Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1302/2025 15.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ilkin iddia evə köçürülmə, qarşılıqlı iddi cehiz əşyalarının evdən çıxarılması Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və ilkin iddia üzrə cavabdehlər (Cavabdeh2 və Cavabdeh1), qarşılıqlı iddia üzrə iddiaçı (Cavabdeh3) etibarnamə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(076)-308/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli № 2478 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 05 sentyabr 2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır.
2. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahından 19 avqust 2009–cu il tarixdə Günay, 01 may 2012–ci il tarixdə Gülay və 21 fevral 2017-ci il tarixdə Ömər adlı uşaqları doğulmuşdur.
3. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 28 sentyabr 2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Şəmkir rayonu Seyfəli kəndində qeydiyyatdadırlar.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.8058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 və Cavabdeh2 ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ üzrə 07 mart 2024-cü il tarixli **********40 reyestr nömrəli çıxarış verilmişdir. Şəmkir rayonu Abbaslı kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN–422A saylı şəhadətnamə əsasında 0.24 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 və onun ailə üzvlərinin (Cavabdeh1, X4 və X3) adlarına qeyd edilmişdir.
5. Torpağın Mülkiyyətə verilməsinə dair JN-422A, KOD 50413068 saylı şəhadətnamədən görünür ki, Şəmkir rayonu AİK–nın xx.xx.1998-ci il tarixli 50 saylı qərarı ilə 0,24 ha həyətyanı torpaq sahəsi Cavabdeh3, Cavabdeh1, X4 və X3 mülkiyyətinə verilmişdir.
6. Şəmkir rayonu İHB–nın Abbaslı kənd İƏD üzrə nümayəndəsinin məhkəmə sorğusuna 30 yanvar 2025–ci il tarixli 5–76–40/2–01 nömrəli cavab məktubundan görünür ki, Abbaslı kənd sakini Cavabdeh3 evinə baxış keçirimiş, evin 1981–ci ildə tikintisi başlayıb 2006-cı ilə qədər fasilələrlə davam etmişdir. 2018-ci ildə ev əsaslı təmir olunmuş, 2024-cü ildə mətbəx və hamam tikilmişdir. Ev 3 otaq, bir zal, mətbəx və eyvandan ibarətdir.
7. Şəmkir rayonu İHB-nın Abbaslı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2025-ci il tarixli, № 177 nömrəli arayışdan görünür ki, Cavabdeh3 məxsus ev təsərrüfatı 2020-2025-ci illərdə təsərrüfat başçısı Cavabdeh3 göstərilmişdir. Ev təsərrüfatının həyatyanı torpaq sahəsində üç otaq, bir zal, mətbəx, sanitar qovşaq və eyvandan ibarət yaşayış evi var. Yaşayış evinin tikintisi 1981-ci ildən başlamışdır. Ev təsərrüfatında Cavabdeh3, Cavabdeh1 İsa qızı, Cavabdeh2, İddiaçı, X6, X7 və X9 adlı ailə üzviləri qeyd olunub.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Günay, Gülay və Ömər adlı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndində JN–422A saylı “Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə”də göstərilən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 əri, Cavabdeh1 qayınanası, Cavabdeh3 qayınatası olmuşdur. Belə ki, o, Cavabdeh2 ilə 2008ci ildə faktiki ailə qurmuş, nikahları 05 sentyabr 2009-cu ildə Şəmkir rayonu Abbaslı kənd nümayəndəliyində qeydiyyata alınmışdır. Birgə nikahdan 19 avqust 2009-cu il tarixdə Günay, 01 may 2012-ci il tarixdə Gülay və 21 fevral 2017-ci il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pozulduğu üçün ayrı yaşayırlar. Uşaqları da onun himayəsində yaşayır. O, Cavabdeh2lə ailə qurarkən digər cavabdehlərin də yaşadığı, Şəmkir rayonu Abbaslı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. 2024-cü ilin sentyabr ayınadək həmin evdə mübahisəsiz yaşamışdır. lakin aralarında baş vermiş narazılıq səbəbindən hazırda ata evində yaşayır. Lakin atası evində uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməsini istəyir. Həmçinin, qeyd edir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin paylı mülkiyyətində olan, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin evi birgə nikah müddətində inşa etmişlər. Ustalara da qaynanası ilə birlikdə o, qulluq etmişdir. Əri və qayınatası fəhlə kimi tikintidə işləmişlər. Hesab edir ki, uzun müddət həmin evdə mübahisəsiz yaşadığı üçün, evin yerləşdiyi torpaq sahəsindən istifadə etdiyi üçün, eləcə də evi birlikdə inşa etdikləri üçün həmin evdən istifadə hüququ əldə etmişdir. Bu səbəbdən uşaqları ilə birlikdə həmin evə köçürülməlidir.
10. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi verərək, ona məxsus Şəmkir rayonu, Abbaslı kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus yataq dəsti (çarpayı, tumuçka, tirmo-güzgü), 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd 3x5 xalça, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd dəmir vedrə, 2 ədəd şirəli qazan, 2 ədəd döşək, 4 ədəd 1 nəfərlik yorğan, 6 ədəd döşək, 1 ədəd televizor, 1 ədəd sandıq, 1 ədəd dolab və 2 ədəd künclük dolabın, yəni cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk İddiaçı ilə Cavabdeh2 2008ci ildə faktiki olaraq evlənmiş, birgə nikahdan 19 avqust 2009-cu il tarixdə Günay, 01 may 2012–ci il tarixdə Gülay və 21 fevral 2017–ci il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə 2023-cü ildə ayrılmışlar. İlkin iddiaçı oğlu Cavabdeh2lə ayrıldıqdan sonra uşaqları ilə birlikdə Şəmkir rayonu Mahmudlu kəndində valideynlərinin yanında yaşamışdır. İddiaçı iddia tələbində qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, İddiaçı iddia etdiyi ev onun, Cavabdeh1, X1 və X3 paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətdə Cavabdeh2 adı yoxdur. Həmin torpaq sahəsinin üzərində olan ev isə 1981-ci ildə onun valideyinləri tərəfindən inşa edilmişdir. Sonradan həmin evin təmir-bərpa işlərini özü öz vəsaiti ilə etdirmişdir. Həmin torpaq sahəsində yeni fərdi yaşayış evi inşa olunmamışdır. Oğlu Cavabdeh2 İddiaçı qarşı nikahın pozulması ilə bağlı mediasiya təklifi ünvanlamışdır. Hesab edir ki, oğlu Cavabdeh2lə İddiaçı boşandıqdan sonra sonuncunun cehiz əşyalarının ona məxsus fərdi yaşayış evində qalmasının heç bir əsası yoxdur. Həmçinin, İddiaçı ona məxsus fərdi yaşayış evində heç bir istifadə hüququ yoxdur. Oğlu Cavabdeh2 paylı mülkiyyətdə olan torpaq sahəsində və həmin torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evində heç bir hüququ yoxdur. İddiaçı isə bir ildən artıq müddətdir ki, evdən çıxıb getmişdir. 2023-cü ildə evdən çıxıb getdikdən sonra nikahın pozulması ilə bağlı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış və həmin iddia tələbi baxılmamış saxlanılmşdır. Belə ki, İddiaçı görüntü yaratmaq məqsədi ilə guya barışıq niyyəti ilə evə qayıtmış, lakin bir həftədən sonra evdən çıxıb gedərək yenidən məhkəməyə iddia tələbləri ilə müraciət etmişdir. Artıq İddiaçı ilə bir evdə yaşamaqları mümkün deyildir, Hazırda ona məxsus evdə nə oğlu Cavabdeh2, nə də onun keçmiş arvadı İddiaçı yaşamırlar. Lakin İddiaçı cehiz əşyaları ona məxsus evdə olduğu üçün o, öz mülkiyyətindən rahat istifadə edə bilmir. İddiaçı cehiz əşyalarını ona məxsus evdən çıxarılmasını tələb etsə də o, əşyalarını çıxarmamışdır. Ona görə də hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edib həmin cehiz eşyalarının ona məxsus fərdi yaşayış evindən məhkəmə qaydasında çıxarılması tələb etmək məcburiyyətində qalmışdır.
12. Şəmkir Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(076)-308/2025 nömrəli qətnaməsi ilə (hakim Zaur Allahyarov) ilkin iddianın rədd edilməsi; ilkin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilkin iddiasının əsassız olduğundan təmin edilməməsi; qarşılıqlı iddianın təmin edilməsi; Şəmkir rayonu, Abbaslı kəndində yerləşən və cavabdehlərin yaşadığı fərdi yaşayış evindən ilkin İddiaçı məxsus yataq dəsti (çarpayı, tumuçka, termo–güzgü), 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd 3x5 ölçüdə gəvə, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd dəmir vedrə, 2 ədəd şirəli qazan, 2 ədəd döşək, 4 ədəd 1 nəfərlik yorğan, 6 ədəd balınc, 1 ədəd televizor, 1 ədəd sandıq, 1 ədəd şkaf və 2 ədəd künclük şkafın çıxarılması qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 164.1, 165.1, 180.1, 180.2, 213.1, 213.2, 213.4, 228, 560.1, 560.2, 560.3.4cü maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7, 88, 106.1, 217.2, 217.4, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, məhkəmə onun Cavabdeh2 ilə birgə nikahından doğulmuş Günay, Gülay və Ömər adlı uşaqların mübahisə predmeti olan evə köçürülmələrini əsassız hesab etmişdir. Halbu ki, uşaqlar həmin evdə doğulmuş və böyümüşlər. Bu səbəbdən də onların doğulduğu andan həmin evdən istifadə hüquqları yaranmışdır. Onun və uşaqlarının qalacaq bir evi yoxdur. Məhkəmə onun vermiş olduğu iddianı rədd edərkən bu hallara əhəmiyyət verməmişdir. Onun və azyaşlı uşaqlarının mübahisə predmeti olan yaşayış evindən istifadə hüququ yaranmışdır. Lakin buna baxmayaraq ilk iddia üzrə cavabdehlər onun bu hüquqlarını realizə etməyə imkan vermirlər. Cavabdeh3 ona məxsus olan cehiz əşyalarının bir hissəsinin evdən çıxarılmasını istəmişdir. İş materiallarından və məhkəmə qətnaməsindən də aydın olduğu kimi Cavabdeh3 mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən hesab edir ki, Cavabdeh3 ona məxsus əşyaların bir neçəsinin həmin evdən çıxarılması barədə sərəncam verə bilməzdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 01 avqust 2023-cü ildə evdən çıxmışdır. Həyat yoldaşı Bəhruz təzə ailə həyatı qurduğunu ona bildirərək evdə qalmağı və ya getməyi barədə fikrini öyrənərkən acıq edib uşaqları götürüb evdən çıxmışdır. 2024cü ilin sentyabrın 18-də yoldaşının xalası və qohumların vasitəçiliyi ilə o evə geri qayıtmış, 5 gün yaşadıqdan sonra 23 sentyabr 2024-cü il tarixdə qaynanası alimentə görə onunla mübahisə edib onu evdən qovmuşdur. Təsərrüfatda qaynanasıgillə bir yerdə işləyib yaşadıqları evi yanında olan əlavə tikdirmişlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ev qeydiyyatdan keçməyib, lakin evin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdədir. Tərəflər 2008-ci ildə faktiki evlənmişlər. Ev Ruziyənin qaynatası Namazın adınadır. Evin çıxarışı yoxdur. 2008-ci ildən 2024-cü ilə qədər tərəflər bir yerdə yaşamışlar və hal hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə atası evində yaşayır. Tərəflər köhnə evin böyründə əlavə tikili tikmişlər. Əvvəllər isə orda cəmi bir ev mövcud olmuşdiri Ruziyə xanım həmin evə gəlin köçəndən sonra yeni tikililər tikilməyə başlamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər (Cavabdeh2 və Cavabdeh1), qarşılıqlı iddia üzrə iddiaçı (Cavabdeh3) etibarnamə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, qeyd olunan həyətyanı torpaq sahəsində Ruziyənin mülkiyyət hüququ yoxdur. 2024-cü ildə barışıq əldə etməyə çalıssalar da, bu mümkün olmamışdır. İddiaçının evə qayıtmağı isə formal xarakter daşıyırdı. Nümayəndəsi olduğu tərəf mülkiyyətçi olaraq evində Ruziyəni istəmir. Bəhruzun hazırda orada mülkiyyət hüququ yoxdur və ailə münasibətləri pozulmuşdur. O vaxtı Ruziyəni qaynatası evə köçməsinə icazə vermişdir. İndi ailə münasibətləri pozulduğu üçün mülkiyyətdən istifadəsinə qarşıdırlar. Qeyd olunan fərdi yaşayış evi 1981-ci ildə Cavabdeh3 mərhum atası tərəfindən inşa olunmuşdur. Hətta bununla bağlı icra nümayəndəliyi tərəfindən verilmiş arayış məhkəməyə təqdim olunmuşdur. 2006-cı ildə torpaq sahəsində köhnə ev saxlanılmaqla yeni evdə inşa olunur. Müəyyən müddətdə barışıq olsa da Ruziyə bundan istifadə edərək, 4 gün ərzində gəlib evdə çəkiliş aparmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
23. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
24. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
26. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.
27. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
28. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. İşin müəyyən olunmuş faktiki hallardan görünür ki, Cavabdeh2 ilə İddiaçı 05 sentyabr 2009-cu il tarixdə Şəmkir rayonu Abbaslı kənd nümayəndəliyində rəsmi nikah bağlamışlar. İddiaçı 2008-ci ildən Şəmkir rayonu Abbaslı kəndində yerləşən mübahisəli evə gəlin köçmüşdür. Mübahisəli ev həmin vaxt dövlət qeydiyyatına alınmmamışdır. Tərəflərin birgə nikahlarından Günay, Gülay və Ömər adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ilkin iddiaçı uşşaqları ilə birlikdə evdən çıxmış, lakin sonradan barışıb birlikdə yaşasalarda, yenidən ayrılmışlar. İlkin İddiaçı cavabdehlərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh3da İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılmasına dair qarşılıqlı iddia vermişdir. İşə baxan birinci instansiya məhkəməsi də ilkin iddianı rədd etmiş, qarşılıqlı iddianı isə təmin etmişdir.
41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
42. İşin hallarından göründüyü kimi, ilkin İddiaçı Cavabdeh2lə faktiki ailə qurduğu vaxtdan, yəni 2008-ci ildən mübahisəli evə köçərək orada yaşamağa başlamışdır və həmin vaxt fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Kollegiya iddiaçının 2008-ci ildən mübahisəli mənzilə gəlin köçməsini, həmin vaxtdan Cavabdeh2lə ailə münasibətləri pozulanadək (2024-cü ilədək) orada yaşamasını və ilkin iddiaçının mübahisəli evə köçən zaman evin dövlət mülkiyyətində olmasını, başqa sözlə evin ilkin iddia üzrə Cavabdeh3 mülkiyyətində olmamasını nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
44. Yuxarıdada qeyd olunduğu kimi ilkin İddiaçı Cavabdeh2lə 2008-ci ildə ailə qurmuş və ailə qurduqdan sonra qayınatası Cavabdeh3 razılığı ilə mübahisəli evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. Tərəflərin birgə nikahlarından mübahisəli evdə Günay, Gülay və Ömər adlı uşaqları anadan olmuşdur. İlkin iİddiaçı mübahisəli evdə 2024-cü ilin sentyabr ayınadək yaşamışdır.
45. Göründüyü kimi, ilkin iddiaçı mübahisəli evdən icarədarın razılığı ilə fasiləsiz olaraq uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışdır. Bununla da, ilkin iddiaçıın həmin evdən istifadə hüququ yaranmışdır.
46. İlkin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarandığı təsdiq olunduğuna görə, sonuncunun istifadə hüququnun itirilib-itirilməməsi məsələsi də araşdırılmalıdır.
47. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.
48. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
49. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.
50. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.
51. İlkin iddiaçının 2024-cü ilin sentyabr ayında mübahisəsi gedən evdən çıxdığı işin mübahisə olunmayan halıdır. İlkin iddiaçı bu halı qaynanası tərəfindən evdən qovulması ilə əlaqələndirmiş, mənzildən daimi getmək niyyətinin olmadığını, hazırkı dövrədək cehiz əşyalarının orada olmasının da buna dəlalət etdiyini vurğulamışdır. Kollegiya, uşaqları olan və başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən ilkin iddiaçının yaşadığı mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla onun bu dəlilini inandırıcı hesab edir.
52. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu ilkin İddiaçı mübahisəli evdən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir.
53. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş qaynanası onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın.
54. Kollegiya hesab edir ki, ilkin iddiaçının mübahisəli evə icarədarın razılığı əsasında köçmüş olması, iddiaçının həmin evə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir; o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.
55. Şərh edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, ilkin İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Həmçinin onun mübahisəli evdən istifadə hüququnun olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir.
56. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin İddiaçı mübahisəli evə istifadə hüququ olduğundan və o, həmin mənzilə köçürüldüyündən onun azyaşlı uşaqlarının da həmin mənzildə yaşaması üçün qanuni əsaslar vardır.
58. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.
59. Gəldiyi bu qənaətin məntiqi davamı olaraq kollegiya göstərir ki, İddiaçı cehiz əşyalarınln mübahisəli evdən çıxarılması barədə qarşılıqlı iddia tələbi əsassız olmuşdur.
60. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli yeni qətnamə qəbul edilərək, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(076)-308/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə dair iddiası təmin edilsin. İlkin iddia üzrə İddiaçı 19 avqust 2009-cu il təvəllüdlü Günay, 01 may 2012-ci il təvəllüdlü Gülay və 21 fevral 2017-ci il təvəllüdlü Ömər adlı uşaqları ilə birlikdə torpağın mülkiyyətə verilməsinə dair JN-422A KOD 50413068 saylı şəhadətnamə ilə Cavabdeh3, Cavabdeh1, X4 və X3 birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh3 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.