Məhkəmə qərarları › İş №2(104)-128/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-128/2025

13.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-128/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-103/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Hacıəhmədli kəndində yerləşən onun mülkiyyətinə verilmiş 2,36 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-103/2024 saylı qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X5 və İddiaçı verilmiş onun xüsusi mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən 2,36 ha torpaq sahəsindən çıxarılması və iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ bərpa edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdehlər X6, X2 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-103/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1504/2024 saylı qərardadı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, görsətdi ki, iş üzrə qətnamədən cavabdehlər apellyasiya şikayəti versə də, şikayəti yalnız o, imzalamamış və digər cavabdehlərin ona etibarnaməsi olmamışdır. Cavabdehlər X2 və X6 məhkəmə kollegiyasının iclasında göstərdilər ki, onların adından apellyasiya şikayəti tərtib edilsə də, həmin şikayəti imzalamamışlar və heç kimə etibarnamə verməmişlər. İddiaçı kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1504/2024 saylı qərardadı qismən, cavabdehlər X2 və X3 münasibətdə ləğv edilməli, cavabdehlər X2 və X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-onların verdiyi apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-103/2024 saylı qətnaməsinin cavabdehlər X6, X2 və Cavabdeh2 apellyasiya şikayəti versə də, həmin şikayət yalnız Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmış, digər cavabdehlər X2 və X6 tərəfindən elektron qaydada imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10- 1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-103/2024 saylı qətnaməsinin cavabdehlər X6, X2 və Cavabdeh2 apellyasiya şikayəti versə də, həmin şikayət yalnız Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmış, digər cavabdehlər X2 və X6 tərəfindən elektron qaydada imzalanmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)- 1504/2024 saylı qərardadı qismən, cavabdehlər X2 və X3 münasibətdə ləğv edilməli, cavabdehlər X2 və X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-onların verdiyi apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1504/2024 saylı qərardadı qismən, cavabdehlər X2 və X3 münasibətdə ləğv edilsin. Cavabdehlər X2 və X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)onların verdiyi apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar