Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-125/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı hüquqi varisi X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2 (021)-707/2022 saylı mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bərdə rayonu Cəyirli kəndi ərazisində yerləşən 7.0 ha torpaq sahəsinin zəbt etdiyi 1.30 ha topaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-707/2022 saylı mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Q.Əbilov) İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı icarəsində olan 7.0 ha torpaq sahəsinin 1.5 hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması, mütəxəssis xərci 150 (bir yüz əlli) manatın Cavabdeh alınaraq Mobil MMC-yə köçürülməsi, işə baxılması işə əlaqədar 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasına özünü X2 oğlu kimi təqdim edən şəxs gəlmiş və X2 xx.xx.2023-cü il tarixdə öldüyü barədə məhkəməyə məlumat vermişdir. Bundan sonra məhkəmə iclası təxirə salınmış və məhkəmə sorğusu əsasında Bərdə Rayon Qeydiyyat Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, hesab edir ki hazırki işdə iddiaya cavab verməli olan X4 öldüyündən və mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol vermədiyindən, Bərdə Rayon Məhkəməsinin 2 (021)-707/2022 saylı mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bərdə rayonu Cəyirli kəndi ərazisində yerləşən 7.0 ha torpaq sahəsinin zəbt etdiyi 1.30 ha topaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hər hansı bir başqa şəxsə qarşı tələb irəli sürülməmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi X4 işə apellyasiya instansiyasında baxılarkən ölmüşdür. Kollegiya göstərir ki, hazırki işdə mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2 (021)-707/2022 saylı mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarından müəyyən olunur ki, baxılan işdə 300 manat məbləğində məhkəmə məsrəfləri vardır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 115.0.2-ci maddəsinə görə, bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. İddiaya cavab verməli olan X4 öldüyündən və hazırki işdə mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol vermədiyindən, məhkəmə kollegiyası belə qərara gəlir ki, 300 manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına aid edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 385.05, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 2 (021)-707/2022 saylı mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və mülкi iş üzrə icraata xitam verilsin. 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına aid edilsin. Bu qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-125/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-125/2023
16.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver