Məhkəmə qərarları › İş №2(104)-1312/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1312/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1312/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 mart 2*23-cü il tarixli, 2(125)-271*/2*23 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Atatürk prospekti, ev 21*, mənzil 1 ünvanında yerləşən 35* kvm torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 mart 2*23-cü il tarixli, 2(125)-271*/2*23 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının müəyyən edilməsi tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi və ərizəçi tərəfindən ödənilmiş 1** (yüz) manat dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 16 mart 2*23-cü il tarixli, 2(125)-271*/2*23 saylı qəradadından narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərardadını qanunsuz və əsassız hesab edir. Məhkəmə belə qənaətə gəlmişdir ki, onun hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Məhkəmənin bu qənaəti ilə razı deyil. Belə ki, onun tələbi əldə etmə müddətinə görə faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsinin mülkiyyətinə verilməsindən ibarətdir. Hazırda qüvvədə olan mülki və miilki prosessual qanunvericiliyin tələblərinə görə isə əldə etmə müddətinə görə daşınmaz əmlak üzərində mülkiyyət hüquqları məhkəmə tərəfindən tanınır. Bundan başqa məhkəmə qeyd edir ki, o məhkəməyə müraciət etməzdən əvvəl torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyənləşdirilməli, ilk öncə müvafıq olaraq aidiyyəti quruma müraciət etməli və torpaq üzərində hüququnun tanınmasını xahiş etməlidir. Bununla bağlı qeyd etmək istəyir ki, 1993-cü ildə tikililərin qanuniləşdirilməsi barədə İcra Hakimiyyəti başçısı tərəfindən sərəncam verilən zaman, sərəncamda torpaq sahəsi də nəzərdə tutulmalı idi. Lakin onlar sonradan bilmişlər ki, sərəncamda evin yerləşdiyi torpaq sahəsi ilə bağlı qeyd yoxdur. 2***-ci ildən sonra torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilib. Lakin bələdiyyənin mülkiyyətinə verilməmişdən 38 il qabaqdan torpaq sahəsi onların istifadələrində və sahibliklərində olub. Buna görə hesab edir ki, torpaq sahəsinin hazırda kimin mülkiyyətində olmasına baxmayaraq onun torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Bundan başqa o torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin dövlət orqanı bundan imtina etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətinə görə müəyyənləşdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179-cu maddəsinin hüquqi qüvvəsi 2***-ci il sentyabr ayının 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Odur ki, hesab edir ki, Mülki Məcəllənin 179-cu maddəsinin hüquqi qüvvəsi hazırki hüquq münasibətlərinə də tətbiq edilə bilər. Gəncə Şəhər Məhkəməsinin 1* aprel 2*23-cü il tarixli, 2(125)-271*/2*23 saylı qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 16 mart 2*23-cü il tarixli, 2(125)-271*/2*23 saylı qərardadı və həmin qərardadla bağlı 2(125)-271*/2*23 saylı, 1* aprel 2*23-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 aprel 2*19-cü il tarixli, 3 nömrəli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 3*7.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, ərizəçi ərizəsində qeyd edilən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin itirilmiş olmasını və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkün olmaması ilə bağlı bir məsələyə görə deyil, ona məxsus torpaq sahəsinin əvvəllər nənəsi və atasının, hazırda isə özünün istifadəsində olduğunu əsas gətirərək, “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizəçinin ərizəsində qeyd etdiyi formada “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası 1993-cü ildə tikililərin qanuniləşdirilməsi barədə icra hakimiyyəti başçısı tərəfindən verilən sərəncamda evin yerləşdiyi torpaq sahəsi ilə bağlı qeyd olmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan Gəncə şəhər Nizami rayon icra hakimiyyəti başçısının 26 mart 2993-cü il tarixli, 2*5 saylı sərəncamda qanunilləşdiriməsinə sərəncam verilən mülkün ümumi torpaq sahəsinin olmaması qeyd edilməklə, yalnız tikililərin mülkiyyətə verilməsinə dair sərəncam verilmişdir. Buna görə də məhkəmə kollegiyası ərizəçinin qeyd olunan şikayət dəlilini əsassız hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 3*7.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Hazıkrı iş üzrə isə ərizəçinin tələbi qeyd edilən əsaslarla bağlı olmamışdır ki, bununla da birinci instansiya məhkəməsinin ərizənin yolverilməzliyə görə qəbulundan imtinası qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 16 mart 2*23cü il tarixli, 2(125)-271*/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 398.*.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 4*2-ci maddələrini rəhbər tutaraq qə r a r a a l d ı : Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 16 mart 2*23-cü il tarixli, 2(125)-271*/2*23 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar