Məhkəmə qərarları › İş №2(104)-1239/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1239/2025

09.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1239/2025 09.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X21 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili olan Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İİİ-ЖГ seriyalı 400006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. N.T.Quliyevin atası X30, anası isə Cavabdeh2dır.

2. İİİ-MЮ seriyalı 802724 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 və X31 arasında olan nikah xx.xx.2009-cu ildə X27 VVAQ İdarəsinin 3 saylı Nikah sarayında 5161 nömrəsi ilə qeydə alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3166/2023 nömrəli arayışından görünür ki, Vəkil1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X18 və ya digər şəxsin adına verilmiş mülkiyyət hüquqverici sənədin (çıxarış və s.) surətinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-33/1-3099/2023 nömrəli məktublarınıza «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-197 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X15 bağışlanmışdır və sonuncunun adına xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

4. 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən İddiaçı Oleqnovanın etibarnamə üzrə nümayəndəsi Vəkil1 ünvanlanmış xx.xx.22023-cü il tarixli 3-16-5/8/1519- 15/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü ildə X24 barəsində ölüm haqqında şəhadətnamənın alınması ilə bağlı 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. X24 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3821/2023 nömrəli qətnamədən görünür ki, Cavabdeh2 ərizəsi təmin edilmiş, X16 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir.

6. İ-BB seriyalı 210378 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2022-ci ildə Donetsk şəhərində vəfat etmişdir.

7. AZ-İİ seriyalı 241719 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2022-ci ildə Ukrayna Respublikası Donetsk vilayətində vəfat etmişdir. 8.xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlaka Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X16 ünvan 4 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət **********13- 10301 reyestr nömrəli daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır.

9. xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,0432 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 tam hissədə payı qeydə alınmışdır.

10. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 1209 nömrəli məktubundan görünür ki, X18 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair Gəncə şəhəri 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-80 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə onun anası Cavabdeh2 verilmişdir. Buna görə də İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır.

11. Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportun surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportu İddiaçı xx.xx.2013-cü il tarixdə verilmiş, İddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə hər il bir neçə dəfə olmaqla, Azərbaycan Respublikasına gəlmişdir.

12. 19 dekabr 2009-cu il tarixdə X24 və X31 arasında olan nikah xx.xx.2009-cu ildə X27 şəhərində bağlanmışdır.

13. Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 30 may 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.

14. 30 may 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evini oğlu X18 bağışlanmaışdır.

15. Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 18 iyun 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində X16 adına qeydiyyata alınmışdır.

16. 23 dekabr 2022-ci il tarixdə X7 şəhərində vəfat etmişdir.

17. Gəncə Şəhər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(125)-3821/2023 saylı qətnaməsi ilə Cavabdeh2 ərizəsi təmin edilərək, X16 25 noyabr 2022-ci il tarixdə Ukrayna Respublikası, Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir.

18. 23 dekabr 2022-ci il tarixdə X7 şəhərində vəfat etmişdir.

19. 09 sentyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X11 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evinə dair anası Cavabdeh2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir.

20. Şahid X40 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 qonşusu olsa da, X28 tanımamışdır. Cavabdeh2 oğlu X9 Federasiyasına gedib-gəlmiş, orda qeydiyyata düşmək üçün başqa qadınlarla yaşamışdır. O, özü də Rusiya Federasiyasına gedib-gəlmiş, N.T.Quliyevin faktiki olaraq, tatar milliyətindən başqa bir qadınla nikahda olduğunu bilmişdir.

21. Şahid X25 ifadəsində göstərmişdir ki, o, 1972-ci ildən Cavabdeh2 qonşuluğunda yerləşən fərdi yaşayış evin köçmüş və orada yaşamışdır. Lakin Cavabdeh2 oğlu X16 İddiaçı Oleqnovna ilə nikahda olduğunu bilməmişdir. O, İddiaçı Oleqnovanı tanımır.

22. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 ilə qonşuluqda yaşayır və onlar bir-birlərinin yaşadıqları evə gedib-gəlirlər. Cavabdeh2 nəvəsinin toyu olmuş, lakin İddiaçı Oleqnovanı orada görməmişdir. O, X16 Rusiya Federasiyasında nikaha girməsindən məlumatsız olmuşdur.

23. İş mtaeriallarına əlavə olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1909/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Gəncə şəhəri, Sürəyya Qaçar küçəsi, döngə 1-də yerləşən 9 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1909/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

24. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Gəncə şəhəri, 6 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum əri X16 xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Sürəyya Qaçar küçəsi, 1-ci döngə, 9 saylı fərdi fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi və vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Sonradan iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (bundan sonra- iddiaçı) iş üzrə cavabdeh qismində cəlb edilməsini, iddiaçının mərhum əri X16 xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Sürəyya Qaçar küçəsi 1-ci döngə, 9 saylı fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi və vərəsəlik hüququnun tanınması və cavabdehin adına verilmiş “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin qismən, ½ hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 iddiaçı ilə nikahları 19 dekabr 2009cu il tarixdə Rusiya Federasiyası, Moskva şəhərinin vətəndaşlıq vəziyyətinin qeydə alınma aktı idarəsində 3 nömrəli nikah sarayında qeydə alınmışdır. Rusiya Federasiyası hərbi komissarlığı tərəfindən X24 hərbi xidmətə çağrılaraq, Rusiya və Ukrayna arasında gedən müharibəyə göndərilmişdir. X24 həmin müharibədəki döyüşlərdən birində həlak olmuş və həmin şəxsin ölümü Gəncə şəhər Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə 721 nömrə ilə qeydə alınmışdır. İddiaçı mərhum əri X16 vərəsəsi olaraq, Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin Gəncə şəhər 6 saylı Notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin, Gəncə şəhər 6 saylı Notariat ofisinin 06 dekabr 2023-cü il tarixli cavabında iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçının mərhum əri X16 Gəncə şəhəri, Sürəyya Qacar küçəsi, 1ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evi miras qalmışdır. X16 “Ölümü haqqında” X32 Respublikası tərəfindən verildiyi, Azərbaycan Respublikası qanunvericiliyi ilə tanınmadığı və yenidən Şəhadətnamənin verilməsindən Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün X11 qalmış mirasın rəsmi qəbul müddəti uzanmışdır. X5 ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilmiş, Gəncə Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina olunmuşdur. X2 anası, yəni cavabdehin müraciəti əsasında Gəncə Şəhər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə X16 ölməsi faktı müəyyən edilmiş və Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən X16 “Ölümü haqqında” Şəhadətnamə verilmişdir. Bundan sonra, cavabdeh həmin Şəhadətnamə əsasında 09 sentyabr 2023-cü il tarixdə “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışdır. 18 oktyabr 2023-cü il tarixdə iddiaçı, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət edərkən, cavabdehin “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almasından xəbərdar olumuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

27. Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilərək, ünvan 5 ünvanında yerləşən 0,0432 ha torpaq sahəsinə və 78,50 kv.metr tikintidən ibarət fərdi yaşayış evinə dair Gəncə şəhəri, 3 saylı Notariat ofisi tərəfindən cavabdehin adına verilmiş 09 sentyabr 2023-cü il tarixli, 2V-80 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin qismən, yəni ½ hissədə etibarsız hesab edilməsi, X11 miras qalmış ünvan 5 ünvanda yerləşən 0,0432 ha torpaq sahəsinin və 78,50 kv.metr tikintidən ibarət fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının, həmin miras əmlakın digər ½ hissəsinə isə cavabdehin payının müəyyən edilməsi və X11 miras qalmış ünvan 5 ünvanda yerləşən 0,0432 ha torpaq sahəsinin və 78,50 kv.metr tikintidən ibarət daşınmaz əmlakın ½ hissəsinə aid torpaq sahəsini 1 (bir) il müddətində özgəninkiləşdirmək vəzifəsinin iddiaçıya izah olunması qət edilmişdir.

28. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddia tələbinə etirazının əsası kimi mərhum oğlu X16 iddiaçı ilə faktiki deyil, yalnız formal nikahda olmasına və mirası qəbul etmə müddətini ötürməsinə dair xüsusatları, eləcə də şahid qismində dindirilmiş şəxslərin ifadələrini məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müqayisəli şəkildə tədqiq edilmiş və o nəticəyə gəlinmişdir ki, şahid qismində dindirilmiş şəxslərin ifadələri həqiqətə uyğun olmadığına görə, sübutlar siyahısından çıxarılmalı və cavabdehin etirazının əsasları kimi göstərdiyi hallar iddianın rədd olunması üçün əsas hesab olunmamalıdır. Mübahisəli əmlak X16 mülkiyyətində olmuş və onun ölməsi ilə həmin əmlaka vərəsəlik açılmışdır. X16 ölümündən sonra ondan miras qalmış əmlakda birinci növbəli vərələri olan arvadı İddiaçı və anası Cavabdeh2 yaşamışlar. İşə əlavə edilmiş foto şəkillərlə müəyyən olunur ki, iddiaçı dəfələrlə Azərbaycan Respublikasında mərhum X16 ailə üzvləri ilə birlikdə görüşmüş, hətta cavabdehlə birlikdə fotoşəkillər çəkdirmişdir. Bundan başqa, iddiaçının adına 2013-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşlığına dair pasport verilmiş və həmin pasportdan görünür ki, iddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə bir neçə dəfə olmaqla Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan xüsusatlar iddiaçının mərhum X24 ilə həm rəsmi, həm də faktiki nikahda olmasını təsdiq edir. Miras əmlaka vərəsəlik X16 25 noyabr 2022-ci il tarixdə ölməsi ilə açıldığından, hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Mülki qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı mirasa vərəsəlik açılandan, yəni X14 25 noyabr 2022- ci il tarixdə ölümündən 4 ay 11 gündən sonra, 06 aprel 2023-cü il tarixdə Reyestr Xidmətinə, 4 ay 18 gündən sonra, 13 aprel 2024-cü il tarixdə X16 “Ölümü haqqında” Şəhadətnamə almaq üçün Gəncə şəhər Qeydiyyat şöbəsinə, 5 ay 13 gündən sonra, 08 may 2023-cü il tarixdə X16 ölməsi faktının müəyyən edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan hallar X11 qalmış mirasın qəbul edilməsinə dair iddiaçının iradəsi və həmin iradənin aşkar bəyanını özündə ehtiva etmişdir. Bununla da, X11 qalmış mirasın iddiaçı tərəfindən qəbul edilmə müddəti ötürülməmişdir. Miras əmlaka vərəsəlik açıldığı gündən 6 ay sonra cavabdeh tərəfindən də miras əmlak rəsmi olaraq qəbul edilmişdir. Belə olan halda qanun üzrə bir vərəsəyə, yəni cavabdehə münasibətdə mirasın qəbul edilməsi müddətinin nəzərə alınmaması, digər vərəsəyə, yəni iddiaçıya münasibətdə isə nəzərə alınması isə bərəbərlik hüququnun və hüququn müəyyənliyi prinsipinin pozulmasına səbəb ola bilər. İddiaçı, Rusiya Federasiyasının vətəndaşı olduğundan o, mübahisəli torpaq sahəsini yalnız icarə yolu ilə əldə edə bilər və belə olan halda torpaq sahəsi vərəsəlik nəticəsində keçdiyindən, o torpaq sahəsinə mülkiyyət hüququnu bir il müddətində Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq özgəninkiləşdirməlidir. Ona görə də iddia təmin edilməlidir.

29. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, Mülki Məcəllənin 1151.1, 1151.2, 1159.1-1159.1.1, 1246, 1255-ci, habelə Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 80, 440.1, 440.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

30. Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2024 saylı, 8 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İşin faktiki halları ilə və eləcə də məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı qanunla müəyyən olunmuş üç ay ərzində mirası qəbul edilməsi ilə bağlı müddəti ötürülmüşdür. Məhkəməyə təqdim olunmuş sübutlar, eləcə də şahid ifadələri düzgün araşdırılmamışdır. Bundan başqa, cavabdehin mərhum oğlu X24 ilə iddiaçı arasında bağlanmış nikah formal olmuşdur. Həmçinin, məhkəməyə təqdim olunmuş cəzaçəkmə müəssisəsinin arayışdan görünür ki, mərhum X24 qəsdən adam öldürməyə görə məhkum edilmiş və Rusiya Federasiyasının cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman Rusiya və Ukrayna arasında olan münaqişədə iştirak etmək üçün müharibəyə göndərilmiş və müharibədə həlak olmuşdur.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

32. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(104)-1294/2024 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və X.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiya məhkəməsində icraat

33. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-649/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(104)-1294/2024 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətnə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı iddiaçının mərhum əri X16 xüsusi mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsini, iddiaçının mərhum əri X16 xüsusi mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması, Cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən (1/2 hissədə) etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-828/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-828/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1294/2025 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 828/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)- 649/2025 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1294/2025 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-649/2025 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1294/2025 nömrəli qətnaməsinin ləğvinin 2 əsası göstərilmişdir: 1. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi, 2. İddiaçı və miras qoyan X24 arasındakı ər-arvad münasibətlərinin mirasın açıldığı andan 3 il əvvəl kəsilib-kəsilməməsinin yoxlanılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-649/2025 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1294/2025 nömrəli qətnaməsinin ləğvinin qüvvədən düşmüş, yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin normalarının tətbiqinə münasibətdə yalnış maddi hüquq normasının tətbiq edilməsi qətnamənin əsas səbəbidir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-828/2024 nömrəli qətnaməsində maddi hüquq norması kimi qüvvədən düşmüş deyil, hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmuşdur. Qeyd olunan səbəbdən yeni məhkəmə qətnaməsinin qəbulu zamanı həmin hal diqqətdə saxlanılmalıdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-649/2025 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cuü il tarixli, 20104)-1294/2025 nömrəli qətnaməsinin ləğvinin 2-ci əsasına münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, işə baxan məhkəmə yalnız, nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair qarşılıqlı iddianın və ya iddianın olubolmamasını yoxlamaqla kifayətlənməlidir. Belə ki, həmin Qərarda göstərilmişdir ki, mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında ifadə edilmiş həmin mövqedən göründüyü kimi, nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə məsələsi tələbə bağlı olan hüquqdur və bu hüquqdan istifadə edilməklə məhkəmədə iddia qaldırılmadığı müddətdə məhkəmənin həmin xüsusatı araşdırmaq səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin məzmunu da, imperativ qaydada deyil, dispozitiv qaydada ifadə olunmuş, qanunverici özü də, həmin halı digər vərəsələrin müstəqil iddiası ilə əlaqələndirmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-1239/2025 nömrəli mülki iş üzrə Cavabdeh2 İddiaçı X1 qalmış mirasa vərəsəlik hüququndan məhrum edilməsinə dair nə qarşılıqlı iddiası, nə də, ayrıca iddiası mövcud deyildir. Hazırki halda isə Cavabdeh2 MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş qarşılıqlı idddianın verilmə müddətini və mərhələlərini ötürmüşdür. Hətta Cavabdeh2 İddiaçı Oleqnovnanın iddia tələbinə etirazının əsası kimi həmin halı deyil, İddiaçı Oleqnovna və miras qoyan X24 arasında nikahın olmamasını göstərmişdir. Yəni nikahın mövcud olması və son 3 il müddətində faktik kəsilməsi ilə, ümumiyyətlə olmaması tamam fərqli əsaslardır. Həmçinin MPM-nin XLVİ fəslinin tələbi baxımından da İddiaçı Rusiya Federasiyası vətəndaşı olduğundan “İddiaçı X1 qalmış mirasa vərəsəlik hüququndan məhrum edilməsinə dair” iddiaya baxmaqda Azərbaycan Respublikası məhkəmələri beynəlxalq səlahiyyətə malik deyildir və bu növ iddiaya yalnız cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, oz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verd v izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə gö ə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmənin “İddiaçı X1 qalmış mirasa vərəsəlik hüququndan məhrum edilməsi”nə dair qarşılıqlı idda olmadığı, habelə həmin hal etirazın əsası kimi göstərilmədiyi halda məhkəmənin həmin halı araşdırması özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlilə əsaslanma kimi qiymətləndirilə bilər. X24 mental dəyərlərə bağlı insan olmuş, öz arvadının cəzaçəkmə müəssisəsinə getməsi ilə razılaşmamışdır. X16 həyata yanaşma və insanları cəzalandırma tərzi, eləcə də, kriminal baxışları İddiaçı cəzaçəkmə müəssisəsinə getməsinə mane olsa da, onlar arasındakı ərarvad münasibətləri kəsilməmiş, İddiaçı hər daim X24 ilə birgə təsərrüfatı idarə etmiş, X16 şəxsi əşyaları İddiaçı ilə birlikdə yaşadıqları mənzildə olmuş, X8 Respublikasındakı döyüşlərə getməmişdən əvvəl onunla ər-arvad münasibətində olmuş, hətta Cavabdeh2 qızı X19 (Ş/V NoAA0747527), sonuncunun oğlu X35 (ŞAV No AA2893177) və digər şəxslər qeyd olunanları görmüşlər. Göstərilənləri nəzərə alaraq, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)828/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir.

Apellyasiya instansiyasında icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

36. Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mübahisəli əmlakın idarə edilməsində Cavabdeh2 birbaşa rol oynamışdır. Həmçinin iddiaçının cəza çəkmə müəssisənə gedib-getməməsi ilə bağlı onun verdiyi sorğuya cavab mail ünvanına göndərilmiş və o da, həmin sənədi məhkəməyə təqdim etmişdir. Həmçinin bu arayışdan da görünür ki, iddiaçı X18 cəza çəkmə müəssisəsində heç bir görüşü olmamışdır.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi, (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, sonuncu Gəncə Apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün iki əsas səbəb olduğu göstərilmişdir. Birinci olaraq, Ali Məhkəmənin qərarında 2000-ci ilin məcəlləsinə istinad edildiyi bildirilir. İkincisi səbəb isə MM-nin 1164-cü maddəsinə əsasən bildirilib ki, ər və arvad son 3 ildə birlikdə yaşamayıblarsa onların vərəsəlik hüququna xitam verilmişdir. Həmin maddənin dispozasiyası tələblə bağlıdır. Xitam vermə haqqında tərəflərin qarşılıqlı iddiası olmalıdır və tərəflərin tələbi üzrə məhkəmə qərar qəbul etməlidir. Yəni, vərəsəlik hüququna xitam verilməsi üçün məhkəmə qərarı olmalıdır. Əvvəlki apellyasiya icraatı zamanı https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3429945İddiaçı mərhum yoldaşına cəza çəkmə müəssisəsində olduğu zaman baş çəkməsi ilə bağlı sənədlərin əslini təqdim etmişdir. Həmçinin dediklərinin sübutu olaraq şahidləri vardır. Həmin şahid isə cavabdehin doğma qızıdır.

38. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahat verib bildirmişdir ki, o, Rusiya Federasiyasının Jirnovsk şəhərində yaşayır. Mərhum qardaşı Novruz əvvəllər Moskva şəhərində yaşamış, daha sonra onun yaşadığı əraziyə köçmüşdür. Qardaşı axırıncı dəfə həbs olunanda onun əri rəhmətə getdiyi o isə Azərbaycan Respublikasına gəlmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, qardaşı 1 il həbsxanada cəza çəkəndən sonra sonra müharibədə iştirak etməyə razılıq vermişdir. Qardaşı Moskva şəhərində həbs edilmişdir. Azərbaycanda olduğundan həbsdə olduğu zaman qardaşı yanına gedə bilməmişdir. O, 2021-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışdır. Qardaşım axırıncı dəfə həbs edildikdə yanına kimlərin getdiyini dəqiq bilmir. Zənn edir ki, Yelana qardaşına baş çəkmiş olar. O, gücü çatdığı qədər həbsdə olduğu müddətdə qardaşına maddi yardım göstərmişdir. Jirnovsk şəhərində də, göndərmişdir. O, həmin ərzaqları Yelenaya vermişdi, o da, qardaşına göndərmişdir. Həmçinin pulu Yelenanın kart hesabına göndərmişdir. Onun Rusiya Federasiyasında Mübariz adlı qardaşı da var. Mübariz Novruzun yanına getmədiyi üçün onunla göndərmməmişdir. Mübarizlə əvvəllər münasibəti olmuşdur. Anası ilə hazırda danışmır. Onun mərhum qardaşı ərinə iynə vurduğu üçün əri komaya düşərək ölmüşdür. Qardaşı ilə əri arasında pul üstündə mübahisə olmuşdur. Həmin vaxt o, onların yanında olmamışdır. Qardaşının ərinə iynə vurduğunu ona dayısıoğlu bildirmişdir. May ayının 2-si tarixində ərini dəfn etmişlər. Daha sonra qardaşı Novruz da, gəlmişdir. Ərinin 40-na qədər anasıgildə qalmışdır. O, Gəncə şəhərində yaşayır. Daha sonra qardaşı Rusiyaya qayıtdıqda həsb olunmuşdur. O isə, 21 iyun 2021-ci ildə Rusiya Federasiyasına qayıtmışdır. İlk öncə ona qardaşının həbs olunduğu bildirməmişlər. Təxminən 1 ay sonra dayısı oğlu bildirmişdir ki, qardaşı həbs edilib. Onun yaşadığı evlə məhrum qardaşının yaşadığı ev arasındakı məsafə təxminən 40 dəqiqəlik məsafədir. Amma tıxaclı yol olsa, təxminən 2 saatlıq məsafədir. Qardaşı ilə gediş-gəlişləri olmuşdur. Qardaşı 5 ailənin olduğu evdə yaşadığı üçün bəzən onun evində gəlib yaşamışdır. O, qardaşına 2021-ci ilin sentyabr-oktyabr ayında pul göndərmişdir. Qızı da, Novruz üçün cəzaçəkmə müəssisinin ünvanına pul göndərmişdir. Qardaşının yanına Yelena gedib-gəlmişdir. Qardaşının başqa xanımdan Vika adlı qızı var. Vika ilə Yelena qardaşına birlikdə pul göndərmişdirlər. Cəzaçəkmə müəssisəsinə getməyə icazə olmamışdır, ona görə Yelena çəzaçəkmə müəssisəsinə getməmişdir. Yelana Novruza bağlama göndərmişdir. Yelena qardaşı əvvəllər həbs olunduğu zamanlar yanına getmişdir. Qardaşının əvəllər nə vaxt həbsdə olması yadında deyildir. Qardaşının ölüm pulunu anasına vermişdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (21 iyun 2025-ci ilədək olan redaksiyada):

39. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

40. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

41. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

42. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

43. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

44. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də, vəsiyyət üzrə vərəsə qəbul edir.

45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

46. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

47. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

48. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

49. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

50. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

51. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

61. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

62. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

65. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağı və həmin torpaq sahəsində yerləşən 78,50 kvadrat metr tikintidən ibarət **********13-10301 reyestr nömrəli daşınmaz əmlak X16 mülkiyyətində olmuşdur. X24 və X36 arasında olan nikah xx.xx.2009-cu ildə X27 VVAQ İdarəsinin 3 saylı Nikah sarayında 5161 nömrəsi ilə qeydə alınmışdır. N.T.Quliyev xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etmiş və ölümü haqqında olan X37 Respublikası tərəfindən İ-BB seriyalı 210378 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamənin Azərbaycan Respublikasında hüquqi qüvvəsi olmadığına görə İddiaçı Oleqnovna xx.xx.2023- cü ildə X24 barəsində ölüm haqqında şəhadətnamənın alınması ilə bağlı 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş, İddiaçı X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra İddiaçı N.T.Quliyevin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(0125)-4000/2023 nömrəli qərardadı ilə ərizəçi İddiaçı Oleqnovnanın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1636/2023 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(0125)-4000/2023 nömrəli qərardadı ləğv edilmiş, daha sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 4000/2023 nömrəli qərardadı ilə ərizəçi İddiaçı (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3821/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, X16 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. N.Cavabdeh2 vəfat etməsindən sonra onun qanun üzrə birinci növbədə vərəsələri N.Cavabdeh2 anası Cavabdeh2 və arvadı İddiaçı qalmışdır. xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,0432 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 tam hissədə payı müəyyən edilmişdir. İddiaçı Gəncə şəhəri 6 saylı notariat ofisinə müraciət edərək, N.T.Quliyevdən miras qalmış əmlakda payının müəyyən edilməsi üçün müraciət etmiş, Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 1209 nömrəli məktubu ilə X18 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair Gəncə şəhəri 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-80 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə onun anası Cavabdeh2 verildiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı Oleqnovnanın cavabdehlər Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı «miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmiş, etirazının əsası kimi İddiaçı X3 ilə faktiki deyil, yalnız formal nikahda olduğunu və mirası qəbul etmə müddətinin ötürülməsini göstərmişdir.

67. Hazırkı iş materialları ilə müəyyən olunur ki, X24 və X36 arasında olan nikah xx.xx.2009-cu ildə X27 VVAQ İdarəsinin 3 saylı Nikah sarayında 5161 nömrəsi ilə qeydə alınmışdır. Və onlar arasında olan nikah pozulmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3821/2023 nömrəli qətnaməsi ilə X16 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmiş və ondan qalmış ünvan 4 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağı və həmin torpaq sahəsində yerləşən 78,50 kvadrat metr tikintidən ibarət fərdi yaşayış evinə miras açılmışdır. xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,0432 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 tam hissədə payı müəyyən edilmişdir. İddiaçı isə mirasın qəbulu üçün vaxtında müraciət etdiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

68. Məhkəmə kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin ilkin dəlili iddiaçının qanunla müəyyən olunmuş üç ay ərzində mirası qəbul edilməsi ilə bağlı müddəti ötürməsi ilə bağlıdır ki, kollegiya həmin dəlillə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin bununla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəmə qeyd etmişdir ki, İddiaçı N.T.Quliyevdən miras qalmış əmlakın dairəsinin müəyyənləşdirilməsi üçün mirasın açılmasından, yəni X16 xx.xx.2022-ci ildə ölümündən 4 ay 11 gün sonra - xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinə, 4 ay 18 gün sonra xx.xx.2024-cü il tarixdə N.T.Quliyevin ölümü haqqında şəhadətnamə almaq üçün Gəncə şəhər qeydiyyat şöbəsinə, 5 ay 13 gün sonra - xx.xx.2023-cü il tarixdə N.T.Quliyevin ölməsi faktının müəyyən edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Hətta İddiaçı N.T.Quliyevin ölməsi faktının müəyyən edilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəni həmin faktın müəyyən olunmasının N.T.Quliyevdən qalmış mirasın rəsmi qəbulu üçün ona lazım olması ilə əsaslandırmış, həmin xüsusat Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4000/2023 nömrəli qərardadında da, göstərilmişdir. Qeyd olunan hallar N.T.Quliyevdən qalmış mirasın qəbul edilməsinə dair İddiaçı iradəsi və həmin iradənin aşkar bəyanını özündə ehtiva etmişdir. Bununla da N.T.Quliyevdən qalmış mirasın İddiaçı tərəfindən qəbul edilmə müddəti ötürülməmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X24 ilə iddiaçı arasında bağlanmış nikahın formal xarakter daşıması dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı ilə mərhum X24 arasında nikah münasibətlərinin mövcudluğu ilə bağlı sübutları düzgün qimətləndirməmiş və düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və mülki işin məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı Azərbaycan Respublikasında dəfələrlə X16 ailə üzvləri ilə görüşmüş, hətta Cavabdeh2 ilə birlikdə fotoşəkillər çəkdirmişdir. Bundan başqa, Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportu İddiaçı xx.xx.2013-cü il tarixdə verilmiş, İddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə hər il bir neçə dəfə olmaqla, Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan xüsusatlar İddiaçı N.T.Quliyevlə həm rəsmi, həm də, faktiki nikahda olmasını təsdiq edir.

70. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə qeyd dir ki, həm qanunvericiliyin tələbi baxımdan, həm də formalaşmış məhkəmə təcrübəsinə görə nikahda olan şəxslər arasında nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur. Lakin bununla bərabər, qanunverici bəzi hallarda rəsmi nikahın mövcud olduğu halda belə, ər-arvadın məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

71. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası 2(102)- 649/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, miras qoyanın əri (arvadı) qanun üzrə vərəsəlikdə birinci növbəli vərəsələr sayılırlar. Bu hüquqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9-13cü maddələrinə əsasən, aralarında nikah bağlanmış ər (arvad) statusuna malik olan şəxlər malikdirlər. Ərin (arvadın) ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi halları istisna olmaqla, nikahına xitam verilmiş ər (arvad) bir-birindən sonra vərəsə ola bilməzlər. Ailə qanunverciliyində nikaha xitam verilməsi iki yola həyata keçirilir: birincisi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-24-cü maddələrində nəzərdə tutulumuş qaydalarda nikaha xitam verilməsi; ikincisi, nikaha qanında müəyyən edilmiş qaydalara riayət etməklə rəsmi xitam verilmədiyi halda, nikah münasibətlərinə faktiki xitam verilməsi. Göründüyü kimi, birinci halda, ər (arvad) bir-birindən sonra vərəsə ola bilməzlər, ikinci halda isə, ərin(arvadın) vərəsəlik hüququnu itirməsi bir sıra şərtlərlə məhdudlaşdırılmışdır. Yəni, nikah münasibətlərinə mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verilmiş olmalıdır. Belə bir müddətin müəyyən edilməsi nikah münasibətlərinə faktiki xitam verilməsinin ciddi olduğunu və bu münasibətlərin bərpa ediləcəyini istisna edildiyinin yoxlanılması üçündür. Digər tərəfdən, ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildiyi göstərilən üç ildən az olmayan müddət ərzində onların bir-birindən ayrı yaşamaları tələb olunur. Ərlə arvadın bir-birindən belə uzun müddət ərzində ayrı yaşamaları onların həqiqətən öz nikah münasibətlərinə xitam vermək iradələrini ehtiva edir. Nəhayət, nikah münasibətlərinə faktiki xitam vermiş ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsinə yalnız məhkəmə qaydasında yol verilir. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə heç bir araşdırma aparmadan, iddiaçının miras qoyan X24 ilə nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verilib-verilmədiyini, onların 2019-cu ildən sonra bir ailədə yaşayıb ümumi təsərrüfat aparıb-aparmadığını, başqa sözlə X16 Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə iddiaçının onunla əlaqə saxlamamasının səbəblərini aydınlaşdırmadan, 2019-cu ildən sonra onlar arasındakı münasibətlərə Mülki Məcəllənin 1164-cü maddəsinin tələbləri baxımından araşdırıb hüquqi qiymət vermədən, yalnız iddiaçının irəli sürdüyü arqumentlərə, habelə işə əlavə edilmiş və nə vaxt çəkilməsi məlum olmayan fotoşəkillərə, o cümlədən iddiaçının Azərbaycan Respublikasına 2014, 2015, 2016 və 2023-cü illərdə gəlib-getməsinə dair pasportunda olan qeydlərə əsaslanaraq, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır.

72. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəmə tərəflərin nikahına faktiki xitam verilmədiyini qeyd etsə də və gəldiyi nəticəni işə əlavə edilmiş fotoşəkillərə, o cümlədən iddiaçının Azərbaycan Respublikasına 2014, 2015, 2016 və 2023-cü illərdə gəlib-getməsinə dair pasportunda olan qeydlərə əsaslandırsa da, həmin fotoşəkillərin nə vaxt çəkilməsi məlum deyildir. Digər tərəfdən iddiaçının Azərbaycan Respublikasına 2014, 2015, 2016 və 2023-cü illərdə gəlib-getməsi iddiaçı ilə mərhum X24 ilə son üç ildə faktiki nikah münasibətlərini təsdiqləmir. X6 xx.xx.2022-ci ildə öldüyündən, 2016-cı ildən sonra iddiaçının 2023-cü ildə Azərbaycan Respublikasına gəlməsi iddiaçının məhz vərəsəlik məsələləri ilə bağlı gəldiyini göstərir.

73. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə verdiyi etirazla bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi etirazında göstərmişdir ki, nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə məsələsi tələbə bağlı olan hüquqdur və bu hüquqdan istifadə edilməklə məhkəmədə iddia qaldırılmadığı müddətdə məhkəmənin həmin xüsusatı araşdırmaq səlahiyyəti yoxdur. Kollegiya etirazın qeyd edilən dəlili ilə razılaşmır. Belə ki, MM-nin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur. Göründüyü kimi, belə halda vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ər-arvad arasında nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da, nikahın real olaraq sonlanmış olması təşkil edir. Vərəsəlik hüququndan məhrum edilmənin məhkəmə qərarı əsasında həyata keçirilməsi isə Konstitusiya Məhkəməsinin Plenumunun da, qeyd etdiyi kimi məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmaması, işin bütün hallarının, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamların diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməsi ilə bağlıdır. Qanunverici məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilmənin məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutarkən məhz qeyd edilən halların araşdırılmalı olması və məhkəmə tərəfindən həmin hallara qiymət verilməsi zəruriliyini önə çəkmişdir. Göstərilən halın əksinin düşünülməsi, yəni ər-arvad arasında nikah nünasibətlərinin üç il ərzində faktiki xitam verilməsinin məhkəmədən kənar müəyyən edilməsi məsələyə formal və subyektiv yanaşılmasına səbəb olardı. Hazırkı işin hallarından görünür ki, cavabdeh mirası qəbul etmiş və miras əmlaka tam pay hüququna dair şəhadətnamə almışdır. İddiaçı isə həmin şəhadətnaməni mübahisələndirmişdir. Yəni cavabdehin miras əmlakda tam paya sahib olduğu üçün iddiaçının vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırmaq zərurəti olmamışdır. İddiaçı cavabdehin tam pay hüququ ilə verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmiş və cavabdeh iddiya etirazında iddiaçı və mərhum X24 arasında nikahın formal xarakter daşıması və bu səbəbdən də, iddianın rədd edilməli olmasını qeyd etmişdir. Kollegiya belə hesab edir ki, hazırkı vəziyyətdə tərəflər arasında nikah münasibətlərinə xitam verilməsinin məhkəmə tərəfindən araşdırılması və ona hüquqi qiymət verilməsi həm MM-nin 1164-cü maddəsinin, həm də, Konstitusiya Məhkəməsinin Plenumunun bu məsələ ilə bağlı sərgilədiyi mövqeyə uyğundur.

74. Məhkəmə kollegiyası həmçinin iddiaçının nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi X16 mental dəyərlərə bağlı insan olması, öz arvadının cəzaçəkmə müəssisəsinə getməsi ilə razılaşmaması, X16 həyata yanaşma və insanları cəzalandırma tərzi, eləcə də, kriminal baxışları İddiaçı cəzaçəkmə müəssisəsinə getməsinə mane olması ilə bağlı qeyd edir ki, iddiaçı tərəf ilkin olaraq iddaçının X24 həbsdə olarkən onun yanına gedib-gəldiyini bildirsə də, lakin sonradan X17 mental dəyərlərə bağlı insan olması, bu səbəbdən də iddiaçının X24 həbsdə olarkən onun yanına gedib-gəlmədiyini bildirməklə ziddiyətli münasibət bildirmişlər.

75. Məhkəmə kollegiyası iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş X10 ifadəsində qeyd etdikləri ilə bağlı qeyd edir ki, şahid ifadəsində ilkin olaraq İddiaçı mərhum qardaşı X24 ailə kimi yaşamasını, X29 həbsdə olarakən onun yanına getməsi, ona pul göndərməsini bildirsə də, sonradan ifadəsində Novruz əvəllər həbsdə olarkən Yelenan Novruzun yanına gedib-gəldiyini, lakin Novruzun nə vaxt əvvəllər həbsdə olduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə kollegiyası şahidin ifadəsindəki zidiyyətləri, anası olan cavabdehlə küsülü olmasını, hazırda vərəsəlik mübahisəsinin predmeti olan evdən qeydiyyatdan çıxarılma ilə bağlı aralarında məhkəmə mübahisəsinin olmasını nəzərə alaraq onun ifadəsini inandırıcı hesab etmir.

76. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2016-cı il tarixdən sonra mərhum X24 ilə ailə münasibətlərini faktiki davam etdirməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilmiş fotoşəkillərdən həmin şəkillərin nə vaxt çəkilməsini müəyyən etmək olmur. Həmçinin iddiaçının 2016-cı ildən sonra Azərbaycan Respublikasına gəlməmiş, eyni zamanda həmin dövrdən sonra iddiaçı ilə birlikdə yaşamasını təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişir. Kollegiya hesab edir ki, MM-nin 1164-cü maddəsinə əsasən, iddiaçı ilə mərhum X24 ilə aralarındakı nikaha sonuncu ölməmişdən üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

77. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mərhum X16 vərəsəsi olaraq miras əmlaka hüquqlarını tanımaqla düzgün nəticəyə gəlməmiş, məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır.

78. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar