Məhkəmə qərarları › İş №2(104)-1324/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1324/2024

21.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1324/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı oglunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-240/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında nikah xx.xx.2009-cu ildə Tərtər rayon Qeydiyyat Şöbəsində ləğv edilmiş qadına Baxşəliyeva soyadı verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət Reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Tərtər rayon İlxıçılar kəndində yerləşən ümumi sahəsi 93 kv.metr olana 0,16 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-4065/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-1061/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətində istifadə hüququ saxlanması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2911/2019 nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvəsində saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və ona məxsus olan əşyalarının Tərtər rayon İlxıçılar kəndində onun mülkiyyətində olan evindən çıxarılması və evin boşaldılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Lakin evləndikdən sonra cavabdeh aralarında mübahisə yaratmış, ailə münasibətləri pisləşdiyi üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-26/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Buna baxmayaraq cavabdeh yaşadıqları evi tərk etməmişdir. Evdən çıxmasını tələb etsə də, cavabdeh ona məhəl qoymamışdır. Mübahisəli evi 1977-ci ildə özü inşa etdirmişdir. xx.xx.2010-cu ildə cavabdehə rəsmi qaydada evləndikdən sonra həmin evdə yaşamışlar. Onların uşaqları olmamışdır. Boşanmalarına baxmayaraq cavabdeh evdən çıxmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-1061/2017 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh onun xüsusi mülkiyyətində olan, Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermis, lakin, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1370/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-1061/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermis, lakin Cavabdeh kassasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(102)-5903/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1370/2018 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-1061/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmiş, Cavabdeh onun xüsusi mülkiyyətində olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətində istifadə hüququ saxlanması qət edilmişdir. O, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1370/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermis, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2911/2019 saylı qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xüsusi mülkiyyətində olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətində istifadə hüququ müddəti bitmişdir.

7. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-240/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev), iddianın təmin edilməsi, Cavabdeh ona məxsus olan əşyaları ilə birlikdə İddiaçı məxsus olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 153.1, 153.3, 153.4 və 165.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(061)-240/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Tərtər Rayon Məhkəməsinin 20 nоyаbr 2017-ci il tarixli, 2(061)-1061/2017 nömrəli qətnaməsi ilə, iddiaçının cavabdehə qаrşı еvdən çıхаrılmа tələbinə dаir iddiаsı təmin еdilmiş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan, Tərtər rayonu İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mаrt 2018-ci il tarixli, 2(104)-1370/2018 nömrəli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 20 nоyаbr 2017-ci il tarixli, 2(061)-1061/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Mülki Kollegiyasının 11 sеntyаbr 2018-ci il tаriхli, 2(102)-5903/2018 nömrəli qərаrı ilə cavabdehin kаssаsiyа şikаyəti təmin еdilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mаrt 2018-ci il tarixli, 2(104)-1370/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün аpеllyаsiyа instansiyası məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının10 dеkаbr 2018-ci il tarixli, 2(104)- 4065/2018 nömrəli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin 20 nоyаbr 2017-ci il tarixli, 2(061)-1061/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiа rədd edilmiş, cavabdehin iddiaçının xüsusimülkiyyətində olan Tərtər rayonu İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətinə istifadə hüququ saxlanılması qət edilmişdir. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2911/2019 qərаrı ilə, iddiaçının kаssаsiyа şikаyəti təmin еdilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dеkаbr 2018-ci il tarixli, 2(104)-4065/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2911/2019 nömrəli qərаrı qəbul edildiyi andan, yəni xx.xx.2019-cu ildən qüvvəyə mindiyindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dеkаbr 2018-ci il tarixli, 2(104)-4065/2018 nömrəli qətnaməsi də həmin vaxtdan qüvvəyə minmişdir. Bu isə o deməkdir ki, ona qətnamə ilə verilmiş 5 (beş) illik istifadə müddətinin başlanğıcı da xx.xx.2019-cu il tarixdən hesablanmalıdır, çünki o həmin vaxt deyil, daha sonra iddiaçının xüsusi mülkiyyətində olan Tərtər rayonu İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən istifadə etməyə başlamışdır. Yəni, məntiqə əsasən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dеkаbr 2018-ci il tarixli, 2(104)-4065/2018 nömrəli qətnaməsi qüvvəyə minməmişdən əvvəl o iddiaçının xüsusi mülkiyyətində olan Tərtər rayonu İlxıçılar kəndində yerləşən fərdi yaşayış evində yaşaya bilməzdi. Bütün bu hallar bir daha təsdiq edir ki, Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2911/2019 nömrəli qərаrı mülki işlə birlikdə Gəncə Apellyasiya məhkəməsinə göndərildikdən sonra həmin məhkəmə tərəfindən Tərtər Rayon İcra Şöbəsinə icra vərəqəsi göndərilmişdir və həmin icra vərəqəsi əsasında da o iddiaçının xüsusi mülkiyyətində olan Tərtər rayonu İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən istifadə etməyə başlamışam ki, bu da xx.xx.2019-cu ildən təxminən ən azından 1-2 ay sonraya təsadüf edir. Belə olan halda Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dеkаbr 2018-ci il tarixli, 2(104)-4065/2018 nömrəli qətnaməsinə əsasən onun iddiaçının xüsusi mülkiyyətində olan Tərtər rayonu İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 (beş) illik istifadə hüququnun başlanğıcı xx.xx.2019-cu ildən hesablanmaqla istifadə hüququmun son tarixi isə xx.xx.2024-cü il tarixə hesablanmalıdır. Bu isə o deməkdir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək hazırki iddia ilə məhkəməyə müraciət etməyə dair subyektiv hüququ olmamışdır. Lakin, Tərtər rayon məhkəməsi işin bu faktiki hallarını araşdırmadan, ona verilmiş 5 (beş) illik istifadə hüququnun qurtarıb-qurtarmadığını, iddiaçının onun 5 (beş) illik istifadə hüquq müddəti qurtarmadan ona qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olubolmadıgını araşdırmadan iddianı təmin etmiş və nəticədə maddi və pprosessual hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-514/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar, lakin övladları olmamışdır. Daha sonra aralarında olan narazılıqlara görə nikahları pozulmuşdur. İddiaçı Cavabdeh evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-4065/2018 nömrəli qətnaməsi ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-1061/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətində istifadə hüququ saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 2911/2019 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xüsusi mülkiyyətində olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətində istifadə hüququ müddəti bitmişdir. Cavabdeh isə hazırda iddiaçının evində yaşayır. Cavabdeh mübahisəli evdən çıxmadığı üçün İddiaçı iddia ilə məhkəməyə müraciət etmişdir.

39. Qeyd edilməlidir ki, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

40. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

41. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

42. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

43. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

44. Məhkəmə kollegiyası göstərir ki, iddiaçının hazırki iddiası mülkiyyət hüquqlarından qaynaqlandığından cavabdehin evə dair istifadə hüququnun olub-olmaması araşdırılmalıdır.

45. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-4065/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-1061/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətində istifadə hüququ saxlanması qət edilmişdir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2911/2019 nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvəsində saxlanılmışdır.

47. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərari).

48. Göründüyü kimi, Cavabdeh iddiaçının mülkiyyətində olan Tərtər rayon İlxıçılar kəndində yerləşən fərdi yaşayış evindən 5 il müddətində istifadə hüququ saxlanılmış və hazırda isə həmin istifadə müddəti bitmişdir.

49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Ona görə də iddia tələbi təmin edilməklə iddia tələbi üzrə cavabdeh mübahisəli mənzildən çıxarılması qanuni və əsaslıdır.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

52. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

55. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

56. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-240/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar