Məhkəmə qərarları › İş №2(104)-1238/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1238/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1238/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun mülkiyyət hüququnu təmin edərək himayəsində olan X1 ilə birlikdə Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən evə köçürülməyi və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(015)-101/2025 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı adından məhkəməyə apellyasiya şikayəti daxil olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qətnaməsindən X2 tərəfindən verilmiş apelyasiya şikayətində şikayəti verən şəxsin soyadı düzgün göstərilmədiyindən və şikayət MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı müddətin bərpası barədə ərizə verilmiş və ərizəyə şikayət ərizəsi də əlavə edərək, qeyd edilən qərardadın ləğv olunmasını, Ağstafa Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(015)-101/2025 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı və İddiaçı Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından verdiyi müddət bərpası barədə ərizəyə baxılması üçün iş Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından şikayət ərizəsi ilə birlikdə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də vermiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun ərizəsinə baxılmamışdır. Bununla da, Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1, 269.2 və 269.3-cü maddələrinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı, baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 133, 268- 269 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından İddiaçı verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. İddiaçı Ağstafa Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(015)-101/2025 saylı qərardadından verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə baxılması üçün iş Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar