Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1324/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bərdə rayon Mərkəzi X2rşı mülki iş üzrə Açar söz: işə bərpa tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh Bərdə rayon X7 Hüquqi Şəxsinin nümayəndəsi X9 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(02*)-*042/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları *.Mülki işin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx *955-ci ildə anadan olmuşdur.
2. İşdə olan 28 sentyabr 20**-ci il tarixli, *45 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Doğum evinin Patalogiya Şöbəsində *.0 oklad mama-ginekoloq işi dayandırılaraq, Fiziologiya 2-ci şöbəsində *.0 oklad mama-ginekoloq işinə təyin edilmişdir.
3. İşdə olan İddiaçı məxsus İT-*248*59 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 28 sentyabt 20**-ci il tarixdə Bərdə Rayon X5 Evinin Patalogiya Şöbəsində *.0 aklad mama-ginekoloq işinə təyin edilmiş, 0* sentyabr 202*-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
4. İşdə olan Azərbaycan Respublikası İcbari X*8 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 20 sentyabr 202*-ci il tarixli, *0904 nömrəli arayışdan görünür ki, İddiaçı 0* sentyabr 202*-ci il tarixdə saat *2:06-dan 23:06-dək “ikinci dərəcəli qulaqcıq-mədəcik blokadası” və “miokardın aşağı divarının kəskin transmural infarktı” diaqnozları üzrə Yevlax rayon X7 hüquqi şəxsin terapiya şöbəsində stasionar müalicə olunmuşdur. Səhhəti ilə bağlı vətəndaş 02 sentyabr 202*-ci il tarixində X* göndərilmişdir. Hazırda ambulator müalicə olunur.
5. İşdə olan *88 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Bərdə Rayon X5 Evinin 2-ci X*6 mama-ginekoloq işinə qəbul edilmiş, əmək müqaviləsi *3.02.202*-ci il tarixdən müvəqqəti bağlanmışdır.
6. İşdə olan Azərbaycan Respublikası İcbari X*8 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş *3 fevral 202*-ci il tarixli, *38 –K nömrəli əmrin surətindən görünür ki, İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.2-ci maddəsinə uyğun olaraq *3 fevral 202*-ci il tarixdən 3 ay uzadılmışdır.
7. İşdə olan *88 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Bərdə Mərkəzi Rayon X6 2-ci X*6 mama-ginekoloq işinə qəbul edilmiş, əmək müqaviləsi *3.02.202*-ci il tarixdən müvəqqəti bağlanmışdır.
8. İşdə olan İddiaçı tərəfindən 09 fevral 202*-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı əmək müqaviləsinin vaxtının bitdiyi üçün onunla əmək müqaviləsi bağlanmasını xahiş etmişdir.
9. İşdə olan Azərbaycan Respublikası İcbari X*8 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 25 may 202*-ci il tarixli, 742–K nömrəli əmrin surətindən görünür ki, İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.2-ci maddəsinə uyğun olaraq 25 may 202*-ci il tarixdən 3 ay uzadılmışdır. *0. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Bərdə Rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 b bəndi ilə 0* sentyabr 202*-ci il tarixdə xitam verilmişdir. **. İşdə olan Azərbaycan Respublikası İcbari X*8 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 0* sentyabr 202*-ci il tarixli, *995-K nömrəli əmrdən görünür ki, Bərdə Rayon X5 evinin 2-ci Mamalıq Şöbəsinin mama-ginekoloqu İddiaçı ilə bağlanmış 322 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən əmək müqaviləsi müddətinin bitməsinə görə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat *2. İddiаçı İddiaçı cavabdeh Bərdə Rayon Mərkəzi X2rşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0*.09.202*ci il tarixli *995-K saylı əmrinin və 0*.09.202*-ci il tarixli 322 saylı əmək müqaviləsinin etibarsız hesab edilməsinə və əvvəlki iş yerindəki vəzifəsinə bərpa edilməsinə, özündən asılı olmayan səbəbə görə məcburi iş buraxdığı günlər üçün ödənilməli olan əmək haqqının verilməsinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. *3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, *979-cu ildən Yevlax şəhərində həkimlik fəaliyyətinə başlamışdır. 0*.*0.20**-ci il tarixdən Bərdə rayon X4 Evinin Patalogiya şöbəsində aklat mama-ginekoloq vəzifəsinə 28.09.20**-ci il tarixli əmrlə işə təyin olunmuşdur. 40 illik həkimlik təcrübəsi vardır. *0 ildir Bərdə rayon Doğum Evində fəaliyyət göstərir. Ali Təhsilli həkimdir. *3.02.202*-ci il tarixdə (3 ay) müddətinə, 25.05.202* ci il tarixdə (3 ay müddətinə) müddətli 322 saylı əmək müqaviləsi bağlanmışdır. Onun məlumatı olmadan 0*.09.202*-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, *0 ildən çox Bərdə rayon X5 evində işlədiyinə görə əmək müqaviləsi ilə yox, əmrlə işləməli olduğu halda onu Əmək Məcəlləsinin 68-ci maddəsilə guya əmək müqaviləsinin müddəti bitməsinə görə işdən azad etmişlər. Halbuki həmin xəstəxanada onun yaşından çox yaşı olub işləyənlər vardır. Hesab edir ki, onu qərəzli olaraq işdən azad etmişlər. Həmin əmr qərəzli olaraq verilmişdir. Əgər əmr qərəzli olmasaydı *0 ildən çox işlədiyi müddətdə xəbərdarlıq və töhmət verilərdi. Halbuki, 43 illik iş təcrübəsində xəbərdarlıq, töhmət, tapşırıq almamışdır. Hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli və o öz əvvəlki işinə bərpa olunmalıdır. Belə ki, 43 il işlədiyi müddətdə xəbərdarlıq və töhmət almaması onu deməyə əsas verir ki, əvvəlcə xəbərdarlıq və ya töhmət verməli olduğu halda bunların heç biri edilməmişdir. Həmçinin, 0*.09.202*-ci il tarixdə saat *2:06-dan 23:06-dək 2–ci dərəcəli qulaqcıq mədəcik blokadası və miokardın aşağı divarının kəskin transmural terapiyalı infarktı keçirərək 02.09.202*-ci il tarixdə elmi tədqiqat kardiologiya insitutuna göndərilmişdir. Həmçinin, İcbari Tibbi Sığorta X*0 05.*0.202*-ci il tarixdə qeydiyyatdan keçərək müalicəsini davam etdirmişdir. Ege hospitalında ürək əməliyyatı olmuş, müddəti üzürlü səbəbdən keçirmişdir. Hesab edir ki, barəsində 0*.09.202*-ci il tarixdə Əmək məcəlləsinin 68 ci maddəsinin 2 ci hisəssinin "b" bəndi ilə barəsində verilmiş *995-K saylı əmr ləğv edilərək işinə bərpa edilməsi barədə qətnamə çıxarılması zərurəti yaranmışdır. Bundan başqa onun şikayətindən sonra xx.xx.2022 ci il tarixdə X** Xidməti Bərdə regional ərazi şöbəsi xəstəxananın bu qanunsuz əmələrinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə bərpa olunması barədə mübahisəni həll etmək üçün Mediasiyaya müraciət etmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. *4. Bərdə Rayon Məhkəməsinin 2(02*)-*042/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
*5. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(02*)- *042/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. *6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə yetərli qədər sübutlar təqdim etsə də, iddiası təmin edilməmişdir. Bundan başqa, xəstəxanada ondan da yaşlı insanlar işləməsinə baxmayaraq, həmin şəxslərin müqavilələri uzadılsa da, xəstəxana qərəzli mövqe tutaraq onunla müqaviləni yeniləməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri *7.Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
*8. Məhkəmə kollegiyasının iclasına İddiaçı nümayəndəsi kimi X*3 gəlmiş, ancaq İddiaçı məhkəmədə təmsil etmək səlahiyyətlərinin olduğunu təsdiq edə bilən sənədi məhkəməyə təqdim etmədiyindən onun izahatı dinlənilməmişdir. *9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bərdə rayon X7 Hüquqi Şəxsinin nümayəndəsi X*9 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 2(02*)-*042/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
20. Maddə.*0-*.*. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 2*.Maddə.*0-*.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 22.Maddə.*0-*.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun *0-*.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 23.Maddə.*0-*.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. 24.Maddə **. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin *2-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 25.Maddə 42.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 26.Maddə 45.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 27.Maddə 68, *-ci bənd. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
28. Maddə 68, 2-ci bənd “b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır.
29. Maddə 73, *-ci bənd. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.
30. Maddə 73, 2-ci bənd. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 3*. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 8*. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.*. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. İşə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Bərdə Mərkəzi Rayon Xəstəxanası arasında sonuncu dəfə 25 may 202*-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti başa çatdığı üçün işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Kollegiya hesab edir ki, sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədiyindən məhkəmə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
40. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, İddiaçı xx xxxxxx *955-ci ildə anadan olmuş, 04 fevral 2020-ci il tarixdə çalışmanın yaş həddi olan 65 yaşına çatmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *0-*.2.-ci maddəsi nəzərdə tutur ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin işəgötürənin əsas hüquqlarından bəhs edən **-ci maddəsi nəzərdə tutur ki, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, həmçinin, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Həmin qanun norması həmçinin nəzərdə tutur ki,: işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxadıda edilən normalarının dispozisiya şərtlərinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisi bundan sonra yalnz müddətli əmək müqaviləsi əsasında çalışmasını davam etdirə bilər və müddətli əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir. Müəssisənin işəgötürəni isə belə bir müqaviləni bağlamağa məcbur edilə bilməz. 4*. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də аpellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.*, 384.0.*, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(02*)-*042/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.