Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1303/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və X13 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X17 Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə Açar sözlər: hərracın nəticəsinin ləğv edilməsi, yekuna dair bağlanmış protokolun, alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-472/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair 04 may 2021-ci il və 01 iyun 2021-ci il tarixli, 01/2709 və 01/3113 nömrəli bildirişlərdə X8, İddiaçı, X9, X2, X3 və X4 Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsinə dair məlumat qeyd edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 60.000 manat məbləğində qiymətləndirilmişdir.
2. İşdə olan Respublika Xammal və X13 Mərkəzi Cavabdeh1ndən X8, İddiaçı, X9, X2, X3 və X4 ünvanlanmış 22 iyun 2021-ci il tarixli, 01/3419 saylı məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 22 iyun 2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir.
3. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2018- ci il tarixli 2(043)37-2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X5 və İddiaçı müştərək qaydada tərəflər arasında bağlanmış 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsinə əsasən 9.404 ABŞ 57 sent əsas borc, 1.778 ABŞ dolları 49 sent faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə alınaraq, iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyətinə verilməsi, 09 iyun 2008-ci il tarixli 009v/S nömrəli kredit müqaviləsinə əsasən cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcunun qətnamə icra olunduğu Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, 30 manat dövlət rüsumunun ödənilməsi iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış 09 iyun 2008-ci il tarixli 009vik/8 nömrəli ipoteka müqaviləsi üzrə X7 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Kəsəmənli küçəsi, 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, Evin (ipoteka predmetinin) satışından əldə olunan puldan 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsi üzrə cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" X17 Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir.
4. İşdə olan İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(104)- 2276/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(043)37-2018 saylı qətnaməsi cavabdehlər X5 və İddiaçı müştərək qaydada tərəflər arasında bağlanmış 09 iyun 2008-cı il tarixli 009v/8 sayli kredit müqaviləsinə əsasən 9.404 ABŞ dolları 57 sent əsas borc, 1.778 ABŞ dolları 49 sent borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, 30 manat dövlət rüsumunun ödənilməsi üçün iddiaçı "xxxx" KB ASC-i ilə X11 arasında bağlanmış 09 iyun 2008-cı ıl tarixli 009vik/8 nömrəli ipoteka müqaviləsi üzrə X7 mülkiyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, S,Kəsəmənli küçəsi 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunan puldan 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsi üzrə cəmi 11.283 ABŞ dolları 6 sent kredit borcunun qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun iddiaçımn xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin və cavabdehlər X5 və İddiaçı müştərək qaydada tərəflər arasında bağlanmış 09 iyun 2008-ci ıl tarixli 009v78 saylı kredit müqaviləsinə əsasən 6.085 ABŞ dolları 32 sent əsas borc, 1.150 ABŞ dolları 79 sent faiz borcu, cəmi 7.236 ABŞ dolları 11 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə alınaraq, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə verilməsi, 09 iyun 2008-cı ıl tarixli 009c/8 nömrəli kredit müqaviləsinə əsasən cəmi 7.236 ABŞ dolları 11 sent kredit borcunun qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, 30 manat dövlət rüsumunun ödənilməsi üçün iddiaçı "xxxx" KB ASC-i ilə X11 arasında bağlanmış 09 iyun 2008-cı ıl tarixli 009vik/8 nömrəli ipoteka müqaviləsi üzrə X7 mülkiyətində oları, Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunan puldan 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsi üzrə cəmi 7.236 ABŞ dolları 11 sent kredit borcunun qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun iddiaçının xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli, 2(102)-3786/2020 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(104)-2276/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
6. İşdə olan X10 48/02-1 nömrəli Protokolun surətindən görünür ki, X8 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinin (ipoteka predmeti) ilkin hərrac qiyməti 60.000 manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 51.000 müəyyən edilmiş, ipoteka predmeti 25 faiz aşağı olan qiyməti 38.250 manat məbləğinə tələbkar "xxxx" X17 səhmdar cəmiyyəti tərəfindən əldə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Respublika Xammal və X13 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X17 Səhmdar cəmiyyətinə qarşı Cavabdeh1 ilə "xxxx" X17 səhmdar cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 48/02-1 saylı protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin əmlakla bağlı cavabdeh "xxxx" X17 Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(104)-2276/2019 nömrəli qətnaməsi ilə ondan və X5 müştərək qaydada cəmi 7.236 ABŞ dolları 11 sentin tutularaq "xxxx" X17 Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş X7 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Hərrac Mərkəzi Cavabdeh1 ilə "xxxx" X17 Səhmdar Cəmiyyəti arasında həmin əmlaka dair 29 iyun 2021-ci il tarixdə ipoteka predmetinin əldə edilməsinə dair 48/02-1 saylı protokol tərtib olunmuş və əmlak alınmışdır. O həmin protokolla razı deyildir və hesab edir ki, protokol etibarsız sayılmalı və hərracın nəticələri ləğv olunmalıdır. Belə ki, əmlakın real bazar qiyməti 200.000 manatdan yuxarı olsa da, hərrac nəticəsində bank, cəmi 38.250 manat ödəniş etməklə əmlakı balansına keçirmişdir. Bununla da haqsız olaraq dəyərindən üç dəfədən aşağı qiymətlənmə nəticəsində əmlak faktiki dəyərindən 160.000 manat aşağı qiymətə bank tərəfindən balansa götürülmüşdür. «İpoteka haqqında» Qanuna əsasən 3 dəfə hərrac keçirilməklə hər baş tutmamış hərracın nəticəsi olaraq predmetin dəyərinin ilkin olaraq 15%, daha sonra 25% azalması ilə yekun hərrac keçirilməlidir. Hər bir hərracın keçirilməsi barədə borclu və cavabdehə məktubla məlumat verilməli olduğu halda, buna riayət edilməmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-472/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (C.Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 472/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasia şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlakın real bazar qiyməti 200000 manatdan yuxarı olsa da, hərrac nəticəsində Bank cəmi 38250 manata əmlakı öz balansına keçirmişdir. Bununla da əmlak haqsız olaraq dəyərindən 160000 manat aşağı qiymətə bank tərəfindən balansa götürülmüşdür. İşə baxan məhkəmə əmlakın qiymətləndirilməsini həyata keçirməmiş, ekspertiza təyin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqа malik olmaması əsası ilə iddia tələbini təmin etməmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Belə ki, məhkəmə kollegiyası belə nəticəyə gələrkən nəzərə alır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
30. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
31. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Mülki işin materiallarından müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evi X7 adına mülk kimi qeydiyyata alınmış və sonradan hərrac yolu ilə "xxxx" KB ASC-nin balansına keçmişdir. Hazırki işdə iş üzrə İddiaçı həmin fərdi yaşayış evi barəsində hər hansı bir hüququ qeydə alınmamışdır. İddiaçı özünə aid olmayan əmlak barəsində hazırki iddianı qaldırmağa subyektiv hüququ olmadığından məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.
33. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr olmaqla qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-472/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.