Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1338/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: kompensasiya ödənilməklə evdən çıxarılma, fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və əşyaların mənzildən çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-255/2023 saylı mülki iş üzrə 23 fevral 2023cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cü il tarixdə ********** nömrə ilə qeydiyya alınmış Çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0.33 ha torpaq sahəsi İddiaçı 4/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh2 1/6 hissə paylarına uyğun olaraq mülkiyyətinə verilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrə ilə, reyestir kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmıdır.
2. İş materiallarında olan xx.xx.2022-cu il tarixdə bağlanmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin sürətindən görünür ki, Cavabdeh1 0.11 ha torpaq sahəsini və ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.
3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-cu il tarixdə ********** nömrə ilə qeydiyya alınmış çıxarışın sürətindən görünür ki, Ağdam rayonu, Kəlbahüseynli kəndində 0.11 ha yerləşən ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə Cavabdeh2 tam mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrə ilə, reyestir kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmıdır.
4. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-1666/2019 nömrəli xx.xx.2019-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, İddiaçı üç uşağı ilə birlikdə Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müyyən edilmişdir ki, İddiaçı Əfqanıstan vətəndaşı X4 ilə nikahından üç uşağı olmuşdur.
5. İş materiallarında olan Ağdam rayon İHB-nin Xındırıstan kənd İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 77 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ağdam rayonu Kəlbahüseynli kənd sakini İddiaçı xx.xx.2021-ci il tarixdə öz şəxsi ərizəsi ilə Ağdam rayon İHB-nin Xındırıstan kənd İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəliyinə etdiyi müraciətinə əsasən, xx.xx.2021-ci il tarixdən ayrı təsərrüfata yazılaraq Cavabdeh1 təsərrüfatından qeydiyyatdan çıxmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə onun tərəfindən kompensasiya ödənilməklə Ağdam rayonu, Kəlbahüseynli kəndində 0.33 ha torpaq sahəsində yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüququna xitam verilmiş hesab edilməsi və ona məxsus əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Ağdam Rayon Məhkəməsinin 2(013)-255/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qərardadı ilə yuxarıda göstərilən qeyd olunan qarşılıqlı iddia ərizəsi Cavabdeh1 aid hissədə baxılmamış saxlanılmışdır.
9. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərə onun tərəfindən 4000 (dörd) manat kompensasiya ödənilməklə Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0.33 ha torpaq sahəsində yerləşən evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri onun atası, digəri isə qardaşıdır. Ağdam rayonu, Kəlbahüseynli kəndində, 0.33 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi əvvəllər onun və anasının, hazırda isə onun, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. Həmin evlə bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(013)-1666/2019 saylı qətnaməsinə əsasən onun və himayəsində olan 3 övladının həmin evə köçürülmələri qət edilmiş, daha sonra atası və qardaşı iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 saylı qətnaməsinə əsasən, Ağdam rayonu, Kəlbahüseynli kəndində, 0.33 ha torpaq sahəsi vərəsələr onun 4/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh2 1/6 hissə paylarına uyğun olaraq naturada bölünməsi qət edilmişdir. Bundan sonra icra məmurunun da iştirakı ilə həmin evə köçmişlər, lakin cavabdeh olan qardaşı Cavabdeh2 və onun həyat yoldaşı elə İcra Məmurunun yanında onu və övladlarını döyərək onları bir neçə saat ərzində həmin evdən qovub çıxarmışlar. Nəticədə hazırda yaşamaq üçün yerləri yoxdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu, Kəlbahüseynli kəndində olan 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1666/2019 saylı qətnaməsi ilə həmin evə köçürülərək evin bir otağına əşyalarını yığmış, lakin, heç vaxt həmin evdə yaşamamışdır. O, qeyri rəsmi ailə qurduğu Əfqanıstan vətəndaşı X4 adlı şəxsin həmin kənddə tiktirdiyi 3 otaqlı yaşayış evində yaşayır, sözügedən evdən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmış və ayrıca təsərrüfat kimi qeydiyyatdan keçmişdir. İddiaçı əşyalarının onun mülkiyətində olan evdə qalması onun bir mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır.
12. Ağdam Rayon Məhkəməsinin 2(013)-255/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin olunmuş, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətində olan Ağdam rayonu, Kəlbahüseynli kəndində 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququna xitam verilmiş hesab edilməklə İddiaçı məxsus əşyaların həmin evdən çıxarılmaları qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-255/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, sözügedən əmlakın 4/6 hissəsi onun payına düşür. Onun və övladlarının yaşamağa evləri yoxdur. Həyat yoldaşı onlara heç bir ev tikməmişdir. Cavabdehlər olan atası və qardaşı mübahisəli evdə onlara yaşamağa imkan vermirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini və yeni qətnamə qəbul edilərək, ilk iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;
25. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
26. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
27. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
28. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
29. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30 Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
37. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, Ağdam rayonu, Kəlbahüseynli kəndində 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evi bütövlükdə Cavabdeh2 xüsusi mülkiyyətidir, İddiaçı başqa yaşayış sahəsi ilə təmin edildiyindən və İddiaçı məxsus əşyaların mübahisəli evdə qalması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. İddiaçı başqa yaşayış sahəsi ilə təmin edildiyi qənaətinə gələrkən məhkəmə Ağdam rayon İHB-nin Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin 77 saylı xx.xx.2022cil tarixli arayışına istinad etmişdir.,
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsi üzrə gəldiyi nəticə əsassızdır.
43. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin əvvəlkixx.xx.2019-cu il tarixli, 2(013)-1666/2019 saylı qətnaməsinə əsasən, İddiaçı və himayəsində olan 3 övladının mübahisəli evə köçürülmələri qət edilmişdir. Bundan sonrakı dövrdə İddiaçı başqa yerdə yaşayış sahəsi əldə etdiyini təsdiq edə bilən heç bir mötəbər sübut növü iş materiallarında aşkar edilməmişdir.
44. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
45. Baxılan işdə isə İddiaçı qanunun tələb etdiyi qaydada adına qeydə alınmış əmlak aşkarlanmır. Ağdam rayon İHB-nin Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin 77 saylı xx.xx.2022-cil tarixli arayışı isə İddiaçı başqa yerdə yaşayış sahəsi ilə təmin edildiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz.
46. Bütün bunlardan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılqlı iddianın təmin edib, Ağdam rayonu, Kəlbahüseynli kəndində 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququna xitam verilmiş hesab edilməli olması qənaətinə gələrkən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin maddi hüquqi əsaslarını da müəyyən etməmişdir. Bununla da məhkəmə mübahisənin düzgün həlli üçün işin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normasının tətbiqindən yayınmışdır.
47. İddiaçı və himayəsində olan 3 övladının mübahisəli evə köçürülmələri qət edilmiş Ağdam Rayon Məhkəməsinin əvvəlki-xx.xx.2019-cu il tarixli, 2(013)-1666/2019 saylı qətnaməsinin mövcudluğunu, qətnamənin qəbulundan sonrakı dövrdə İddiaçı başqa yerdə yaşayış sahəsi əldə etdiyini təsdiq edə bilən heç bir mötəbər sübut növünün iş materiallarında aşkar edilmədiyini önəçəkən məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsi üzrə gəldiyi nəticə əsassızdır. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli, qarşılqlı iddia rədd edilməlidir.
48. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı qaldırdığı ilk iddianı məhkəmə onun belə iddia qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətləri ilə razılaşır.
49. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-cu il tarixdə ********** nömrə ilə qeydiyya alınmış çıxarışın surətindən görünür ki, İddiaçı X1 və Cavabdeh2 onun tərəfindən kompensasiya ödənilməklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdiyi Ağdam rayonu, Kəlbahüseynli kəndində 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə Cavabdeh2 tam mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrə ilə, reyestir kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır.
50. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
51. Kollegiya qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ olan şəxsin həmin yaşayış sahəsinin mülkiyyətçisinə kompensasiya ödənilməklə mülkiyyətçisinin yaşayış sahəsindən çıxarılmasını nəzərdə tutan hər hansı bir qanun norması mövcud deyildir. Əmlak barəsində sərəncam vermək hüququ Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla yalnız əmlakın mülkiyyətçisinə aiddir.
52. Göründüyü kimi, ilk iddianın təmini üçün qanuni əsaslar mövcud deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur, həmin hissədə apellyasiya şikayətinin təmini üçün əsaslar yoxdur.
53. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-255/2023 saylı mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. İlk iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-255/2023 saylı mülki iş üzrə 23 fevral 2023cü il tarixli qətnaməsi qismən-qarşılıqlı iddia tələbinin təmin olunmuş, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətində olan Ağdam rayonu, Kəlbahüseynli kəndində 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququna xitam verilmiş hesab edilməklə İddiaçı məxsus əşyaların həmin evdən çıxarılmaları hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 İddiaçı qarşı irəli sürdüyü qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk iddia tələbinin təmin edilməməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.