Məhkəmə qərarları › İş №2(104)-1343/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1343/2025

22.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1343/2025 22.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibаrət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9in etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X6rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, eləcə də əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 14 noyabr 2024cü il tarixli, 18-1-37/3-1-3504/2024 nömrəli əmrinin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyət günləri olaraq qalan 32 gün əvəzi 1838 manat pulun cavabdehdən tutulub ona verilməsi, onunla cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X10 arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, əvvəlki iş yeri olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 Təcili və X3 şöbəsinin müdiri vəzifəsinə bərpa olunmasının təmin edilməsinə və əmək müqaviləsinə əsassız xitam verildiyi gündən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işini icra edənədək yığılmış əmək haqqının cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyi üçün geri qaytarılmışdır (həmçinin iddiaçıya apellyasiya şikayətinin qaytarılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir). Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş və Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2025-ci il tarixli 2(104)-1025/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyi üçün geri qaytarılmışdır (həmçinin iddiaçıya apellyasiya şikayətinin qaytarılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir). Bundan sonra, İddiaçı xx.xx.2025-ci il tarixdə təkrarən qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)- 1039/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyi üçün geri qaytarılmışdır. Hazırda İddiaçı qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə şikayəti MPM-in «2 saylı əlavə» tələblərinə cavab vermədiyi əsası ilə geri qaytarılmış, konkret nöqsanlar göstərilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hansı nöqsanların olduğu ətraflı göstərilmişdir. xx.xx.2025-ci ildə göstərilən nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti təqdim etmişdir. Şikayətin vaxtında yenidən təqdim olunmaması iş üzrə yaranmış obyektiv və üzrlü səbəblərlə qərardadda nöqsanların gec göstərilməsi ilə bağlıdır. Gəncə Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1039/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli, qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə İddiaçı tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, bu iradları nəzərə alaraq xx.xx.2025-ci il tarixində apellyasiya şikayətini yenidən Gəncə Şəhər Məhkəməsinə təqdim etmiş və qeyd edilən formal pozuntuları tam şəkildə aradan qaldırmışdır. Elektron Məhkəmə Portalında mövcud rəsmi formadan istifadə etməklə, həmçinin yazılı qaydada və əlavə olaraq elektron kabineti vasitəsilə tam qaydalara uyğun şəkildə müraciət etmişdir. Lakin buna baxmayaraq, Gəncə Şəhər Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə yenidən eyni əsaslarla şikayəti geri qaytarılmışdır. Halbuki, təqdim etdiyi apellyasiya şikayəti MPM-in 2 saylı əlavəsinə uyğun şəkildə hazırlanmışdır və tələb olunan rekvizitlər tam göstərilmişdir. Hətta məhkəmənin iclas katibi qərardadı izah etmiş və necə müraciət etməsi barədə məlumat vermişdir. Buna baxmayaraq, yenə eyni qaydada formal yanaşma ilə apellyasiya şikayəti 21 may 2025-ci il tarixli qərardadla geri qaytarılmışdır. Halbuki o, 08 may, 16 may və 20 may 2025-ci il tarixlərdə hər gün bir apellyasiya şikayəti ilə müraciət etmişdir, lakin iki qərardad qəbul edilmiş, biri 14 may 2025-ci il tarixli qərardad, o biri isə 21 may2025-ci il tarixli və hər biri 23 may 2025-ci il tarixdə rəsmi qaydada ona təqdim edilmidşir. Amma 3-cü apellyasiya şikayəti bu günə qədər geri qaytarılmamış, heç bir prosessual addım aparılmamışdır. Bu qərardadlarla onun hüquqları açıq şəkildə pozulmuşdur. Həmçinin, əvvəl də məhkəməyə müraciət edərək bildirmişdir ki, şikayətlərinin formal əsaslarla rədd edilməsi məqsədyönlü xarakter daşıyır və bu, onun hüquqlarının müdafiəsini çətinləşdirmək, süründürməçilik yaratmaq məqsədini güdür. Təəssüflər olsun ki, bu yanaşma X5 rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları ilə kəskin ziddiyyət təşkil edir və məhkəməyə ictimai etimadı sarsıdır. Hazırda 10 iyun 2025-ci il tarixinədək məhkəməyə müraciət hüququndan istifadə edə bilməmişdir. Bu vəziyyət nəticəsində onun pozulmuş hüquqlarının müdafiəsi mümkün olmamışdır. Gəncə Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2025-ci il tarixli 2(104)-1343/2025 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2025-ci il tarixli 2(104)- 1343/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 21 may 2025-ci il tarixli və 30 may 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətlərə şifahi məhkəmə iclasında baxılması; Şikayətlərə 22 iyul 2025-ci il tarixdə, saat 14:10-da Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılması; Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, mülki iş üzrə çıxarılmış qətnamədən verilmiş apellyasiya şikayəti altı aydır baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmir. Müxtəlif əsaslarla apellyasiya şikayəti geri qaytarılmışdır. İlk dəfə verdiyi apellyasiya şikayətinin tərtibində nöqsana yol verilmiş və məhkəmə tərəfindən həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Bu barədə qərardaddan da məhkəməyə şikayət vermiş və nəticə etibarılə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, lakin apellyasiya şikayəti yenə də geri qaytarılmışdır. Əslində, apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından şikayətiin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9in etibarnamə üzrə nümayəndəsi X4 şikayəti qəbul etməyərək məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qətnaməsi xx.xx.2025ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyi üçün geri qaytarılmışdır (həmçinin iddiaçıya apellyasiya şikayətinin qaytarılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir). Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş və Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2025-ci il tarixli 2(104)-1025/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(125)- 1039/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə təkrarən qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyi üçün geri qaytarılmışdır (həmçinin iddiaçıya apellyasiya şikayətinin qaytarılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir). Bundan sonra, İddiaçı xx.xx.2025-ci il tarixdə təkrarən qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)- 1039/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyi üçün geri qaytarılmışdır. Daha sonra isə İddiaçı qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 360-cı maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Eyni zamanda, apellyasiya şikayətinin forması və məzmunu ilə bağlı tələblər MPM-nin 361-ci maddəsi ilə tənzimlənir. Apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. (MPM maddə 363.1.1-1). Bununla belə, MPM-nin 363.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Normanın məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada apellyasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş müddətlə məhdudlaşır. Baxılan işdən isə görünür ki, İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən məhkəmənin 03 aprel 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır (qərardadla iddiaçıya apellyasiya şikayətinin qaytarılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir). Bundan sonra iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanları aradan qaldıraraq yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək əvəzinə, apellyasiya şikayətinin qaytarılması barədə qərardaddan məhkəməyə şikayət verərək məhkəməyə müdafiəsi hüququnun pozulduğunu iddia etmişdir. Bundan sonra isə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bitdiyi halda, iddiaçı buraxılmış prosessual müdətin bərpası barədə vəsatət vermədən təkrarən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, İddiaçı apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırılması izah edilərək yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ izah edildiyi halda, o, ağlabatan zaman kəsiyində MPM-nin 363.4-cü maddəsilə nəzərdə tutulmuş hüququndan istifadə etməmiş, bundan imtina edərək apellyasiya şikayətinin qaytarılması barədə məhkəmə qərardadından şikayət verərək mübahisələndirmişdir. Göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması üzrlü səbəbdən baş vermədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq müddətin bərpasından imtina etmişdir. Çünki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli 2(125)-1039/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar