Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1294/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, X7 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili olan Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-828/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı iddiaçının mərhum əri X5 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-828/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət **********13-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin qismən, yəni ½ hissədə etibarsız hesab edilməsi, X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət (**********13- 10301 reyestr nömrəli daşınmaz əmlak) miras əmlakın ½ hissəsinə İddiaçı və həmin miras əmlakın digər ½ hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi və İddiaçı X1 ona miras qalmış ünvan 2 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət (**********13-10301 reyestr nömrəli daşınmaz əmlak) daşınmaz əmlakın ½ hissəsinə aid torpaq sahəsini 1 (bir) il müddətində özgəninkiləşdirmək vəzifəsinin izah olunması qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-828/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İşin faktiki halları ilə və eləcə də məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı qanunla müəyyən olunmuş üç ay ərzində mirası qəbuledilməsi ilə bağlı müddəti ötürülmüşdür. Hesab edir ki, məhkəməyə təqdim olunmuş sübutlar, eləcə də şahid ifadələri düzgün araşdırılmamışdır. Bundan başqa, cavabdehin mərhum oğlu Novruz Quliyevlə iddiaçı Yelana Quliyeva ilə aralarında bağlanmış nikahın formal olmuşdur. Həmçinin, məhkəməyə təqdim olunmuş cəzaçəkmə müəssisəsinin arayışdan görünür ki, mərhum Novruz Quliyev qəsdən adam öldürməyə görə məhkum edilmiş və Rusiya Federasiyasının cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman Rusiya-Ukrayna münaqişəsində iştirak etmək üçün müharibəyə göndərilmiş və müharibədə həlak olmuşdur. İddiaçı qızına işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyasının iclasında nümayəndəsi və vəkili olan Vəkil1 ilə təmsil edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında aoellyasiya şikayətini müdafiə edərək, görsətdi ki, mərhum əri başqası ilə yaşayıb. Onunla 2009-da ailə həyatı qurubdur. Və o ailəsindən ali təhsilli böyütmüş uşaqlarıda var. Onun özü müəllimədir. Sözügedən ev çox köhnədir və yaşayış üçün şəraiti yoxdur. Bunnanda əlavə ev ona aid olubdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 828/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili olan Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, ona uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-828/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili olan Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-828/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-828/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş : İİİ-JQ seriyalı 400006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuşdur. N.T.Quliyevin atası X11, anası isə Cavabdeh2dır. İİİ-MÖ seriyalı 802724 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X12 arasında olan nikah xx.xx.2009-cu ildə X10 VVAQ İdarəsinin 3 saylı Nikah sarayında 5161 nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3166/2023 nömrəli arayışından görünür ki, Vəkil1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X8 və ya digər şəxsin adına verilmiş mülkiyyət hüquqverici sənədin (çıxarış və s.) surətinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-21- 3-33/1-3099/2023 nömrəli məktublarınıza «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-197 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X6 bağışlanmışdır və sonuncunun adına xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən İddiaçı Oleqnovanın etibarnamə üzrə nümayəndəsi Vəkil1 ünvanlanmış xx.xx.22023-cü il tarixli 3-16-5/8/1519- 15/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü ildə X9 barəsində ölüm haqqında şəhadətnamənın alınması ilə bağlı 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. X9 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(0125)- 4000/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Oleqnovnanın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 1636/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Oleqnovanın nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(0125)-4000/2023 nömrəli qərardadı ləğv edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 4000/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Oleqnovanın (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3821/2023 nömrəli qətnamədən görünür ki, Cavabdeh2 ərizəsi təmin edilmiş, X5 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. İ-BB seriyalı 210378 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə Donetsk şəhərində vəfat etmişdir. AZ-İİ seriyalı 241719 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə Ukrayna Respublikası Donetsk vilayətində vəfat etmişdir. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlaka Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X5 ünvan 2 ünvanında yerləşən 0,0432 hektar yaşayış məntəqəsi torpağından və 78,50 kvadrat metr tikintidən ibarət **********13- 10301 reyestr nömrəli daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,0432 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh2 tam hissədə payı qeydə alınmışdır. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 1209 nömrəli məktubundan görünür ki, X8 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair Gəncə şəhəri 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-80 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə onun anası Cavabdeh2 verilmişdir. Buna görə də İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportun surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportu İddiaçı xx.xx.2013-cü il tarixdə verilmiş, İddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə hər il bir neçə dəfə olmaqla, Azərbaycan Respublikasına gəlmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı X2 ailə üzvləri, eləcə də N.T.Quliyevin anası Cavabdeh2 ilə görüşmüş və fotoşəkil çəkdirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X9 xx.xx.2022-ci ildə vəfat etməsi ilə miras açıldığından, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsini rəhbər tutularaq, hazırkı mübahisəli hüquq münasibətlərinə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2000-ci ilə tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə görə, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu mə`lum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə. eləcə də, o, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir. Bu zaman ilkin olaraq nəzərə alınmalıdır ki, həmin əmlak qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçsin. Məhz miras qalmış əmlakın hüquq müəyyənedici sənədlərinin mövcudluğu həmin əmlakın mirasın aktivinə daxil olması üçün zəmin yaradır. Əks halda isə miras əmlak mirasın aktivinə daxil edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddia tələbinə etirazının əsası kimi İddiaçı X3 ilə faktiki deyil, yalnız formal nikahda olmasına və mirası qəbul etmə müddətinin ötürülməsinə dair xüsusatları, eləcə də şahid qismində dindirilmiş Ə.Q.Qasımovun, S.Y.Zeynalovanın və Şahid2 ifadələrini məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, şahid qismində dindirilmiş Ə.Q.Qasımovun, S.Y.Zeynalovanın və Şahid2 ifadələri həqiqətə uyğun olmadığına görə, sübutlar siyahısından çıxarılmalı, Cavabdeh2 etirazının əsasları kimi göstərdiyi hallar isə iddianın rədd olunması üçün əsas hesab olunmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsini nəzərdə tutur. İş materiallarından iddiaçının mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməsi görünmür. Qeyri-formal üsul isə, mirasın faktiki cəhətdən qəbul edilməsini nəzərdə tutur. İş materiallarında olan, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və mülki işin məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı Azərbaycan Respublikasında dəfələrlə X5 ailə üzvləri ilə görüşmüş, hətta Cavabdeh2 ilə birlikdə fotoşəkillər çəkdirmişdir. Bundan başqa, Rusiya Federasiyası vətəndaşının ********* nömrəli pasportu İddiaçı xx.xx.2013-cü il tarixdə verilmiş, İddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə hər il bir neçə dəfə olmaqla, Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan xüsusatlar İddiaçı N.T.Quliyevlə həm rəsmi, həm də faktiki nikahda olmasını təsdiq edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisə edilən mülk cavabdehə yox, iddiaçıya mərhum əri tərəfindən miras əmlak qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmşdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-828/2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-828/2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1294/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1294/2024
17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver