Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(104)-1227/2025 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), X1 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun icarəsində olan və Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 100 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, 7700 manat maddi, 2000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddianın rədd edilməsi; Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi; Iddiaçı İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı ərizə verərək, iddiadan imtina etdiyini bildirmişdir. Eyni zamanda, iddiaçı imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu ərizədə qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı tərəfin iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçı tərəfin iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçı tərəfin iddia tələbindən imtina etməsi məhkəmə kollegiyası tərəfindən qəbul edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə mülki iş üzrə icraata xitam verilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Tərəflərə izah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Kollegiyanın qənaətinə görə, həmin vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 261.0.4, 263-264, 370, 402.2 və 405.0.2 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Şəmkir Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iddiadan imtina edilməsi əsası ilə iş üzrə icraata xitam verilsin. Ekspertiza xərci olan 50 (əlli) manat iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesabına köçürülsün. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1227/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1227/2025
24.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver