Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1341/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evdən çıxarılma, istifadə hüququnun tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X2 və qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-614/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən ümumi sahəsi 0.36 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(076)-2042/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Şəmkir rayon Şiştəpə kənd İƏV-də bağlanmış 15 saylı nikah aktının pozulması, nikahın pozulması haqqında şəhadətnamə verilərkən X3 11 (on bir) manat dövlət rüsumunun alınması, Cavabdeh bu rüsumdan azad olunması qət edilmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3393/2023 nömrəli qərardadından görünür ki, iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3393/2023 nömrəli məktubundan görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) dövlət reyestrindən çıxarışın reyestr qeydinin ləğv edilməsi tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3393/2023 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Sözügedən qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.36 ha torpaq sahəsi üzərində inşa edilmiş, 124.6 kv.m yaşayış sahəsindən, 199.8 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 324.4 kv.m olan fərdi yaşayış evindən çıxarılmasını və evin ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir.
6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu Şiştəpə kəndində yaşayır. Cavabdeh qardaşı X1 arvadıdır. X8 ilə Cavabdeh 2020-ci ilin dekabra ayında ailə qurmuş, birgə nikahlarından Şəhanə, Nurlanə və Nişad adlı üç övladları olmuşdur. Onun mülkiyyətində Şəmkir rayon Şiştəpə kənd ərazisində 36 sot torpaq sahəsinin üzərində inşa edilmiş 124.6 kv.m yaşayış sahəsindən, 199.8 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 324,4 kv.m olan fərdi yaşayış evi var. Evə onun mülkiyyət hüququnu təsdiq edən hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin evi 2009-cu ildə inşa edilmiş, lakin ev tam olaraq hazır olmamışdır. 2011-ci ildə qardaşı X8 ona müraciət edərək özünə ev alanadək müvəqqəti olaraq Cavabdeh və uşaqlarının onun evinə köçüb yaşamalarını xahiş etmişdir. O da qardaşı X6 özünə ev alanadək həmin evdə ailəsinin yaşamasına icazə vermişdir. 2012-ci ildə qardaşı X8 ilə Cavabdeh aralarında baş vermiş narazılığa görə ayrılmışlar və məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra o cavabdehin evdən çıxmasını tələb etsə də lakin cavabdeh onun tələbinə əməl etməmişdir. Dəfələrlə bu barədə cavabdehə müraciə etmiş, lakin müraciətinə əhəmiyyət verməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bundan sonra ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evin yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı qardaşı X8 ilə 2000-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Əvvəlcə Teyyubun valideynlərinə məxsus evdə yaşamışlar. 2008-ci ildə biz Şiştəpə kəndi, Gülüstan küçəsi, 8 ünvanında yerləşən 0,36 ha torpaq sahəsini tutaraq orada ev tikdirmişlər. Həmin vaxt keçmiş əri X10 vətəndaşı olduğuna görə torpağı onun adına rəsmiləşdirə bilməmişlər. Qısa müddət ərzində onlar evin bir hissəsini yaşayış üçün yararlı vəziyyətə gətirmişlər, hasar çəkdirmişlər, darvaza qoydurmuşlar, 2009-cu ilin iyun ayından orada yaşamağa başlamışlar. 2012-ci ildə aralarında olan narazılığa görə Teyyub Nəbiyevlə məhkəmə qaydasında boşanmışlar. Qızları Şəhanə və Nurlanə onun, oğlu Nişad isə atasının himayəsində saxlanmışdır. Boşandıqdan sonra Teyyub Nəbiyev oğlunu da götürərək Rusiya Federasiyasına getmiş, o isə qızları ilə mübahisəli ünvanda yaşamaqda davam etmişlər. Evdə yaşadığı 15 il müddətində evin içərisini-otaqları təmir etdirmiş, həyətdə dəmir çardaq qurdurmuş, hamam tikdirmiş, evin qarşısına pilləkən düzəltdirmiş, həyətyanı sahədə çoxsaylı meyvə ağacları əkərək onlara qulluq etmiş, uzun illər əkin sahəsinə su gəlmədiyinə görə qonşudan boru vasitəsi ilə həyətə su çəkdirmişdir. Evin içərisində olan bütün əşyalar yalnız ona aiddir, orada cavabdehə məxsus heç bir əşya yoxdur. O dərzilik edərək, çox böyük əziyyətlər hesabına mübahisəli evi hazırkı vəziyyətinə gətirmişdir. Qızları həmin evdən məktəbə getmiş, nişan və toy mərasimləri də həmin evdə keçirilmişdir. Evə çəkilmiş qaz təchizatına görə onunla X5 arasında 2016-cı ildə müqavilə bağlanmışdır, illərdir ki, evə görə qaz pulu ödəyir. İşlətdiyi elektrik enerjisinə görə bildirişlər keçmiş əri Teyyub Nəbiyevin adına gəlir ki, onu da o ödəyir. Hazırda cavabdeh hansı yolla mübahisəli torpaq sahəsinə və evə çıxarış almışdır, ona məlum deyildir. Həmin çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ayrıca iddia qaldıracaqdır. Cavabdeh yaşadığı evin içərisini belə görməmişdir, hətta həyətdə əkdiyi ağaclarının sayını belə bilmir.
9. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-614/2023 saylı qətnaməsi ilə (hakim Könül Məmmədov), ilk iddia tələbinin təmin edilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.36 ha torpaq sahəsi üzərində inşa edilmiş, 124.6 kv.m yaşayış sahəsindən, 199.8 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 324.4 kv.m olan fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 157.8-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-614/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 53-cü maddələrinə istinad etməli olduğu halda, əsassız olaraq onları tətbiq etməmişdir. İddiaçı ilkin iddiasında qeyd etmişdir ki, 2009-cu ildə keçmiş ərinin və onun mübahisəli evdə yaşamağına razılıq vermişdir. Həmin vaxtdan da mübahisəli mənzildə yaşadığına görə onun evinə yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Həmçinin, məhkəmə həqiqətə nail olmaq üçün ilkin olaraq MPM-nin 9-cu maddəsinin tələblərinə riayət etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X7 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Onlar nümayəndə və vəkillə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-614/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Beləliklə, işin halları ondan ibarətdir ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən ümumi sahəsi 0.36 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilkin iddia üzrə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının qardaşının arvadıdır və o, hər-hansı hüquqi əsas olmadan ilk iddia üzrə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində yaşayır və oradan könüllü olaraq çıxmır.
41. Məhkəmə kollegiyası göstərir ki, birinci növbədə ilk iddia tələbinə hüquqi qiymət verilməli və ilk iddia üzrə cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olub-olmaması araşdırılmalı, onların arasında yaranmış hüquq münasibətləri Mənzil Məcəlləsinin müddəaları əsasında təhlil edilməlidir.
42. Məhkəmə kollegiyası mübahisənin hüquqi həllinin daha ətraflı işıqlandırılması üçün aşağıdakı ümumi hüquqi əsasları da qeyd etməyi zəruri sayır.
43. Mənzil hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 3cü hissəsində neqativ formada ifadə edilərək göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
44. Həmin maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin ikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
45. Mübahisəli fərdi yaşayış evi üzərində ilk iddia üzrə İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyetsrində xx.xx.2014-cü il tarixdə qeydə alındığından onun iddiası Cavabdeh qarşı Mənzil Məcəlləsinin 30-cu maddəsini tələbləri baxımından əsaslı olmuşdur.
46. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
47. Həmin qərarda daha sonra Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mübahisəli fərdi ev dövlət qeydiyyatına 2011-ci ildə alındığına görə apellyasiya məhkəməsi tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.
48. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
49. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
50. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə ilkin iddia üzrə Cavabdeh evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
52. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
53. Göründüyü kimi, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan qardaşının arvadı “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayının gəlinin saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə ilk iddia üzrə Cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
55. Kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
56. Qeyd olunmalıdır ki, ilk iddia üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.
57. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
58. İşin müəyyən olunmuş hallarından da görünür ki, ilk iddia üzrə iddiaçı ilə Cavabdeh arasında mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır.
59. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər.
60. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onların həmin evdə yaşamaları iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.
61. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
62. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
63. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
64. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
66. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ müəyyən edilməmişdir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmasından söhbət gedə bilməz. Birinci instaniya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
72. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-614/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.