Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1314/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, subyektiv hüquq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli notariat qaydada təsdiq olunmuş qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yerləşən yaşayış evi 1 (tikilişi, bir hissəsi) İddiaçı mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdə texniki pasport verilmişdir.
2. AN-İ seriyalı, ******* saylı, 30 yanvar 2006-cı il tarixli, 4Ə-01-56 nömrəli reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Firdovsi küçəsi, ev 31-də yaşayan X14 xx.xx.2005-ci ildə Gəncə şəhəri, 7 saylı notariat kontoru tərəfindən 7E-18-9671 saylı etibarnaməyə əsasən ünvan 1 ünvanında yaşayan X8 nümayəndəsi kimi və Gəncə şəhəri, Z.Məmmədov küçəsi ev 30-da yaşayan İddiaçı ilə müqaviləni bu məzmunda bağlamışlar: satıcı - Gəncə şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, 82 nömrəli arayışa əsasən iki otaqlı, ümumi sahəsi 38,4 kv,m, yaşayış sahəsi 18,7 kv,m olan Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarları küçəsi, ev 13 olan və 400,0 kv,m olan kvadratmetr torpaq sahəsində yerləşən evi alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak Gəncə şəhəri, İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən reyestr kitabı 16, qeydiyyatı 12847, xx.xx.1987-ci ildə verilmiş qeydiyyat vəsiqəsi əsasında Satıcıya məxsusdur. Müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 15000 (on beş min) manata satmış, alıcı isə həmin qiymətə almışdır.
3. 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamının surətindən görünür ki, Hacıkənd qəsəbəsi, 26 Bakı-Komissarı küçəsi, 13 saylı evdə yaşayan X8 9q-2742 saylı, xx.xx.1999cu il tarixli ərizəsinin nəzərə alınması və yaşadığı evin arxa hissəsindəki istifadəsiz 400 kv.m torpaq sahəsi vətəndaşın istifadəsinə verilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsindən görünür ki, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı sahəsi 18,7 kvm yaşayış otağından ibarət olan 13 yaşayış evi (evin bir hissəsi) şəxsi mülkiyyət hüququ əsasında Kəpəz rayonu, İcraiyyə Komitəsinin 16 nömrəli, 11 noyabr 1987-ci il tarixli qərarı əsasında X8 adına qeydə alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 21 noyabr 2022-ci il tarixli, **********89 nömrəli məktubunda bildirilmişdir ki, mənzillərin pulsuz olaraq mülkiyyətə verilməsi haqqında Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1995-ci il tarixli, 3M-1-36 saylı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 ünvan 2 ünvanda yerləşən mənzil X6 mülkiyyətinə verilmiş və ona xx.xx.1995-ci il tarixli, 12487 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli, 3M-2-301 saylı alğı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 ünvan 2 ünvanda yerləşən mənzil X6 mülkiyyətinə verilmiş və ona xx.xx.1995-ci il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli 3M-2-301 saylı alğı-satqı müqaviləsinə əsasən bu mənzil X2. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 6735 saylı sərəncamına əsasən bu mənzilin arxa hissəsindəki 400,0 kvadratmetr torpaq sahəsi X8 istifadəsinə verilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-01-56 saylı alğı-satqı müqaviləsinə əsasən halhazırda ünvanı Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi, 13 olan bu əmlak İddiaçı satılmış və ona xx.xx.2006-cı il tarixli 12847 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 12 sentyabr 2017-ci il tarixli, ********** nömrəli məktubunda ünvan 4 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 50 saylı binada yerləşən qeyriyaşayış sahəsinə dair xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, ünvan 5 saylı fərdi yaşayış evinə dair xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 19-cu küçə, 59 saylı evə dair 37157 nömrəli qeydiyyat vəsiqəsi, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 101A, 81 saylı mənzilinə dair xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış digər daşınmaz əmlaklar aşkar edilməmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin 06 oktyabr 2020-ci il tarixli, H-526 nömrəli məktubunda ünvan 4 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər özlərinin qanunla qorunan hüququ və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
8. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının H11-152 nömrəli, 25 yanvar 2019-cu il tarixli məktubunda ünvan 4 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilmədiyindən kompensasiyanın verilməsi nəzərdə tutulmur. Əlavə olaraq izah edilir ki, əmlakın qəsdən məhv edilməsi hesab edilirsə, prokurorluq orqanlarına, dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
9. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3398/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır.
10. 11 iyun 2021-ci il tarixli, 115 nömrəli mütəxəssis rəyindən görünür ki, ekspertiza baxışında cavabdeh tərəf iştirak etməmişdir. Bu səbəbdən də, araşdırma zamanı iddiaçının iddia edərək naturada təqdim etdiyi sahə, mülki iş materiallarına əlavə edilmiş 12847 nömrəli qeydiyyat vəsiqəsi, xx.xx.2006-cı il tarixli texniki pasport, ərazinin faktiki vəziyyəti və xəritə materiallarına əsaslanılmışdır. Ekspertiza baxışı zamanı Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. 2. Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi digər şəxs və yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. İddiaçıya məxsus torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini müəyyən etmək səlahiyyətlərinə aid deyildir. 3. Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlüklə, 1,022 ha (10220,0 kv.m) ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilindədir. Tikili və qurğuların nədən ibarət olması, təyinatı və texniki göstəriciləri barədə münasibət bildirilməsi səlahiyyətlərinə aid deyildir.
11. 23 iyul 2021-ci il tarixli, 10/340 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinin məlumatına əsasən 1-ci sual üzrə Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. 2-ci sual üzrə Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi digər şəxs və yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. 3-cü sual üzrə Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlüklə, 1,022 ha (10220,0 kv.m) ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilində olduğu göstərilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin reyestr barədə arayışından görünür ki, İddiaçı ondan ötrü ki, onun adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə və Azərbaycan Respublikası üzrə Milli Qeydiyyat Sistemində aşağıdakı daşınmaz əmlaklar qeydiyyata alınmışdır: 12847 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli ünvan 5 ünvanında fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 19-cu küçə, 59 saylı fərdi yaşayış evi, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 50 saylı binada yerləşən qeyri-yaşayış sahəsi, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli 0,4424 ha sahibkarlıq təyinatlı torpaq sahəsi.
13. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 17 iyun 2014-cü il tarixli, 1047 nömrəli sərəncamından görünür ki, Cavabdeh müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutaraq Hacıkənd qəsəbəsi Azərbaycan küçəsi ilə 1 May küçəsinin kəsişməsində yerləşən 3350,0 kv,m torpaq sahəsində 72 yerlik 4 mərtəbəli mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır.
14. Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 12/14 nömrəli, 2014-cü il tarixli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin aktından görünür ki, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 17 iyun 2014-cü il tarixli, 1017 nömrəli sərəncamı ilə Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi 1 May küçəsinin kəsişməsində yerləşən 3350,0 kv,m çizgidə göstərilən sərhədlər daxilində 72 yerlik 4 mərtəbəli mehmanxana tikintisinə verilmişdir.
15. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2018-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutaraq Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır.
16. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı 03/1053 nömrəli, 22 sentyabr 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətində saxlanılan sərəncamların qeydiyyatı kitabında Cavabdeh MMCyə qeyri-yaşayış sahəsinin (otelin) tikilməsinə dair icazə verilməsi barədə hər hansı sərəncam aşkarlanmadığından, həmin ünvanda qeyd edilən cəmiyyət tərəfindən qeyri-yaşayış sahəsinin tikilib-tikilməməsini, həmin otel binasının istismara qəbul edilib, edilməməsini müəyyən etmək mümkün olmamışdır.
17. Cavabdeh 04 oktyabr 2021-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı iddia tələbinə dair məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli, 10/3400 nömrəli ekspertiza rəyi ilə tanış olan zaman aşağıdakılar müəyyən edilmişdir: ekspert qarşısında qoyulan suallara tam cavab verilməmişdir, İddiaçı sənədlərə görə artıq mövcud olmayan fərdi yaşayış evinin və torpaq sahəsinin konkret ölçüləri və koordinatları müəyyən edilməmişdir, İddiaçı Cavabdehnə qarşı aidiyyətinin nədən ibarət olduğu müəyyən edilməmişdir.
18. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-41/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı tərəfin vəsatəti təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki üş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 25 noyabr 2021-ci il tarixli, **********88 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-41/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərardadına və 25 oktyabr 2021-ci il tarixli qeyd olunan daşınmaz əmlakın qiymətləndirilməsi barədə məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Qiymətləndirmə zamanı obyektin həqiqiliyini təsdiq etmək məqsədi ilə müvafiq əmlak üzrə aidiyyəti hüquqi sənədlər tələb olunur. Eyni zamanda qiymətləndirmə işinin həyata keçirilməsi üçün daşınmaz əmlakların bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədi ilə əmlaka qiymətləndirici tərəfindən baxış keçirilmişdir. Bildirilmişdir ki, qərardadda qeyd olunan əmlak söküldüyündən bazar dəyərinin hesablanması və qiymətləndirilməsinə dair rəy verilməsi tərəflərindən mümkün olmamışdır.
20. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 fevral 2022-ci il tarixli uçota dair arayışında İddiaçı bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir.
21. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-17/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin qərarından görünür ki, İddiaçı şikayətinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-17/2022 nömrəli iş üzrə 31 yanvar qərardadının ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-17/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki üş üzrə təkrar məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır.
24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən 17 noyabr 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları, sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olunmuşdur. 2. Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kv,m, faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahəsinin (1106,6 kvadratmetr) ölçüləri göstərilmişdir. 3. Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kvadratmetr torpaq sahəsinin 318,0 kvadratmetr hissəsi cavabdeh tərəfindən inşa edilmiş hotel binasının, 8,0 kvadratmetr hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 780,6 kv,m hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olunmuşdur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 10/8576 nömrəli məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********53 saylı mütəxəssis rəyindən görünür ki, Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olundu. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olundu. Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kvadratmetr faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahəsinin (1106,6 kvadratmetr) ölçüləri göstərilmişdir. Beləliklə, müəyyən olundu ki, texniki pasportdakı planda göstərilən 1106,6 kvadratmetr torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kvadratmetr torpaq sahəsinin 318,0 kvadratmetr hissəsi cavabdeh tərəfindən inşa edilmiş hotel binasının, 8,0 kvadratmetr hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 780,6 kvadratmetr hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmədə Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Lakin hesab edir ki, sözügedən iddia ərizəsində tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma əvəzinə, ona məxsus olan fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun kompensasiya tələb etsə, daha düzgün olar. Bu səbəbdən iddianı dəyişmək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən fərdi yaşayış evinin bazar qiyməti minimum 120000 (yüz iyirmi min) manat təşkil edir. Ona görə də hesab edir ki, bu məbləğ kompensasiya şəklində Cavabdehndən alınaraq ona verilməlidir. Odur ki, Cavabdehndən kompensasiya şəklində 120000 (yüz iyirmi min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Daha sonra isə İddiaçı təkrarən iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Məhkməyə ərizə təqdim edərək, ona məxsus olan fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun kompensasiya tələb etmişdir. Lakin, evi söküldüyünə görə evin bazar qiymətinə dair mütəxəssis rəyi verilməsindən imtina olunmuşdur. Ona görə də hesab edir ki, yenidən tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə ərizə verməlidir. Bu səbəbdən də iddianı yenidən dəyişərək əvvəlki tələbini irəli sürmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Haqcıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
29. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Fərdi yaşayış evi 2 yaşayış otağından, köməkçi sahələrdən, əl damından, hamamdan ibarət olmuş ümumi torpaq sahəsi 1106,6 kvadratmetrdir. Sözügedən fərdi yaşayış evində yay aylarında istirahət məqsədi ilə qalmış, digər vaxtlarda isə Gəncə şəhərində yaşamışdır. Lakin, 2013-cü ildə o, evə baş çəkməyə gedən zaman evinin yerlə-yeksan edildiyini və həmin ərazidə qeyriyaşayış sahəsi (otel) binasının tikildiyinin şahidi olmuşdur. Həmin vaxt nə qədər etiraz etsə də, ona hədə-qorxu gəlmişlər və o, məcburiyyət qarşısında bir müddət susmalı olmuşdur. Daha sonra dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində tikinti işlərinin dayandırılmasını və həmin torpaq sahəsinin boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir.
30. Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın təmin edilməsi, Gəncə X5 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən və Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 10 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsi Cavabdeh MMC-nin zəbtindən azad edilsin və həmin ərazi İddiaçı təhvil verilməsi, cavabdeh tərəfindən inşa edilmiş hotel binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 10 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 318,0 kvadratmetr hissəsi və cavabdeh tərəfindən inşa edilmiş daş hasarın Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 10 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 8 kvadratmetr hissəsi Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməsi, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manat Cavabdehndən tutularaq, X7 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi qət edilmişdir.
31. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.6, 152.11, 157.2, 157.4, 162, 163.1, 164.1, 170.2, 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
32. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh MMC-nin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
33. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisələndirilən ərazi Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamı sahibkarlıq faaliyyəti ilə məşğul olmaq məqsədi ilə hüquqi şəxsə ayrılmış və torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportu tərtib olunmuşdur. Həmin İnşaat pasportunda sahəsi haqqında məlumatda torpaq sahəsinin boş olması qeyd olunmuşdur. Yəni torpaq sahəsi Cavabdeh MMC-nə ayrılarkən həmin torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya məxsus olmuş hər hansı tikilinin sökülməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsində torpağın nə vaxt zəbt edilməsi məsələsi və eyni zamanda kimin tərəfindən zəbt edilməsi, əsaslı dəlillərlə sübut olunmamışdır. Həmçinin, daş hasarın kimin tərəfindən və nə vaxt inşa olunması araşdırılmamışdır. Ekspert rəyində mübahisəli torpaq sahəsinin xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olduğu bildirilsə də, ekspertiza tədqiqatı zamanı Torpaq sahəsinin planı və ölçüsü sənədindən istifadə olması nə rəydə nədəki məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək üçün ilk növbədə xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının adına reyestrdə qeydə alınmış torpaq sahəsinin koordinatlarını (döngə nöqtələrini) özündə əks etdirən plan ölçü sənədi ekspertiza tədqiqatına təqdim olunmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, ilk növbədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən harada yerləşməsi və mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli idi. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi öz təsdiqini tapmamışdır. Torpaq sahəsi qeyd olunan sərəncam əsasında cavabdehin qanuni istifadəsindədir. Əlavə olaraq bildirmək istəmişdir ki, mübahisəli tikili iş materiallarından və iddiaçının verdiyi məlumata əsasən 2011-ci ildə sökülmüşdür. Digər tərəfdən işə baxılarkən nəzərə alınmamışdır ki, torpaq sahəsinin mülküyyət növü Dövlətdir və üzərində heç bir tikili olmayan boş torpaq sahəsi Cavabdeh MMC-yə İcra Hakimiyyəti tərəfindən ayrılmış və mövcud sənədlər əsasında tikinti işlərinə başlanılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X15 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisələndirilən ərazi Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamı sahibkarlıq faaliyyəti ilə məşğul olmaq məqsədi ilə hüquqi şəxsə ayrılmış və torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportu tərtib olunmuşdur. Həmin İnşaat pasportunda sahəsi haqqında məlumatda torpaq sahəsinin boş olması qeyd olunmuşdur. Yəni torpaq sahəsi Cavabdeh MMC-nə ayrılarkən həmin torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. Ekspert rəyində mübahisəli torpaq sahəsinin xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olduğu bildirilsə də, ekspertiza tədqiqatı zamanı Torpaq sahəsinin planı və ölçüsü sənədindən istifadə olması nə rəydə nədəki məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət və ya başqa sənədi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, ilk növbədə torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmaması, mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməmişdir. Həmin ərazidə iddiaçıya məxsus torpaq sahəsiyoxdur. Torpaq sahəsi qeyd olunan sərəncam əsasında cavabdehin qanuni istifadəsindədir. Əlavə olaraq bildirir ki, mübahisəli tikili iş materiallarından və iddiaçının verdiyi məlumata əsasən 2011-ci ildə sökülmüşdür. Torpaq sahəsinin mülküyyət növü Dövlətdir və üzərində heç bir tikili olmayan boş torpaq sahəsi olmuş, Cavabdeh MMC-yə İcra Hakimiyyəti tərəfindən ayrılmış və mövcud sənədlər əsasında tikinti işlərinə başlanılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus omuşdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Fərdi yaşayış evi 2 yaşayış otağından, köməkçi sahələrdən, əl damından, hamamdan ibarət olmuş ümumi torpaq sahəsi 1106,6 kvadratmetrdir. Sözügedən fərdi yaşayış evində yay aylarında istirahət məqsədi ilə qalmış, digər vaxtlarda isə Gəncə şəhərində yaşamışdır. Lakin, 2013-cü ildə o, evə baş çəkməyə gedən zaman evinin yerlə-yeksan edildiyini, tamamilə söküldüyünü və həmin ərazidə otel binasının tikildiyinin şahidi olmuşdur. Həmin vaxt nə qədər etiraz etsə də, ona hədə-qorxu gəlmişlər və o, məcburiyyət qarşısında bir müddət susmalı olmuşdur. Həmin torpaq sahəsinə dair işə əlavə edilmiş sənədlərdən başqa, onun mülkiyyət sənədi yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
38. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.
39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
48. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
49. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
52. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
54. Belə ki, hazırki tələbində iddiaçı Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Haqcıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır.
55. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
56. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
57. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
58. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
59. İş materiallarında olan «Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında» xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Hacıkənd qəsəbsi 26 ünvan 12 yaşayış sahəsi 21,3 kv.m olan 2 yaşayış otağından, 38,2 kv.m ümumi sahədən ibarət olan yaşayış evi vətəndaş X6 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmişdir.
60. 22 may 1996-cı il tarixli müqaviləyə əsasən X3 şəhəri, Hacıkənd qəsəbəsi 26 ünvan 12 ünvanda yerləşən yaşayış sahəsi 18,7 kv.m olan 2 yaşayış otağından, 13,7 kv.m örtülü eyvandan, 6,0 kv.m tamburdan ibarət yaşayış evini X2.
61. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsində 400 kv.metr torpaq sahəsi X8 istifadəsinə verilmişdir.
62. AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 9 X8 nümayəndəsi X14 tərəfindən İddiaçı satılmışdır.
63. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarlar 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır.
64. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdən məlum olduğu kimi iddiaçının mülkiyyətində yalnız Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Belə ki, həmin evə dair ilkin hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında» xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən fərdi yaşayış evi X6 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmiş, sonuncu tərəfindən 22 may 1996-cı il tarixli müqaviləyə əsasən mülkiyyətində olan yaşayış evi X1. Bundan sonra, fərdi yaşayış evi AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmışdır.
65. Belə olan halda ilkin hüquqmüəyyənedici sənədlər və İddiaçı adına tərtib olunmuş qeydiyyat vəsiqəsində yalnız fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edilmiş, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi müəyyən edilməmişdir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Hazırki halda iddiaçının torpaq sahəsi üzərində hər hansı hüququ qeydə alınmamışdır.
66. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdarılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqları xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlka üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1 və 2.2-ci maddələri).
67. Bununla bağlı Məhkəmə Kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
68. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və ya torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktı və ya ilkin torpaqayırma sənədi təqdim edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
69. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
70. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
75. Eyni zamanda məhkəmə xərcləri bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 255 (iki yüz əlli beş) manat iddiaçının özünə aid edilməli, həmçinin 200 (iki yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385, 386, 392, 393, 402, 403, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat olan ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 255 (iki yüz əlli beş) manat iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.