Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1302/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzilə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(125)-760/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 sentyabr 2020-ci il tarixli ********** nömrəli çıxarışın və Mənzilin 03 sentyabr 2020-ci il tarixli **********06-05101-093035 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Qurtuluş küçəsi 1-ci döngə ev 53 mənzil 30 İddiaçı1 (1/2 hissə) və İddiaçı2 (1/2 hissə) xüsusi mülkiyyətindədir.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında 20 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Aydınbəyov küçəsi 1-ci döngə ev 53 mənzil 30da 05 oktyabr 2003-cü il tarixdən X11, İddiaçı2 və İddiaçı1 qeydiyyatdadır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətlərində olan Gəncə şəhəri Kəpəz rayonu Qurtuluş küçəsi 1-ci döngə ev 53 mənzil 30 köçürülmələri və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu Qurtuluş küçəsi 1-ci döngə ev 53 mənzil 30 iddiaçılar İddiaçı1 (1/2 hissə) və İddiaçı2 (1/2 hissə) xüsusi mülkiyyətindədir. Buna baxmayaraq həmin mənzildə yaşayan Cavabdeh onlar mülkiyyətlərində olan mənzilə buraxmır.
5. Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(125)-760/2023 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə ev 53, 30 nömrəli mənzilə köçürülmələri; Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 215.2, 215.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3, 216-220, 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Aydınbəyov küçəsi 1-ci döngə, 49A nömrəli evin 18 nömrəli mənzili iddiaçı X2 adına rəsmiləşdirilmiş və qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə 53 nömrəli binanın 30 nömrəli mənzili isə oprderlə onun mərhum atası X8 istifadə üçün verilmişdir. Mehman Tağıyev orderlə atasına verilmiş evdə yaşamış və ailə qurduqdan sonra da həmin evə gəlin gətirmişdir. İki övladı da həmin mənzildə anadan olmuşdur. Anası və bacısı Rəsmiyyə Əsgərova birlikdə Mehman Tağıyevin adına olan evdə yaşamışdır. X9 10 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Tağıyev Məhəmmədəli arvadı Tağıyeva Lətifədən 1990-cı ildə ayrıldığından Məhəmmədəli ilə birlikdə yalnız övladı Mehman Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə 53 nömrəli binanın 30 nömrəli mənzilində yaşamışdır. 2019-cu ildə anası Tağıyeva Lətifə belə razılığa gəlmişdir ki, Mehman Tağıyev həmin mənzili öz adına rəsmiləşdirsin. Ona görə də Mehman Tağıyevin adına anası Lətifə Tağıyeva etibarnamə vermişdir. Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə 53 nömrəli binanın 30 nömrəli mənzilə dair tərəflər razılığa gəldikdən sonra digər iddiaçı Cavabdeh yaşadığı həmin mənzildə təmir işləri aparmağa başlamışdır. X12 08 noyabr 2022-ci ildə vəfat etmişdir. 2022-ci ilin axırlarında məlum olmuşdur ki, yaşadıqları Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 nömrəli binanın 30 nömrəli mənzilinin mülkiyyətçiləri İddiaçı1 və İddiaçı2dır. Sonradan isə məlum olmuşdur ki, X5, İddiaçı1, X6, İddiaçı2 razılıq ərizələrinə əsasən Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 nömrəli binanın 30 nömrəli mənzili X7 adına qeydiyyata alınmış və sonuncunun adına 24 avqust 2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin 01 sentyabr 2021 -ci il tarixli 2V-588 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X4 miras qalmış Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 nömrəli binanın 30 nömrəli mənzilin ¾ hissəsinə X5, İddiaçı1 və X6 vərəsəlik hüquqları tanınmışdır. 2V-589 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 qalan miras əmlaka vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X1 vərəsəsi qızı İddiaçı2 miras əmlakdan 1/4 hissəyə vərəsəlik payı verilmişdir. 3M-487 nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən X12 və X11 öz vərəsəlik paylarını İddiaçı1 və İddiaçı2 bağışlamışdır.. Nəticədə İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə, 53 nömrəli binanın 30 nömrəli mənzilə 09 sentyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əslində mənzilin özəlləşdirilməsi qeyri-qanuni olmuşdur. Belə ki, Tağıyev Mehman həmin mənzilin orderində kirayəçinin ailə üzvü kimi qeydiyyata alınmışdır. Tağıyev Mehman 23 yanvar 2004-cü il tarixdə Cavabdeh ilə ailə qurmuş, 19 noyabr 2005-ci il tarixdə isə nikahları rəsmiləşdirilmiş və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Cavabdeh və onların yetkinlik yaşına çatmayan övladları, 17 dekabr 2005-ci il təvəllüdlü Gülçin, 25 avqust 2007-ci il təvəllüdlü Məmmədəli həmin mənzildən istifadə hüququ əldə etmişlər və nəticədə hər birinin həmin mənzillə dair istifadə hüquqları ilə yanaşı gözlənilən mülkiyyət hüququ var. X9 ilə X5 16 oktyabr 1990-cı il tarixdə nikahları pozulduğuna görə sonuncun adına vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi qanunsuzdur. Mehman Tağıyev isə daima həmin evdə yaşasada saxta vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhəmmədəli Tağıyev öldüyü zaman mülkiyyətində heç bir daşınmaz əmlak olmamışdır. Göründüyü kimi, Tağıyev Məhəmmədəli ölmüş şəxs kimi dövlət tərəfindən ona hər hansısa bir əmlak bağışlanması mümükün olmadığından mənzilin özəlləşdirilməsi, onunla nikahda olmayan Lətifə Tağızadənin birgə nikahda əldə edilmiş əmlak kimi həmin mənzili öz adına rəsmiləşdirməsi, daha sonra həmin mənzili bağışlaması qanunsuzdur. Həmçinin, X13 10 iyul 2002-ci il tarixdə, qızı X3 isə 26 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Bu zaman atasının adına daşınmaz əmlak olmadığı halda miras qalmış hər hansısa əmlakı qəbul etməsi mümkün deyil. İddiaçıların mənzilə köçməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığına dair iddia qaldırmışdır. Həmin iddianın təmin olunması qarşı tərəfin iddiasının əsassız olması nəticəyinə gəlməyə əsas verəcəkdir. Belə ki, dövlət mülkiyyətində olan evə gəlin köçmüş və həmin mənzillə bağlı gözlənilən mülkiyyət hüququ var, iddiaçılar isə qanunsuz yolla sənədlər əldə edilmişlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izaha vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Mübahisəli mənzildə əri Mehman, özü və iki uşağı yaşayır. İddiaçılar isə həmin mənzildə yaşamır və onların həmin mənzilə köçürülməsinə razı deyil. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil babası Məmmədəlinin mülkiyyətində olmuş, hazırda isə ½ hissəsi onun, ½ hissəsi isə Nuranənin mülkiyyətindədir. Ailəlidir, hazırda kirayədə yaşayır, cavabdeh isə onu mülkiyyətində olan mənzilə buraxmır. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ailəlidir və qaynatasına məxsus evdə yaşayır. Mülkiyyətində olan mənzildə yaşamaq istəsədə, lakin cavabdeh buna imkan vermir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərində olan Gəncə şəhəri Qurtuluş küçəsi 1-ci döngə ev 53, 30 nömrəli mənzilə köçürülməkdə düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsaslar yoxdur.
31. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz rayonu Qurtuluş küçəsi 1-ci döngə ev 53 mənzil 30 İddiaçı1 (1/2 hissə) və İddiaçı2 (1/2 hissə) xüsusi mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 sentyabr 2020-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan mənzilə köçməsinə imkan vermədiyindən sonuncular hazırkı iddia ilə məhkıəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
32. Bu qətnamənin 29-cu bəndində qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin həmin evə gəlin köçməsi, hazırda həmin evdə yaşaması, eləcədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsızlığı barədə iddia qalıdırılması barədə apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, yuxarıdada qeyd olunduğu kimi mübahisəli mənzil hazırda iddiaçıların paylı mülkiyyətindədir və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki qanunvericiliyə görə sə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu da onu deməyə əsas verir ki, iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlaka (mənzilə) dair öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüquqlar dövlət tərəfindən qorunur.
33. Eləcədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(125)-760/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.