyyənin mülkdə ayrıca otağı, koridoru, mətbəxi, hamamı və əl damı vardır. Yaşayış sahəsinin Urqiyyədə olan hissəsi ilə Həmidin heç bir əlaqəsi yoxdur. Qeyd olunan otaqda olan bütün əşyalar İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********37 nömrəli, 07 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri 3-cü sahə Xalq məhkəməsinin 1940-cı il tarixli qətnaməsinə əsasən Həsənov İbrahimdən qalan mülkə Həsənova Ruhiyyənin, X7, X8, X9, X10, X11, X4 vərəsəlik hüquqları tanınmışdır. Kirovabad şəhər Xalq məhkəməsinin xx.xx.1944-cü il tarixli qətnaməsinə əsasən ünvanı Kirovabad şəhəri, Kommunist küçəsi, 42 olan bu fərdi yaşayış evi X24, X25 və X26 arasında bölünmüşdür. Kirovabad şəhəri notariat kontorunun xx.xx.1949-cu il tarixli, 1647 saylı bağışlama müqaviləsinə əsasən X26 ona məxsus Kommunist küçəsi, 42 saylı fərdi yaşayış evini X14 bağışlamışdır. Kirovabad şəhər notariat kontorunun xx.xx.1959-cu il tarixli, 17/2570-360 saylı bağışlama müqaviləsinə əsasən X27 bu mülkü (12,2 kvm, 19,6 kvm iki yaşayış otaqları, 8,6 kvm əl damı, 6,2 kvm mətbəx, 3,9 kvm, 5,5 kvm eyvanlar) X15 bağışlamışdır. X10 adına bu əmlakın yerləşdiyi 305,0 kvm torpaq sahəsinə dair xx.xx.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1976-cı il tarixli, 5-1439 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Kommunist küçəsi, 38 olan bu əmlak X6 adına keçmişdir. Hal-hazırda ünvanı ünvan 4 dövlət reyestrində qeydiyyatdan keçməmişdir İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli, 01/4352 nömrəli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evi sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 13 sentyabr 2022-ci il tarixinə bazar qiyməti 65000 (altmış beş min) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü X16, xx.xx.1990-cı il təvəllüdlü X28, xx.xx.2016-cı il təvəllüdlü X31, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1989-cu il təvəllüdlü X34, xx.xx.2000-ci il təvəllüdlü X1 şəhəri, Təbriz küçəsi, ev 38 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/101109-23 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X21 xx.xx.1925-ci ildə doğulmuşdur. 1. Əri (arvadı) X23 (xx.xx.1910) (xx.xx.1971-ci ildə vəfat etmişdir.) 2. Qızı Cavabdeh2 (xx.xx.1950) 3. Oğlu Cavabdeh3 (xx.xx.1953) 4. Oğlu Cavabdeh4 (xx.xx.1955) 5. Qızı İddiaçı (xx.xx.1957) 6. Oğlu Cavabdeh1 (xx.xx.1962) İş materiallarında olan AZ-İİ seriyalı, 185373 nömrəli, 17 iyul 2021-ci il tarixli, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1971-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 oktyabr 1971-ci il tarixdə 899 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 5 ünvanı xüsusi mülkiyyət hüququ əsasında X6 xüsusi mülkiyyətindədir. X21 mirasqoyan olub iddiaçı və cavabdehlərin valideynidir. X21 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. X21 vəfat etdikdən sonra ondan qalmış miras əmlakda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və İddiaçı yaşamışlar. Sonradan cavabdehlərdən Cavabdeh4 və Cavabdeh3 başqa yerdən ev alaraq miras əmlakdan çıxıb getmiş və miras əmlaka sahiblik etməmişlər. Miras əmlakda cavabdehlərdən Cavabdeh1 və İddiaçı yaşayaraq həmin miras əmlaka faktiki sahiblik etməkdə davam etmişlər. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmənin baxış iclasında iştirak etməsələr də, 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiklərini, ünvan 1 ünvanda yerləşən miras əmlakdan onlara düşəcək paylarından iddiaçının və Cavabdeh1 xeyrinə imtina etdiklərini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Digər Cavabdeh1 da sonuncu məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmənin 07 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, anası Surəya Quliyevadan miras qalmış ünvan 1 ünvanda yerləşən miras mülkə onun və iddiaçının ½ hissədə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarından görünür ki, X21 öldükdən sonra onun övladları cavabdeh olan oğlu Cavabdeh1 və iddiaçı olan qızı İddiaçı analarından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Digər vərəsələrin isə buna hüquqi marağı olmamışdır. Göründüyü kimi, mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X21 öldükdən sonra onun birinci növbə vərəsələri olan uşaqları – Cavabdeh1 və İddiaçı miras qalmış ünvan 5 ünvanında yerləşən miras əmlaka faktiki surətdə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Beləliklə məhkəmənin qənaətinə əsasən, iddia təmin edilməli, İddiaçı və Cavabdeh1 xx.xx.1986-cı ildə vəfat etmiş mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etmələri faktı müəyyən edilməlidir. Həmçinin, ünvan 1 ünvanda yerləşən miras əmlaka (evə və torpaq sahəsinə) İddiaçı və Cavabdeh1 hər birinin ½ hissədə olmaqla miras payları müəyyən olunmalıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasın Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Apellyasiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 anasından miras qalmış evdə təmir işlərinin aparılmasında maddi cəhətdən iştirak etməklə mirası faktiki qəbul etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş digər cavabdehlər də həmin faktı, yəni Cavabdeh2 da mirası faktiki qəbul etdiyini təsdiq etdilər. Məhkəmə kollegiyası tədqiq olunmuş subutlara əsaslanaraq belə qənaətə gəlir ki, Gəncə şəhəri, Təbriz küçəsi 38 saylı mülk X12 məxsus olmuşdur. Onun vəfatından sonra övladları İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birinci növbəli vərəsələridirlər və həmin vərəsələrdən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 valideynlərindən qalmış mirasa sahiblik etməklə mirası faktiki qəbul etmişlər. Belə olan halda İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən miras əmlaka (evə və torpaq sahəsinə) hər birinin 1/3 hissədə olmaqla miras payları müəyyən edilməli, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1878/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.1986-cı ildə vəfat etmiş mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etmələri faktı müəyyən edilsin. ünvan 1 ünvanda yerləşən miras əmlaka (evə və torpaq sahəsinə) İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/3 hissədə olmaqla miras payları müəyyən olunsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar