Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1296/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(066)-149/2024 nömrəli qiyabi qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Xanlar rayon Məhkəməsinin 14 sentyabr 2006-ci il tarixli qətnaməsindən görünür ki Xanlar rayonu Aşıqlı kəndində yerləşən və Cavabdeh adına olan ev, onunla X2 bərabər paylı birgə əmlakı hesab edilmiş, Cavabdeh payı 15500 (on beş min beş yüz) manat dəyərləndirilərək X1 onun xeyrinə tutulmaqla həmin evin mülkiyyət hüququ ona verilməsi qət edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.16 ha torpaqa sahəsi üzərində yerləşən ümumi sahəsi 229.4 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 məxsusdur. Çıxarışa əsasən 0.16 ha torpaq sahəsi üzərində isə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır.
3. Göygöl rayon Aşıqlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş №5-47-13/3-2- 02/2024-cü il tarixli arayışdan görünür ki Cavabdeh hal hazırda Göygöl rayon Aşıqlı kəndində yaşamır .
4. xx.xx.2010-cu il tarixli Cavabdeh ərizəsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Göygöl rayonu Aşıqlı kəndində onun adına olan ev onların birgə ümumi paylı əmlak hesab edilmiş və onun xeyrinə 15500 manat pul ödənilməlidir. 15500 manat pulun əvəzi olaraq Göygöl rayonu Aşıqlı kəndində olan 0.15 ha torpaq X6 tərəfindən onun mülkiyyətinə verilmişdir. Onlar arasında heç bir mübahisə qalmamışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsində göstərilən tələbin icrası təmin olunmuşdur.
5. AZ-İ seriyalı 011651 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında nikah ləğv edilmiş, bu barədə xx.xx.2011ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-270A KOD 50803018 saylı şəhadətnamənin və eləcə də xx.xx.2023-cü il tarixli, **********30-10301 reyestr nömrəli Çıxarışla Cavabdehn adına olan 0.16 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 16 saylı qərarı ilə Xanlar rayonu Aşıqlı kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsinə aid Cavabdeh adına JN-270A KOD 50803018 saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” şəhadətnamə çıxarılmışdır. Onun adına DƏDRX-i tərəfindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən hüquq sahiblərinin payı X6-229.4 kv fərdi yaşayış evi bütövlüklə; Cavabdeh-016 ha torpaq sahəsi bütövlüklə göstərilmişdir. 10 noyabr 2003-cü il tarixdə Cavabdeh ilə nikahları pozulmasına dair X7 tərəfindən Şəhadətnamə verilmişdir. Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 16 saylı qərarı ilə Göygöl rayonu Aşıqlı kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsinə dair şəhadətnamə nədənsə Cavabdeh adına çıxarılmışdır. Göygöl rayon Məhkəməsinin qətnaməsi ilə 15500 manat pulu Gülsənəmə ödəməyi müqabilində evin mülkiyyət hüququ tam ona verilməli idi. 2010cu ildə məhkəmənin 14 sentyabr 2006-cı il tarixli qətnaməsi icra olunmuş və 15500 manat pulun əvəzinə, həmin kənddən 0.15 ha torpaq sahəsini onun mülkiyyətinə vermişdir. Bununla əlaqədar cavabdeh ərizə yazaraq ümumi razılığa gəldiklərini bildirdiyini, lakin icra şöbəsinə müraciət edərkən savadsızlıq ucbatından 0.16 ha torpaq sahəsini onun mülkiyyətinə verilməsi qeyd etməmişdir. Odur ki Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 270A KOD 50803018 saylı şəhadətnamənin və eləcə də, xx.xx.2023-cü il tarixli, **********30-10301 reyestr nömrəli Çıxarışla Cavabdeh adına olan 0.16 ha həyatyanı torpaq sahəsinin iddiaçı X3 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Göygöl Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(066)-149/2024 nömrəli qiyabi qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-270A KOD 50803018 saylı şəhadətnamənin və eləcə də xx.xx.2023cü il tarixli, **********30-10301 reyestr nömrəli Çıxarışla Cavabdeh adına olan 0.16 ha həyatyanı torpaq sahəsinin iddiaçı X2 mülkiyyətinə verilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 15500 manat pulun əvəzinə, həmin kənddən 0.15 ha torpaq sahəsini cavabdehin mülkiyyətinə vermişdir. Bununla əlaqədar cavabdeh ərizə yazaraq ümumi razılığa gəlmişdir. İcra şöbəsinə müraciət edərkən savadsızlıq ucbatından 0.16 ha torpaq sahəsini onun mülkiyyətinə verilməsi qeyd etmədiyindən İddiaçı adına rəsimləşdirə bilmir. xx.xx.2010-cu il tarixli Cavabdeh ərizəsinə əsasən 15500 manat pulun əvəzi olaraq Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsinin X6 tərəfindən Cavabdeh verildiyindən iddia təmin olunmalıdır.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 26, 60cı maddəsi, Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 157.1, 157.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Göygöl Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(066)-149/2024 nömrəli qiyabi qətnaməsindən narazı qalan maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-149/2024 saylı saylı qətnaməsinin tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə, əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə ərizənin mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından qətnamə ləğv olunmalıdır. 27 fevral 2024-cü il tarixli, 2(066)-149/2024 saylı qiyabi qətnaməsini nəzərdən keçirərkən müəyyən olunur ki, qətnaməda heç bir hüquqi əsas göstərilmədən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********30-10301 reyestr nömrəli çıxarışda göstərilən digər (Cavabdeh) hüquq sahibinin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq dövlət tərəfindən qorunan mülkiyyət hüququna müdaxilə etmişdir. Nəzərə alsaq ki, sözügedən sənədin icra edilərək çıxarışın verilməsi AR Konustitusiyasının 13-cü maddəsinin tələblərini pozulması həmçinin, digər şəxslərə məxsus mülkiyyət hüquqlarının pozulması ilə də, ehtiva oluncaqdır. Xanlar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi onlar tərəfdən icra olunaraq 229.4 kv.m fərdi yaşayış evi bütövlükdə İddiaçı və 0,16 ha torpaq sahəsi bütövlükdə Cavabdeh Həmid qızının adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, **********30-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşə baxan məhkəmə mümkün və mötəbər olmayan sübutlara əsaslanaraq, səhv nəticəyə gəlmiş, bu hal da, öz növbəsində iş üzrə yuxarıda göstərilən qanunsuz və əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. Hazırda ümumi birgə mülkiyyətdə olan hüquq sahibinin (mülkiyyətçinin) torpaq sahəsinin digər mülkiyyətçinin mülkiyyətinə verilməsi ilə bağlı razılıq yoxdur. Belə olan halda xüsusi mülkiyyətədə olan torpaq sahəsinin qətnamədə göstərilən qaydada iddiaçıya verilməsi üçün əsas yoxdur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdeh məhkəmənin vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(066)- 149/2024 nömrəli qiyabi qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 16 saylı qərarı ilə Xanlar rayonu Aşıqlı kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsinə Cavabdeh adına JN-270A KOD 50803018 saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayonu, Aşıqlı kəndində yerləşən onun adına qeyd edilmiş evin cavabdeh X6 ilə onun birgə mülkiyyəti sayılıb naturada bölünməsini, yaxud bazar qiymətilə hesablanmış dəyərinin yarısının cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Xanlar rayon Məhkəməsinin 14 sentyabr 2006-ci il tarixli qətnaməsi ilə Xanlar rayonu Aşıqlı kəndində yerləşən və Cavabdeh adına olan ev, onunla X2 bərabər paylı birgə əmlakı hesab edilmiş, Cavabdeh payı 15500 (on beş min beş yüz) manat dəyərləndirilərək X1 onun xeyrinə tutulmaqla həmin evin mülkiyyət hüququnun ona verilməsi qət edilmişdir. Qətnamənin icrası mərhələsində tərəflər arasında razılaşma olmuş və X6 tələbkar Cavabdeh qətnamə ilə müəyyən edilmiş pul məbləği əvəzinə həmin kənddə başqa yerdə yerləşən 0.15 ha torpaq sahəsi vermişdir. Bundan sonra hazırki iş üzrə iddiaçı Çingiz Əliyevə DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən 0.16 ha torpaq sahəsi Cavabdeh, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə X2 adına qeydə alınmışdır.
33. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 15500 manat pulun əvəzinə, həmin kənddən 0.15 ha torpaq sahəsini cavabdehin mülkiyyətinə vermişdir. Bununla əlaqədar cavabdeh ərizə yazaraq ümumi razılığa gəlmişdir. İcra şöbəsinə müraciət edərkən savadsızlıq ucbatından 0.16 ha torpaq sahəsini onun mülkiyyətinə verilməsi qeyd etmədiyindən İddiaçı adına rəsmiləşdirə bilmir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Xanlar rayon Məhkəməsinin 14 sentyabr 2006-ci il tarixli qətnaməsindən göründüyü kimi, Cavabdeh Xanlar rayonu Aşıqlı kəndində yerləşən məhz fərdi yaşayış evini mübahisələndirərək həmin evin onunla X2 bərabər paylı birgə əmlakı hesab edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh xeyrinə verilməsi müəyyən edilmiş 15500 manat pul məbləği Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.16 ha torpaq sahəsi ilə bağlı deyil, onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı olmuşdur. İddianı təmin edən birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən tərtib olunmuş ərizəyə əsaslanmışdır ki, bununla bağlı kollegiya qeyd edir ki, həmin ərizədə Cavabdeh Göygöl rayonu, Aşıqlı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin iddiaçı Çingiz Əliyevin mülkiyyətinə verməsi barədə cavabdehin razılığı olmamışdır. Birinci instansiya məhkəməsi isə heç bir hüquqi əsas olmadan Cavabdeh mülkiyyətində olan Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.16 ha torpaq sahəsini iddiaçı X2 mülkiyyətinə verilməsi barədə qətnamə qəbul etmişdir.
35. Ona görə də, apellyasiya şikayəti təmin edilməli və Göygöl Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(066)-149/2024 nömrəli qiyabi qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Göygöl Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(066)-149/2024 nömrəli qiyabi qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(066)-149/2024 nömrəli qiyabi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Torpağın Mülkiyyətə verilməsinə dair JN-270A KOD 50803018 saylı şəhadətnamənin və eləcə də xx.xx.2023-cü il tarixli, **********30-10301 reyestr nömrəli Çıxarışla Cavabdehn adına olan 0.16 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.