Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-132/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X9 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 142/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır və bu barədə sonuncunun adına Reyestr orqanı tərəfindən 12 mart 2015-ci il tarixli Çıxarış verilmişdir.
2. 12 mart 2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir.
3. Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh Arzuman qızının adına qeydə alınmışdır və bu barədə sonuncunun adına Reyestr orqanı tərəfindən 03 iyul 2018ci il tarixli Çıxarış verilmişdir.
4. 02 iyul 2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir.
5. 19 iyun 2018-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsini Cavabdeh 4.800 manata X1 almışdır.
6. Məhkəmə kollegiyası qərardadı ilə əldə edilmiş xx.xx.2025-ci il tarixli, 10/2204 saylı mühəndis-texniki ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın birinci sualı üzrə "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli A- 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyi tərəfimizdən müəyyən edilmişdir. Qeyd edirik ki, elektron kadastr sistemi (NECAS) baza məlumatlarında, **********55 reyestr nömrəli Çıxarışa əsasən X7 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyi tərəfimizdən müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə Cavabdeh X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 72.0 kv.m hissəsi elektron kadastr sistemi (NECAS) baza məlumatlarında cavabdehin öz mülkiyyətində, 104.0 kv.m hissəsi **********42 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində, 43.0 kv.m hissəsi **********37 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində və 138.0 kv.m hissəsi isə **********56 reyestr nömrəli Cıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə Cavabdeh X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş (fərdi yaşayış evi) 155.0 kv.m tikili mövcud olduğu müəyyən edilmişdir. Həmin 155.0 kv.m tikilinin 5.45 kv.m hissəsi **********42 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində, 23.0 kv.m hissəsi **********37 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində və 53.0 kv.m hissəsi isə **********56 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan tikili ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 27.0 kv.m hissəsi cavabdeh X7 öz istifadəsində, 219.0 kv.m, 8.0 kv.m, 15.0 kv.m hissələri başqa şəxs və ya şəxslərin istifadələrində və 131.0 kv.m hissəsi isə faktiki ərazidə mövcud olan yol ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsi, RX- 0617806 nömrəli, **********56 reyestr nömrəli Çıxarışın xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 400.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin, A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 98.0 kv.m hissəsi, elektron kadastr sistemi (NECAS) baza məlumatlarına istinadən **********09 reyestr nömrəli Çıxarış ilə X8 mülkiyyətində olan torpaq sahəsi və 5.0 kv.m hissəsi isə **********38 reyestr nömrəli Çıxarış ilə X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 131.0 kv.m hissəsi, faktiki ərazidə mövcud olan yol ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsi üzərindən hava elektrik ötürücü xəttinin keçdiyi və həmin torpaq sahəsinin cənub-qərb sərhəddinin yaxınlığında transformator yerləşdiyi müəyyən olunmuşdur. A-242216 nömrəli və **********56 reyestr nömrəli torpaq sahələrinin yaxınlığında hava elektrik ötürücü xəttinin keçdiyi müəyyən edilmişdir.
7. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən, mülkiyyətində olan 0,04 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdirdiyi yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə Reyestr orqanı tərəfindən 12 mart 2015-ci il tarixli çıxarış verilmişdir. Təxminən 2021-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, cavabdeh ona məxsus olan torpaq sahəsini zəbt edərək orada ev inşa etdirmişdir. Bu səbəbdən o, Reyestr orqanına ərizə ilə müraciət edərək, torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasını xahiş etmiş, cavabında ona məxsus torpaq sahəsinin şimal-şərq tərəfdən daş hasarla hasarlanması qeyd olunmuşdur. Bundan sonra o, cavabdehdən zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdeh onun həmin tələbinin icrasından imtina etmişdir. Bununla da, cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini zəbt etmiş, həmin sahədə yaşayış evi tikmiş və həyətyanı hasar çəkdirmişdir
10. Gəncə Şəhər Məhkəməsinin 2(125)-142/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan (12 mart 2015-ci il tarixli Çıxarış və AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi) Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 400 kv.metr yaşayış məntəqəsinə aid torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş 21 metr uzunluğunda daş hasarın və həmin torpaq sahəsinin 53 kv.metr hissəsi üzərində fərdi yaşayış evinin sökülməsi, habelə iddiaçının mülkiyyətində olan (12 mart 2015-ci il tarixli Çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi) Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 400 kv.metr yaşayış məntəqəsinə aid torpaq sahəsindən cavabdehin çıxarılması və iddiaçının mülkiyyətində olan (12 mart 2015-ci il tarixli Çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi) Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 400 kv.metr yaşayış məntəqəsinə aid torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 138 kv.metr hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin zəbtdən azad olunması barədə tələb irəli sürməkdə haqlıdır. Məhkəmə ekspert rəyini sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Belə ki ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir, hətta cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi və daş hasar da iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1, 157.2ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli torpaq sahəsini 2018-ci ildə satın almışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq onun torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia etmişdir. Məhkəmə iddiaçının mülkiyyət hüququna dair çıxarış və texniki pasporta əsasən mütəxəssis rəyi alaraq ekspertiza təyin etmişdir. Lakin bu zaman iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 ha torpaq sahəsinin inzibati ərazi hüquqları daxilində yerləşdiyi konturların müəyyən edilib-edilməməsi, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qızılca kəndində yerləşən 0,04 ha torpaq sahəsi ilə həmin torpaq sahəsində yerləşən yaşayış evi və həyətyanı hasarın yerləşdiyi torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0.04 ha torpaq sahəsinin ərazi hüdudlarına cavabdeh tərəfindən müdaxilə edilib-edilməməsi kimi suallar ekspert qarşısında qoyulmamışdır. Ekspert rəyinə nəzər salanda yalnız iddiaçıya məxsus olan torpaq sahəsinə aid Çıxarış və bunun əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsas götürüldüyünü görmək olar. Gəncə Şəhər Məhkəməsinin qərardadı Məhkəmə Ekspertiza Mərkəzinə daxil olduqdan sonra 14 mart 2023-cü il tarixdə Ekspertiza Mərkəzi mütəxəssis rəyinin hazırlanıb göndərilməsi ilə bağlı vəsatət vermişdir. Mütəxəssis rəyi də eyni zamanda iddiaçının mülkiyyətində olan 400 kv.metr torpaq sahəsinin naturada yerləşmə mövqeyini müəyyən etmişdir. Ekspertin rəyi tam olmadığı, habelə ekspert qarşısında qoyulan suallar natamam olduğu halda məhkəmə tərəfindən onun əleyhinə qətnamə çıxarılmışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarışı var və həmin çıxarışın əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində orada ev inşa etdirmişdir. Lakin ekspert rəyində onun inşa etdiyi tikililərin ona məxsus torpaq sahəsinin koordinatlarının daxilində yerləşibyerləşməməsi məlum deyil. Halbuki, bu halın araşdırılması hətta həqiqətən o, iddiaçıya məxsus torpaq sahəsində tikinti inşa etdirdiyi halda belə iddianın bu məhkəməyə, yoxsa inzibati məhkəmədə aidiyyatı məsələsini ortaya qoya bilərdi. Onun tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə edilmiş müraciətə verilən 12 iyul 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “sözügedən torpaq sahəsinə aid mülki işin araşdırılması zamanı cavabdehin faktiki istifadə sahəsinə və iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarışa istinad olunmuşdur. İddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin və cavabdehin mülkiyyət hüququnu təsdiq edən Çıxarışın və torpaq sahəsinin planı, ölçüsü sənədlərinin verilməsinə əsas olan ilkin sənədlərdə, plan və ölçü sənədləri mövcud olmamışdır. Bu səbəbdən də, mövcud mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələri ilə həmin sənədlərin verilməsinə əsas olan ilkin sənədlərdə göstərilən torpaq sahələrinin naturada yerləşmə mövqeləri arasında uyğunsuzluq halının mövcud olubolmamasını müəyyən etmək mümkün deyildir.” Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən Çıxarışı var və həmin Çıxarışın əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində cavabdeh daş hasar çəkdirmiş və ev inşa etdirmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2198/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 138.0 kv.metr hissəsi cavabdehin faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin 53.0 kv.metr hissəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir ki, bununla da 75 kv.metr torpaq sahəsi boş olmaqla, üzərində hər hansı bir tikili aparılmamışdır. Lakin iddianın qismən təmin edilməklə yalnız həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması işin halları baxımından yuxarıda qeyd olunan məqsədə nail olmağa səbəb olmayacaqdır.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1, 6.3, 152.1, 152.5-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətini təmin edib birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Mülkiyyət hüququnun Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunmasını qeyd edən apellyasiya məhkəməsi nəticədə özü iddiaçının konstitusion səviyyədə tanınan və qorunan hüququnun pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Sual olunur ki, bu işdə yalnız cavabdehmi mülkiyyətçidir? Bəs iddiaçı mülkiyyətçi deyildirmi? Niyə qanunun tələbindən yalnız cavabdehin mövqeyini qorunması üçün istifadə edilməlidir? Bəs “hüquq bərabərliyi” prinsipi harada qaldı?. Bundan başqa apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh evinin söküləcəyi və torpaq sahəsindən çıxarılacağı təqdirdə öz mülkiyyət hüquqlarını plan və ölçü sənədi daxilində tələb edəcəkdir. Hazırki iddia tələbi iddiaçının fərdi maraqları çərçivəsində olmuşdur, iddiaçının mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “fərdi marağın”ın tətbiq ediləcəyi təqdirdə “fərdi maraq”la “ictimai maraq” arasında ədalət tarazlığı pozulacaqdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini rəhbər tutmalı və hazırki işə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Nəticədə qanuni olmayan qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi yalnız məhkəmənin özünün irəli sürdüyü hüquqi dəlillərdən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəllənin 418-ci maddəsinin tələblərini pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1303/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X12 (məruzəçi), X11 və X2 ibarət tərkibdə,) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2(104)-2198/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərini rədd edərkən mübahisəli 0,04 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılacağı halda həmin ərazidə zəncirvari reaksiyaya səbəb ola biləcək çoxsaylı torpaq mübahisələrinin yaranacağına, həmin ərazidə faktiki olaraq müəyyən intizam çərçivəsində məskunlaşma aparılmaqla, ümumi istifadə obyektlərinin (yolların, kommunikasiya xətlərinin və sair) müəyyənləşdirilməklə birgə yaşayış formasında ictimai maraqların formalaşmasına, məhz bu baxımdan iddiaçının da, yarana biləcək vəziyyətin fərqində olmasına və buna görə də, müvafiq kompensasiya məbləği verilməklə mülkiyyət hüququnun xitamına razılığını ifadə etməsinə, hazırkı iddia tələbinin iddiaçının fərdi maraqları çərçivəsində olmasına, lakin onun mülkiyyət hüququnun qorunmasında ifadə olunan “fərdi maraq” əsas tutulacağı halda “ictimai marağ”-ın pozulacağına, qalan 75 kv.metr torpaq sahəsinin boş olmaqla, üzərində hər hansı bir tikili olmasa da, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılmasının da, işin halları baxımından yolverilməz olmasına istinad etsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Apellyasiya instansiyası məhkəməsi açıq-aşkar Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərini pozub və mübahisəli 0,04 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını, həmin torpaq sahəsinin 138,0 kv.metr hissəsinə cavabdehin qanunsuz sahiblik etməsini və beləliklə də 0,04 ha torpaq sahəsinin mülkiyyətçi kimi iddiaçının faktiki sahibliyindən çıxmasını, habelə həmin torpaq sahəsinin naturada mövcud olmasını və tərəflər arasında torpaq sahəsi ilə bağlı hər hansı müqavilənin, razılaşmanın və sair öhdəliyin olmamasını nəzərə almayıb.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ona DƏDKR publik hüquqi şəxsi harada göstərib, o, orada da, tikiliş tikmişdir. Rəsmi alqı-satqı etmişdir. DƏDKR publik hüquqi şəxsində demişlər ki, torpaqlarda sürüşmə vardır. O, iddiaçı ilə razılığa gəlmək üçün isrtifadə etdiyi torpağa görə cəmi 1000 manat pul verə bilər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpağın ona məxsus olması ilə bağlı cavabdehə orada olan qonşularda xəbərdarlıq etmişdir. Cavabdeh oradakı tikilini pandemiya vaxtı tikib, pandemiyadan sonra bilmişdir ki, cavabdeh orada ev tikmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, barışıq əldə etmək üçün iddiaçı cavabdehə təklif etmiş, ancaq cavabdeh razılaşmamışdır. İddiaçı vəkil orderi və ekspertiza xərci üçün artıq kifayət qədər xərclər çəkmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
26. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
30. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
31. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
32. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)- 142/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin mübahisə olunmayan hallarına görə Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və barədə onun adına Reyestr orqanı tərəfindən 12 mart 2015-ci il tarixli Çıxarış, 12 mart 2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” verilib. Həmçinin həmin kəndə yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bu barədə onun adına Reyestr orqanı tərəfindən 03 iyul 2018-ci il tarixli Çıxarış, 02 iyul 2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” verilib. Hazırda iddiaçı qanuni əsaslarla mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunaraq daş hasar çəkilməklə orada fərdi yaşayış evi inşa edildiyini göstərmiş, mülkiyyətində olan həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını, sonuncunun həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin, daş hasarın sökülməsini və həmin torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə qaytarılmasını iddia edir. Cavabdeh isə daş hasarı və fərdi yaşayış evini özünün mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin sərhədləri daxilində inşa etdiyini, həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini, tikinti apararkən iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığını, torpaq sahəsinin öz mülkiyyətində olduğunu ehtimal etdiyini göstərib iddiaya etiraz edir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qızılca kəndində yerləşən 0,04 ha torpaq sahəsi ilə həmin torpaq sahəsində yerləşən yaşayış evi və həyətyanı hasarın yerləşdiyi torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0.04 ha torpaq sahəsinin ərazi hüdudlarına cavabdeh tərəfindən müdaxilə edilib-edilməməsi kimi suallar ekspert qarşısında qoyulmamışdır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş və əldə edilmiş xx.xx.2025-ci il tarixli, 10/2204 saylı mühəndis texnili ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, qərardadın birinci sualı üzrə "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli A- 242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyi tərəfimizdən müəyyən edilmişdir. Qeyd edirik ki, elektron kadastr sistemi (NECAS) baza məlumatlarında, **********55 reyestr nömrəli Çıxarışa əsasən X7 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyi tərəfimizdən müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə Cavabdeh X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsinin 72.0 kv.m hissəsi elektron kadastr sistemi (NECAS) baza məlumatlarında cavabdehin öz mülkiyyətində, 104.0 kv.m hissəsi **********42 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində, 43.0 kv.m hissəsi **********37 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində və 138.0 kv.m hissəsi isə **********56 reyestr nömrəli Cıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə Cavabdeh X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş (fərdi yaşayış evi) 155.0 kv.m tikili mövcud olduğu müəyyən edilmişdir. Həmin 155.0 kv.m tikilinin 5.45 kv.m hissəsi **********42 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində, 23.0 kv.m hissəsi **********37 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində və 53.0 kv.m hissəsi isə **********56 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan tikili ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 27.0 kv.m hissəsi cavabdeh X7 öz istifadəsində, 219.0 kv.m, 8.0 kv.m, 15.0 kv.m hissələri başqa şəxs və ya şəxslərin istifadələrində və 131.0 kv.m hissəsi isə faktiki ərazidə mövcud olan yol ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsi, RX- 0617806 nömrəli, **********56 reyestr nömrəli Çıxarışın xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 400.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin, A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 98.0 kv.m hissəsi, elektron kadastr sistemi (NECAS) baza məlumatlarına istinadən **********09 reyestr nömrəli Çıxarış ilə X8 mülkiyyətində olan torpaq sahəsi və 5.0 kv.m hissəsi isə **********38 reyestr nömrəli Çıxarış ilə X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə A-242216 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 mülkiyyətində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 131.0 kv.m hissəsi, faktiki ərazidə mövcud olan yol ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 433.0 kv.m torpaq sahəsi üzərindən hava elektrik ötürücü xəttinin keçdiyi və həmin torpaq sahəsinin cənub-qərb sərhəddinin yaxınlığında transformator yerləşdiyi müəyyən olunmuşdur. A-242216 nömrəli və **********56 reyestr nömrəli torpaq sahələrinin yaxınlığında hava elektrik ötürücü xəttinin keçdiyi müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin 138,0 kv.metr hissəsinə cavabdeh qanunsuz sahiblik edir və beləliklə də 0,04 ha torpaq sahəsinin mülkiyyətçi kimi iddiaçının faktiki sahibliyindən çıxmasına səbəb olmuşdur. Tərəflər arasında torpaq sahəsi ilə bağlı hər hansı müqavilənin, razılaşmanın və sair öhdəlik olmamışdır. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və ya həmin torpaq sahəsinin 138,0 kv.metr hissəsinin cavabdehə güzəştə gedilməsi və sair üçün əsas ola bilməz. Çünki yuxarıda sadalanan normaların mənasına görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mülkiyyət yalnız dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən qanunla nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhəddinin mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Hazırkı işdə qeyd olunan hallardan heç biri yoxdur, ona görə də, iddiaçı mülkiyyətçi olaraq müəyyən olunmuş qaydada dövlət reyestrində qeydə alınmış özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyində olan öz torpaq sahəsini geri tələb etməkdə haqlıdır.
49. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2204 saylı ekspert rəyi əldə edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. Qanunvericiliyə əsasən, qeyd olunan məbləğ cavabdehdən tutulmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-142/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-142/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilsin və 100 manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.