Məhkəmə qərarları › İş №2(104)-1337/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1337/2025

09.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1337/2025 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 mərhum cavabdeh cavabdeh4 hüquq varisləri cavabdeh3, cavabdeh1 və Ağayeva (Abbasova) Nərmin Loğman qızına qarşı iş üzrə Açar sözlər: əldən çıxmış fayda; vərəsələrin kreditorlar qarşısında məsuliyyəti Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 mərhum cavabdeh cavabdeh4 hüquq varisləri cavabdeh3, cavabdeh1 və Ağayeva (Abbasova) Nərmin Loğman qızına qarşı torpaqdan çıxarılma, icarə haqqının ödənilməsi və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaq əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, X9, X2, X16, X5 və iddiaçı1 Bərdə rayonu Cumalar kəndində 1.47 ha torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır.

2. ## ###### 2003-cü il tarixli icarə müqaviləsindən görünür ki, X7 və X17 rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarına və JN *** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X17, X7, X11 və X6 məxsus olan və Bərdə rayonu Cumalar kəndində yerləşən torpaq sahəsini 25 il müddətinə ildə 200000 manat ödəmək şərtilə cavabdeh4 icarəyə vermişlər.

3. Bərdə Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 cavabdeh cavabdeh4 qarşı torpaqdan çıxarılma barədə iddiaları təmin edilməmişdir.

4. Bərdə Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 cavabdeh cavabdeh4 qarşı icarə müqaviləsinin ləğvi barədə iddiaları təmin edilməmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli 2(021) ****/**** saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia təmin edilmiş, iddiaçılar X8, X2, iddiaçı1, X4, iddiaçı2 ilə cavabdeh cavabdeh4 arasında icarə müqaviləsi ləğv edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2022-ci il tarixli *(***)-****/**** saylı qərarından görünür ki, cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, TEKUIS məlumat bazasına əsasən iddiaçı iddiaçı2 və ailə üzvlərinin JN-**** nömrəli Dövlət Aktı ilə (********** qeydiyyat nömrəli çıxarış) 1.21 ha nəzərdə tutulmuşdur və naturada 1.47 ha torpaq sahəsi mövcud deyil. TEKUIS məlumat bazasına əsasən iddiaçı iddiaçı2 və ailə üzvülərinin JN*** nömrəli Dövlət Aktı ilə (********** qeydiyyat nömrəli çıxarış) mülkiyyətlərinə nəzərdə tutulmuş 1.21 ha torpaq sahəsindən 1.18 hektarı cavabdeh cavabdeh4 tərəfindən istifadə edilir.

8. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, Bərdə rayonu Cumalar kəndində yerləşən 1.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2013-cü il tarixli 1813004446 qeydiyyat nömrəsilə, 4 nəfər ailə üzvü ilə birlikdə 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ##.##.2016-cı il tarixli 1816007546 qeydiyyat nömrəsilə, 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2022-ci il tarixli 1822020551 qeydiyyat nömrəsilə, 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəlisi ilə və 4 nəfər ailə üzvü ilə birlikdə 0.19 ha həyatyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdeh4 adına qeydə alınmışdır.

9. Bərdə rayon Icra Hakimiyyəti başçısının Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli ** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, təsərrüfatbaşına kitabda 2025-ci il üçün mərhum cavabdeh4 adına ailəyə məxsus 13 baş iribuynuzlu heyvan qeydə alınmışdır. ##.##.2025-ci il tarixdə cavabdeh4 vəfat etmişdir. Hal-hazırda ailəyə məxsus 13 baş iribuynuzlu heyvan 2026-cı il üçün də qeydiyyata alınmışdr. Həmin təsərrüfata mərhumun arvadı cavabdeh3 başçılıq edir.

10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X1 Inkişaf Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli *-**-*-*/*-**/**** nömrəli məktubda qeyd edilmişdir ki, Bərdə rayonu Cumalar kəndi ərazisində yerləşən əkinə yararlı torpaq sahəsindən il ərzində 4 üz yonca biçib götürmək mümkündür ki, bu da 1 ha sahədən 1 üz üçün orta hesabla 150 ədəd yonca kipi, il ərzində 600 yonca kipi, bu isə 1.18 ha sahədən orta hesabla 708 ədəd yonca kipi götürmək deməkdir.

11. «xxxx» MMC tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli **-M/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, 2022-ci il üzrə Bərdə rayonunda 1 ədəd yonca kipinin orta bazar qiyməti 2,5 manat məbləğdə olmuşdur.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 cavabdeh cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 tərəfindən zəbt edilmiş onlara məxsus Bərdə rayonu Cumalar kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ##.##.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onlara verilmiş kənd təsərrüfat təyinatlı 1.47 ha torpaq sahəsindən çıxarılması və cavabdehdən onların xeyrinə 15000 manat maddi zərərin və 100 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Cumalar kəndində 1.47 ha torpaq sahəsi var, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları ## #### 2020-ci il tarixli çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehlə öz aralarında ## ###### 2003-cü il tarixdə icarə müqaviləsi bağlamışlar. Lakin sonra cavabdeh icarə haqqını ödəməkdən imtina etdiyi üçün müqavilənin birtərəfli qaydada pozulduğunu cavabdehə bildirərək torpağı boşaltmağı tələb etsələr də, cavabdeh cavabdeh4 onların tələblərini yerinə yetirməkdən iddianın verildiyi günə qədər imtina edərək əsassız olaraq torpağın ona məxsus olduğunu, icarə müqaviləsinin müddətinin başa çatmamasını bəhanə gətirərək, mülkiyyətə qanunsuz müdaxiləni və zəbti davam etdirir. Cavabdeh heç bir qanuni və hüquqi əsası olmadan iddiaçıların mülkiyyətində olan 1.47 ha kənd təsərrüfat təyinatlı torpağı zəbt edərək istifadə edir, dəfələrlə ondan torpaqdan çıxmasını tələb etsə də, nəticəsi olmayıb. Iddiaçılar və cavabdeh arasında bağlanmış ## ###### 2003-cü il tarixli torpağın icarəyə verilməsinə dair müqavilə iddiaçıların verdiyi iddia əsasında Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/** saylı qətnaməsi ilə ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/** saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qəbul etdiyi ## ###### 2021-ci il tarixli *(***)- ****/** saylı qətnamə qüvvədə saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış olsa da, lakin cavabdeh iddiaçılara məxsus torpaqdan çıxmamışdır, o, hazırkı vaxtda da torpaq sahəsini əkib-becərir. Iddiaçılar istəyir ki, torpaqdan tam təyinatı üzrə istifadə edərək, özləri əkib-becərsinlər. Cavabdeh isə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən öz xeyri və gəliri üçün istifadə edir. Cavabdeh tamamilə qeyri-qanuni olaraq onların mülkiyyətindəki torpaq sahəsini zəbt etmişdir.

14. Cavabdeh cavabdeh4 iddiaya etiraz verərək qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini 25 il müddətə ona icarəyə vermiş və bu barədə aralarında notarial təsdiq edilmiş müqavilə vardır. Iddiaçıların ona qarşı irəli sürdükləri iddia əsassız və qanunsuzdur, ona görə də rədd edilməlidir.

15. ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə dəfələrlə məhkəmə iclası keçirilib. 2024-cü ildə məhkəməyə vəsatətlə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş 1.47 ha torpaq sahəsindən onunla iddiaçılar aralarında bağlanmış icarə müqaviləsi ləğv edildikdən sonra 2021-2022-ci illər ərzində istifadə edərək, torpaqdan əldə etdiyi gəlirlərin 2021-2022-ci illər ərzində əkilmiş taxıl və yonca əkinindən əldə edilən məhsuldarlığın ayrı-ayrılıqda orta ümumi göstəricilərinin hər ilə düşən gəlir rentabeliyinə dair məhkəmə sorğusu vasitəsi ilə əldə edilərək mülki iş materiallarına əlavə edilməsini xahiş etmişdir, çünki göstəricilərin hər ilə düşən gəlir rentabelliyinə dair müraciətinə X1 Inkişaf Mərkəzi tərəfindən cavab verilməmiş, sorğusuna cavab olaraq əkin sahələrinə dəymiş ziyanın müəyyən edilməsi barədə səlahiyyətlərinin olmadığını bildirmişlər. Ziyanın dəyərinin məhkəmənin sorğusu vasitəsilə alınmasını xahiş edir. Hal-hazırda cavabdeh iddiaçıların mülkiyyətindəki torpaq sahəsindən çıxmışdır, lakin ödənilməmiş icarə haqqını və 2021-2022-ci illərdə torpaqdan istifadə etdiyinə görə iddiaçılara dəymiş ziyanı ödəməmişdir.

16. Məhkəmə iclasında cavabdeh cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçılar ona satmışdır, lakin iddiaçı2 həyat yoldaşı ilə boşandığından və onu tapmadıqlarından torpağı alqı satqı kimi sənədləşdirə bilməmişdir. Iddiaçılara heç bir borcu yoxdur, torpağı faktiki olaraq alqı-satqı qiymətinə almışdır. Lakin qeyd edilənlərə baxmayaraq aralarında yalnız icarə müqaviləsi bağlanmışdır. iddiaçı2 özü də məhkəmə iclasında ona 18 şirvan pul verildiyini etiraf etmişdir. 2022-ci ildən torpaqdan çıxmışdır, torpaq iddiaçıların öz istifadələrindədir, onlara heç bir maneçilik yaratmır, torpağı onların öz razılıqları, icarə müqaviləsi əsasında əkmişdir, icarə haqqına münasibətdə də müqavilə bağlanan zaman torpağın pulunu tam şəkildə qabaqcadan ödəmişdir, əgər ödəməsəydi, iddiaçılar bu vaxta qədər gözləməzdi, icarə haqqını tələb edərdilər, torpaq sahəsindən 2022-ci ilin noyabr-dekabr aylarında çıxmışdır, iddiaçının iddia qaldırması üçün qanunla müəyyən edilmiş müddət də ötmüşdür, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdeh cavabdeh4 ## ###### 2025-ci il tarixdə məhkəməyə ərizə verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Bayram Məhərrəmov) iddia qismən təmin edilərək, cavabdeh cavabdeh4 iddiaçılar X8, X2, iddiaçı1, X4, iddiaçı2 xeyrinə 120 (yüz iyirmi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçılara ödənilməsi; Iddianın qalan hissədə təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun 105 (yüz beş) manatının iddiaçılara aid edilməsi; Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş 205 (iki yüz beş) manat məbləğində pulun cavabdeh cavabdeh4 tutularaq iddiaçılar X8, X2, iddiaçı1, X4, iddiaçı2 ödənilməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat pulun cavabdeh cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 213.2, 222.1, 222.2, 222.3, 372.1, 373.3, 375.2, 376, 385.1 və 719.1-ci maddələrinə, “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin # ###### 2005-ci il tarixli *** nömrəli Fərmanına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

20. Iddiaçı iddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Iddiaçı iddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh torpaqdan çıxmamışdır və torpaq hələ də onun istifadəsindədir, tələbi də məhz bunun üzərində formalaşmışdır. Cavabdehin özbaşına olaraq hələ də torpaqdan istifadə etməyə davam etməsi cavabdehin qanuni əsas olmadan onun mülkiyyətindən gəlir götürmə imkanını aradan qaldırmışdır. Həmçinin, məhkəmə yanlış olaraq müqavilə ləğv edildiyi tarixədək olan son üç il ərzində cavabdeh tərəfindən vaxtaşırı icra edilməli olan öhdəliklərin icrasının tələb edilməsinin mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, onun tələbi cavabdehin 2022-ci ildən 2024cü ilə qədər onun torpağından əldə etdiyi qanunsuz faydanın əvəzinin ödənilməsi idi. Məhkəmə onun tələbinin mahiyyətindən kənarlaşaraq cavabdehin xeyrinə tələbini təhrif edərək işin məğzini icarə haqqının üzərində əsaslandırmağa cəhd etmişdir. Işin hallarından da göründüyü kimi mülkiyyət hüququ ilə ona məxsus olan torpaqdan cavabdeh 2024-cü ildə çıxmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddiaçı2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh artıq 20 ildir onun torpaq sahəsindən istifadə etmiş və icarə haqqını da ödəməmişdir. Bu səbəbdən də onu iddiası əsasında məhkəmə tərəfindən icarə müqaviləsi ləğv edilmişdir. 2022-ci ildə cavabdehin torpaqdan çıxarılması barədə məhkəmə qətnaməsi qəbul edilsə də, lakin o 2024-cü ilin sentyabr ayında torpaqdan çıxmışdır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı iddiaçı2 bildirmişdir ki, hazırda cavabdehdən əldən çıxmış fayda qismində maddi ziyanın əvəzinin ödənilməsini tələb edirlər. Torpaq sahəsi hazırda onların sahiblik və istifadəsinə qaytarılmışdır. Buna görə də cavabdehin torpaqdan çıxarılması barədə tələbləri yoxdur.

24. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Bünyət oğlu apellyasiya şikayətini müdaifə edərək izahatında bildirmişdir ki, cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması barədə 2022-ci ildə məhkəmə qətnaməsi qəbul edilmiş olsa da, ancaq cavabdeh 2024-cü ilin sentyabr ayında həmin sahədən çıxmışdır və bu vaxtdan etibarən iddiaçıların torpaq sahəsinə dair pozulmuş hüquqları bərpa edilmişdir. Beləliklə, iddiaçılara əldən çıxmış fayda şəklində maddi ziyan dəymişdir. 2024-cü ilin oktyabr ayına qədər cavabdeh iddiaçılara məxsus torpaq sahəsində yonca əkib. Zərərin həcminin müəyyən olunması məqsədilə müvafiq sorğu təqdim etsə də, lakin cavab ala bilməmişdir. Bu səbəbdən eyni məzmunlu vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən vəsasətinə heç bir münasibət bildirilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, hazırda torpaq sahəsinə yonca əkilib. Normal şəraitdə yoncadan ildə 4 dəfə, hətta yaxşı məhsuldarlıq olduqda 5 dəfə məhsul yığılır və hər yığımda 200-250 ədəd kip əldə olunur. Iş materiallarında ##.##.2023 və ##.##.2024-cü il tarixli mütəxəssis rəyləri də var ki, cavabdeh həmin torpağın bir hissəsindən istifadə edir. Həmin rəylər də sübut qismində qəbul edilə bilər.

25. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh cavabdeh4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2022-ci ildə iddiaçılara məxsus torpaq sahəsində əkmiş olduğu yoncanı biçdikdən sonra həmin torpaq sahəsini tərk etmişdir. Əslində, pul müqabilində torpaq sahəsini satın almışdır. Hətta torpağın sənədləri də onda olmuşdur. Sadəcə olaraq, iddiaçı iddiaçı2 əri ilə boşandığına görə və satılmış torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün əmlaka dair notarial qaydada alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh4 bildirmişdir ki, 2022-ci il üzrə yonca biçimi yekunlaşmış, iddiaçılara məxsus torpaq sahəsində əkmiş olduğu taxıl məhsulunu biçmiş, bundan sonra isə 2022-ci ilin sentyabr ayında torpaq sahəsini iddiaçılara geri qaytarmışdır.

26. Hazırkı məhkəmə iclasında iddiaçı iddiaçı2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini ## ###### 2003-cü il tarixli icarə müqaviləsi əsasında mərhum cavabdeh cavabdeh4 icarəyə vermişdir. Lakin, sonuncu 20 il müddətində ona icarə haqqı ödəməmişdir. Cavabdehin torpaq sahəsindən qanunsuz istifadəsi nəticəsində mülkiyyətçi olaraq əmlakdan gəlir əldə etmək hüququndan məhrum olmuşlar. Mərhum cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onlara 15000 manat maddi ziyan dəymişdir. Iddiaçı iddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

27. Hazırkı məhkəmə iclasında mərhum cavabdeh cavabdeh4 hüquq varisi cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəf mübahisə predmeti olan torpaq sahəsini 2003-cü ildə onun əri cavabdeh4 satmış, bu məqsədlə sonuncu tərəfindən iddiaçılara 18 şirvan pul ödənilmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh3 bildirmişdir ki, mərhum ərindən onlara torpaq sahəsi miras qalmışdır. Mərhum ərinin miras əmlakının qəbulundan imtina barədə notariat orqanına müraciət etməmişdir. cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

28. Hazırkı məhkəmə iclasında mərhum cavabdeh cavabdeh4 hüquq varisi cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, təsərrüfatlarında 4 baş inəkləri olmuşdur. Mərhum atası cavabdeh4 mübahisə predmeti olan torpaq sahəsinin dəyərini ödəmək məqsədilə 3 baş inəyi sataraq pulunu iddiaçı iddiaçı2 vermişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh1 bildirmişdir ki, 2022-ci ilin noyabr-dekabr aylarınadək iddiaçılara məxsus torpaq sahəsindən istifadə etmişlər. Mərhum atasından onlara torpaq sahəsi miras qalmışdır. Mərhum atasından qalmış mirasın qəbulundan imtina barədə notariat orqanına müraciət etməmişdir. cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

29. Hazırkı məhkəmə iclasında mərhum cavabdeh cavabdeh4 hüquq varisi Ağayeva (Abbasova) Nərmin Loğman qızı apellyasiya şikayətini qəbul etmədiyini və ailə üzvləri tərəfindən verilmiş izahata əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh2 bildirmişdir ki, mərhum atasından qalmış mirasın qəbulundan imtina barədə notariat orqanına müraciət etməmişdir. cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

e) Apellyasiya instansiyası məhkəməsində icraat

31. Cavabdeh cavabdeh4 ##.##.2025-ci il tarixdə vəfat etmiş olduğundan arvadı cavabdeh3 və uşaqları cavabdeh1 və Ağayeva (Abbasova) Nərmin Loğman qızı onun hüquq varisi qismində işə cəlb edilmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

37. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

39. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

40. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

41. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

42. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

51. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

52. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

55. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

56. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və mərhum cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Iddiaçı iddiaçı2 birinci instansiya mıəhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin dəlillərindən, eləcə də onun apellyasiya məhkəməsinin iclaslarında verdiyi izahatından müəyyən edilir ki, qətnamə maddi ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirilmiş, qətnamə qalan hissədə mübahisələndirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «cavabdeh cavabdeh4 iddiaçılar X8, X2, iddiaçı1, X4, iddiaçı2 xeyrinə 120 (yüz iyirmi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçılara ödənilməsi; maddi ziyanla bağlı iddianın qalan hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun 105 (yüz beş) manatının iddiaçılara aid edilməsi» hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia həmin hissələrdə qismən təmin edilməli, 1770 (bir min yeddi yüz yetmiş) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat, cəmi 1807,70 (bir min səkkiz yüz yeddi manat yetmiş qəpik) mərhum cavabdeh cavabdeh4 hüquq varisləri cavabdeh3, cavabdeh1 və Ağayeva (Abbasova) Nərmin Loğman qızından müştərək qaydada tutularaq iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 ödənilməli, maddi ziyanın əvəzinin ödənilməsinə dair qalan hissədə iddia təmin edilməməli, apellyasiya baxışı zamanı aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 60 manat mərhum cavabdeh cavabdeh4 hüquq varisləri cavabdeh3, cavabdeh1 və Ağayeva (Abbasova) Nərmin Loğman qızından müştərək qaydada tutularaq «xxxx» MMCnin müvafiq bank hesabına ödənilməlidir.

58. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayonu Cumalar kəndində 1.47 ha torpaq sahəsi X9, X2, X16, X5 və iddiaçı1 ümumi birgə mülkiyyətində olmuşdur. ## ###### 2003cü il tarixli icarə müqaviləsi əsasında həmin torpaq sahəsi birgə mülkiyyətçilər X7 və X17 tərəfindən 25 il müddətə, ildə 200000 manat ödəmək şərtilə cavabdeh4 icarəyə verilmişdir. O, torpaq sahəsinin icarə haqqını vaxtlı-vaxtında ödəmədiyindən icarəyə verən tərəf icarə müqaviləsinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək tərəflər arasındakı icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Torpaq sahəsinin birgə mülkiyyətçiləri olan iddiaçılar cavabdehin icarə müqaviləsi üzrə icarə haqqı məbləğini ödəmədiyini, eləcə də icarə müqaviləsi ləğv edildikdən sonra torpaq sahəsindən qanunsuz istifadə etməklə onları torpaq sahəsindən gəlir əldə etmək hüququndan məhrum etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.

59. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarındakı hüquqi mövqe).

60. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının verdiyi tələbdən kənara çıxmaqla prosessual pozuntuya yol vermişdir; belə ki, mülki prosessual hüquqda «tələbə bağlılıq» prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini ifadə edir. Iddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir.

61. Baxılan işdə iddia ərizəsinin son (xahiş) hissəsindən görünür ki, iddiaçılar mülkiyyət hüququ ilə onlara məxsus torpaq sahəsindən cavabdehin çıxarılmasını və sonuncudan onların xeyrinə 15000 manat maddi ziyanın əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

62. Bir sözlə, iddiaçıların hüquqi marağı cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və sonuncunun torpaqdan qanunsuz istifadəsi nəticəsində onlara dəymiş maddi ziyanın əvəzinin (əldən çıxmış fayda) ödənilməsindən ibarət olmuşdur. Bu məsələ apellyasiya məhkəməsinin iclasında da iddiaçı tərəflə müzakirə edilmiş və iddiaçı iddiaçı2 hazırda cavabdehdən əldən çıxmış fayda qismində maddi ziyanın əvəzinin ödənilməsini tələb etdiyini, torpaq sahəsi hazırda sahiblik və istifadələrinə qaytarılmış olduğundan torpaqdan çıxarılma barədə tələbləri olmadığını bildirmişdir (bax § 23).

63. Birinci instansiya məhkəməsi isə iddiaçılar tərəfindən cavabdehdən tələb edilən pul vəsaitinin hüquqi mahiyyətini düzgün qiymətləndirməmiş, əldən çıxmış fayda qismində tələb edilən vəsaiti ödənilməmiş icarə haqqı kimi qəbul etmişdir. Nəticədə isə, məhkəmə mübahisənin həllinə tətbiq edilməli maddi hüquq normasının seçimində də səhvə yol vermiş, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır.

64. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

65. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

66. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi ziyanın əvəzinin ödənilməsinə dair hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə həmin hissədə ləğv edilərək həmin hissədə işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

67. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

68. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

69. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

70. Hazırkı işdə iddiaçılar birgə mülkiyyətlərində olan torpaq sahəsindən mərhum cavabdeh L.Abasovun hər hansı hüquqi əsas olmadan istifadə etməsi nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirin (əldən çıxmış fayda) tutulmasını tələb etmişlər.

71. Bu halda, iddiaçıların tələbinin əsası kimi qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.

72. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir.

73. Hazırkı mübahisədə isə zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Çünki, iddiaçılar maddi ziyana məruz qalmalarını mərhum cavabdehin onlara məxsus torpaq sahəsinə qanunsuz daxil olaraq mülkiyyət hüququnu həyata keçirmələrinə maneçilik yaratmaları ilə əlaqələndirmişlər.

74. Kollegiya göstərir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

75. Işin hallarından göründüyü kimi, iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mərhum cavabdeh cavabdeh4 qarşı mübahisəli torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır.

76. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, iddiaçıların birgə mülkiyyətində olan Bərdə rayonu Cumalar kəndindəki 1.47 ha torpaq sahəsi ## ###### 2003-cü il tarixli icarə müqaviləsi əsasında 25 il müddətə, ildə 200000 manat ödəmək şərtilə cavabdeh4 icarəyə verilmişdir. Sonuncu tərəfindən 2004-cü ilin noyabr ayından 2022-ci ilədək (icarə müqaviləsi ləğv edilənədək) icarə haqqı ödənilməmişdir.

77. Işin bu halları, yəni iddiaçıların birgə mülkiyyətində olan Bərdə rayonu Cumalar kəndindəki 1.47 ha torpaq sahəsinin ## ###### 2003-cü il tarixli icarə müqaviləsi əsasında 25 il müddətə, ildə 200000 manat ödəmək şərtilə cavabdeh4 icarəyə verilməsi, sonuncu tərəfindən 2004-cü ilin noyabr ayından 2022-ci ilədək (icarə müqaviləsi ləğv edilənədək) icarə haqqının ödənilməməsi əsası ilə icarə müqaviləsinin ləğv edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (MPM maddə 82.3).

78. MPM-nin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

79. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

80. Bu mənada, kollegiya cavabdeh tərəfin «torpaq sahəsi iddiaçılardan satın alınmışdır və dəyəri ödənilmişdir» barədə arqumentlərinin əsassız olduğunu vurğulayır və kollegiya bir daha qeyd edir ki, mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə etmiş olduğundan həmin halların hazırkı işin müstəvisində təkrarən araşdırılması yolverilən deyildir. Əks yanaşma, hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarardı.

81. Yuxarıda da göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinə dair tərəflər arasındakı icarə müqaviləsi ləğv edilmişdir. Kassasiya instansiyası məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə də həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Başqa sözlə, ##.##.2022-ci il tarixdən mərhum cavabdeh cavabdeh4 mübahisəli torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. Buna baxmayaraq, o, torpağın birgə mülkiyyətçilərinin iradəsinə zidd şəkildə torpaq sahəsindən çıxmamış və orada əkinçilik fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmişdir.

82. Işin bu halı mərhum cavabdeh cavabdeh4 apellyasiya məhkəməsinin iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır (bax § 25). O, izahatında bildirmişdir ki, 2022-ci il üzrə taxıl biçimi yekunlaşmış, iddiaçılara məxsus torpaq sahəsində əkmiş olduğu taxıl məhsulunu biçmiş, bundan sonra isə 2022-ci ilin sentyabr ayında torpaq sahəsini iddiaçılara geri qaytarmışdır.

83. Iddiaçı tərəf mərhum cavabdehin 2024-cü ilə qədər onlara məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyini iddia etsə də, lakin sonuncunun torpaq sahəsindən məhz həmin tarixədək istifadə etmiş olmasını sübuta yetirə bilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.

84. Hərçənd ki, mərhum cavabdeh cavabdeh4 özünün etirafedici məzmunda izahatı ilə 2022-ci il üzrə iddiaçılara məxsus torpaq sahəsində əkmiş olduğu taxıl məhsulunu biçdikdən sonra, 2022-ci ilin sentyabr ayında torpaq sahəsini onlara geri qaytardığı müəyyən edilmişdir.

85. Şərh edilənlərin məcmusunu nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçıların irəli sürdükləri faktiki hallar - maddi ziyanın əvəzinin ödənilməsi barədə onların tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə istinadən şəxsin əmlakından məhrum olması ona zərər vurulması anlamına gəlir ki, baxılan işin halları əsasında da mərhum cavabdeh cavabdeh4 hüquqazidd hərəkətləri səbəbindən iddiaçıların 2022-ci ilin aprel ayından həmin ilin sentyabr ayınadək əmlakından məhrum edilmiş olduğu müəyyən edilir. Bu mənada, iddiaçılar qeyd edilən dövr üzrə əmlakından qanunsuz məhrum olması ilə əlaqədar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzinin (əldən çıxmış fayda) tutulmasını tələb etməkdə haqlıdırlar.

86. Ziyan məbləği ilə bağlı kollegiya göstərir ki, birinci instansiya məhkəməsində icraat zamanı sorğuya cavab əsasında X3 Mərkəzindən alınmış məlumatla 1.18 ha sahədən orta hesabla 708 ədəd yonca kipi əldə edildiyi məlum olmuşdur.

87. Bununla belə 2022-ci ildə, yəni torpaq sahəsinin mərhum cavabdeh tərəfindən zəbt edildiyi dövr üzrə bir ədəd yonca kipinin bazar dəyərinin öyrənilməsi məqsədilə apellyasiya baxışı zamanı qiymətləndirmə təyin edilmiş və alınan rəylə həmin dövrdə 1 ədəd yonca kipinin orta bazar dəyərinin 2,5 manat olduğu müəyyən edilmişdir.

88. Bu halda, mərhum cavabdeh cavabdeh4 hüquqazidd hərəkətləri səbəbindən iddiaçıların 2022-ci ilin aprel ayından həmin ilin sentyabr ayınadək əmlakından məhrum edilmiş olduğu dövr üzrə əldən çıxmış faydanın əvəzi 1770 manat (708 ədəd yonca kipi x 2.50 manat = 1770) iddiaçılara ödənilməlidir.

89. Kollegiya həmçinin vurğulayır ki, cavabdeh cavabdeh4 ##.##.2025-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri isə arvadı cavabdeh3, uşaqları cavabdeh1 və cavabdeh2 (Abbasova) olmuşlar. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab əsasında mərhum cavabdeh4 ölümündən sonra Bərdə rayonu Cumalar kəndində yerləşən 1.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, o cümlədən 4 nəfər ailə üzvü ilə birlikdə 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payına düşən hissənin və 4 nəfər ailə üzvü ilə birlikdə 0.19 ha həyatyanı torpaq sahəsindən payına düşən hissənin, habelə ailə təsərrüfatındakı bir neçə baş iribuynuzlu heyvanın ondan miras qaldığı müəyyən edilmişdir. Miras qoyanın vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər.

90. Kollegiyanın qənaətinə görə, mərhum cavabdeh cavabdeh4 qalan miras onun arvadı cavabdeh3, uşaqları cavabdeh1 və cavabdeh2 (Abbasova) tərəfindən qəbul edilmiş olduğundan və iddiaçıların da mərhum cavabdehə qarşı yönələn tələbi maddi hüquq varisliyinə yol verdiyindən tələb edilən 1770 manat vəsait mərhum cavabdehin qanun üzrə birinci növbəli vərəsləri olan arvadı cavabdeh3, uşaqları cavabdeh1 və cavabdeh2 (Abbasova) müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir.

91. Kollegiya bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, mərhum cavabdeh cavabdeh4 mirası notarius tərəfindən siyahıya alınmamış, onun vərəsələri isə ümumiyyətlə miras qoyanın borclarının mirasdan çox olması barədə arqument irəli sürməmiş, habelə bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər.

92. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 37,7 manat mərhum cavabdehin hüquq varislərindən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Qalan dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 60 manat da mərhum cavabdehin hüquq varislərindən müştərək qaydada tutularaq «xxxx» MMC-nin müvafiq bank hesabına ödənilməlidir.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi «cavabdeh cavabdeh4 iddiaçılar X8, X2, iddiaçı1, X4, iddiaçı2 xeyrinə 120 (yüz iyirmi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçılara ödənilməsi; maddi ziyanla bağlı iddianın qalan hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun 105 (yüz beş) manatının iddiaçılara aid edilməsi» hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia həmin hissələrdə qismən təmin edilsin. 1770 (bir min yeddi yüz yetmiş) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 37,7 (otuz yeddi manat yetmiş qəpik) manat, cəmi 1807,70 (bir min səkkiz yüz yeddi manat yetmiş qəpik) mərhum cavabdeh cavabdeh4 hüquq varisləri cavabdeh3, cavabdeh1 və Ağayeva (Abbasova) Nərmin Loğman qızından müştərək qaydada tutularaq iddiaçılar X8, X2, iddiaçı1, X4 və iddiaçı2 ödənilsin. Maddi ziyanın əvəzinin ödənilməsinə dair qalan hissədə iddia təmin edilməsin. Apellyasiya baxışı zamanı aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 60 (altmış) manat mərhum cavabdeh cavabdeh4 hüquq varisləri cavabdeh3, cavabdeh1 və Ağayeva (Abbasova) Nərmin Loğman qızından müştərək qaydada tutularaq «xxxx» MMC-nin müvafiq bank hesabına ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar