Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1293/2025 15.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əqdin bağlanmış hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-199/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 ilə X8 xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlamışlar və nikah bağlandıqdan sonra arvada Şirinova soyadı verilmişdir.
2. xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi məqsədilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə ölmüşdür.
4. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, M.B.Əliyev küçəsində yaşayan X2 o, həqiqətən bacarıqlı əllər sahibkar müəssisəsinin nəznində olan subbartizan quyusunun suyundan istifadə etdiyinə görə 1993-cü ildən 2016-cı ilin mart ayına qədər ödəmişdir. 2016-cı ilin mart ayından övladı İddiaçı ödəniş etmişdir. Heç bir borcu yoxdur.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ərizəçi X3 vərəsəsi Cavabdeh ünvanlanmış 3-21-3-33/2- 10410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığı müəyyən edilmişdir. Həmçinin, ərizənizə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
6. Kirovabad şəhərində X20, X9, İddiaçı, X10, X11 və Cavabdeh tərəfindən tərtib edildiyi qeyd edilən 09 dekabr 1989-cu il tarixli “Şəhadətnamə” adlandırılan A4 vərəqindən ibarət əlyazmadan görünür ki, “X1 yuxarıda adları qeyd olunmuş şəxslərin iştirakı ilə X6 məxsus olan D – 8 уч-к 20 400 kv.m olan həyətyanı torpaq sahəsinə 8000 manat (səkkiz min manat) pul vermişəm. Şəhadətnamənin doğru və düzgünlüyünü yuxarıda adları qeyd edilmiş şəxslər imza edirlər.”sözləri qeyd edilmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X12 qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməsi, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 11 aprel 1989-cu i tarixli 7 saylı protokol qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına cavabdeh X13 tərəfindən edilən maneənin aradan qaldırılması, həmin işlərin aparılmasına maneənin törədilməsinin X12 qadağan edilməsi qət edilmişdir.
8. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1768 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan 09 dekabr 1989-cu il tarixli şəhadətnamənin sonunda 6. “Ширинова Офеляа” yazıları qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.
9. Məhkəmə Kollegiyasının sorğusu əsasında əldə edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə filialının xx.xx.2025-ci il tarixli №3-48-DA-4F/2- 1610/8/2025 nömrəli məktubdan görünür ki, Kirovabad şəhər XDS-nin 11 aprel 1989-cu il tarixli protokoluna əsasən X3 adına verilmiş torpaq sahəsinin verilməsinə əsas olan protokolun və protokol əsasında verilmiş vətəndaşların adlı siyahısında (fond 7,siyahı 1,bağlama 304, saxlama vahidi 2265, vərəq 73,87,91) 236-cı sırada X3 adı qeyd olunmaqla, ona D – 8 уч-к 20 400 kv.m olan həyətyanı torpaq sahəsinin verilməsi barədə Kirovabad şəhər XDS-nin 11 aprel 1989-cu il tarixli 174 №-li qərarı vardır.
10. Məhkəmə Kollegiyasının sorğusu əsasında əldə edilmiş, DƏDKvəRPHŞ 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-9777/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi məhəllə D-8, sahə 20 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin qeydə alınıb-alınmaması, əvvəllər və hazırda kimin mülkiyyətində (X4 və ya başqa şəxslərin mülkiyyətində olub-olmaması) olmasına dair arayışın Məhkəmə Kollegiyasına göndəilməsi barədə məktuba Ərazi İdarəsində baxılmışdır. 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarına əsasən Gəncə şəhəri, Sadıllı qəsəbəsi məhəllə D-8, sahə 20 ünvanı ilə qeydiyyatdan keşmiş əmlak aşkar edilməmişdir. Eyni zamanda qeyd edilən ünvan ilə Hacıyeva Dursun (Dürsün) Cəbrayıl qızının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 adlanan, hazırkı ünvan 4 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair, tərəflər arasında icra edilmiş 09 dekabr 1989-cu il tarixli əqdin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli protokol Qərarı əsasında X6 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Cahangir Şirinov həmin vaxtı Cavabdeh ilə rəsmi nikahda olmaqla Gəncə şəhəri, Əli Bayramov küçəsi, bina 75, mənzil 33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 7 ünvanda yerləşən evdə yaşamışlar. Onlar ev tikmədən həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov iddiaçının atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri Korlar İdarəsində işlədikləri üçün torpağın alqı-satqısı barədə öz aralarında sövdələşmişlər. Tərəflər 9 dekabr 1989-cu ildə ünvan 8 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X20, satıcı tərəfdən X10, arvadı Cavabdeh və onun atası X11 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 (səkkiz min) manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında şəhadətnamə (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Bundan sonra, yəni 9 dekabr 1989-cu ildən torpağa dair sahiblik və istifadə hüququ alıcı tərəfə keçmişdir. Alıcı tərəf həmin torpaqda 1994-cü ildən ev tikməyə başlamışdır. Sonradan tikilini yarımçıq saxlasalar da, hazırda, yəni 35 il ərzində torpağa sahibliyi və həqiqi mülkiyyətçiliyi alıcı tərəf həyata keçirməkdədir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Vəfatına qədər onun tərəfindən həmin torpaqla bağlı heç bir tələb irəli sürülməmişdir. Cahangirin vəfatından keçən 20 il ərzində də, Cavabdeh tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə qaldırılmamışdır. Son vaxtlar iddiaçı tərəf 3 saylı Ərazi İdarəsinə müraciət edib torpağa dair şəhadətnamə yaxud çıxarış almaq istəyərkən onlara izah edilmişdir ki, torpağa dair ilkin sənəd mərhum Cahangir Şirinovun adına olduğuna görə, ilkin rəsmiləşmə onun adına olmalıdır. Bundan sonra iddiaçı tərəf cavabdehə müraciət etmiş, cavabdeh bunun üçün onlardan əlavə böyük miqdarda pul tələb etdiyinə görə razılaşma pozulmuş, mübahisə yaranmışdır. 2023-cü ildə Cavabdeh torpağı vərəsəlik qaydasında öz adına rəsmiləşdirib, iddiaçı tərəfin əlindən almaq fikrinə düşmüşdür. O, notariusdan məktub alıb, ölmüş şəxsin adına sənəd almaq üçün 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. 3 saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mübahisə olmasını və həmin torpaq sahəsinin yeri və ölçüsü barədə sənəd almadığına görə ona xx.xx.2023-cü il tarixli imtina cavabı vermişdir. Bundan sonra Cavabdeh maneənin aradan qaldırılması ilə bağlı Gəncə şəhər Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun Elmidar Quliyevə qarşı iddiası təmin olunmuşdur. Qeyd etdiklərindən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı, tərəflər arasında alqı-satqı əqdi 9 dekabr 1989-cu ildə tam icra olunmuşdur. Yəni, həmin torpaq sahəsinə ilkin hüquqverici sənəd əldə etmiş Cahangir Şirinov və onun arvadı Cavabdeh öz yaşadıqları ünvan 8 nömrəli evdə, torpağa dair alıcı tərəf olan Əlibala Güləliyev və onun oğlu İddiaçı 8000 manat pul almış və torpağın istifadə və sahibliyini alıcı tərəfə vermişlər. Alqı-satqı əqdi tərəflərin iradəsi və razılaşması əsasında baş tutmuş və onlar iradə ifadələrini həmin gün 6 nəfərin iştirakı ilə tərtib etdikləri şəhadətnaməni (aktı) imza etməklə təsdiq etmişlər. Razılaşmışlar ki, gələcəkdə lazım olduğu vaxta torpağın alqı-satqısının notariusda sənədləşməsini həyata keçirəcəklər. Hazırda satıcı tərəfdən Cahangir Şirinov vəfat etmiş, onun arvadı Cavabdeh isə əqdin notariat təsdiqindən boyun qaçırmaqla yanaşı razılaşmanı və öhdəliyini pozaraq, həmin torpağa dair notariat təsdiqi üçün əlavə pul tələb etmiş, buna nail olmadıqda torpağın sənədləşməsini öz adına keçirmək istəyindədir. İşin həmin hallarından görünür ki, cavabdeh tərəfin niyyəti iddiaçı tərəfə ziyan vurmaq məqsədi ilə mülki hüquqlardan suiistifadə etməkdir. Cavabdeh tərəfin 1989-cu ildən satdıqları torpaq sahəsinə dair həmin hərəkətləri qanunla qadağan olunan hərəkət olmaqla, yol verilməzdir. Cavabdeh yalnız 1989-cu ildə aldıqları 8000 manatın hazırki dəyərini iddiaçı tərəfə qaytarmaqla, icra etdikləri əqdi pozmaq istədiyini alıcı tərəfə bəyan etməklə, iddia qaldırmalı olduğu halda, 35 il əvvəl satdıqları torpağı sair yolla öz adına rəsmiləşdirməklə qanunla qadağa olunan hərəkətə yol verməkdədir. Mülki qanunvericilik isə, bu hərəkətləri qadağan etməklə bərabər, bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığını tanımışdır. Ona görə də, cavabdeh tərəfin öz imzası ilə təsdiq etdiyi aktdakı öhdəliyi pozub, alqı-satqını təsdiq etdirməkdən boyun qaçırmaqla yanaşı, aldıqları pulun dəyərini qaytarmaqdan torpağa dair öz adlarına vərəsəlik qaydasında sənəd almağa dair hərəkətləri hüquqdan sui-istifadə ilə başqasına zərər vurma niyyətinə xidmət etdiyindən etibarsızdır.
13. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-199/2025 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddianın təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan SSR Mülki Məcəlləsinin 41, 42, 43, 44, 228 və 230-cu maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 217.2-ci və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-199/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, tərəflər 09 dekabr 1989-cu ildə ünvan 9 ünvanda, yəni Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə öz aralarında mübahisəli torpaq sahəsinə dair alqı-satqını rəsmiləşdirmişlər. Həmin vaxtı alıcı 8000 manat pulu Şirinovlara, əvəzində isə satıcı sənədlərin əslini ona vermişdir. Alıcı tərəf həmin torpaqda 1994-cü ildə ev tikməyə başlamışdır. O, 35 il ərzində qeyd olunan torpağa sahibliyi və mülkiyyəçiliyi həyata keçirmişdir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Cahangir tərəfindən vəfatına qədər torpaqla bağlı heç bir iddia irəli sürülməmişdir. Cahangir Şirinovun vəfatından keçən 20 il ərzində də cavabdeh Ofeliya Şirinova tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə olmamışdır. Son vaxtlar iddiaçı tərəf 3 saylı Ərazi İdarəsinə müraciət edib torpağa dair Çıxarış almaq istəyərkən, onlara izah edilmişdir ki, torpağa dair ilkin sənəd mərhum Cahangir Şirinovun adına olduğuna görə, ilkin rəsmiləşmə onun adına olmalıdır. Bundan sonra iddiaçı tərəf cavabdehə müraciət etmiş, cavabdeh bunun üçün ondan böyük miqdarda pul tələb etdiyindən, razılaşma pozulmuş, mübahisə yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya icraatı iştirakçılarının izahatları
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarı əsasında X6 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Cahangir Şirinov həmin vaxtı Cavabdeh ilə rəsmi nikahda olmaqla Gəncə şəhəri, Əli Bayramov küçəsi, bina 75, mənzil 33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 7 ünvanda yerləşən evdə yaşamışlar. Onlar ev tikmədən həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov iddiaçının atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri Korlar İdarəsində işlədikləri üçün torpağın alqı-satqısı barədə öz aralarında sövdələşmişlər. Tərəflər 9 dekabr 1989-cu ildə ünvan 8 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X20, satıcı tərəfdən X10, arvadı Cavabdeh və onun atası X11 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında şəhadətnamə (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. 9 dekabr 1989-cu ildən torpağa dair sahiblik və istifadə hüququ alıcı kimi onun tərəfinə keçmişdir. Razılaşmışlar ki, gələcəkdə lazım olduğu vaxta torpağın alqısatqısının notariusda sənədləşməsini həyata keçirəcəklər. O,1994-cü ildən həmin torpaqda ev tikməyə başlamışdır. Sonradan maddı imkanı olmadığı üçün tikilini yarımçıq saxlamışdır. 35 il ərzində torpağa sahibliyi və həqiqi mülkiyyətçiliyi o, həyata keçirməkdədir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Vəfatına qədər Cahangir tərəfindən həmin torpaqla bağlı heç bir tələb irəli sürülməmişdir. Cahangirin vəfatından keçən 20 il ərzində də, Cavabdeh tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə qaldırılmamışdır. O, 3 saylı Ərazi İdarəsinə müraciət edib torpağa dair çıxarış almaq istəyərkən ona izah edilmişdir ki, torpağa dair ilkin sənəd mərhum Cahangir Şirinovun adına olmalıdır. Bundan sonra cavabdehə müraciət etmiş, cavabdeh bunun üçün onlardan əlavə böyük miqdarda pul tələb etmiş və mübahisə yaranmışdır. 2023-cü ildə Cavabdeh torpağı vərəsəlik qaydasında öz adına rəsmiləşdirib, iddiaçı tərəfin əlindən almaq fikrinə düşmüşdür. O, notariusdan məktub alıb, ölmüş şəxsin adına sənəd almaq üçün 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. 3 saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mübahisə olmasını və həmin torpaq sahəsinin yeri və ölçüsü barədə sənəd almadığına görə ona xx.xx.2023-cü il tarixli imtina cavabı verilmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı, tərəflər arasında alqı-satqı əqdi 9 dekabr 1989-cu ildə tam icra olunmuşdur. Yəni, həmin torpaq sahəsinə ilkin hüquqverici sənəd əldə etmiş Cahangir Şirinov və onun arvadı Cavabdeh öz yaşadıqları ünvan 8 nömrəli evdə, torpağa dair alıcı tərəf olan Əlibala Güləliyev və onun oğlu İddiaçı 8000 manat pul almış və torpağın istifadə və sahibliyini ona vermişlər. Alqısatqı əqdi tərəflərin iradəsi və razılaşması əsasında baş tutmuş və onlar iradə ifadələrini həmin gün 6 nəfərin iştirakı ilə tərtib etdikləri şəhadətnaməni (aktı) imza etməklə təsdiq etmişlər. Razılaşmışlar ki, gələcəkdə lazım olduğu vaxta torpağın alqı-satqısının notariusda sənədləşməsini həyata keçirəcəklər. Hazırda satıcı tərəfdən Cahangir Şirinov vəfat etmiş, onun arvadı Cavabdeh isə əqdin notariat təsdiqindən boyun qaçırmaqla yanaşı razılaşmanı və öhdəliyini pozaraq, həmin torpağa dair notariat təsdiqi üçün əlavə pul tələb etmiş, buna nail olmadıqda torpağın sənədləşməsini öz adına keçirmək istəyindədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək iddiaçı ilə eyni məzmunlu izahatında göstərmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarı əsasında X6 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Tərəflər 9 dekabr 1989-cu ildə ünvan 8 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqısatqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X20, satıcı tərəfdən X10, arvadı Cavabdeh və onun atası X11 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında “şəhadətnamə” (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Alqı-satqı əqdi tərəflərin iradəsi və razılaşması əsasında baş tutmuş və onlar iradə ifadələrini həmin gün 6 nəfərin iştirakı ilə tərtib etdikləri şəhadətnaməni (aktı) imza etməklə təsdiq etmişlər. Razılaşmışlar ki, gələcəkdə ev tikildikdən sonra lazım olduğu vaxta torpağın alqısatqısının notariusda sənədləşməsini həyata keçirəcəklər. 09 dekabr 1989-cu ildən torpağa dair sahiblik və istifadə hüququ alıcı kimi onların tərəfinə keçmişdir. O, 1994-cü ildən həmin torpaqda ev tikməyə başlamışdır. Sonradan maddı imkanı olmadığı üçün tikilini yarımçıq saxlamışdır. 35 il ərzində torpağa sahibliyi və həqiqi mülkiyyətçiliyi o, həyata keçirməkdədir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Vəfatına qədər Cahangir tərəfindən həmin torpaqla bağlı heç bir tələb irəli sürülməmişdir. Cahangirin vəfatından keçən 20 il ərzində də, Cavabdeh tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə qaldırılmamışdır. İddiaçı torpaq sahəsini sənədləşdirmək istəyərkən, Cavabdeh razı olmamış, birinci instansiya məhkəməsində akta imza etmədiyini bildirmişdir. Ekspertizanın rəyi ilə həmin şəhadətnamədə olan imzanın Cavabdeh məxsus olması təsdiq olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, izahatında göstərmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D- 8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarı əsasında onun mərhum əri X6 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. 9 dekabr 1989-cu ildə tərtib olunmuş şəhadətnamədəki onun imzası mübahisələndirilmiş, ekspert rəyi ilə həmin imzanın ona məxsus olması müəyyən edilmişdir. 1989-cu ildən həmin torpaq sahəsi iddiaçıdadır. Onlar 1989-cü ildən 2023-cü ilədək həmin torpağa görə iddia qaldırmamışlar. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Vəfatına qədər mərhum əri Cahangir tərəfindən həmin torpaqla bağlı heç bir tələb irəli sürülməmişdir. Cahangirin vəfatından keçən 20 il ərzində də, cavabdeh kimi onun tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə qaldırılmamışdır. O, Cahangir Şirinovla rəsmi nikahda olmaqla Gəncə şəhəri, Əli Bayramov küçəsi, bina 75, mənzil 33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 7 ünvanda yerləşən evdə yaşamışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi.
21. Maddə 42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.
22. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
25. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
26. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
35. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
43. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
44. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarı əsasında X6 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Cahangir Şirinov həmin vaxtı Cavabdeh ilə rəsmi nikahda olmaqla Gəncə şəhəri, Əli Bayramov küçəsi, bina 75, mənzil 33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 7 ünvanda yerləşən evdə birlikdə yaşamışlar. Onlar ev tikmədən həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov iddiaçının atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri Korlar İdarəsində işlədikləri üçün torpağın alqı-satqısı barədə öz aralarında sövdələşmişlər. Tərəflər 9 dekabr 1989-cu ildə ünvan 8 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X20, satıcı tərəfdən X10, arvadı Cavabdeh və onun atası X11 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında “şəhadətnamə” (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Ona görə də iddiaçı hazırkı iddiasında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 adlanan, hazırkı ünvan 4 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair, tərəflər arasında icra edilmiş 09 dekabr 1989-cu il tarixli əqdin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əsaslandığı həmin əlyazmanın mövcudluğu mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas ola bilməz. Ona görə ki, mübahisəli torpaq sahəsi həmin dövrdə hazırkı iş üzrə cavabdehin və ya onun mərhum əri X3 mülkiyyətində olmamışdır. İddia edilən torpaq sahəsinin ayrılmasına əsas olmuş Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarının mövcudluğu həmin torpağın sözügedən şəxsin şəxsi mülkiyyətində olduğunu təsdiq etmir. Başqa sözlə, cavabdehin və ya onun mərhum əri X3 mülkiyyət hüququ qeydə alınmadığından, onun həmin əmlak üzərində sərəncam vermək hüququ olmamışdır. Belə olan halda, iddiaçı və ya onun atası X9 ilə cavabdeh və ya onun mərhum əri X10 arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi istisna olunur.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
47. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddia etdiyi alqı-satqı hüquq münasibətlərinin 1989-cu ildə yarandığnı qeyd etdiyindən mübahisənin həllinə 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Ona görə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM maddə 217.2).
48. Alqı-satqı müqaviləsinin bağlanması, mülki dövriyyənin iştirakçıları arasında sərbəst iradə ifadəsinə əsaslanan, alıcının qanuni mülkiyyətində olan əşyaya sərəncam vermək, alıcının isə əşyaya sahib olub mülkiyyət əldə etmək hüquqlarının həyata keçirilməsindən ibarət hərəkətlərdir.
49. Alqı-satqı hüquq münasibətlərinin yarandığı iddia edilən zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 39-cu maddəsində deyilirdi ki, vətəndaşların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki tərəfli və çoxtərəfli müqavilələr ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər.
50. Həmin Mülki Məcəlləsinin 43-cü maddəsinin İ hissəsinə görə, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.
51. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, əvvəlki Mülki Məcəllənin 230-cu maddəsinə görə, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun.
52. Bununla belə, əvvəlki Mülki Məcəllənin 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.
53. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.
54. İddiaçı 09 dekabr 1989-cu il tarixli alqı-satqı aktına istinadən Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 adlanan, hazırkı ünvan 4 ünvanda yerləşən 400 kv.m torpaq sahəsi cavabdehin əri mərhum Cahangir Şirinovdan satın aldığını və həmin şəhadətnaməyə hazırki Cavabdeh da imza etdiyini iddia edir. Həmin akt iş materiallarında olan digər sənədlərlə məhkəmə iclasında tərəflərin iştirakı ilə sistemli şəkildə tədqiq edilmiş və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 5-ci vərəqində olan 09 dekabr 1989-cu il tarixli şəhadətnamənin sonunda 6. “Ширинова Офеляа” yazıları qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.
55. Azərbaycan SSR Mülki Məcəlləsinin 228-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
56. Bundan başqa hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
57. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
58. İşdəki sənədlərdən aydın olur ki, xx.xx.1989-cu il tarixdə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsinin X10 tərəfindən İddiaçı 8000 manata satılması ilə bağlı razılığa gəlinmiş və həmin alqı-satqı şəhadətnaməsinə X20, X9, İddiaçı, X10, X11 və Cavabdeh tərəfindən imza edilmişdir.
59. Hazırda iş üzrə cavabdeh olan Cavabdeh qeyd edilən torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsində maneələr törədir.
60. Əvvəlki Mülki Məcəllənin 43-cü maddəsinə görə Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur.Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
61. Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar müəyyən edilməlidir. -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı, - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
62. Göründüyü kimi, hazırkı iş üzrə xx.xx.1989-cu il tarixli yazılı alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh məxsus olması birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmiş, eyni zamanda İddiaçı mübahisə edilən torpaq sahəsinin alğısatqısı ilə bağlı notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, həmin əmlakı satıcıdan qəbul edərək, əmlaka vicdanlı sahib kimi 35 il ərzində fasiləsiz və etirazsız sahiblik və istifadə etmişdir. Belə olduğu tərdirdə isə müqavilənin bağlanmış hesab edilməsi ilə qanuni əsaslara söykənir.
63. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçı onun tərəfindən təqdim olunmuş əqd (şəhadətnamə) əsasında cavabdehlə yaranmış münasibətlərin torpaq sahəsinin alğı-satqı münasibətləri kimi tanınmasını və bunun əsasında torpağa dair alğı-satqı müqaviləsinin etibarlı sayılmasını tələb edir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "F.Nəcəfovanın şikayəti üzrə” 03 mart 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər baxımından nəzərə alınmalıdır ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir.
65. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, davranışlarla, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.
66. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı iddia ərizəsində Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-8 məhəllə, 20 nömrəli sahə adlanan ünvanda yerləşən 0.04 ha (400 kv.m) torpaq sahəsi Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarı əsasında X6 fərdi yaşayış evi tikmək üçün ayrılmasını qeyd etmişdir. Cahangir Şirinov həmin vaxtı Cavabdeh ilə rəsmi nikahda olmaqla Gəncə şəhəri, Əli Bayramov küçəsi, bina 75, mənzil 33-də rəsmi qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 7 ünvanda yerləşən evdə birlikdə yaşamışlar. Onlar ev tikmədən həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov iddiaçının atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri Korlar İdarəsində işlədikləri üçün torpağın alqı-satqısı barədə öz aralarında sövdələşmişlər. Tərəflər 9 dekabr 1989-cu ildə ünvan 8 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X20, satıcı tərəfdən X10, arvadı Cavabdeh və onun atası X11 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında şəhadətnamə (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Ona görə də iddiaçı hazırkı iddiasında Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 adlanan, hazırkı ünvan 4 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair, tərəflər arasında icra edilmiş 09 dekabr 1989-cu il tarixli əqdin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh 09 dekabr 1989-cu il tarixli şəhadətnamədə olan imzasını mübahisələndirmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1768 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan 09 dekabr 1989-cu il tarixli şəhadətnamənin sonunda 6. “Ширинова Офеляа” yazıları qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Birinşi instansiya məhkəməsi hesab etmişdir ki, - iddiaçının əsaslandığı qeyd olunan əlyazmanın mövcudluğu mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas ola bilməz. Çünki, mübahisəli torpaq sahəsi həmin dövrdə hazırkı iş üzrə cavabdehin və ya onun mərhum əri X3 mülkiyyətində olmamışdır. İddia edilən torpaq sahəsinin ayrılmasına əsas olmuş Gəncə şəhər XDS İK-nin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol Qərarının mövcudluğu həmin torpağın sözügedən şəxsin şəxsi mülkiyyətində olduğunu təsdiq etmir. Bu əsasla iddia təmin edilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya Məhkəməsinin mövqeyi ilə razılaşmır hesab edir ki, X6 400 kv.m olan həyətyanı torpaq sahəsinin verilməsinə dair XDS İK-nin 11 aprel 1989-cu il tarixli qərar olmuşdur. Bu halın araşdırılması üçün Məhkəmə Kollegiyasının sorğusu əsasında əldə edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə filialının xx.xx.2025-ci il tarixli №3-48-DA-4F/2-1610/8/2025 nömrəli məktubundan görünür ki, Kirovabad şəhər XDS-nin 11 aprel 1989-cu il tarixli protokoluna əsasən X3 adına verilmiş torpaq sahəsinin verilməsinə əsas olan protokolun və protokol əsasında verilmiş vətəndaşların adlı siyahısında (fond 7,siyahı 1,bağlama 304, saxlama vahidi 2265, vərəq 73,87,91) 236-cı sırada X3 adı qeyd olunmaqla, ona D – 8 уч-к 20 400 kv.m olan həyətyanı torpaq sahəsinin verilməsi barədə Kirovabad şəhər XDS-nin 11 aprel 1989-cu il tarixli 174 №-li qərarı vardır. Bundan başqa, Məhkəmə Kollegiyasının sorğusu əsasında əldə edilmiş, DƏDKvəRPHŞ 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 9777/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi məhəllə D-8, sahə 20 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin qeydə alınıb-alınmaması, əvvəllər və hazırda kimin mülkiyyətində (X4 və ya başqa şəxslərin mülkiyyətində olubolmaması) 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarına əsasən Gəncə şəhəri, Sadıllı qəsəbəsi məhəllə D-8, sahə 20 ünvanı ilə qeydiyyatdan keşmiş əmlak aşkar edilməmişdir. Eyni zamanda qeyd edilən ünvan ilə Hacıyeva Dursun (Dürsün) Cəbrayıl qızının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, Məhkəmə Kollegiyasının araşdırılması ilə bir daha müəyyən edilmişdir ki, Kirovabad şəhər XDS-nin 11 aprel 1989-cu il tarixli 174 №-li qərarı ilə D – 8 уч-к 20 400 kv.m olan həyətyanı torpaq sahəsi X3 adına qeyd olunmaqla qanuni əsaslarla ona verilmişdir. Həmin 400 kv.m torpaq sahəsinin sahibi (gözlənilən mülkiyyət hüququ) X10 olmuşdur. Sonuncu həmin torpaq sahəsini, onlar 9 dekabr 1989-cu ildə ünvan 8 ünvanda yəni, Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Güləliyev Əlibala, Rəhmanın dayısı X20, satıcı tərəfdən X10, arvadı Cavabdeh və onun atası X11 iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8000 manat pulu Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Torpaq sahəsi ilə bağlı Cahangir Şirinov sağlığında (2002-ci ildə ölmüşdür) həmin aktı mübahisələndirilməmişdir. Həmin torpaq sahəsi 35 ildən çoxdur ki, iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı orada yaşayış evi tikmişdir. Cavabdeh özü də ərinin vəfatından sonra 20 ildən çox müddət keçməsinə baxmayaraq torpaqla bağlı iddiası və ya müraciəti olmamışdır. Yəni torpaq sahəsi ilə maraqlanmamışdır. İddiaçı həmin torpaq sahəsini sənədləşdirmək istərəyərkən cavabdehə müraciət etmişdir. Cavabdeh isə razılaşmamış, iddia tələbinə birinci instansiya məhkəməsində baxılanda aktşəhadətnamədə olan imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1768 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan 09 dekabr 1989-cu il tarixli şəhadətnamənin sonunda 6. “Ширинова Офеляа” yazıları qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Bu işin mübahisəsiz halıdır.
67. Bundan başqa, sözügedən razılaşma, torpağı vermiş inzibati orqanın qanuni mənafelərinə də təsir etmir. Cavabdehin istifadə və sahiblik hüququndan başqasının xeyrinə imtina etməsi, ictimai maraqlara zidd deyilsə (məsələn, torpaq yaşayış sahəsi torpaqları məqsədilə istifadə olunur, mülkiyyət formasında dəyişiklik baş vermir və s.), o zaman bu proses inzibati orqanın icazəsinə ehtiyac olmadan baş verə bilər. Deməli, cavabdehin XDS qərarı üzrə əldə etdiyi hüququn iqtisadi (mülki) dövriyyəyə daxil olub iddiaçıya ötürülməsi, mümkün və qanuni bir aktdır.
68. Eyni zamanda, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, həmin “şəhadətnamə” torpağın alğı-satqısı məzmununda tərtib olunmuşdur, alğı-satqı müqaviləsinin elementlərini (satıcının əşyanı alıcının mülkiyyətinə vermək, alıcının əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi) kifayət qədər tam əks etdirir və başqa müqavilə öhdəliklərinin məzmununa uyğun müddəaları və şərtləri müəyyən etmir. Bu cür yazılı sənədin başlıqda “Şəhadətnamə” adlandırılması, tərəflərin bəyan etdikləri həqiqi niyyətlərini qüvvədən salmır, bu razılaşmanın legitimliyini şübhə altına almağa əsas vermir.
69. Müqavilənin əsası onu imzalayan şəxslərin iradə ifadəsidir. Bu iradə, müqavilə tərəfləri arasında münasibətlərin məzmununu müəyyən edir. İradənin sadəcə mövcud olması, özlüyündə müqavilənin yaranması üçün kifayət etmir. Bu baxımdan iradə, şəxsin müəyyən nəticənin əldə edilməsinə yönələn fikirlər kimi təşəkkül tapır, daha sonra həmin düşüncə niyyətə çevrilir və əks tərəfə çatdırılır. Bəyan olunan niyyət əsasında qarşılıqlı razılıq əldə olunduqda, müqavilədən bəhs oluna bilər. Bu baxımdan sözügedən aktın mahiyyəti üzrə alğı-satqı müqaviləsi kimi qəbul edilməsi üçün hüquqi maneə yoxdur.
70. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
73. Baxılan iş üzrə məhkəmə araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş məhkəmə baxışı prinsiplərinə, məhkəmə tərəfindən çıxarılmış qətnamə isə 217-ci maddəsində nəzərdə tutulmuş qanunilik tələbinə cavab vermir.
74. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə görə, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Bu baxımdan Gəncə şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı, cavabdeh X3 mübahisəli 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun müvafiq qaydada qeydə alınmasına əsas verən hüquqi fakt kimi çıxış edir. Məlum olduğu kimi əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması zəruri şərtdir. 75. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsi).
76. Başqa sözlə, qeydiyyatın funksiyası və hüquqi təyinatı ondan ibarətdir ki, mülkiyyət hüququnun təminat mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə şərtləndirilir. Mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Baxılan iş üzrə mübahisəli torpaq sahəsi üzərində cavabdeh X3 mülkiyyət hüququ qeydiyyata alınmayıb. Bu baxımdan iddia tələbi üzrə iki mühüm prinsip toqquşur:
1. daşınmaz əşyaya sərəncam vermək üçün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti; 2. faktiki olaraq icra olunmuş və qanuna zidd olmayan əqdi məhkəmənin etibarlı saymaq ixtiyarı.
77. Lakin nəzərə alınmalıdır ki, daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasınadək qanuni sahiblik və istifadə hüququ inkar olunmur. XDS-nin qərarı əsasında cavabdeh X10 torpağa sahiblik və istifadə hüquqları rəsmən mövcuddur. cavabdeh X10 mübahisəli torpaq sahəsi ilə bağlı vəziyyəti - mülkiyyət hüququnun yaranması üçün hüquqi əsaslar mövcud olan, lakin qeydiyyatla tamamlanmamış vəziyyətdir. Buna görə də, tərəflər arasında olan əqd, tamamilə qüvvəsi olmayan, predmetsiz razılaşma deyil. Bu hal, “gözlənən mülkiyyət hüququ”nun və inzibati aktdan doğan subyektiv hüquqların (əmlak hüquqlarının) mülki dövriyyədə iştirakı imkanlarının təhlilini tələb edir. Odur ki, tərəflər arasında müqavilə bağlanarkən cavabdeh X10 mübahisəli torpaq sahəsinə real olaraq gözlənilən mülkiyyət hüququ olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının dövriyyəsi qanunla nəzərdə tutulmuşdur.
78. Torpaq sahəsinin cavabdehə verilməsi barədə inzibati akt (XDS-nin qərarı) birbaşa torpağa mülkiyyət hüququ yaratmasa da, sahiblik və istifadə hüququndan ibarət subyektiv hüququ doğurur. Bu hüquqların konkret şəxsə verilməsi, artıq fərdi-hüquqi status yaradır. Bu statusun özünün başqa şəxsə keçməsi isə qanunda qadağan edilməyib, əksinə, yuxarıdakı kimi qanunla tanınıb. Buna görə də cavabdeh X10 torpağa sahiblik və istifadə hüququ “dövriyyə qabiliyyətli əmlak hüququ” hesab edilə bilər. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumu “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 1.3-cü maddəsində də izah etmişdir ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu mənada tərəflər arasında bağlanmış əqd, torpağa hüququn faktiki ötürülməsini əks etdirən sadə yazılı razılaşmadır və bu razılaşma faktiki olaraq icra edilməklə, dövriyyə qabiliyyətli əmlak hüququnun ötürülməsi sayıla bilər. Yəni, tərəflər arasında sadə yazılı müqavilə mülkiyyət hüququnun deyil, istifadə hüququnun və ya sahiblik statusunun ötürülməsi kimi qəbul oluna bilər. Bu əqdin hüquqi təbiəti hüququn ötürülməsidir.
79. Azərbaycan Pespublikası Ali Məhkəməsinin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə görə, baxılan iş üzrə təqdim olunmuş “şəhadətnamə” mahiyyətcə torpaq sahəsinin alqı-satqısı barədə bağlanmış müqavilə kimi qiymətləndirilə bilər. Orada alqısatqı münasibətlərinə xas olan əsas elementlər – əvəzli hüquq ötürülməsi, tərəflərin razılığı və öhdəliklərin müəyyən edilməsi aydın şəkildə ifadə olunmuşdur. Müqavilənin “şəhadətnamə” adlandırılması onun hüquqi mahiyyətini dəyişmir, çünki tərəflərin niyyəti və iradəsi torpağın alqı-satqısına yönəlmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehin mərhum əri Cahangir Şirinovun torpaq sahəsinə mülkiyyət hüququ tam qeydiyyata alınmasa da, XDS-nin 1989-cu il qərarı ona sahiblik və istifadə hüquqları vermişdir. Bu hüquqlar “dövriyyə qabiliyyətli əmlak hüquqları” hesab olunur və mülki dövriyyədə iştirak edə bilər. Belə olan halda, onlar arasında bağlanmış əqd tamamilə etibarsız deyil, torpaq üzərində sahiblik və istifadə hüququnun ötürülməsi barədə hüquqi nəticə doğuran razılaşma kimi qiymətləndirilə bilər.
80. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətində göstərilənlər əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün deyil, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.
81. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
82. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə görə, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üşün, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya verilməlidir.
83. Həmçinin, iş üzrə ekspertiza xərci cavabdehə aid edilməlidir.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-199/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 adlanan, hazırkı ünvan 4 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında icra edilmiş 09 dekabr 1989-cu il tarixli əqd bağlanmış hesab edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsümü Cavabdeh alınaraq, İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat pul Cavabdeh tululub SAP (XİİS), X7, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.