Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1281/2025 17.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11rşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa və məcburi işburaxma müddətində əmək haqqı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11rşı işə bərpa və məcburi işburaxma müddətində əmək haqqı tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(076)-1135/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 26 mart 2024-cü il tarixli aktdan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı 26 mart 2024-cü il tarixində tabe olduğu rəsilərinə bildirmədən özbaşına olaraq xidmətə gəlməmişdir.
2. Təhlükəsizlik Bölməsinin müdiri Həsən Abdullayevin 26 mart 2024-cü il tarixli təqdimatından görünür ki, İddiaçı 26 mart 2024-cü il tarixdə xidmətdə olduğu halda özbaşına olaraq xidmətə gəlməmiş, barəsində şiddətli töhmət vardır. Odur ki, onun xidmətdən kənarlaşdırılması xahiş edilmişdir.
3. 09 aprel 2024-cü il tarixli aktdan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı səliqəsiz şəkildə işə gəlmiş, saat 15:10 radələrində postu özbaşına olaraq tərk etmişdir.
4. Xidməti məruzədən görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı 26 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində, 29 fevral 2024-cü il tarixdə saat 08:00 radələrində postu özbaşına tərk etmişdir.
5. Şəmkir Rayon Səhiyyə İşçiləri X2 Rəyasət Heyətinin 19 aprel 2024-cü il tarixli iclas protokolundan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən çıxarılmasına etiraz edilməmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X18 24 aprel 2024-cü il tarixli 18-1-73/3-1- 742/2024 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11rşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 18-1-73/3-1-742/2024 nömrəli əmrin ləğv olunması, əvvəlki işinə bərpa edilməsi və qətnamə icra olunan vaxta kimi məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdən 24 aprel 2024-cü il tarixədək mühafizəçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X13 24 aprel 2024-cü il tarixli 18-173/3-1-742/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv olunmuşdur. Hazırki vaxtadək nə əmək müqaviləsi, nə də şəxsi işini ona verməmişlər. İşlədiyi müddətdə hər hansı qayda pozuntusu etməmiş, eləcədə barəsində hər hansı bir tədbir görülməmişdir. Gözləmədiyi bir halda barəsində işdən azad olunmasına dair əmr verilmişdir. Buna görə də ona qarşı edilən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax- Tovuz Regional şöbəsi tərəfindən araşdırma aparılaraq Şəmkir rayon X6 Hüquqi şəxsinin direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, o, cavabdeh tərəfindən işdən azad olunarkən qaydalar pozulmuşdur. Qanun pozuntusuna yol vermişdirsə, nə üçün onun izahatı alınmamışdır. İşdən azad olunması işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunanmış və həmkarların üzvlərinin bu barədə fikirləri soruşulmamışdır. Eyni zamanda işindən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır. Müəssisədə fasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, iş fəaliyyəti və kollektivdəki nüfuzu, həmçinin ailə vəziyyəti, ailədə yeganə qazanc gətirən şəxs olması əsas verirdi ki, onun barəsində qeyd olunan əmr verilməsin. Göründüyü kimi cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan onu işdən azad etmişdir. İşdən azad olunmasına dair Həmkarlar Təşkilatının müvafiq razılığı alınmamışdır. Bu səbəbdən də əmri ədalətsiz və qanunsuz hesab edir.
9. Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(076)-1135/2025 nömrəli qətnaməsi ilə (hakim T.Musayev) iddianın rədd edilməsi; İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11rşı işə bərpa və məcburi proqul müddətində əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 69, 70, 71, 72, 80, 84, 186-cı maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Təqdim olunan sənədlərə məhkəmə düzgün hüquqi qiymət verməmiş, araşdırma zamanı cavabdeh tərəfindən yol verilmiş nöqsanlar nəzərə alınmamışdır. Vəkili tərəfindən cavabdehə sorğu verilmiş, həmin sorğu ilə müvafiq sənədlər də tələb olunmuşdur. Lakin cavabdeh həmin sorğuya cavab verməkdən imtina etmişdir. Həmçinin vəkil sorğunu məhkəməyə təqdim edərək, lazım olan sənədlərin cavabdehdən alınmasına kömək göstərilməsini xahiş etmiş, məhkəmə isə onların vəsatətini təmin etməmişdir. Cavabdeh onun müəsisədə fasiləsiz və nöqsansız fəaliyyətini, şəxsiyyətini, praktikasını, ailə vəziyyətini və yeganə qazanc gətirən şəxs olmasını nəzərə almadan qərəzli olaraq əmr vermişdir. Belə ki, işəgötürən onun barəsində şiddətli töhmət verdiyi halda, həmçinin işdən azad olunması barədə də əmr vermişdir. Halbu ki, eyni əmələ görə ona ikinci dəfə cəza verə bilməzdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləmişdir. 2024-cü ilin fevral ayında əmisi oğlunun yas mərasiminə getdiyi üçün bu barədə yazılı ərizə verməklə işə getməmişdir. Lakin buna baxmayaraq sonradan töhmət verilməsi barədə ona məlumat verilmişdir. Səhhəti ilə bağlı isə 1 gün işdən qalsada onu oğlu əvəz etmişdir. Səhhətində problem olsada heç bir tibb müəssəsinə müraciət etməmişdir. Həmkarlar ittifaqının iclasına çağrılmamış, izahatı alınmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək, iddiaçı ilə eyni məzmununlu izahat vermiş və sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Şəmkir Rayon X6 Hüquqi Şəxsinin etibarnamə üzrə nümayəndəsi X9 izahatında bildirmişdir ki, İddiaçı işlədiyi müddətdə dəfələrlə əmək intizamını pozmuşdur. Axırıncı dəfə ona sonuncu xəbərdarlıqla töhmət verilmişdir. Buna baxmayaraq iddiaçı yenədə əmək intizamını pozmuş və işə gəlməmişdir. İşdən azad olunması həmkarlarda müzakirə olunmuş və həmkarların razılığı alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. 22 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X14 bildirmişdir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanada cərrah işləyir, eləcədə Həmkarlar İttifaqının sədridir. Hazırda 2154 nəfər həmkarlar üzvü var İddiaçı həmkarların üzvüdür. Sonuncu ilkin olaraq təsərrüfatda işləmiş, sığorta tətbiq olunandan sonra isə mühafizəçı işinə keçirilmişdir. İşlədiyi müddətdə nizam-intizam qaydalarını pozmuşdur. Ona görə də bir neçə dəfə onu yanına dəvət edib şifahi olaraq onunla söhbət aparmışdır.İddiaçı ilk dəfə işdən çıxarılması barədə təqdimat həmkarların iclasında müzakirə olunarkən onun işdən çıxarılmasına etiraz etmişlər və ona töhmət verilməsi ilə kifayətlənməni məqbul saymışlar. Hətda sonradan ona Sabirkənd tibb məntəqəsində iş təklif olunsada o bu təklifi rədd etmişdir. 19 aprel 2024-cü ildə keçirilmiş iclasda isə işdən azad olunmasına etiraz etməmişlər. Həmin iclasın vaxtı və yeri barədə şəxsən istifadəmdə olan ***-***-**-** nömrəli mobil nömrəli telefonla Elxanın istifadəsində olan ***-***-**-** mobil nömrəli telefona 12 aprel 2024-cü il tarixdə zəng edərək məlumat vermiş, hətdə bununla bağlı bir neçə dəfədə əlavə olaraq onunla danışmışdır. İddiaçı ona “gəlirəm” deməsinə baxmayaraq, iclasa gəlməmiş, iclas qurtardıqdan sonra gəlmişdir.
18. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
20. Maddə 71
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
21. Maddə 76
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
22. Maddə 80
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
23. Maddə 292
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir.
24. Maddə 296
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 26 mart 2024-cü il tarixdə işə gəlməmiş ona görədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X18 24 aprel 2024-cü il tarixli 18-1-73/3-1742/2024 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Bununla razılaşmayan İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə görə işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə razılıq verilməsi üçün Şəmkir rayon Səhiyyə X3na müraciət etmişdir. Həmin müraciətə Şəmkir rayon Səhiyyə İşçiləri X2 Rəyasət Heyətinin 19 aprel 2024-cü il tarixdə keçirilən iclasında baxılmış və İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşəgötürən həmin qərarı aldıqdan sonra 24 aprel 2024-cü il tarixli 18-1-73/3-1-742/2024 nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir.
37. Kollegiya hesab edir ki, İddiaçı işdən azad olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Şəmkir rayon Səhiyyə İşçiləri X2 Rəyasət Heyətinin iclası keçirilərkən işdan azad edilməsi ilə bağlı barəsində verilmiş təqdimatın müzakirəsi zamani İddiaçı iştirakı təmin edilməmiş, bununlada o, özünün müdafiəsi üçün arqumentlər gətirmək imkanından məhrum olunmuşdur. Şəmkir Rayon Səhiyyə İşçiləri X2 Rəyasət Heyətinin sədri Şahid 12 aprel 2024-cü il tarixdə saat 13:00-da istifadəsində olan ***-***-**- ** nömrəli mobil operatorla İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, 19 aprel 2024-cü il tarixdə saat 12:00-da keçiriləcək həmkarlar təşkilatı iclasının vaxtını bildirmişdir. Eləcədə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şəmkir rayon Səhiyyə İşçiləri X2 Rəyasət Heyətinin sədri Şahid 19 aprel 2024-cü ildə keçirilmiş iclasın vaxtı və yeri barədə şəxsən istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəli telefonla İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrəli telefona 12 aprel 2024-cü il tarixdə zəng edərək məlumat verdiyini, hətta bununla bağlı bir neçə dəfə onunla bu barədə əlavə danışıq aparması, Elxanında öz növbəsində ona “gəlirəm” deməsinə baxmayaraq, iclasa gəlməməsi, iclasın sonunda gəlib çıxması barədə dəlili kollegiya tərəfindən araşdırılmış, Şahid istifadəsində olan ***-***-**-** nömrəli mobil operatorla İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrələrlər arasında daxil olan və çıxan zənglərə dair məlumatlar götürülmüş, müəyyən olunmuşdur ki, Şəmkir Rayon Səhiyyə İşçiləri X2 sədri Şahid istifadəsində olan ***-***-**-** nömrəli mobil operatora 26 mart 2024cü il tarixdən 19 aprel 2024-cü il tarixədək daxil olan və çıxan zənglər arasında İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrəsinə heç bir zəng olmamışdır.
38. Göründüyü kimi İddiaçı Şəmkir Rayon Səhiyyə İşçiləri X2 19 aprel 2024-cü ildə keçirilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış və iştirakı təmin edilməmişdir.
39. Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşə götürən tərəfindən İddiaçı qeyd olunan maddə ilə işdan azad olunmasına həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınsada lakin, kollegiya bu qətnamənin 37-ci bəndində qeyd oluanlarə əsasən hesab edir ki, həmkarlar ittifaqının işdən azad edilmə barədə razılığı İddiaçı hüquqlarının pozulması ilə verilmiş və bu baxımdanda həmin razılıq əsaslı hesab edilə bilməz. Bu məqamda xüsusilə qeyd olunmalıdır ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Bu səbəbdəndə işəgötürənlə işçi arasında yaranmış mübahisə həmkarlar ittifaqınının iclasında müzakirə olunarkən işçinin iştitrakının təmin edilməs və dinlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda işçinin hüquqlarının qorunması gözlənilməlidir.
40. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
41. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
42. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür.
43. Mülki prosessual qanunvericiliyə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(076)-1135/2025 nömrəli qətnaməsi ləğv olunmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11rşı işə bərpa və məcburi işburaxma müddətində əmək haqqı tələbinə dair iddiası təmin edilməli, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 18-1-73/3-1- 742/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı öz əvvəlki işinə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(076)-1135/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11rşı işə bərpa və məcburi işburaxma müddətində əmək haqqı tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X19 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 18-1-73/3- 1-742/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı öz əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.