Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1257/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1/2 hissədə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin naturada ayrılaraq iddiaçıya təhvil verilməsi, bu mümkün olmadığı halda əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasmda onların paylarna mütənasib surətdə bölüşdürülməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manatın və mediasiya xərci olaraq ödənilmiş 50 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1166/2024 saylı 08 aprel 2024-cü il tarixli tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər iki iddia tələbində əmlakın açıq hərracdan satılaraq paylara mütənasib şəkildə bölünməsi tələbi ilkin tələbin nəticəsindən aslı olaraq həyata keçirilir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-184/2024 saylı qətnaməsi ilə iddia tələbi ona görə rədd edilmişdir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsiCavabdeh mülkiyyətindədir. Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə görə İddiaçı sonuncunun tələb etdiyi məbləğdə kompensasiya vermək istəmədiyini bildirmişdir. Bundan əlavə paylı mülkiyyətin mülkiyyətçi İddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmişdir. Hazırki halda isə iddia tələbinin birinci və əsas hissəsini payın naturada ayrılması təşkil edir ki, bu həm qanuna uyğundur, həmçinin məhkəmənin gəldiyi qənaət belə olmuşdur. Belə çıxır ki, ilkin tələb olaraq əvvəllər əmlakın dəyərinin əvəzinin ödənilməsi mümkün olmadığı halda əmlakın hərracdan satılması tələbi rədd edilmişdirsə, əmlakın naturada ayrılmasının mümkünsüzlüyü halında əmlakın hərracdan satılaraq paylara mütənasib şəkildə bölünməsini tələbini irəli sürmək olmaz. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadı tam və onunla bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadı qismən, cavabdehlərin şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsini məhkəmənin icraatına qəbul etməkdən imtina edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qətnaməsi olduğu halda, iddiaçı yenidən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi iddiasını irəli sürmüşdür ki, bununla da, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(013)-184/2024 saylı qətnaməsinin sürətindən görünür ki, İddiaçı Cavabdeh qarşı ½ hissəsi İddiaçı mülkiyyətində olan Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinin dəyərinin Cavabdeh alınaraq ona verilməsi, bu mümkün olmadığı halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu əvəzində Cavabdeh 100 manat alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Hazırki iddiasında isə iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin naturada ayrılaraq iddiaçıya təhvil verilməsi, bu mümkün olmadığı halda əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasmda onların paylarma mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir. Göründüyü kimi, əvvəlki tələbindən fərqli olaraq, hazırki iddia tələbində paylı mülkiyyətin mülkiyyətçi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmişdir. Bu isə o deməkdir ki, iddia ərizəsini icraata götürülməsindən imtina üçün Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsində nəzərədə tutulmuş prosessual əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən verilmiş iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğunluğunu yoxlamalı və əgər iddia ərizəsi həmin maddələrin tələblərinə cavab verirsə, bundan sonra Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsinə tələbləri baxımından icraata qəbul edilməsi məsələsini həll etməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadı tam və onunla bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadı qismən, cavabdehlərin şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1166/2024 saylı qərardadı tam və onunla bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 1166/2024 saylı qərardadı qismən, cavabdehlərin şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1257/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1257/2024
23.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver