Məhkəmə qərarları › İş №2(104)-1332/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1332/2025

29.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1332/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə3 Mübriz oğlu və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı sənədlərin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(030)- 05/2012 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsinə qanunsuz yolla əldə etdiyi mülkiyyət hüququnun və bu barədə AR ƏMDKY DƏRDX-nin Gəncə ərazi İdarəsi tərəfindən cavabdehin adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(030)-5/2012 saylı qətnaməsi ilə (hakim Mirbahəddin Hüseynov) iddianın təmin edilməsi, Daşkəsən rayonu Kəmərqaya kəndinin ərazisi hesab edilən Gəncə şəhərinin Gülüstan qəsəbəsində Cavabdeh 0,08 ha torpaq sahəsinin verilməsinə dair Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı və müvafiq torpaqayırma sənədləri əsasında həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reystrində aparılmış xx.xx.2008-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Bu barədə Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (xx.xx.2008-ci il tarixli MH-0018384) və həmin çıxarışın verilməsi üçün əsas olmuş bütün ilkin sənədlər ( o cümlədən , Daşkəsən rayonu Kəmərqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı, torpaq sahəsinin alqı-satqısına dair akt, torpaq sahəsinin planı və ölçüsü) etibarsız hesab edilməsi və Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinıə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2025-ci il tarixli 2(104)-1332/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 28 iyul 2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Daşkəsən Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(030)-5/2012 nömrəli qərardadından üçüncü şəxs X1 tərəfindən şikayət verilmişdir. Ona görə də mülki işin Daşkəsən Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2025-ci il tarixli 2(104)-1332/2025 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və Daşkəsən Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(030)-5/2012 nömrəli qərardadından üçüncü şəxs X1 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 267-268, 384 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2025-ci il tarixli 2(104)-1332/2025 nömrəli qərardadı ləğv edilsin. Daşkəsən Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(030)-5/2012 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-1332/2025 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Daşkəsən Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(030)-5/2012 nömrəli qərardadından üçüncü şəxs X1 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Daşkəsən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar