Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1291/2025 07.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə2 və cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X4rşı işə bərpa tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)- 1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X16 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə 26 saylı əmrlə Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 sosial iş üzrə mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixli 16 saylı əmrlə sosial pedaqoq vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 xx.xx.2025-ci il tarixli 3-30-2/3-1-1/2025 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən həmin Mərkəzin sosial pedaqoqu İddiaçı xx.xx.2025-ci ildə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. Whatsap yazışmalarda iddiaçının azyaşlı qıza “balaca gözəl” deyə müraciət etməsi, “məktəbdə uşaqlar görməz ki? Mənə yazdığını” sözlərini yazması müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 rayon Komitəsinin Ağdam Uşaq və X7 Həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli 01 nömrəli protokolunun surətindən görünür ki, 29 dekabr 2024-ci il tarixdə saat 16:15-də Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 sosial pedaqoqu İddiaçı iş səlahiyyətini kobud pozması, şəhidin azyaşlı bacısına qeyri-etik mesajlar yazması məsələsi müzakirə edilmiş, sosial pedaqoq İddiaçı vəzifə təlimatına uyğun olmayan azyaşlı qıza qeyri-etik davranışla təzyiq göstərməsi mərkəz əməkdaşları tərəfindən pislənmiş, onun işdən azad edilməsi qərara alınmışdır. Həmin protokol iclasda iştiral edən Mərkəzin direktoru Yaqut Qəhrəmanova, baş mühasib Çingiz Hüseynov, sosial iş üzrə mütəxəssislər Yeganə Quliyeva, Ceyran Əhmədova, Lalə Qəhrəmanova, Sevinc Əliyeva, sosial pedaqoq Səidə Quiyeva, xadimə Çimzər Heydərova və sürücü Pərviz Quliyev tərəfindən imzalanmışdır.
5. İddiaçı Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 direktoruna ünvanladığı izahatında, 26 dekabr 2024-cü il tarixdə, şəhid və qazi ailələrindən olan uşaqlarla Bərdə şəhərində Şəhidlər Xiyabanı və parka gəzinityə aparmış, gəzinti müddətində şəkil və videoları o, çəkmiş, həmin müddətdə Mehdiyeva Sarıtel şəkil və videoları əldə etmək üçün ona yaxıınlaşaraq nömrəsini əldə etmişdir. Gün ərzində gəzintidən sonra ona yazaraq şəkil və videoları istəmiş, o isə göndərmişdir. 29 dekabr 2024-cü ildə Mehdiyeva Sarıtel ilə heç bir yazışma olmamışdır. Onun bacısı Mehdiyeva Rövşanə ilə yazışmışdır. Mehdiuyeva Sarıtel ilə indiyədək heç bir münasibəti olmamışdır. Mehdiyeva Rövşanə ilə daha əvvəldən münasibəti olmuş, bu münasibət tam ciddi evlilik məqsədi daşımışdır. Onunla yazışanın Rövşanə deyil, Sarıtel olduğunu biləndə artıq gec olub.
6. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan İddiaçı ilə Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 rayon Komitəsinin Ağdam Uşaq və X7 Həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli 01 nömrəli protokolunu imzalanmış şəxslər Çingiz Hüseynov, Yeganə Quliyeva, Sevinc Əliyeva, Səidə Quiyeva, Çimzər Heydərovanın danışıqları olan səs yazıda həmin şəxslərin İddiaçı suallarına cavab olaraq Həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli iclasından məlumatsız olmaları, Həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli 01 nömrəli protokoluna imza etmədiklərini demələri müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 xx.xx.2025-ci il tarixli 3-30- 2/3-1-1/2025 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X10 sosial pedaqoq vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci ildən Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X8 sosial pedoqoq işləyir, işlədiyi müddətdə öz işinin öhdəsindən həmişə layiqincə gəlmiş, barəsində hər hansı intizam cəzası olmamışdır. Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 direktoru Yaqut Qəhrəmanovanın xx.xx.2025-ci il tarixli 3-30- 2/3-1-1/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əsası ilə) iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəf heç bir hüquqi əsas olmadan iddiaçının əmək müqaviləsinə xitam vermişdir. İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində heç bir inzibati xətalara və ya cinayət əməlinə yol verməmişdir. İddiaçı qanunun tələbinə əməl etməklə mediasiya prosesində iştirak etmiş və bu barədə müvafiq arayış (protokol) təqdim edilmişdir.
9. Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia təmin edilərək, Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 xx.xx.2025-ci il tarixli 3-30-2/3-1-1/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X10 sosial pedaqoq vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 sosial iş üzrə mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə sosial pedaqoq vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 sosial pedaqoqu İddiaçı vəzifəsinə təyiin olunmuş, həmin Mərkəzin xx.xx.2025-ci il tarixli 3-30-2/3-1-1/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən xx.xx.2025-ci ildə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıla əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verməsi barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndində göstərilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin İddiaçıla əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli əmr ləğv edilməli və iddiaçının Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X10 sosial pedaqoq vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmalıdır.
11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 80, 294, 296 və 300-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X16 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1212/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi qət edilmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərkəzin benifisiarları həssas qrupa aid olan ailələr və fiziki şəxslərdir, xüsusən də uşaqlardır. İddiaçının sosial pedaqoq olaraq (Azərbaycan Dövlət PedaqojiUniversiteti Bakalavr Diplomu, xx.xx.2017-ci il tarixində bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Bakalavr Diplomu ali təhsil haqqında dövlət sənədidir. A № 144742, xx.xx.2018, qeydiyyat nömrəsi 3313/17) hərəkətlərinə vaxtında düzgün hüquqi qiymət verilməməsi gələcəkdə daha çox hüquq pozuntularına gətirib çıxara biləcək faktorlardan biridir. Ailə, X24 X17 Komitəsi müvafiqsahədə (ailə, X24) vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət Komitəsinin tabeliyində olan mərkəz isə bu siyasəti həyata keçirən qurumlardan biridir. Maddənin birinci hissəsinə əsasən Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkərlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X13 Rayon Komitəsinin Ağdam Uşaq və X7 həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixində iclası keçirilmiş və 1 nömrəli Protokol tərtib edilmişdir. İclasın yekunu olaraq sosial pedaqoq İddiaçı vəzifə təlimatına uyğun olmayan azyaşlı qıza qeyri etik davranışla təzyiq göstərməsi mərkəz əməkdaşları tərəfindən pislənərək onun işdən azad olunması qərarı verilmişdir. Həmin sənədin məhkəməyə təqdim edilməməsi yuxarıda göstərilən səbəblərə görə baş vermişdir və prosessual qaydalara riayət edilməməsi kimi qiymətləndirilə bilməz. “ Uşaq hüquqları haqqında” qanunun 4-cü maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidilrlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Birinci instansiya məhkəməsi işə baxarkən, bu normaya riayət etməmiş, bununla da azyaşlının hüquqları pozulmuşdur. Ailə, X24 X17 Komitəsinin Kollegiyasının xx.xx.2013-cü il tarixli 26-2 saylı Qərarı ilə təsdiq edilmiş “Ailə, X24 X17 Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq v ə X16 əməkdaşlarının etik davranış Qaydalarına əsasən işçilərin etik davranış prinsiplərinə aşağıdakılar aiddir: -hər bir işçi etik davranışı və peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırılmalı və möhkəmləndirməli; -hər bir işçi ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbərlə həmkarları və ya tabeliyində olan şəxslərlə davranışda nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalı; -hər bir işçi ölkənin, təmsil etdiyi qurumun nüfuzunu möhkəmlətməyə, işçi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. İş materiallarından göründüyü kimi, İddiaçı öz hərəkətləri ilə qeyd olunan tələblərə riayyət etməmişdir və onun bu cür hərəkətlərinə məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verilməlidir. Təqdim edilmiş sübutlar təsdiq edir ki, İddiaçı etik davranış normalarını pozmuşdur. Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsinin Ağdam Uşaq və X16 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3.3-cü bəndində deyilir: İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İşin materiallarından (təqdim olunan sübutlardan) göründüyü kimi İddiaçı tərəfindən istər əmək Məcəlləsinin istərsə də, müqavilənin tələbləri kobudcasına pozulmuşdur. İddiaçı azyaşlıya qeyri-etik mesajların göndərilməsi, sosial pedaqoqun hüquqlarından sui-istifadəsi kimi qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının işdə azad edilməsi bağlı Həmkarlar İttifaqının rəyi alınmışdır, lakin onun təcrübəsizliyindən həmin sənədlər birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmkarlar ittifaqının iclası iddiaçının iştirakı ilə olmamışdır. İddiaçının izahatının alınması, iclasla bağlı ona göndərilən bildirişlər onun işlədiyi dövrü əhatə etmədiyi üçün məlumatı yoxdur. İddiaçının işdən çıxarılma əmrini Yaqut xanım imzalamışdır.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verib bildirmişdir ki, əvvəllər iş üzrə adı çəkilən Sarıtel Mehdiyevın bacısı Rövşanə Mehdiyeva ilə münasibəti olmuşdur. Hətta araşdırılma aparılan zaman bu hal öz təsdiqini tapmışdır. O, Sarıtel Mehdiyeva ilə onun böyük bacısı, yəni Rövşanə Mehdiyeva bilib yazışmışdır. Yəni onunla yazışan şəxsi Rövşanə Mehdiyeva bilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, X5 rayonunda təhsil alır, onun 20-21 yaşı var. Yazışmalarda “balaca” sözünü işlətməyinə səbəb Rövşanə Mehdiyevanın balaca görünməsidir. Rövşanə Mehdiyevanı əvvəldən tanıyırdı. Şəhid ailələri ilə bağlı sənədlər lazım olduğu üçün onunla əlaqə saxlayırmış. Daha sonra münasibətləri yaxşılaşmış, hətta onunla elçiliklə bağlı razılaşmışlar. Qızın ailəsinin bundan xəbəri olmamışdır. Rövşanəgilin yaşadığı ev onun yaşadığı evə yaxındır. Rövşanə ilə münasibətiləri həmin vaxt 2-3 ay davam etmişdir. Həmkarlar İttifaqının iclası ilə bağlı ona məlumat göndərilməmişdir. 27 yanvar tarixdə onun əmrinin verildiyi gün ona zəng edərək əmri sistemə necə yerləşdirilməsi soruşulmuşdur.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verib bildirmişdir ki, o, zərərçəkəndir. 20 yaşlı oğlu şəhid olmuşdur. 12 yaşlı qızının namusuna 30 yaşlı kişinin dil uzatmağı nə qədər düzgündür. İddiaçı böyük qızı ilə münasibəti olduğunu bildirir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, böyük qızı Cəlilabad rayonunda dərsdə olmuş, kiçik qızı isə hazırlığa gedirmiş. Elşad onlarla eyni qəsəbədə yaşayır. Dövlət işçisi olduğu üçün nömrəsi onun telefonunda olmuşdur. O, mesajları balaca qızına ünvanlamışdır. Bu onun evdə işlətdiyi şəxsi nömrəsidir, böyük qızının nömrəsi başqadır. Oğluna iddiaçının qızına yazdığını bildikdən sonra yazışmanı davam etdirməsini bildirmişdir ki, sübut yığsın. İddiaçı “balaca gözəlim” sözünü ona qarşılıq verdikdən sonra yazmışdır. Telefon ona məxsusdur. Ancaq, qızı gəzməyə gedəndə telefonu ona vermişdir. Yaqut müəllim şəhid ailələrinin uşaqlarını gəzintiyə aparmışdı. O, həmin vaxt telefonu qızına vermişdi. Elşad da, orada olmuşdur. Orada çəkilmiş şəkillərin göndərilməsi üçün Elşad qızından mobil nömrə istəmişdir. Üzrxahlığa Elşadın atası və anası gəlmişdir.
19. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verib bildirmişdir ki, o, X3 Elşad Əhəd oğlu ilə bağlı keçirilmiş iclasın protokoluna təşkilatın möhürünü vurmuşdur. Təşkilatın sədri zəng vurub iclas keçirildiyini bildirmişdir. O, da həmin gün saat təxminən 17:45-də həmin iclasın protokoluna təşkilatın möhürünü vurmuşdur. O, həmin iclasda iştirak etməmişdir və iştirak etməli olduğunu hesab etmir. Təşkilat həmçinin işçilər üçün maddi yardım göstərir. İddiaçı tərəf onu təhdit etdiyi üçün onlara iclasdan xəbəri olmadığını bildirmişdir.
20. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verib bildirmişdir ki, o, 16 ildir ki, məktəbdə işləyir. Yaqut xanım vəzifədən getdikdən sonra, yəni 2025-ci ildən həmkarlar ittifaqının sədri vəzifəsinə seçilmişdir. X3 Elşad Əhəd oğlu ilə bağlı keçirilmiş iclasında Ceyran xanım, Yaqut xanım, Çingiz bəy, Lalə xanım, Sevinc xanım, Pərviz bəy və başqa şəxslər iştirak etmişdir. İddiaçı ilə o, eyni vəzifədə işləmişlər və Elşadın gördüyü iş vəzifə səlahiyyətlərinə ziddir. İclasdan sonra Elşadla telefon vasitəsilə danışmış, lakin yanında qonaqları olduğu üçün onun dediklərini təqsdiqləyirmiş. O, həmin iclasda iştirak etmiş, belə ki, həmin iclasa sədrlik edən Yaqut xanım, katib isə o, olmuşdur. O, 050 440 20 24 nömrəli mobil telefonu istifadə edir. O, Ağdam rayon Güllücə kəndində qeydiyyatda olmaqla 4 yol ərazisində yaşayır.
21. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verib bildirmişdir ki, o, sosial iş üzrə mütəxəssisdir, orta təhsilli və həmkarlar ittifaqının üzvüdür. Yeni ildən sonra Yaqut xanım ona iclas olacağını bildirmiş, o da gözləyib həmin iclasda iştirak etmişdir. O, Elşadla mobil telefon vasitəsilə danışan zaman ondan canını qurtarmaq üçün iclasda iştirak etmədiyini bildirmişdir. Həmçinin o, Elşadın başqa iclas barədə danışdığını düşünmüşdür.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:
22. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
23. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
24. 80-ci maddənin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
25. Həmin maddənin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
26. Həmin maddənin 3-cü bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Haqqında Əsasnamə:
27. Bənd 8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
28. 8.1-1. uşaq hüquqlarını müdafiə etmək;
29. 8.12-1. Komitənin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
38. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışınun hədləri
39. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Hazırkı iş üzrə cavabdeh tərəfindən instansiya məhkəməsinin qətnaməsi bütövlküdə mübahisələndirildiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
44. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçıla əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verməsi barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndində göstərilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin İddiaçıla əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri pozulmuşdur.
45. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci ildə 26 saylı əmrlə Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 sosial iş üzrə mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixli 16 saylı əmrlə sosial pedaqoq vəzifəsinə, daha sonra xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 sosial pedaqoq vəzfiəsinə təyin edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin, eləcə də Ailə, X24 X17 Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və X16 əməkdaşlarının etik davranış qaydalarının tələblərini pozaraq əmək funksiyasının lazımınca icra etməmişdir. Belə ki, İddiaçı xidməti vəfizəsindən istifadə edərək whatsap proqramı vasitəsilə şəhid bacısı yektinlik yaşına çatmayan şəxsə qeyri-etik təkliflər etmiş, yetkinlik yaşına çatmayan şəxsi, azyaşlını onunla etik olmayan söhbətə sövq etmişdir. Belə ki, iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş olunmuş “whatsap” proqramı yazışmalarından görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan şəxsə, azyaşlıya qeyri-etik suallar vermiş, yetkinlik yaşına çatmayan şəxsi, azyaşlını onunla qeyri-etik söhbətə sövq etməyə çalışmışdır. Bununla da o, Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsinin sosial pedaqoq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir.
46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hərəkətləri onun işdən kənar həyat tərzi ilə bağlı olmamış, Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 təşkil etdiyi və iddiaçının xidməti vəzifəsi ilə əlaqədar iştirak etdiyi tədbirdə iştirak etməsi zamanı həmin tədbirdə iştirak edən azyaşlı uşağa qarşı olmuşdur. Onun hərəkətləri Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 və mərkəzdəki xidməti fəaliyyəti, həmçinin vəzifə səlahiyyətlərinin icrası zamanı törədilmişdir. Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 fəaliyyət istiqamətlərini, mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, uşaq hüquqlarını müdafiə etmək, komitənin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarəti vəzifələrini həyata keçirməsini nəzərə alsaq, iddiaçının komitənin əməkdaşı kimi azyaşlı qıza qarşı xidməti mövqeyindən istifadə etməklə etdiyi hərəkətləri işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Odur ki, kollegiya hesab edir ki, qeyd edilənlər baxımından İddiaçı hərəkətləri Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X1i mənafeyinə ciddi xələl gətirən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv kimi qiymətləndirilməlidir və işəgötürən, yəni Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X16 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur.
47. Məhkəmə kollegiyasının iclasında İddiaçı əvvəllər azyaşlı Sarıtel Mehdiyevın bacısı Rövşanə Mehdiyeva ilə münasibəti olmasını, azyaşlı Sarıtel Mehdiyeva ilə onun böyük bacısı, yəni Rövşanə Mehdiyeva bilib yazışmasını iddia etsə də, iş materiallarında olan whatsap yazışmaları həmin halı təkzib edir. İş materiallarında olan whatsap yazışmalarda iddiaçının azyaşlı qıza “balaca gözəl” deyə müraciət etməsi görünür. Məhkəmə iclasında araşdırma zamanı iddiaçının “balaca gözəl” deyə müraciət etməsinə səbəb kimi Rövşanə Mehdiyevanın balaca görünməsi ilə əlaqələndirmişdir. Lakin, kollegiya iddiaçının həmin dəlilini səmimi hesab etməmişdir. Bundan başqa, iş materiallarında olan whatsap yazışmalarında İddiaçı azyaşlı qıza “məktəbdə uşaqlar görməz ki? Mənə yazdığını” ifadəsini yazmışdır. Məhkəmə kollegiyasında isə azyaşlı Sarıtel Mehdiyevanın böyük bacısı Rövşanə Mehdiyevanın 20-21 yaşlı gənc qız olması nəzərə alınsa iddiaçının məqsədinin məhz azyaşlı qızla münasibət qurmaq olması müəyyən edilir.
48. Birinci instansiya məhkəməsi İddiaçıla əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasını, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinin pozulmasını qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Həmçinin hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlaması zamanı tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Lakin, birinci instansiya məhkəməsində iş üzrə yalnız bir dəfə məhkəmə hazırlıq iclası keçirilmiş və hazırlıq iclasında tərəflərin iştirakı təmin edilməmiş, mülki iş kifayət qədər hazır olmadan məhkəmə iclasında baxılmağa təyin edilmişdir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş, Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 rayon Komitəsinin Ağdam Uşaq və X7 Həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli 01 nömrəli protokolunun surətindən görünür ki, 29 dekabr 2024-ci il tarixdə saat 16:15-də Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X7 sosial pedaqoqu İddiaçı iş səlahiyyətini kobud pozması, şəhidin azyaşlı bacısına qeyri etik mesajlar yazması məsələsi müzakirə edilmiş, sosial pedaqoq İddiaçı vəzifə təlimatına uyğun olmayan azyaşlı qıza qeyri-etik davranışla təzyiq göstərməsi mərkəz əməkdaşları tərəfindən pislənmiş, onun işdən azad edilməsi qərara alınmışdır. Həmçinin telefon vasitəsilə İddiaçı həmkarlar təşkilatının iclasının yeri və vaxtı barədə məlumat vermişdir. Həmkarlar təşkilatının iclasının protokolu iclasda iştirak edən Mərkəzin direktoru Yaqut Qəhrəmanova, baş mühasib Çingiz Hüseynov, sosial iş üzrə mütəxəssislər Yeganə Quliyeva, Ceyran Əhmədova, Lalə Qəhrəmanova, Sevinc Əliyeva, sosial pedaqoq Səidə Quliyeva, xadimə Çimzər Heydərova və sürücü Pərviz Quliyev tərəfindən imzalanmışdır.
49. Məhkəmə iclasında iddiaçı tərəf məhkəməyə onun Çingiz Hüseynov, Yeganə Quliyeva, Sevinc Əliyeva, Səidə Quiyeva, Çimzər Heydərova ilə aralarında olan danışıqlar olan diski təqdim edərək, Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 rayon Komitəsinin Ağdam Uşaq və X7 Həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli iclasında tərtib edilmiş protokolun saxtalaşdırıldığını, əslində protokolu imzalayan şəxslərdən Çingiz Hüseynov, Yeganə Quliyeva, Sevinc Əliyeva, Səidə Quiyeva, Çimzər Heydərovanın həmin iclasdan məlumatsız olmasını və protokolu imzalamamasını iddia etmişdir. Həmin halın araşdırılması üçün kollegiya tərəfindən həmin şəxslərdən X15 və X14 məhkəmə iclasında şahid qismində dindirilmişdir. X2 bildirimşdir ki, mərkəzin direktoru Yaqut xanım ona iclas olacağını bildirmiş, o da həmin iclasda iştirak etmişdir. O, Elşadla mobil telefon vasitəsilə danışan zaman ondan canını qurtarmaq üçün iclasda iştirak etmədiyini bildirmişdir. Həmçinin o, Elşadın başqa iclas barədə danışdığını düşünmüşdür. Şahid qismində dindirilmiş X14 isə izahat verib bildirmişdir ki, iclasdan sonra Elşadla telefon vasitəsilə danışmış, lakin yanında qonaqları olduğu üçün onun dediklərini təqsdiqləyirmiş. O, həmin iclasda iştirak etmiş, belə ki, həmin iclasa sədrlik edən Yaqut xanım, katib isə o, olmuşdur.
50. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Ailə, X24 X17 Komitəsi Ağdam Uşaq və X16 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul eidlsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.