Məhkəmə qərarları › İş №2(104)-1304/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1304/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1304/2023 17.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(125)-150/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı “Sifariş məktubunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(125)-150/2023 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Mяhkяmя kollegiyasы iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, İddiaçı Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(125)-150/2023 saylı qətnaməsindən verdiyi apellyasiya шikayяti qeyri-mümkün hesab edilməli və geri qaytarılmalıdır. Belə ki, mülki iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunla nəzərdə tutulmuş məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia qiymətləndirilməyən iddialara aid olduğundan, birinci instansiya məhkəməsinə iddia verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənildiyindən, kassasiya şikayəti üzrə 50 manat dövlət rüsumu ödənilməli idi. Halbuki, kassator cəmi 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin; 407.4-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti geri qaytarılır. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş məbləğdən az dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(125)-150/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402, 407 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(125)-150/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılsın Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. 2(104)- 1304/2023 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının PROTOKOLU 17 aprel 2023-cü il Gяncя шяhяri Hаким Süleymanov Loğman Srac оьлуnun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman оьлундан ибарят тяркибдя, Musayev Röyal İman oğlunun katibliyi ilя, Sədrlik edən məhkəmə iclasını saat 09:05-da açır. Sədrlik edən Gəncə Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(125)-150/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya шикайятinin mцmkцnlцyцnə baxıldığını elan edir. Məhkəmə kollegiyası işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını araşdırır. Məhkəmə kollegiyası yerində müşavirə edir, sədrlik edən apellyasiyanın qeyri-mümkünlüyü barədə qərardadı elan edir. Məhkəmə kollegiyası məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən Loğman Süleymanov Məhkəmə iclas katibi Röyal Musayev ЭЯНЪЯ АПЕЛLЙАСИЙА МЯЩКЯМЯСИ Эянъя шящяри, Ататцрк pr., 252. Tel: (022) 256 08 22. Faks: (012) 585 25 67. Индекс: АЗ 2001 17 aprel 2023-cü ил İş № 2(104)-1304/2023 Gəncə şəhəri Cavadxan küçəsi ev 44 İddiaçı Эянъя Апеллйасийа Мящкямясинин 17 aprel 2023-cü il tarixli, 2(104)- 1304/2023 saylı qərardadının surəti məlumat üçün Сизя эюндярилир. Гошма: qərardadın surəti “02” vərəqdə Щаким Loğman Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar