Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1351/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh onun icarəsinə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikintinin sökülməsinə və həmin torpaq sahəsindən çıxarılmasına dair qətanamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə torpaqşünaslıq ekspertizası təyin etməmiş, mütəxəssis rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Hakim mübahisəli əraziyə əyani baxış keçirməmişdir. Belə ki, cavabdeh 50 metr uzunu, 15 metr enində qaz durbasının üstündə magistral yola aid olan hissəni zəbt etmişdir. Həmçinin ona məxsus 0,98 ha torpaq sahəsini də keçərək mişar daşdan barı çəkdirmişdir. Hesab edir ki, iş üzrə torpaqşünaslıq ekspertizasə təyin edilməklə qaz xəttinin üzərində və yolun qoruq zolağında obyektin tikilib tikilməməsinə icazənin verilməsi aydınlaşdırılmalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, onun ərizəsi əsasında tikinti-texniki ekspertizası təyin edilsə də, əldə edilmiş xx.xx.2023-cü il tarixli, 10/4637 saylı rəy kifayət qədər aydın deyildir. O, həmin rəylə də razılaşmır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsinin ləğv edilməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmiş və orada hər hansı tikinti işləri aparmamışdır. O ,**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il, reyestr nömrəsi **********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla onun icarəsinə verilmiş torpaq sahəsindən verildiyi vaxtdan, yəni 2022-ci ildən istifadə edir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2018-ci il, reyestr nömrəsi **********25 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1329529 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.70 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ İddiaçı adına rəsmiləşdirilmişdir. (xx.xx.2018-xx.xx.2063) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 282186 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.70 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsi və icarəçi İddiaçıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021-ci il, reyestr nömrəsi**********54 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ İddiaçı adına rəsmiləşdirilmişdir. (xx.xx.2021-xx.xx.2070) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 653553 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.28 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsi və icarəçi İddiaçıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il, reyestr nömrəsi- **********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.0277 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 812945 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.0277 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il, reyestr nömrəsi **********78 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən Bərdə rayon Bəcirəvan Bələdiyyəsinin mülkiyyətində 0.0277 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh adına rəsmiləşdirilmişdir. (xx.xx.2022-xx.xx.2042) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A№ 852759 nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.0277 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Bəcirəvan Bələdiyyəsi və icarəçi Cavabdehdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********25 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş 0.70 ha torpaq sahəsinin koordinatları ilə müqaisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh tərəfindən aparılan tikinti işləri Seriya RX ******* sayli çixarişa əsasən Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan 0.70 ha torpaq sahəsində aparılmır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrində Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/4637 saylı rəyindən görünür ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirilmiş və iddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələrinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. İddiaçı icarəsində olan ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha və ********** nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrində Cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. İddiaçı öz iddiasında icarə hüququ ilə ona məxsus olan Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində cavabdehin onun icarəsinə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahəsində qanunsuz hasar inşa etdirməsini əsas gətirməklə, Cavabdeh onun icarəsinə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikintinin sökülməsinə və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman iş üzrə mütəxəssis rəyi alınmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********25 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş 0.70 ha torpaq sahəsinin koordinatları ilə müqaisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh tərəfindən aparılan tikinti işləri Seriya RX ******* sayli çixarişa əsasən Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan 0.70 ha torpaq sahəsində aparılmır. Cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayonu Bǝcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı icarəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrində Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmır. Məhkəmə həmin mütəxəssis rəyini mötəbər sübut növü kimi qəbul etməklə, iddianı rədd etmişdir Lakin İddiaçı apellyasiya şikayətində həmin rəylə razılaşmayaraq, cavabdeh 50 metr uzunu, 15 metr enində qaz durbasının üstündə magistral yola aid olan hissəni zəbt etdiyini, həmçinin ona məxsus 0,98 ha torpaq sahəsini də keçərək mişar daşdan barı çəkdirdiyini göstərməklə, iş üzrə məhkəmə texniki-tikinti ekspertizasının təyin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya dəlillərinin araşdırılması və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə edilməklə tikili inşa edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1351/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/4637 saylı rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirilmiş və iddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələrinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. İddiaçı icarəsində olan ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha və ********** nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrində Cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifada etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə, torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur Göründüyü kimi, İddiaçı onun icarəsində olan Bərdə rayon Bəcirəvan kəndi ərazisində yerləşən 0.70 ha və 0.28 ha torpaq torpaq sahələrinə müdaxilə edilməklə orada mişar daşdan barı tikdirdiyini göstərsə, iş materialları ilə həmin hal təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/4637 saylı rəyi ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirilmiş və iddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələrinin Cavabdeh tərəfindən istifadə olunmadığı və orada hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1351/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1351/2023
28.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver